Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   16   17   18   19   20   21   22   23   24

62 

 

 



 

müsbət mənada fərqlənir. Məsələn, sorğuya cavab kimi verilən saytların və oxşar 

mövzularıın (Related Searches) siyahıları ilə yanaşı, oxşar kateqoriyaların (Related 

Cateqories)  siyahısı  da  ekrana  çıxarılır.  Həmin  siyahıda  Snap-ın  tematik 

kataloqunda  tapılan  saytların  rast  gəlindiyi  bölmələr  göstərilir.  Snap-ın  kataloqu 

xüsusi redaktorlar (insanlar) tərəfındən hazırlanır. Onlar ən populyar saytları seçib, 

onları  təsvir  edir  və  kataloqun  uyğun  bölmələrinə  yerləşdirirlər.  Kataloqun 

bölmələri həmçinin tapılan sayt haqqında qısa informasiyada da qeyd olunur (əgər 

sayt  tematik  kataloqa  daxil  edilibsə).  Bu  cür  saytlar  «Top  Web  Sites»  (ən  yaxşı 

Web saytlar) kateqoriyasında təsvir edilirlər. 

Snap-ın  cavablar  pəncərəsində  «Top  Web  Sites»  kateqoriyasından  sonra 

«LiveDirectory»  (Müvəqqəti  Qovluq)  kateqoriyası  gəlir.  Həmin  kateqoriyaya 

saytların  qiymətləndirilməsində  redaktorlara  (insanlara)  kömək  məqsədi  ilə 

yaradılmış  «Global  Brain»  proqramı  vasitəsilə  populyarlığı  təyin  edilmiş  saytlar 

daxil  edilir.  Saytların  populyarlığı  onlara  edilən  istinadların  sayı  və  baxılma 

müddətlərinə  görə  müəyyənləşdirilir.  Hər  bir  müəllif  öz  saytını  «LiveDirectory» 

kateqoriyasına  daxil  edə  bilər.  Snap  həmin  saytları  tematik  kataloqda  göstərmir, 

lakin  belə  kateqoriyanın  mövcudluğu  haqqında  pəncərəyə  məlumat  çıxarır.  Snap 

sistemi  «LiveDirectory»  kateqoriyasına daxil  edilən  saytların populyarlığını  təyin 

etdikdən sonra, ən populyar saytlar redaktorlara təqdim edilir.  

Qeyd etmək lazımdır ki, «Related Searches» bölməsində göstərilən sözlər və 

frazalar sonrakı axtarışı dərinləşdirmək və ya genişləndirmək üçün çox faydalıdır. 

Bəzən  sorğunu  verən  şəxs  onu  maraqlandıran  mövzunu  lazımi  sözlərlə  düzgün 

ifadə  edə  bilmir,  bu  halda  «Related  Searches»  bölməsi  ona  kömək  edir.  Həmin 

bölmədəki  sözlərdən  istifadə  edib,  digər  axtarış  sistemlərində  də  axtarış  aparmaq 

olar. 


YAHOO

  (www.vahoo.com) 

nternetdə  istifadə  edilən  ilk  axtarış 

sistemlərindən  biridir.  Hazırda  Yahoo  bir  sıra  informasiya-axtarış  vasitələri 

istehsalçıları ilə əməkdaşlıq edir və onun müxtəlif serverlərində müxtəlif proqram 

təminatından  istifadə  edir.  Yahoo  -ya  tematik  kataloq  kimi  də  baxmaq  olar,  ona 




63 

 

 



 

görə  ki,  onun  tematik  kataloqu  ən  böyük  həcmə  malikdir  və  hazırda  kataloqda 

milyondan çox səhifənin və saytın ünvanları toplanıb. 

Bütün  tematik  kataloqlar  kimi,  Yahoo  da  ağacvari  strukturla  təşkil 

edilmişdir.  Hazırda  Yahoo  ən  böyük  kataloq  olmaqla  yanaşı  ən  çox  müraciət 

olunan sistemdir. Hər ay Yahoo -ya 40 milyondan çox insan müraciət edir. 



O NGS

 (www.oingo.com,) sistemi sözü adi simvollar ardıcıllığı kimi qəbul 

edən bir çox axtarış sistemlərindən fərqli olaraq, sözlərin mənalarını «başa düşür». 

lkin  axtarışda  sorğunun  sözlərinə  digər  sistemlərdə  olduğu  kimi,  simvollar 

ardıcıllığı  kimi  baxılır.  Axtarış  nəticələri  iki  siyahı  ilə  ekrana  çıxarılır:  tapılan 

Web-saytların   siyahısı  və   kataloqun  bölmələrinin   siyahısı. Uyğun düyməni 

basmaqla açılan üçüncü siyahıda isə sorğudakı sözün bütün mənaları əks etdirilir. 

Məsələn,  sorğuda  verilmiş  «axtarış»  sözünün  müxtəlif  mənalarının  siyahısında 

aşağıdakılar  göstərilir:  1)  «informasiya  axtarışı»,  2)  «insan  axtarışı»,  3)  «mal 

axtarışı»,  4)  «cinayətkarın  axtarışı»,  5)  «ev  axtarışı»  və  s.  Bu  siyahıdan  lazımı 

variantı  seçdikdən  sonra  «Search  Again»  düyməsini  basmaqla  axtarış  yenidən 

təkrarlanır və «axtarış» sözünün seçilən mənasına görə yeni nəticələr alınır. 

Əgər Oingo verilmiş sorğuya görə öz kataloqunda heç bir şey tapa bilmirsə, 

o, Altavista sisteminin indeksinə müraciət edir. 



NORTHERNLIGHT

 (iwww.northernlight.com) sistemi mahiyyətcə Altavista 

sistemindən az fərqlənir. Burada da həcmi Altavista - dakından az olmayan avto-

matik indeksdən istifadə edilir.  

Axtarış  sistemləri  arasında  Northernlight  sisteminin  də  özünə  məxsus  yeri 

var. Onu digər sistemlərdən fərqləndirən faydalı cəhətlərindən biri ondan ibarətdir 

ki,  o,  sorğuya  cavab  kimi  seçilən  sənədlərin  siyahısını  verməklə  yanaşı,  tapılan 

sənədləri  sorğu  çərçivəsində  mövzulara  (qovluqlara)  ayırır  və  həmin  mövzuların 

siyahısını ekrana çağırır. Əgər seçilən sənədlər istifadəçini qane etmirsə, o, təqdim 

edilən  mövzular  siyahısından  lazımi  mövzunu  seçməklə  sorğunu  dəqiqləşdirib, 

təkrar axtarış apara bilər. Təkrar axtarışın nəticələri də mövzulara görə qovluqlara 

ayrılır. Həmin mövzulardan lazım olanı seçməklə, istifadəçi bir daha öz sorğusunu 




64 

 

 



 

dəqiqləşdirib, yenidən axtarış apara bilər. Beləliklə, bu cür iterativ axtarış prosesi 

istifadəçini təmin edən sənədlər tapılana qədər davam edə bilər. 

APORT

 (www.aport.ru) Rusiyanın «Runet» adlanan 3 axtarış serverindən bi-

ridir. Onun indeks bazası o qədər də böyük deyil və operativliyi də yüksək deyil. 

Lakin Aport sistemi bəzən digər sistemlər tərəfındən tapılmayan sənədləri tapa bi-

lir.  Bu  sistemin  digər  üstün  cəhəti  ondan  ibarətdir  ki,  o,  sənədin  indeksinə  görə 

onun ilkin mətnini bərpa edə bilir (hətta sənəd  nternetdən kənarlaşdırılsa da). 

Bütün  bunlarla  yanaşı,  Aport  həm  sorğunu,  həm  də  sorğuya  görə  alınan 

nəticələri  ingilis  dilindən  rus  dilinə  və  əksinə  çevirə  bilir.  Bu  sistemdə  də  sözün 

sənəddə yerləşdiyi sahənin adına görə axtarış aparmaq imkanı var. 

RAMBLER 

(www.rambler.ru) -çoxlu sayda axtarış servislərinə, o cümlədən: 

«Rambler  Top  100»  reytinqi,  müxtəlif  mövzulara  (məsələn,  şəbəkə  mağazaları, 

hədiyyələr,  iş,  hüquq,  kompüter  və  s.)  aid  kataloqlar,  faylların  axtarışı,  müxtəlif 

suallar üzrə arayış sistemi və s. malik olan çoxfunksiyalı sistemdir. Rambler-in bir 

çox serverləri ayrıca axtarış serverləri kimi də istifadə edilir. 



YANDEX 

(www.yandex.ru)  -rus  axtarış  sistemləri  arasında  ən  populyar, 

indeks  bazası  ən  böyük  və  axtarış  imkanları  ən  yaxşı  olan  sistem  hesab  olunur. 

Onun  indeks  bazasında  təkcə  Rusiya  saytları  deyil,  MDB  ölkələrinin  və  digər 

ölkələrin də saytlan əhatə olunur. 

Yandex-in əsas üstünlüyü sorğudakı sözlərin bütün formalarına görə axtarış 

apara  bilməsidir.  Hətta  lüğətdə  olmayan  sözlər  üçün  də  onların  söz  formalarını 

tərtib edə bilir. Axtarışı açar sözlərin bütün formalarına görə və ya konkret verilmiş 

formaya  görə  aparmaq  olar.  Sözlərin  arasındakı  məsafəni  onların  ardıcıllığını 

nəzərə  almaqla  təyin  etmək  mümkündür.  Axtarışın  nəticələri  istifadəçini  qane 

etmirsə,  axtarışı  Altavista  sistemində  davam  etdirmək  olar.  Bu  halda  Yandex  -də 

emal olunmuş sorğu hazır şəkildə Altavista -ya ötürülür. 



 

 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə