Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

26 

 

 



 

Maliyyə axınlarının idarə olunması.

  nformasiya texnologiyalarının maliyyə 

axınlarının  idarə  olunmasında  tətbiqini  əsaslandıran  səbəb  bu  sahədə  də  baş  verə 

bilən  səhvlərin  yol  verilməzliyidir.  Tədarükçülərlə  və  istehlakçılarla  hesablaşma 

sisteminin düzgün qurulmaması digər məsələlərin yaxşı həll olunduğu halda belə, 

maliyyə  böhranlarına  gətirib  çıxara  bilər  və  əksinə,  maliyyə  hesablaşmalarının 

düzgün aparılması və ciddi nəzarət edilməsi firmanın dövriyyə vəsaitlərinin xeyli 

artmasına səbəb ola bilər. 



Mal dövriyyəsinin, çeşidin və tədarükün idarə olunması

. Mal dövriyyəsinin, 

çeşidin  və  tədarükün  təhlili  prosesinin  avtomatlaşdırılması  vəsaitlərin  daima 

çatışmaması şəraitində müəssisənin gəlirlə işləməsinə və dinamik inkişafına zəmin 

yaradır.  Dövriyyə  vəsaitlərinin  həddən  artıq  miqdarda  anbarlarda  yığılıb 

«dondurulması»  istənilən  istehsal  müəssisəsinin  zərərinə  yönələn  proses  hesab 

olunur.  Perspektiv  malları  nəzərə  almadan  müəssisə  inkişaf  edə  bilməz.  Bütün 

bunlar isə mal dövriyyəsinin, çeşidin və tədarükün informasiya texnologiyalarının 

tətbiqi  ilə  hərtərəfli  təhlili  və  məqsədyönlü  idarə  olunması  sayəsində  aradan 

qaldırıla bilər. 



stehsal  proseslərinin  idarə olunması.

  stehsal proseslərinin idarə  olunması 

çox  zəhmət  tələb  edən  problemdir.  Burada  əsas  məsələ  istehsal  prosesinin 

planlaşdırılması  və  optimal  idarə  olunmasıdır.  Bu  məsələnin  avtomatlaşdırılmış 

həlli istehsal güclərini, sərfləri, bazarı və s. nəzərə almaqla planlaşdırmanı düzgün 

aparmağa,  istehsalın  texniki  hazırlağını  yerinə  yetirməyə,  istehsal  proqramına  və 

texnologiyaya  uyğun  məhsul  istehsalı  prosesini  operativ  idarə  etməyə  imkanlar 

yaradır.  Aydındır  ki,  istehsalat  böyük  olduqda  gəlirin  alınmasında  iştirak  edən 

biznes proseslərin sayı çox olur, odur ki, informasiya sistemindən istifadə olunması 

həyati zərurət daşıyır. 



Texnoloji  proseslərin  idarə  olunması.

  Texnoloji  proseslərin  idarə 

olunmasında kompüter texnologiyasından uzun müddətdir (təxminən 70-ci illərdən 

başlayaraq)  istifadə  olunur.  lk  vaxtlar  bu  məqsədlə  aparat  vasitəsi  kimi 

xüsusiləşdirilmiş  idarəedici  kompüterlərdən  istifadə  olunurdu.  Mikroprosessorlar 



27 

 

 



 

və  fərdi  kompüterlər  yaradılandan  sonra  aparat  vasitəsi  kimi  onlardan  istifadə 

olunmağa  başlandı.  Əksər  hallarda  kompüter  və  ya  mikroprosessor  texnoloji 

qurğunun  özündə  yerləşdirilir.  Texnoloji  proseslərin  idarə  olunmasında  əsas 

problem sistemin həqiqi zaman  miqyasında (online) işinin təmin olunmasıdır. Bu 

problemin həlli sistemin bütün komponentlərinə xüsusi tələblər qoyur. Onlardan ən 

əsası  kompüterin  texnoloji  qurğu  ilə  əlaqəsini  online  rejiminə  uyğun  təşkil 

etməkdir. Müasir texnoloji qurğuların əksəriyyətində avtomatlaşdırılmış idarəetmə 

sistemi qurğuların layihə edilməsi və hazırlanması mərhələlərində nəzərə alınır və 

onların tərkib hissəsi kimi istehlakçılara təqdim edilir. 



Marketinqin  idarə  oluıunası.

  Marketinqin  idərə  olunması  rəqib  firmalar, 

onların  məhsulları  və  qiymət  siyasəti  haqqında  verilənlərin  toplanması  və  təhlili, 

həmçinin optimal qiymət səviyyəsinin təyini, gəlirin proqnozlaşdırılması və reklam 

kampaniyasmın 

planlaşdınlması 

üçün 

xarici 


mühitin 

parametrlərinin 

modelləşdirilməsini əhatə edir. Bu məsələlərin əksəriyyətinin həlli formallaşdırıla 

bilir  və  informasiya  sistemində  asan  reallaşdırılır.  Bununla  da  marketinqin  idarə 

olunmasının səmərəliyini artırmaq mümkün olur. 

Sənəd dövriyyəsi.

 Sənəd dövriyyəsi istənilən müəssisənin fəaliyyətində çox 

vacib  proses  hesab  olunur.  Uçot  və  hesabat  sənədlərinin  dövriyyəsi  sisteminin 

yaxşı  təşkili  müəssisədə  cari  istehsal  fəaliyyətinin  real  gedişini  əks  etdirir  və  bu 

prosesə idarəetmə orqanlarının operativ reaksiya verməsinə zəmin yaradır. Odur ki, 

sənəd  dövriyyəsinin  avtomatlaşdırılması  idarəetmənin  səmərəliyini  artırmağa 

imkan  verir.  Müəssisənin  bütün  funksional  bölmələrinin  kompüterləşdirilməsi 

şəraitində  lokal  kompüter  şəbəkəsi  yaratmaqla  və  sənədlərin  elektron 

variantlarından istifadə etməklə, sənəd dövriyyəsini tam avtomatlaşdırmaq olar. 

əssisənin  operativ  idarə  edilməsi.

  Müəssisədə  fəaliyyət  göstərən 

korporativ informasiya sistemi müəssisənin operativ idarə olunmasında əvəzsiz rol 

oynayır.  Sistemin  informasiya  bazasında  müəssisənin  istehsal  fəaliyyəti, 

funksional  bölmələr  və  onların  yerinə  yetirdikləri  funksiyalar,  istehsal  sahələri, 



28 

 

 



 

avadanlıq,  xammal,  materiallar,  məhsullar,  əmək  və  maliyyə  resursları  və  s. 

haqqında informasiya toplanır. 

Operativ  idarəetmə  məqsədilə  istifadə  olunan  informasiya  sistemi  biznes-

proseslərin avtomatlaşdırılması üçün müxtəlif proqram vasitələrinə malik olur. Bu 

cür  informasiya  sistemlərindən  çeviklik,  adaptasiya  və  inkişaf  imkanına  malik 

olmaq tələb edilir. 

Firma  haqqında  informasiyanın  təqdim  edilməsi.

 

nternet/ ntranet 



texnologiyası  korporativ  serverlərin  yaradılmasına  və  bununla  da  müəssisə 

haqqında  müxtəlif  növ  informasiyanın  nternetə  çıxarılmasına  imkan  yaradır. 

Hazırda  praktik  olaraq  hər  bir  müəssisə  özünün  Web-serverinə  malikdir.  Həmin 

Web-serverin köməyilə müəssisə bir tərəfdən öz imicini yaradır, digər tərəfdən isə 

özü haqqında, təqdim etdiyi məhsullar, xidmətlər, qiymətlər və s. haqqında lazımi 

informasiyanı  maraqlı  şəxslərə  və  firmalara  çatdırmaqla,  informasiya-arayış 

fiınksiyaları  yerinə  yetirilir.  Bundan  əlavə,  Web-texnologiyalardan  istifadə 

edilməsi elektron ticarət və  nternet vasitəsilə alıcılara xidmət edilməsi üçün geniş 

imkanlar yaradır. 

1.3

  Müasir informasiya sistemlərinin təsnifatı 

MRP 

50-ci illərin sonunda 60-cı illərin əvvəlində yaradılan və  müəssisənin əsas 

planının tərtibi üçün nəzərdə tutulan  ilkin standart   MPS (Master Planning Sche-

duling  –  təqvim  planlaşdırmanın  idarəsi)  standartı  olmuşdur.  Tələbat  haqqında 

verilənlər əsasında son məhsulun istehsalat planları işlənilirdi.   

stehsalatın  optimal  idarəediməsi  məqsədi  ilə  60-cı  illərin  ortalarında 

müəssisənin  maddi  ehtiyyatlarının  idarəetmə  prinsipləri  formalaşdırılmışdır.  Bu 

prinsiplər  əsasında  MRP  (Material  Requirement  Planning  –  maddi  tələbatların 

planlaşdırılması)  sinfi  sistemləri  yaradıldı.  Bu  sistemlər  istehsalatın  cari 

yüklənilməsində  yeni  sifarişin  yerinə  yetirilmə  zamanını  hesablayırlar.  Verilən 

sifarişin  yerinə  yetirilməsinin  mümkünsüzlüyündə  əgər  sifarişçi  konkret  zamana 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə