Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

47 

 

 



 

2.3 

Elektron biznesin həlli texnologiyaları 

nternet- əlaqələrin qlobal sistemi olub, şəbəkəyə qoşulmaq üçün proqram və 

apatat  vasitələrinə  malik  istifadəçilərin  daxil  ola  biləcəkləri  iri  həcmli 

informasiyanı  özündə  saxlayan  çoxlu  sayda  yüksək  sürətli  kompüter  şəbəkələrini 

birləşdirir. 

nternet  bircinsli  sistem  deyil,  əksinə  yer  kürəsinin  istənilən  nöqtəsinə 

informasiya  axınlarını  ötürmə  imkanına  malik  olan  müxtəlif  şəbəkələr  qrupudur. 

Bu səbəbdən də  nterneti çox vaxt “şəbəkələr şəbəkəsi” adlandırırlar. 

nternet  Standarts,  RFC  1310.2  nterneti  avtonom,  bir-biri  ilə  qarşılıqlı 

fəaliyyət  göstərən  beynəlxalq  informasiya  əməkdaşlığı  kimi  müəyyənləşdirir.  Bu 

əməkdaşlıq  açıq  protokol  və  prosedurlara  könüllü  riayət  olunması  əsasında 

maşınlararası qarşılıqlı əlaqələri təmin edir. 

nternetin  yaranması  ABŞ-nın  Perspektiv  Planlaşdırma  darəsi-ARPA 

(Advanced  Research    Procejects  Agency)  tərəfindən  paket  komutasiyalı  şəbəkə 

vasitələrinin dözümlülüyünün sınağı layihəsi kimi başlanmışdır. ARPA-nın fikrinə 

görə  bu  sınaq  şəbəkəsi  komutasiya  qovşaqları  arasında  icarəyə  götürülmüş  əlaqə 

xətlərindən ibarət olmalı idi. Şəbəkə Arpanet adlandırılmış, onda olan komutatorlar 

isə  şəbəkələrarası  məlumatlar  prosessoru  adını  almışdır.  Əvvəlcə  Arpanetdə  dörd 

komutator 

olmuşdur: 

Los-Anceles 

və 


Santa-Barbaradakı 

kaliforniya 

universitetlərində,  Stenford  elmi-tədqiqat  institunda  və  Yuta  ştatınındakı 

universitetdə.  Kommutator  kimi  Honeywell-316  mini  kompüterləri  istifadə 

edilirdi. Şəbəkənin yaradılması və hazırlanmasının yekunlaşdırılmasına beş il sərf 

edilmişdir (1968-ci ildən 1973-cü ilədək). 

Arpanetin  istismarına  artıq  1971-ci  ildə  başlanmışdır.  Bu  şəbəkəyə 

qoşulmaq üçün ciddi müəyyən olunmuş qaydalarla kommutatorlardan biri ilə əlaqə 

yaratmaq  lazım  idi.  Arpanetin  universitetlərdə,  müəssisə  və  korporasiyalarda, 

istifadəçi  cəmiyyətlərində  alt  sistemləri  yarandıqda  o  artıq  dar  şəbəkə  olmaqdan 

uzaqlaşdı və  nternet adını aldı. 



48 

 

 



 

Statistikaya  görə  1995-ci  ildə  nternet  120  min  kompüteri  və  40  milyon 

istifadəçini əlaqələndirirdi. 2000-ci ildə isə bu rəqəmlər, uyğun olaraq, 320 min və 

113 milyon olmuşdur. Azərbaycanda  bu rəqəm 60-80 min, yəni əhalinin 7-10%-ni 

təşkil edirdi. Hal-hazırda  nternetdən istifadə edənlərin sayı dünya üzrə 1  milyardı 

keçmişdir.  

nternetin  belə  sürətlə  yayılmasının  əsas  səbəbi  dünya  üzrə  hesablama 

texnikasının  və  proqram  paketlərinin  qiymətinin  aşağı  düşməsi  olmuşdur.  Digər 

səbəb  inkişaf  etmiş  ölkələrin  nternetin  inkişafına  xüsusi  maraq  göstərmələri 

olmuşdur. Burada ilk növbədə ABŞ və Avropa ölkələrini qeyd etmək lazımdır. 

Yeni  informasiya  texnoloqiyalarının  intensiv  inkişafı  və  geniş  tətbiqi 

insanların  illər  ərzində  yaratdığı  və  topladığı  ənənəvi  informasiya  resurslarIını 

elektron  formaya  çevirməyə  və  informasiya  resurslanın  yeni  elektron  növünü 

yaratmağa  imkan  verdi.  Yeni  keyfıyyətə  malik  olan  elektron  informasiya 

resurslarının  toplanması,  saxlanması,  axtarışı  və  əldə  edilməsi  daha  rahat  və 

əlverişli  olduğundan,  onlar  daha  geniş  yayılır  və  istifadə  edilir.  Hazırda  nternet 

texnologiyalarından  şəbəkə  mühitində  işləməsi  nəzərdə  tutulan  həm 

ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı informasiya sistemlərinin qurulmasında 

geniş istifadə olunur. 

Strukturuna  görə  nternet  mütəlifi  tipli  elektron  informasiya  resurslarını 

özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin 

kifayət  qədər  çevik  informasiya  şəbəkəsidir.  Son  illər  ərzində  nternet  şəbəkəsi 

əsasında  istifadəçilərə  müxtəlif  informasiya  xidmətləri  göstərən  çoxlu  sayda 

informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət gsstərirlər. 

nternet  vasitəsilə  avtonom  kompüterlərin  qarşılıqlı  işi  TCP/IP  protokolları 

vasitəsilə nizamlanır. TCP/IP (Transmission Control Protocol/Internet Protocol) – 

kommunikasiya protokolu olaraq, şəbəkədə birləşmiş bütün kompüterlər arasındakı 

əlaqəyə  nəzərət  edir.  Bu  protokollar  ixtiyari  növ  kompüterlər  arasında  etibarlı 

əlaqəni  təmin  edir.  nternet  vasitəsilə  göndərilən  bütün  informasiyalar  verilənlər 

blokuna bölünür (onlar adətən paket adlanır) və kommunikasiya şəbəkəsi vasitəsilə 




49 

 

 



 

ötürülür. Hər bir paket informasiyanı ötürən və qəbul edən kompüterlərin ünvan-

larını özündə saxlayır.  ri həcmli informasiyalar bir neçə paketə bölünərək müxtəlif 

kommunikasiya  marşrutları  (kompüterlər-serverlər  zənciri)  ilə  ötürülür  və 

qəbuledici kompüterdə vahid informasiya halında toplanır. TCP/IP informasiyanın 

bir  kompüterdən  digərinə  ötürülməsinə  tam  zəmanət  verir.  Hətta  əksər  düyün 

nöqtələri  sıradan  çıxsa  belə,  TCP/IP  protokolları  kompüterlərin  texniki 

təminatından və kompüterlər arası əlaqə formasından asılı deyil. Belə ki, informa-

siya  telefon  xətti,  televiziya  kabeli,  habelə  mobil,  sputnik  və  radioəlaqə  kanalları 

və  digər  mümkün  üsullarla  ötürülə  bilər.  Başqa  sözlə  TCP/IP  müxtəlif  növ 

kompüterlər arasında müxtəlif əlaqə vasitələri ilə qarşılıqlı iş birliyi mühitini təmin 

edərək  informasiya  mübadiləsini  həyata  keçirən  universal  inteqrasiya  edici 

protokoldur. 

nternetdə hər bir kompüter unikal ünvana malik olur. Fiziki ünvan məntiqi 

adla  əlaqəlidir.  Məntiqi  adlar  adlar  serverində  saxlanılır  və  adi  telefon  sorğu 

kitabçası  rolunu  oynayır.  Ünvanlar  ABŞ  milli  elm  fondunun  razılığı  ilə  unikal 

protokol  parametrləri  təyini  üzrə  mərkəzi  koordinator  ( ANA  –  nternet  Assigned 

Numbers  Authority

)  tərəfindən  verilir.  ANA  ünvanları  nəşr  edir  və  domenləri  – 

nternet şəbəkə zonalarını qeydə alır. 

Domen  nternetdə  kompüterin  məntiqi  adının  bir  hissəsidir.  Məntiqi  ad 

nöqtələr vasitəsilə ayrılan bir neçə hissədən ibarət ola bilər. Adın son hissəsi yuxarı 

səviyyəli  domen  (top  level  domain  name)  adlanır.  Ondan  əvvəlki  hissə  ikinci 

səviyyəli domen  adlanır.  Əvvəllər  yuxarı səviyyəli domenlər  üç  simvoldan  ibarət 

olmuşdur  və  bu  əsasən  ABŞ-da  şirkətin  fəaliyyət  sahəsini  ifadə  edirdi.  Sonralar 

nternet  ABŞ  hüdudlarından  çıxdıqdan  sonra  ölkələri  bildirən  iki  hərfdən  ibarət 

domenlər yarandı. 2000-ci ildə qərar qəbul edilib ki, yuxarı səviyyəli domenlərin 

siyahısını  genişləndirsinlər.  Belə  ki,  home,  busines,  bank  və  s.  kimi  fəaliyyət 

sahələrini ifadə edən domenlər yaradılması planlaşdırıldı.  




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə