Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

23 

 

 



 

nformasiya 

sistemləri 

Lokal informasiya 

sistemləri 

Qrup informasiya 

sistemləri 

Korporativ 

informasiya 

Strateji 

idarəetmə  təşkilatın  üzünmüddətli  strateji  məqsədlərinə  nail 

olmasına  yönələn  idarəetmə  qərarlarının  hazırlanmasını  təmin  edir.  Qəbul  edilən 

qərarların nəticələri uzun müddət keçdikdən sonra özlərini biruzə verdiklərindən, 

bu  səviyyədə  strateji  planlaşdırma  böyük  əhəmiyyət  kəsb  edir.  Odur  ki, 

idarəetmənin  bu  səviyyəsini  çox  vaxt  strateji  və  ya  uzunmüddətli  planlaşdırma 

adlandırırlar. Bu səviyyədə qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər 

keçəndən  sonra  təsdiq  oluna  bilər.  darəetmə  qərarlarının  qəbulunda  məsuliyyət 

təkcə  riyazi  və  xüsusi  aparatın  köməyilə  aparılan  analizin  nəticələri  ilə  deyil, 

menecerlərin professional intuisiyaları ilə də təyin olunur. 

Qeyd  etmək  lazımdır  ki,  S  özü-özlüyündə  gəlir  gətirmir,  lakin  gəlirin 

alınmasma  imkan  yaradır.  O  baha  başa  gələ  bilər  və  əgər,  onun  strukturu  və 

istifadə olunma strategiyası ətraflı ölçülüb-biçilməyibsə, xeyirsiz ola bilər.  S-in 

tətbiqi istifadəçiləri, idarəetmə heyətini vaxtmda və lazımi informasiya ilə təmin 

edə  bilirsə,  idarəetmənin  keyfiyyəti  artır,  firmanın  işi  yaxşılaşır  və  bu  da  son 

nəticədə  iqtisadi  səmərəyə  gətirir.  şçilərin  funksiyaları  avtomatlaşdırıldığından, 

onların  sayını  azaltmaq  olar.  Odur  ki,  S  tətbiq  edilən  firma  və  təşkilatlarda 

rəhbərlik bu amili nəzərə almalı, sosial və psixoloji siyasəti düzgün seçməlidir. 



Miqyasına görə təsnifat

. Miqyasına görə informasiya sistemlərini aşağıdakı 

qruplara bölürlər (şəkil 1.8) : lokal  S, qrup  S, korporativ  S . 

 

 



 

 

Şəkil 1.8. Miq 



 

Yaşına görə informasiya sistemlərinin təsnifatı 




24 

 

 



 

Lokal  informasiya  sistemləri.

  Lokal  informasiya  sistemi  adətən  şəbəkəyə 

qoşulmayan bir fərdi kompüterdə reallaşdırılır. Bu cür sistem ümumi informasiya 

bazasından istifadə edən bir neçə tətbiqə malik ola bilər. Sistem istənilən anda bir 

istifadəçiyə  və  ya  vaxt  bölgüsü  ilə  bir  işçi  yerində  işləyən  bir  neçə  istifadəçiyə 

xidmət  edir.  Bu  cür  tətbiqlər  çox  vaxt  verilənlər  bazalarının  (VB)  lokal  və  ya 

stolüstü idarəetmə sistemləri (VB S) vasitəsilə əldə edilir. Ən şox istifadə olunan 

lokal VB S-ə dBase, Clipper, FoxPro, Paradox, Access sistemləri aiddir. 



Qrup informasiya sistemləri.

 Qrup informasiya sistemi müəyyən işçi qrupun 

üzvləri tərəfindən kollektiv istifadə olunması üçün nəzərdə tutulur və əksər halda 

lokal  kompüter  şəbəkəsində  yaradılır.  Bu  cür  tətbiqlərdə  işşi  qruplar  üçün  SQL 

serverlər  adlanan  verilənlər  bazalarının  serverlərindən  istifadə  olunur.  Həm 

kommersiya,  həm  də  müstəqil  xarakterli  çoxlu  sayda  müxtəlif  SQL-serverlər 

mövcuddur.  Onlara  misal  olaraq  DB2,  Oracle,  Microsoft(MS)  SQL  Server, 

nterBase, Sybase,  nformix və s. göstərmək olar. 



Korporativ  informasiya  sistemləri

.  şçi  qruplar  üçün  S-in  inkişafı 

nəticəsində  yaradılmış  və  məsafəya  görə  səpələnmiş  qovşaqlarla  və  şəbəkələrlə 

xarakterizə olunan iri kompaniyalar üçün nəzərdə tutulur. Bu cür sistemlər əksər 

halda  bir  neçə  səviyyəli  iyerarxik  struktura  malik  olub,  müştəri  server  və  ya 

çoxsəviyyəli  arxitektura  ilə  qurulurlar.  Onların  reallaşdırılmasında  qrup  S-də 

tətbiq  edilən  verilənlər  bazalarının  serverlərindən  istifadə  oluna  bilər.  ri 

korporativ  S-də  daha  çox  Oracle,  DB2  və  MS  SQL  Server  kimi  VB S-lərdən 

istifadə  olunur.  Qrup  və  korporativ  informasiya  sistemlərinin  fəaliyyətinə  və 

verilənlərin mühafizəsinə daha ciddi tələblər qoyulur. 

nformasiya texnologiyalarının sürətli inkişafı onların tətbiq sahələrinin daha 

da  genişlənməsinə  səbəb  olmuşdur.  Əgər  keçən  əsrin  85-90-cı  illərinə  qədər 

informasiya  sistemlərindən  əsasən  mühasibat,  kadr  uçotunun  və  bəzi  istehsalat 

müəssisələrində texnoloji proseslərin avtomatlaşdırılması üçün istifadə olunurdusa, 

hazırda  istehsalatın,  biznesin,  elmin,  təhsilin  bütün  sahələrində  tətbiq  olunur. 



25 

 

 



 

Korporativ  informasiya  sistemlərinin  səmərəli  tətbiqi  daha  dəqiq  proqnozlar 

verməyə və idarəetmədə mümkün səhvləri aradan qaldırmağa imkan yaradır. 

nformasiya sistemi müəssisənin işi haqqında verilənlərdən və hesabatlardan 

operativ  qaydada  faydalı  informasiya  çıxarıb,  idarəetmə  orqanlarına  çatdırmaqla, 

müəssisəyə xeyli gəlir gətirə bilər.  nformasiya texnologiyalarının və sistemlərinin 

səmərəliliyi  və  sürətli  inkişafı  da  elə  bununla  izah  olunur.  Müasir  biznes 

idarəetmədə buraxılan səhvlərə çox həssasdır. Qeyri-müəyyənlik və risk şəraitində 

düzgün  qərarların  qəbulu  üçün  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin 

müxtəlif göstəricilərini daima nəzarətdə saxlamaq lazımdır. Odur ki, məsuliyyətlə 

demək  olar  ki,  sərt  rəqabət  şəraitində  müasir  informasiya  texnologiyalarından 

istifadə  edən  müəssisə  uğur  qazanmağa  daha  şanslı  olur.  nformasiya 

texnologiyaları və sistemlərinin tətbiqi ilə həll olunan əsas məsələlərə baxaq: 

Mühasibat  uçotu.

  Mühasibat  uçotu  informasiya  texnologiyasının  klassik 

tətbiq  sahələrindən  biri  olub,  bu  gün  də  daha  çox  reallaşdırılan  məsələdir.  Bu 

onunla izah olur ki, mühasibin səhvi çox baha başa gələ bilər, kompüterdən istifadə 

olunması  isə  bunun  qarşısını  alır.  Digər  tərəfdən,  mühasibat  uçotu  məsələsi  asan 

formallaşdırılır,  odur  ki,  mühasibat  uçotunun  avtomatlaşdırılması  sisteminin 

qurulması  texniki  və  proqram  baxımından  heç  bir  çətinlik  yaratmır.  Lakin  bu 

sistemin  qurulması  çox  zəhmət  tələb  edir.  Bu  onunla  əlaqədardır  ki,  yüksək  iş 

etibarlığı 

və 


istismarının 

rahatlığı 

baxımından 

mühasibat 

uçotunun 

avtomatlaşdırılması sisteminə yüksək tələblər qoyulur. 



Bank  sistemi

.  Hazırda  həm  dövlət,  həm  də  özəl  kommersiya  banklarının 

böyük əksəriyyətində avtomatlaşdırılmış informasiya sistemlərindən geniş istiafadə 

olunur.  nformasiya  sistemi  bankın  yerinə  yetirdiyi  bütün  funksiyaları  əhatə  edə 

bilər:  depozit  hesablarının  və  kredit  əməliyyatların  avtomatlaşdırılması,  fiziki  və 

hüquqi  müştərilər  haqqında,  onların  hesabları  və  kredit  almaları  haqqında 

verilənlər  bazasının  qurulması  və  s.  Avtomatlaşdırılmış  bank  sistemlərinin 

yaradılmasında  elə  bir  texniki  və  proqram  çətinliyi  yoxdur.  Lakin  burada 

informasiyanın təhlükəsizliyi məsələsi yüksək səviyyədə həll olunmalıdır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə