34
deyilir:
" Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) batil sözləri ilə söndürmək istəyirlər.
Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər".
Azərbaycan lideri 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən başqa bir toplantıda, "İslam
sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransdakı çıxışında öz konkret müşahidələri və qənaətləri
əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşı yönəlmiş siyasətinin görünən və görünməyən
tərəflərindən söhbət açır, bir daha həmin mübarizənin məğlubiyyətlə
nəticələnməsinin qanunauyğunluğuna diqqəti cəlb edir, bu məğlubiyyəti dini hisslərin xalqın
həyatına,mənəviyyatına atdığı rişələrin güclü və dərin olması ilə izah edir:
“Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq,
qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq,
dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir. Biz bu dövrü yaşamışıq
və indi, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda
dinin, o cümlədən İslam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk etmiş oluruq".
Heydər Əliyev yaxın keçmişin tarixi təcrübəsinin obyektiv mənzərəsini rəsm edir, buna görə də
onun təhlil və qiymətləri sərrast və inandırıcı səslənir. Ümumiyyətlə, bu mühakimələr fakta
əsaslanması və məntiqi ardıcıllığı ilə seçilir.
35
Daha sonra Heydər Əliyev deyir:
"Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il
yox, 170 il də hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün
olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik
olduğunu sübut edir".
Beləcə, Heydər Əliyev münasib saydığı bütün məqamlardakı çıxışlarında islam dininin
qüdrət və gücünü, yenilməzliyini dilə gətirir və təsdiqləyir. Heydər Əliyev İran İslam
Respublikasının Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşündə demişdir:
"Xalqımızı 70 il ərzində İslam dinindən ayırmağa çalışıblar. Bilirsiniz ki, biz Sovetlər
İttifaqının tərkibində ateist tərbiyəsi, təbliğatı altında yaşamışıq. Ancaq buna baxmayaraq,
xalqımız öz dinindən heç vaxt ayrılmayıbdır, onu qəlbində, ürəyində saxlayıb və imkan
olan kimi hər şey açılıbdır. Bu da dinimizin - İslam dininin nə qədər qüdrətə, gücə malik
olduğunu bir daha göstərir".
Heydər Əliyev burada dini psixologiyanın mühüm bir məqamına toxunur, belə ki,
insanın Allahla ünsiyyəti onun qəlbində yaranır. Qəlb Allah ilə bəndə arasında ünsiyyət
yeridir. Qurana görə Allah insanın qəlbində olanları bilir (" əl-Maidə" surəsi, 7) Allah imanı
qəlbdə yerləşdirir və qəlbi inamla zinətləndirir (" əl-Hücurat surəsi", 7) İslamda mömin
bəndələrin qəlbi Allahın evi sayılır.
Sovetlər dövründə Kommunist Partiyası və siyasi hakimiyyətdə yüksək vəzifə tutan
şəxslər dindar ola bilməzdilər. Bu gerçəkliyi yada salan Azərbaycan
36
rəhbəri onu da qeyd edir ki, o, heç vaxt Allahını unutmamış, Onu, etiqadını öz qəlbində
daim yaşatmış və qoruyub saxlamışdır.
Heydər Əliyev Naxçıvanda tikilən məscidin açılışında söylədiyi geniş nitqində bu incə
məsələyə toxunaraq bildirirdi ki, o, Sovetlər İttifaqında yüksək vəzifə tutmuşdu və bu sayaq
vəzifəli şəxslər dindən uzaq olmalı idilər. Kommunist Partiyasında və siyasi hakimiyyətdə
yüksək yer tutmasına baxmayaraq, Allah daim onun qəlbində olmuş, amma şəraitə görə
bunu büruzə verə bilməmişdir. Bütün bunlar şəxsiyyətin daxilində iztirablar doğururdu.
Azərbaycan rəhbəri tarixi həqiqəti etiraf etməklə, həm də həmin mənəvi-pisixoloji
yaşantıları hiss etdirirdi. Bu yolla İslama qarşı aparılan qərəzli təbliğatın cəmiyyətə
vurduğu mənəvi ziyana diqqəti yönəldirdi. Bu baxımdan onun 9-11 dekabr 1998-ci ildə
Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransda söylədiyi
fikirlər olduqca maraqlıdır:
"Sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı güclü
təbliğat nəticəsində dinin, bizim üçün isə, ələlxüsus, islam dininin bu qədər zəngin mənəvi
dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu
anlaya bilmirdik. Mən bunu etiraf edirəm".
Azərbaycan rəhbərinin dedikləri bir neçə mühüm məsələni dövrün tarixi həqiqətləri
səviyyəsində açıqlayır və ümumiləşdirir: birincisi, sovet ideoloji siyasi sistemi
müsəlmanları öz dinindən, dinin zəngin mənəvi dəyərlərindən,
37
islam maarifindən uzaq saxlayırdı, çünki bu dəyərlərin gücünü bildiyinə görə yəqin edirdi
ki, cəmiyyətdə sovet ideologiyasının təsiri azalır, İslama meyil rəsmi ideologiyanı üstələyir.
Heydər Əliyev təsdiq edir ki, bizi bu dəyərlərdən qəsdən uzaqlaşdırırdılar. Başqa bir
tərəfdən, bolşeviklər dinə və xüsisilə, islama qarşı mübarizədə həm ideoloji-siyasi təbliğat
vasitələrindən istifadə etməklə gerçək dini maarifin qarşısını alır və islam dəyərlərini təhrif
edir, həm də zorakılıq yolu ilə dini təsisatları və məscidləri, müqəddəs ziyarət yerlərini
məhv edir, onların yerinə anbar və bu tipli binalar tikirdilər. Hətta məscid və ziyarətgahları
partladıb darmadağın etməkdən belə çəkinmirdilər. Bunda məqsəd isə dini atributları
ictimaiyyətin və xüsusilə yeni nəslin şüurundan silmək olub. Azərbaycanın əksər
bölgələrində məscidlər, minarələr sökülmüş, ümumi bina isə təsərrüfat işləri üçün istifadə
edilmişdir. Yeni nəsil bunlardan xəbərsiz idi. Digər bir tərəfdən ruhanilər və dini şəxslər
təqib edilirdi, hətta dindən uzaqlaşanlara allahsızlıq kitabçası kimi vəsiqə verilirdi. Təkcə
Quran və islam maarifinə aid dini kitablar deyil, ərəb əlifbası ilə yazılmış çoxlu elmi,
fəlsəfi, mühüm əhəmiyyət kəsb edən tarixi və ədəbi sərvətlər də məhv edilirdi. Əslində
xalqın tarixi yaddaşının üstündən qələm çəkmək siyasəti yeridilirdi.
Heydər Əliyev çıxışlarında bu barədə acı təəssüf hissi ilə dönə-dönə danışır.
"Bibiheybət" məscidini 1994-cü ildə ziyarət edərkən bu müqəddəs ocağın necə vəhşiliklə
dağıdılmasını yada salır. Burada yeni bir məscidin tikilməsi barədə qərar verir. Bu məscid
kompleksi 1998-ci ilin may ayında tikilib başa çatdı və Prezident həmin açılışda çıxış
edərək bir daha göstərdi ki, nə fiziki
Dostları ilə paylaş: |