Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   16   17   18   19   20   21   22   23   24

56 

 

 



 

kompüterdə əlavə olaraq səs kartı, səs kolonkası və mikrofon olmalıdır. Aralarında 

səsli  əlaqə  yaradılan  kompüterlərdə  eyni  proqram  təminatından  istifadə 

olunmalıdır.  Bu  məqsədlə,  məsələn,  «NetMeetinq»  proqramından,  tərkibinə 

«Net2Phone» proqramı daxil edilmiş  CQ proqram paketindən, «Vocaltec  nternet 

Phone» proqram kompleksindən, «Media-Ring» proqramından və s. istifadə edilə 

bilər. 

Kompüterlər arasında real vaxt rejimində səsli əlaqənin yaradılması müxtəlif 



coğrafi nöqtələrdə yerləşmiş şəxslərin (elmi işçilərin, iş adamlarınm və s.) iştirakı 

ilə  audio-konfrans  keçirməyə  real  imkan  yaradır.  Bu  cür  audio-konfransları 

reallaşdırmaq üçün yuxarıda göstərilən proqramlarla yanaşı, bu məqsəd üçün daha 

geniş yayılmış « Paltalk» proqramından istifadə etmək olar. 

Müasir  informasiya  texnologiyasının  metod  və  vasitələri  nternet  vasitəsilə 

kompüterlər  arasında  real  vaxt  rejimində  həm  səsli,  həm  də  görüntülü  əlaqənin 

yaradılmasına imkan verirlər, yəni bir-birilə səsli əlaqə quran şəxslər, həm də bir-

birini  görə  bilirlər.  Görüntülü  əlaqənin  yaradılması  üçün  istifadə  edilən 

kompüterlərdən  və  modemlərdən  səsli  əlaqəyə  nisbətən  daha  yüksək  sürət  tələb 

olunur.  Görüntülü  əlaqə  yaratmaq  üçün  səsli  əlaqədə  tətbiq  edilən  texniki 

avadanlığa əlavə olaraq Web kamera da daxil edilməlidir. 

nternet  vasitəsilə  kompüterlər  arasında  real  vaxt  rejimində  səsli  və 

görüntülü  əlaqənin  qurulması  imkanı  videokonfranslar  keçirməyə  real  şərait 

yaradır. Videokonfrans yuxarıda baxılan «Səs Çatı» nın analoqudur, lakin burada 

səslə bərabər video təsvirlər də ötürülür və qəbul edilir. 

Kompüterlər arasında səsli və görüntülü əlaqənin yaradılması üçün şəbəkədə 

səsin və təsvirin sıxılıb ötürülməsini və qəbul edilib açılmasını təmin edən xüsusi 

proqram  təminatı  tətbiq  edilir.  Bu  proqramlardan  ən  tanınmışları  yuxarıda  adı 

çəkilən  «NetMeeting»  və  xüsusilə  videokonfrans  keçirmək  üçün  nəzərdə  tutulan  

«CU-SeeMe» proqramlarıdır. 

6.

 

Elektron  elanlar  lövhələri.  Bu  xidmət  növü  elektron  poçtundan, 



müxtəlif informasiya xidmətldərindən, interaktiv səsli və görüntülü əlaqələrdən və 


57 

 

 



 

konfranslardan  birgə  istifadə  edilməklə  reallaşdırılır.  ABŞ-ın  NPTN  (National 

Publik  Telecomputinq  Network-  Milli  ctimai  Kompüter  Şəbəkəsi)  kompüter 

şəbəkəsinin  tərkibinə  daxil  olan  bu  sistem  pulsuz  telekommunikasiya  və  şəbəkə 

xidmətləri təqdim edir. 

Elektron  lövhələr  onlarda  yerləşdirilmiş  elanların  mövzularına  görə 

xüsusiləşdirilmiş  və  ümumi  xarakterli  ola  bilərlər.  1-ci  halda  elektron  lövhədə 

yerləşdirilmiş  elanlar  müəyyən  mövzuya  görə  qruplaşdırılır,  məsələn,  daşınmaz 

əmlak  satışı,  avtomobil  satışı  və  s.,  2-ci  halda  isə  lövhədə  bütün  mövzulara  aid 

elanlar  yerləşdirilir.  Elektron  elanlar  adi  qəzet  və  ya  divar  elanlarından  fərqli 

olaraq,  daha  çox  müddətdə  fəaliyyət  göstərir  və  onları  daha  çox  sayda  istifadəçi 

oxuyur.  Qəzetlərdəki  elanların  elektron  variantlarını  da  nternetdə  yerləşdirmək 

mümkündür. 

nternet vasitəsilə alqı-satqı əməliyyatlarının aparılması da çox səmərəlidir. 

nternetin  bu  xidmət  obyektlərinə  nternet  -  mağazalar  deyilir.  nternet  - 

mağazalarda  satılan  mallar  haqqında  ətraflı  məlumat  verilir  və  qrafık  vasitələrin 

köməyilə əks etdirilir. Alıcı ona lazım olan malı seçdikdən sonra satışı ilə «online» 

və  ya  «offline»  rejimində  əlaqə  saxlaya  və  onunla  sövdələşə  bilər.  Ən  geniş 

yayılmış  nternet  -  mağaza  proqramlarına  misal  olaraq  «Copernic  Shopper» 

(ünvanı:  www.copernic.com),  «Half»(ünvanı:  www.half.com),  «Shopping» 

(ünvanı: www.shopping.ru) və s. göstərmək olar. 

