Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

 
70
həmçinin çəhrayı, sarı  və boz rəngli gil qab parçaları, daş alətlər və tunc iynə 
qırığı tapılmışdır. V.H.Əliyev və A.Q.Seyidovun qazıntıları zamanı 0,6 m 
dərinlikdə arakəsmə ilə ikiyə bölünmüş bina qalığı  aşkar olunmuşdur. Lakin 
qazıntı sahəsi kiçik olduğundan binanın ümumi planını müəyyən etmək mümkün 
olmamışdır. Divar mərmər qaya parçalarından hörülərək gil məhlulla 
bərkidilmişdir. Divarın saxlanmış hissəsinin uzunluğu 3, eni 0,7, hündürlüyü 0,4 
m-dir. Şübhəsiz ki, tikinti materialı yaxınlıqda olan qayalıqdan gətirilmişdir. 
 
 
 
   Şəkil 40. Мaxta Kültəpəsində Erkən Tunc dövrünə aid bina qalıqları (Vəli  
                 Baxşəliyev, Səfər Aşurov və Lauren Ristvet tərəfindən qazılmışdır) 
 
 
Мaxta Kültəpəsi yaşayış yeri Şərur rayonunun Мaxta kəndindən qərbdə, 
Araz çayının sol sahilində yerləşir. Onun cənub-qərb hissəsi dəmiryolu 
çəkilərkən dağıdılmışdır. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 ha-
dır. 
1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurov tərəfindən yaşayış 
yerində 100 m
2
 sahədə tədqiqat işləri aparılmış, daş təməl üzərində çiy kərpicdən 
hörülmüş tikinti qalıqlarına, gil qab parçalarına və ocaq qurğusunun hissələrinə 
rast gəlinmişdir. 
Kəşfiyyat xarakterli tədqiqatlar zamanı yaşayış yerinin əhatə etdiyi ərazidə 
daşdan tikilmiş  qədim məbəd, onun içərisində isə daş bütlər aşkar edilmişdir. 


 
71
Yaşayış yerinin keramika məmulatı və tikinti qalıqları Kür-Araz mədəniyyətinin 
orta mərhələsinə aiddir. 
Xalac  yaşayış yeri Şərur rayonunun eyni adlı  kəndi yaxınlığında, 
Arpaçayın sağ sahilində yerləşir. Yaşayış yeri, burada açılan mərmər daş 
karxanasında gedən işlər zamanı dağıdılmışdır.  Onun salamat qalmış hissəsinin 
sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli 
gil qab parçalarından, əmək alətlərindən ibarətdir.        
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz 
çayının sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış 
yeri 1936-cı ildə  Ə.K.Ələkbərovun kəşfiyyat xarakterli qazıntıları ilə 
öyrənilmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidəninin üzərindən 1,5-3 m 
dərinlikdə yerləşir. Qazıntı zamanı gil qab parçaları  və ocaq qurğularının 
qalıqları  aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli 
tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır. 
Ərəbyengicə yaşayış yeri Şərur rayonunun eyni adlı  kəndinin 
yaxınlığında, Araz çayı ilə Arpaçayın birləşdiyi yerdə salınmışdır. Abidənin çox 
hissəsi üzüm plantasiyaları  və  əkin sahələrinin altında qalmışdır. Onun salamat 
qalan hissəsinin sahəsi 0,8 ha-dır. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli 
tədqiqatlar nəticəsində dən daşları, sürtgəclər, gil qab parçaları, əldə edilmişdir. 
Toplanmış keramika başlıca olaraq Kür-Araz mədəniyyətinin orta və son 
mərhələsinə aiddir.  
Urmiya hövzəsində yerləşən abidələr içərisində Göytəpə  və Yanıqtəpə 
xüsusilə diqqətəlayiqdir. Bu abidələrdən tapılmış arxeoloji materiallar Kür-Araz 
mədəniyyətinin müxtəlif mərhələlərini özündə  əks etdirir. Göytəpədən aşkar 
olunan materiallar Kür-Araz mədəniyyətinin erkən, Yanıqtəpə materialları isə  
son dövrünə aiddir. Tədqiqatçıların fikrinə görə, bu abidələr stratiqrafiya 
baxımından bir-birini tamamlayır. 
Göytəpə yaşayış yeri Urmiya gölünün qərbində, Urmiya şəhərindən 7 km 
cənub-şərqdə yerləşir. Abidədə aparılan səkkiz qazıntı sahəsindən yalnız birində 
Kür-Araz mədəniyyətinə aid edilən «K» təbəqəsinə rastlanmışdır. Abidənin 
mərkəzində yerləşən I qazıntı sahəsində (83 m
2
) Kür-Araz mədəni təbəqəsi 
bilavasitə Eneolit dövrünə aid edilən  «М» təbəqəsinin üzərində yerləşir.  
Göytəpənin «K» təbəqəsi Barton- Braun tərəfindən aşağıdan yuxarıya 
doğru K
1
, K
2
, K
3
 olmaqla, üç tikinti qatına bölünmüşdür. Xarakterik keramika ilə 
fərqlənən bu tikinti qatlarındakı memarlıq qalıqları qazıntılar zamanı 
öyrənilməmişdir. Aşağı  K

təbəqəsində qalın kül layları halında güclü yanğın 
izləri, kömür qalıqları, ev tavanlarının yanmış  ağaclarının qalıqları  aşkar 
olunmuşdur. Bu təbəqədən, həmçinin çiy kərpicdən hörülmüş böyük divarın bir 
hissəsi də aşkar edilmişdir. Onun eni 1,65m-dir. 
 
 


 
72
  
K
2
  və  K
3
 tikinti qatlarında müxtəlif dərinliklərdə çiy kərpicdən divar 
qalıqlarına, kiçik çay daşlarından hörülmüş  təməl qalıqlarına rast gəlinmişdir. 
Çiy kərpiclər tam olaraq əldə edilməmişdir (? x 0,21 x 10 sm). Bəzi yerlərdə gillə 
suvanmış döşəmə qalıqları  aşkar edilmişdir. Ocaqlar divarların yaxınlığında 
olmuş, lakin onların formasını müəyyən etmək mümkün olmamışdır. 
              
 
              Şəkil 41. Göytəpənin İlk Tunc dövrü təbəqəsinin materialları
 
 
 
K
3
 qatında döşəmədə qazılaraq ağzı yastı daşlarla örtülmüş çuxurun 
içərisində iri həcmli, yuvarlaq oturacaqlı, üç qulplu gil qabın olduğu 
müəyyənləşdirilmişdir. Şübhəsiz ki, bu qab ərzaq ehtiyatı saxlamaq üçün nəzərdə 
tutulmuşdur. 
        
Tapıntılar içərisində gil məmulatı üstünlük təşkil edir. Əldə edilən 
arxeoloji materiallardan gil təkər modelləri, heyvan fiqurları, iy başlıqları, 
muncuqlar diqqəti cəlb edir. Bu təbəqədən tunc nizə ucluğu, üzük, sancaq, metal 


 
73
çubuqlar tökmək üçün gil qəliblər də tapılmışdır. K

təbəqəsindən götürülən 
kömürün analizi e.ə. 2574 

146-cı ili göstərmişdir. 
       
 
             Şəkil 42. Yanıqtəpədən aşkar olunan evlərin planı və maddi- 
                             mədəniyyət qalıqları 
 
 
Urmiya gölünün şərqində yerləşən Yanıqtəpə abidəsi daha yaxşı 
öyrənilmişdir. Bu abidənin təsərrüfat-məişət komplekslərində Kür-Araz 
mədəniyyətinin əsas əlamətləri aydın şəkildə izlənmişdir. 
Yanıqtəpə yaşayış yeri qədim dövrdə ardıcıl olaraq yaranan üç təpədən 
ibarət olmuş, zaman keçdikcə onlar bir təpə halında birləşmişdir. Onun 
hündürlüyü 16,5 m, diametri 300 m-dən artıqdır. Yaşayış yerində Neolit, Eneolit 
və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-Araz mədəniyyətinə aid 
təbəqə abidənin ən üst qatında yerləşmişdir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz 
təbəqəsinin bir-birinə münasibəti stratiqrafik baxımdan həll edilməmişdir. Belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə