olunan ərazilər haqqında kitablar, Heydər Əliyevin müxtəlif
vaxtlarda iməciliklərdə ağac əkməsini əks etdirən şəkillər nümayiş
etdirilir. Burada Prezident İlham Əliyevə “Azərbaycanda xüsusi
mühafizə olunan ərazilər” (“Protected areas in Azerbaijan”) kitabı
hədiyyə edildi.
“Kənd təsərrüfatı” bölməsində ümummilli liderin ölkəmizdə aqrar
sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks
etdirən müxtəlif materiallar, habelə kitablar, plakatlar vardır. Bu
bölmədə Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində
həyata keçirdiyi islahatları əks etdirən eskponatlar böyük maraq
doğurur.
“Mədəniyyət və incəsənət” bölməsində ulu öndərin baxdığı teatr
tamaşalarının afişaları, mədəniyyət və incəsənət xadimləri ilə
görüşlərini, mədəniyyət obyektlərinin tikintisini və açılışını əks
etdirən şəkillər, qədim xalça nümunələri, xalq çalğı alətləri,
“Mədəniyyət” qəzetinin ümummilli liderin 85 illik yubileyinə həsr
olunmuş xüsusi nömrəsi və Azərbaycan şairlərinin Heydər Əliyevə
həsr etdikləri şeirlərdən ibarət “Günəşə qovuşmaq istəyirəm mən”
kitabı nümayiş etdirilir.
Kitabın bir nüsxəsi Prezident İlham Əliyevə hədiyyə olundu.
Sərginin ən maraqlı guşələrindən olan “Neft strategiyası və enerji
təhlükəsizliyi” bölməsində ulu öndərin müəllifi olduğu neft
strategiyası ilə bağlı materiallar, o cümlədən “Əsrin müqaviləsi”nə,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə,
“Şahdəniz” layihəsinə, ümumiyyətlə Azərbaycanda neft sənayesinin
inkişafı sahəsində gördüyü işlərə dair eksponatlar toplanmışdır.
Bunlar sovet dövrü və müstəqillik dövrü bölmələrində nümayiş
etdirilir. Prezident İlham Əliyev burada Azərbaycanın neft
strategiyasına həsr olunmuş filmdən bir parçaya baxdı.
Sərgidə “Azəriqaz” QSC, “Azərenerji” ASC və “Azərikimya”
Dövlət Şirkətinin fəaliyyəti ilə bağlı guşələr də vardır.
Xalq qəzeti.- 2008.- 8 may.- S. 1-2.
Respublika qəzeti
2006
Heydər Əliyev muzeyinin açılışı
Avqustun 10-da Salyan şəhərindəki Heydər parkında ulu
öndərin adını daşıyan muzeyin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən
lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, muzey görkəmli
dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin
irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə
yaradılmışdır. Burada ulu öndərin uşaqlıq və gənclik illərini,
təhlükəsizlik orqanlarında fəaliyyətini, Azərbaycana rəhbərliyinin
ilk dövrünü, ötən əsrin 70, 80 və 90-cı illərində Salyan rayonuna
tarixi səfərlərini, müstəqil Azərbaycan dövlətinə rəhbərlik illərini,
kənd təsərrüfatının, sənayenin inkişafına, ordu quruculuğuna,
mədəniyyətə və idmana qayğısını, "Əsrin müqaviləsi"nin
imzalanmasını, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata
keçirilməsini əks etdirən çoxsaylı foto-şəkil və eksponat
toplanmışdır. Xüsusi vurğulandı ki, ulu öndər 1969-cu ildə
respublikada siyasi rəhbərliyə gəldikdən az sonra ilk səfərini məhz -
Salyan rayonuna etmişdir. Salyanlılar bunu ümummilli liderin
onlara olan məhəbbətinin təzahürü kimi qiymətləndirirlər.
Muzeydə ümummilli liderin büstü də qoyulmuş, Salyan
rayonuna səfərlərini əks etdirən xüsusi fotoalbom hazırlanmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin
ayrı-ayrı guşələri ilə tanış oldular, fotoşəkillərə böyük maraqla
baxdılar. Burada ulu öndərin 1998-ci ildə prezident seçkiləri
ərəfəsində Salyana gəlişi zamanı söylədiyi nitq video-kadrlar
vasitəsilə səsləndirildi.
Sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək
sözlərini yazdı:
"Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər ulu
öndərin həyat və fəaliyyətini əks etdirir. Bütün dövrlərdə Heydər
Əliyev doğma xalqına sədaqətlə xidmət
etmişdir.
Heydər Əliyev Salyan rayonunun inkişafına həmişə böyük
diqqət göstərmişdir. 1969-cu ildə Azərbaycan rəhbəri kimi ilk
səfərini Salyan rayonuna etmişdir. 1998-ci ildə isə seçki
kampaniyasını Salyan rayonundan başlamışdır. Bu faktlar Heydər
Əliyevin Salyana və salyanlılara xüsusi münasibət və məhəbbətinin
təzahürüdür.
Bu gün də Heydər Əliyev siyasəti yaşayır. Salyan rayonu
inkişaf edir və rayonun gələcək inkişafına böyük diqqət göstərilir.
Bütün salyanlılara dərin hörmət və məhəbbətimi bildirirəm.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
10.08.2006-cı il
Respublika.- 2006.- 11 avqust.- S. 2.
"Heydər
Əliyev irsi" Beynəlxalq Elektron
Kitabxananın yeni nəsri təqdim olunmuşdur
Oktyabrın 12-də "Hyatt Regency" hotelinin İclas və Konfrans
Mərkəzində "Heydər
Əliyev irsi" Beynəlxalq Elektron
Kitabxananın "Heydər Əliyev: biz Azərbaycan torpağında ikinci
erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabının
təqdimat mərasimi keçirilmişdir.
Milli Məclisin deputatlarının, nazirlərin, dövlət komitəsi və
şirkət sədrlərinin, diplomatik korpus, siyasi partiyalar, qeyri-
hökumət təşkilatları təmsilçilərinin, tanınmış elm xadimlərinin
iştirak etdikləri tədbiri akademik, əməkdar elm xadimi, Heydər
Əliyev irsi Beynəlxalq Elektron Kitabxananın redaksiya heyətinin
sədri Asəf Nadirov açaraq layihə barədə məlumat vermişdir. O
demişdir ki, Heydər Əliyevin siyasi portretini tam dolğunluqla
yaratmaq çox məsul işdir və bəlkə də, mümkünsüzdür. Şübhəsiz ki,
ümummilli liderimiz haqqında ən dolğun təəssüratı məhz onun
əsərləri çıxışları, nitqləri, bəyanatları, məktubları yarada bilər.
Heydər Əliyev irsinin təbliğində YUNESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər
Əliyev Fondu genişmiqyash fəaliyyət
göstərməkdədir. Fond Heydər Əliyevin zəngin irsinin öyrənilməsi
istiqamətində diqqətəlayiq işlər həyata keçirir.
"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananı
yaratmaqda bizim əsas məqsədimiz isə tarixin ən böyük
azərbaycanlısı olan Heydər Əliyevin zəngin irsini beynəlxalq
aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.
Azerbaijan Ne Media Azərbaycan Bolqarıstan müştərək
müəssisəsinin ən böyük layihəsi olan "Heydər Əliyev irsi"
Beynəlxalq Elektron Kitabxana 2004-cü il may ayının 10-da
ümummilli liderimizin ad günündə internet sisteminə çıxmışdır.
Kitabxananın yaradılması ilə Azərbaycanın ən yeni tarixi və
inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan oxucularımız Heydər
Əliyevin əsərlərini dünyanın bir çox dillərində mütaliə etmək
imkanı əldə ediblər.
Akademik məlumat vermişdir ki, dünyada 14 oxşar layihə
mövcuddur. Tarixdə böyük iz qoymuş ictimai-siyasi xadimlərin
(Avraam Linkoln, Corc Vaşinqton, Franklin Delano Ruzvelt,
Mahatma Qandi, Uinston Çörçill, Con Kennedi, Ronald Reyqan,
Mustafa Kamal Atatürk və s.) irslərinə həsr edilən kitabxanaların
sırasına "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın
qoşulması, hesab edirik ki, təqdirəlayiq haldır və vaxtında atılmış
addımdır. Asəf Nadirov təqdim olunan kitab haqqında söz açaraq
bildirmişdir ki, bu, Sabaha doğru kitabından sonra ikinci kitabdır və
dörd dildə (Azərbaycan, ingilis, fransız və rus dillərində) çap
olunmuş kitaba ATƏT-in Budapeşt, Lissabon və İstanbul
sammitlərində Heydər
Əliyevin çıxışları, müsahibələri,
ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxışı daxil edilmişdir.
Dostları ilə paylaş: |