27
şəraitində çox ağır, cətin günlər yaşayan Naxçıvanı bacarıqla idarə edir. Bu balaca diyarın
düşmən əlinə keçməsinə imkan vermir. Bu hadisə Heydər
Əliyevin siyasi tərcümeyi-
halında önəmli yer tutur. Ona görə ki, Naxçıvandakı fəaliyyəti onun siyasi təcrübəsinin
tamamilə yeni şəraitdə ilk ciddi sınağı idi. Sonrakı dövrlərdə bu tarixi təcrübə, tükənməz
potensial imkanlar çox sınaqlardan uğurla çıxacaq, məhz ayıq, çevik müasirlik duyğusu ilə
qovuşduğu-nu, hazırki proseslərdən uzaqgörənliklə baş çıxarmaq bacarığı ilə
tamamlandığını dəfələrlə nümayiş etdirəcəkdir. Lakin bunlar sonralar baş verəcəkdir. Onda
isə...
Onda, yəni 90-cı illərin əvvəllərində vəziyyət getdikcə ağırlaşırdı. Buna uyğun olaraq,
ziyalıların da nəzərləri ümidlə Heydər Əliyevə tərəf çevrilirdi. Başqa heç bir çıxış yolu yox
idi. Heydər Əliyev fenomeninə Azərbaycanda alternativ tapmaq mümkün deyildi. Bunu,
əslində, hamı görür və başa düşürdü. Heydər Əliyev də xalqının harayını, çağırışını
cavabsız qoymadı: çiyinlərini ən ağır tarixi yükün altına verdi. İflas həddinə çatmış bir
ölkəni dirçəltmək, ümid, inam hisslərini xalqa qaytarmaq - vətənə,
xalqa ən böyük xidmət,
ən böyük fədakarlıq idi. Burada ehtiyacla, tələbatla imkan və səylər uyğun gəlir, üst-üstə
düşürdü. Xalq öz seçimində yanılmadı. Görünür, Allahın da nəzəri Azərbaycanın üstündə
idi və dar ayaqda onu köməksiz qoymadı.
Heydər Əliyevin qarşısında bir-birindən böyük və çətin vəzifələr dururdu: hüquqi
dövlətin, bazar iqtisadiyyatının, demokratik cəmiyyətin əsaslarını yaratmaq və inkişaf
etdirmək. Lakin dövlət və cəmiyyət quruculuğu mədəniyyət və mənəviyyat quruculuğu ilə
birləşməli, ahəngdarlıq təşkil etməli idi. Özü də kökə,
tarixi yaddaşa söykənmək,
özünəqayıdış bütün sahələrdə səylərin təməlinə çevrilməli idi. Heydər Əliyev beləcə əsl
siyasi-ideoloji lider kimi ənənələri və müasir tələbləri özündə birləşdirən, xalqın mentalitet
və psixologiyasına uyğun gələn yeni ölkə, yeni həyat quruculuğu konsepsiyasının, həm
nəzəri-strateji, həm də əməli-taktiki problemlərini düzgün müəyyənləşdirməyi bacardı.
Dinə münasibətin aydın təzahürü, dini dəyərlərin əhəmiyyətinin dərindən anlaşılması
dövrə, zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkib
hissəsi kimi diqqəti
cəkir. Bu bağlılıq, bu vəhdət-bütünlükdə konsepsiyanın dəyərliliyini və uğurunu təmin
edəcək dərəcədə önəmlidir. Din həm milli mədəniyyətin, xalqın ruhi-mənəvi dəyərlərinin
əsasını təşkil edir, həm də müasir həyatda ön mövqeyə keçir və həqiqət axtaran, inamla
yaşamaq istəyən müasir insan getdikcə daha çox dinə tapınır. Müstəqilliyə qovuşandan
sonra Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilir, hər cür yasaqlar,
məhdudiyyətlər aradan qalxır,
çoxlu məscidlər tikilir, dini mərasimlər geniş qeyd edilir,
dini təhsilə meyl sürətlə artır. Bütün bunlar cox yaxşıdır, lakin həmin proses müəyyən
cətinliklər, problemlər də doğururdu. Dinə qayıdış bəzən dəb kimi başa düşülürdü, halbuki,
dəblə həqiqi inam, saf etiqad uyuşmur. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna
28
görə də, dinə qayıdış dərin, əsaslı olduğu kimi, həm də səmimi olmalı, düzgün təməl
üzərində qurulmalıdır. Əsas məqsəd budur və Heydər Əliyevin dinlə bağlı qayğı və
düşüncələrinin də elə məzmununu bu amil müəyyənləşdirdi.
Müsitəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin ölkədəki prosesləri
həmişə həssaslıqla izlədiyini, ən müxtəlif dini məsələlərin həllinə diqqətlə yanaşdığını
görürük. Təsadüfi deyil ki, onun,
istər əməli fəaliyyətində, istərsə də elmi nəzəri irsində
dinlə bağlı tədbirlər, mülahizələr mühüm yer tutur. Ölkə başçısı və ümumiyyətlə,
mütəfəkkir siyasətçi kimi o, həm tarixi, həm də müasir aspektdə dindən ardıcıl surətdə
söhbət açmışdır. Onun dinlə bağlı həyata keçirdiyi mühüm əməli işlər və söylədiyi dərin
fikirlər bir-biri ilə daxilən bağlanır, sözü ilə işi bir-birini tamamlayan böyük dövlət
xadiminin
fəaliyyətinin, düşüncələrinin mühüm bir sahəsini dolğun şəkildə göz önündə
canlandırır.
Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcən ən müxtəlif
tədbirlərdəki söhbətlərində, çıxışlarında Heydər Əliyev dönə-dönə ən yaxın tarixi dövrün
neqativ təcrübəsinə müraciət edir, Sovet dövlətinin dinə münasibətinin acı həqiqətlərini
yada salır. Bundan məqsəd həmin yanlış siyasətin mahiyyətini açıb göstərmək, onun
ibrətamizliyi üzərində bizi düşündürməkdir.
Heydər Əliyev həmin hadisəiərin canlı şahidi kimi danışır və bu, onun sözlərinin
inandırıcılığını və təsirliliyini bir daha artırır. Sovet dövlətinin ateist ideologiyasının və
xüsusilə İslam dininə qarşı yönəlmiş siyasətinin kəskin
29
tən
tənqidinin həmin dövrün siyasi xadimlərindən birinin dilindən səslənməsi, yalnız böyük
maraq doğurmur, eyni zamanda, bu səylərin iflasının labüdlüyünü
daha dərindən anlamağa
kömək edir. Çünki dövrün siyasi-ictimai mənzərəsinin təhlili iki ümumiləşdirici qənatə
gəlməyə imkan yaradır: ateist təbliğatının iflasa uğramasının labüdlüyünü bir tərəfdən,
sovet ideoloji siteminin, ümumiyyətlə, bəşərin təbii inkişaf prosesinə uyğun gəlməməsi ilə,
digər tərəfdən də dini hisslərin yaşarlılığı, islam ruhi-mənəvi dəyərlərinin gücü ilə izah
etmək olar.
Məlumdur ki, sovet ideologiyasında ateizm təbliğatı xüsusi yer tutur, elmi-texniki
tərəqqinin yaratdığı geniş imkanlardan bəhrələnərək təkidlə Allaha etiqadsızlıq
təlqin
edilirdi. Lakin nə 70 il hökmranlıq edən ideologiya, nə də ateist dünyagörüşü Sovet
dövlətini dağılmaqdan xilas edə bildi. Bunun səbəbləri haqqında dünyanın bir cox
siyasətçiləri və mütəxəssisləri müxtəlif fikirlər söyləmişlər. Dərinləşən iqtisadi böhran və
bunu müşayiət edən siyasi hərc-mərclik həmin süqutun əsas amilləri kimi irəli sürülmüşdür.
Maraqlıdır ki, Heydər Əliyevin şərhlərində həmin amillərlə yanaşı, ideoloji sahələr də
vurğulanır.
Belə nəticəyə gəlmək olar ki, zahirən cox qüvvətli, möhtəşəm görünən sovet
ideologiyası, əslində, saxta, çürük təmələ söykənirdi. Buna görə həmin ideologiyanın da,
onun insanları haqq yolundan uzaqlaşdıran təbliğatının da məğlubiyyəti qaçılmaz idi və
dünyanın altıda bir hissəsinə hökmranlıq edən dövlətin bir göz qırpımındaca çöküşünü
Allahın cəzası kimi anlamaq mümkündür.
Heydər Əliyev hələ prezident seçilməzdən əvvəl 5 sentyabr 1993-cü ildə "Təzə Pir"
məscidində Peyğəmbər əleyhissəlamın mövlud günü münasibəti ilə