Elektron  elanlar  lövhələrinin  bir  növü  də  nternet  və  ya  şəbəkə 

auksionlarıdır.  nternet - auksion istənilən mal növləri üzrə və istənilən istifadəçiyə 

görə  təşkil  edilə  bilər.  Məsələn,  Rusiyada  bu  məqsədlə  iri  miqyaslı 

«Molotok»(ünvanı:  www.molotok.ru)  auksionu  təşkil  edilmişdir.  Auksionda 

axtarış  aparmaq  üçün  xüsusi  axtarış  sistemləri  də  hazırlanmışdır  (  məsələn, 

«Auctions Portal» sistemi: www.auctions-portal.com). 

Elektron-mağazalarda və auksionlarda axtarış aparmaq üçün yuxarıda adları 

çəkilən proqramlardan başqa digər proqramlar da mövcuddur. Təəssüflər ki, bunu 

digər növ elektron elanlar lövhələri haqqında demək olmaz . Bu cür proqramların 




58 

 

 



 

sayı  azdır.  Sayı  çox da  olmayan  bu proqramların  kataloqlarına  «http//arsma.cent-

ro.ru/kataloqbbs/index. html», «http://vdonsk.ru/~csi/cataloq.htm» baxmaq olar. 

7.

 



nternet  vasitəsilə  şəkillərin,  insanların  və  təşkilatların  axtarışı.  Bu 

xidmət növləri  nternet -brauzerlərin son versiyalarında reallaşdırılan funksiyaların 

köməyilə və digər proqramlar vasitəsilə yerinə yetirilir. 

Şəkil  axtarışı  üçün  nternet  Explorer-də  «Search»(Axtarış)  düyməsini 

basmaq  və  sol  tərəfdə  açılan  pəncərədə  «Find  a  picture»  (Şəklin  axtarışı) 

menyusunu seçərək şəklin adını ifadə edən lazımi sözü qeyd etmək lazımdır. Şəkil 

axtarmaq  məqsədilə  digər  proqramlardan  da  istifadə  edilə  bilər.  Məsələn, 

www.ditto.com  və  ya  www.ipix.yahoo.com  serverləri  vasitəsilə  axtarılan  şəkli 

ifadə edən bir sözü verməklə həmin sözə uyğun şəkillərə baxmaq olar. «Google» 

sistemində  də  şəkil  axtarışı  imkanı  lazımi  səviyyədə  nəzərə  alınmışdır  (ünvan: 

www.google.com). 

nternetdə  insanların  da  axtarışını  həyata  keçirmək  olar.  Bu  məqsəd  üçün 

müxtəlif  proqramlar  mövcuddur.  Bu  proqramlardan  bəzilərini  əməliyyat 

sistemlərindən çağırıb işlətmək olar. 

nternet  vasitəsilə  təşkilatların  da  axtarışı  mümkündür.  Bu  cür  axtarışı 

təşkilatın  adına,  elektron  poçt  ünvanına,  URL  və  ya  P-ünvanına  görə  aparmaq 

olar. Bu məqsədlə yuxarıda adlan çəkilən və digər axtarış proqramlarından istifadə 

etmək olar. Prinsip etibarilə təşkilatların axtarışı insanların axtarışı kimi aparılır. 

8.

 

TELNET xidməti.  Terminalın emilyasiya protokolu olan Telnet uzaq 



məsafəli  terminalın  nternetə  qoşulmasını  təmin  edir.  Telnet  istifadəçiyə  uzaq 

məsafəli  qovşağın  əməliyyat  sistemi  və  ya  verilənlər  bazası  ilə  əlaqə  yaratmağa 

imkan  verir.  Uzaq  məsafəli  kompüterdə  (qovşaqda)  yerləşən  proqramları  çağırıb  

istifadə    etmək    də    olar.    Uzaq    məsafəli    kompüterlə    əlaqə  nternet  vasitəsilə 

yaradılır. Bunun üçün həmin kompüterdə «uçot resursu» (account) olmalıdır. Bəzi 

qovşaqlar istifadəçiləri əlverişli servislə təmin edirlər. Məsələn, ABŞ konqresinin 

kitabxanasının «locis.loc.gov» qovşağına Telnet protokolu ilə müraciət etmək üçün 

uçot resursları tələb edilmir. Bu halda sistemə giriş zamam istifadəçi identifıkasiya 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə