74
ki, qazıntı zamanı heç yerdə Kür-Araz təbəqəsinin
Eneolit təbəqəsini örtdüyü
müəyyənləşdirilməmişdir.
Şəkil 43. Yanıqtəpənin II İlk Tunc dövrü təbəqəsində aşkar
olunan maddi-mədəniyyət qalıqları
Ç.Barney Eneolit və Kür-Araz mədəniyyəti qalıqlarını analiz edərək belə
nəticəyə gəlir ki, bunların arasında böyük xronoloji fasilə olmuşdur. Onun
fikrincə, bu mədəniyyət buraya şimaldan gələn tayfalar tərəfindən gətirilmişdir.
Abidənin şimal yamacında aparılan qazıntılar zamanı müxtəlif dərəcədə qalmış 9
tikinti qatı aşkar olunmuşdur. Bu tikinti qatları müəllif tərəfindən şərti olaraq I
İlk Tunc və II İlk Tunc dövrlərinə ayrılmışdır.
Birinci dövrə aid edilən tikinti qatlarında aşkar olunan binalar dairəvi
planlıdır. Onların bəzisinin yenidən tikilməsi göstərir ki,
bəzi binalardan bir neçə
tikinti dövründə istifadə edilmişdir. İlk mərhələyə 30, 32 №-li yaşayış və 34 №-li
təsərrüfat binası aiddir. Təsərrüfat binasında içərisində təsərrüfat küpəsi olan
75
ərzaq quyusu aşkar olunmuşdur. Bir qədər sonra tikilən 10, 11, 21, 31 №-li
binalar əvvəlkilərdən yalnız həcminin böyüklüyünə görə fərqlənir.
Bundan sonrakı ikinci tikinti qatında dairəvi planlı 1 №-li unikal binanın
qalıqları aşkar olunmuşdur. Bu bina təpənin ən hündür yerində yerləşmişdir.
Binanın bu cür mərkəzi mövqeyi onun xüsusi əhəmiyyətə malik olduğunu
göstərir. Bina konstruksiyasına görə də digərlərindən fərqlənir. Onun bir-birinin
içərisində yerləşdirilmiş iki konsentrik divarı vardır. İçərisi arakəsmə divarla 4
bölümə ayrılmışdır. Divarlar 2 m hündürlükdə qalmışdır. Binanın ikinci xarici
divarı Ç.Barneyin fikrinə görə, nəmliyin qarşısını almaq üçün olmuşdur.
Bizim
fikrimizcə, binanın belə quruluşu həm də ərzaq ehtiyatlarının
saxlanması üçün vacib olan temperaturun tənzimlənməsi üçün nəzərdə tutul-
muşdur. Xaricdəki divar kərpiclərin pilləli şəkildə yerləşdirilməsi ilə, fiqurlu
şəkildə hörülmüşdür. Bu cür hörgü divara müəyyən gözəllik və möhkəmlik
vermişdir.
Dairəvi planlı 1 №-li bina bir neçə tikinti dövründə mövcud olmuş, III
tikinti qatında da öz funksiyasını itirməmişdir. Bu tikinti qatında güclü müdafiə
divarının qalıqları aşkar olunmuşdur. Divarın qazıntı zamanı aşkar
edilmiş
hissəsinin eni, 4,6-5 m-dir. O yonulmamış daşlardan tikilərək, gil məhlulu ilə
bərkidilmişdir.
II İlk Tunc dövrünə aid edilən təbəqə bilavasitə birincinin üzərində
yerləşir. Bu dövrdə evlərin tikintisində böyük dəyişiklik olmuş, dairəvi planlı
evlər dördkünc planlı evlərlə əvəz olunmuşdur. Aşağı təbəqələr üçün xarakterik
olan yanğın izlərinə bu dövrdə rast gəlinməmişdir. İkinci
dövrə aid tikinti
qatlarından yalnız biri yaxşı qalmışdır. Bu tikinti qatında iki böyük, bir neçə
kiçik həcmli bina qalıqları və geniş həyət aşkar olunmuşdur. Kərpic sütunlarının
və ağac dirəklərinin qalıqları göstərir ki, yaşayış əsasən üst mərtəbələrdə
olmuşdur. Lakin, aşağıdakı binaların birində divar boyunca yatacaq üçün istifadə
olunan kərpic səkinin qeydə alınması, birinci mərtəbələrin də yaşayış sahəsi kimi
istifadə olunduğunu göstərir. Alt mərtəbələrdə başlıca olaraq mətbəx və anbarlar
yerləşdirilmişdir. Bu binalarda aşkar (1 və 4 №-li) olunan soba qalıqları,
suvanmış mətbəx kürsüləri dediklərimizə əsaslı sübutdur. Ortasında maye
axıtmaq üçün novlar olan mətbəx
kürsülərinə həm dairəvi, həm də düzbucaqlı
evlərdə rastlanması evlərin daxili quruluşundakı müəyyən ənənələrin davam
etdiyini göstərir.
Bütün tikinti qatlarından tapılan arxeoloji materialların əksəriyyəti gil
məmulatından ibarətdir. Burada, həmçinin dən daşları, dəstələr, həvənglər,
qaşovlar, oraq dişləri aşkar edilmişdir. Мüdafiə divarının yaxınlığında sapand
daşlarına da rast gəlinmişdir. Gildən hazırlanmış möhürlər, iy başlıqları, körük
ucluğu, balta modeli, naxışlanmış ocaq qalıqları əsas tapıntılardandır. Bu
təbəqədən tapılan yeganə metal əşya olan kiçik tunc xəncərin ucu qırılmışdır.
76
Şəkil 44. Yanıqtəpə yaşayış yeri (7-li evin görünüşü)
Yanıqtəpənin Kür-Araz təbəqəsindən aşkar edilmiş materialların təhlili
göstərir ki, Eneolit dövrü ilə I İlk Tunc dövrü arasında böyük xronoloji kəsinti
olmuşdur.
Ola bilsin ki, Eneolit dövründə tərk edilmiş yaşayış yerində İlk Tunc
dövrünün sonunda əhali yenidən məskunlaşmışdır. Yanıqtəpənin Kür-Araz
təbəqəsinin Ç.Barney tərəfindən iki dövrə bölünməsinə baxmayaraq, onun hər
ikisi İlk Tunc dövrünün üçüncü mərhələsinə aiddir. Yanıqtəpənin dördkünc
planlı tikintilərlə xarakterizə edilən üst təbəqələri İlk Tunc dövründən Orta Tunc
dövrünə keçid mərhələsini əks etdirir. Lakin Ç.Barney tərəfindən I İlk Tunc
dövrü üçün verilən tarix (e.ə. 2100-1900) real vəziyyəti əks etdirmir.
Yanıqtəpənin
I Kültəpə, II Kültəpə, Göytəpə kimi abidələrlə ərazicə yaxınlığını
nəzərə alaraq, arxeoloji materialları Kür-Araz mədəniyyətinin üçüncü dövrünə
aid etmək olar. Demək olar ki, Yanıqtəpə Naxçıvan-Urmiya qrupuna aid
abidələrdə Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini daha dolğunluqla əks
etdirir.
Haftavantəpə
yaşayış yeri
Urmiya gölünün şimal-qərbində, Salmas
ovlağında yerləşir. Bu yaşayış yeri 1968-1978-ci illərdə Ç.Barney tərəfindən
qazılmışdır. Haftavantəpənin alt təbəqəsi İlk Tunc dövrünə aiddir. Bu
mədəniyyət Ç.Barney tərəfindən İlk Tunc II və İlk Tunc III dövrlərinə
bölünmüşdür.