Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

~ 178 ~
Mirzə Həsən Əlizadə
Mollanərəddinçi  şair, dramaturq, nasir Əlizadə  Həsən  İxfa 
(1893-1972)  ədəbi fəaliyyətə 1910-cu ildə "Molla Nyüziləddin" 
jurnalında başlamışdır. Həyatını  Şuşada keçirmiş, uzun müddat 
müəllimlik etmişdir. 1927-ci ilda Pedaqoji İnstitutu bitirmişdir. 
"Namərdi ruzgar", "Ələsgər", "Məkri zənən", "Balaxanım" və başqa 
əsərləri yerli səhnədə göstərilmişdir. Eyni zamanda, xeyli hekayaləri 
və şeirləri də vardır. 
Həsən İxfanın maraqlı yazılarından biri də "Şuşanın tarixi"dir. 
Həvəskar ziyalı bir neçə dəftərdə Şuşa şəhərinin binası qoyulandan 
Sovet dövrünə  qədər baş verən hadisələrdan bəhs açır.  Şübhəsiz, 
onun qeydləri elmi mənbələri  əhatə etməkdən daha çox xalq 
rəvayətləri və məlum "Qarabağnamə"lərə əsaslanır. Müəllifin Şuşa-
dakı came məscidlərində, Mirsiyab karvansarasında daşlara həkk 
edilmiş kitabələrin bir neçəsinin mətnini öz tarixi qeydlərində ver-
məsi müəyyən elmi əhəmiyyətə malikdir. 
Mirzə Yəhya Əliyev
Əliyev Yəhya Kərim oğlu (1896, Şuşa-26.IV.1984, Şuşa; Mir 
Fəseh qəbiristanlığında dəfn edilmişdir)-pedaqoq,  şair, jurnalist. 
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat 
fakültəsini qiyabi yolla bitirmişdir. Ərəb, fars, türk dillərini mükəm-
məl bilmiş, gəncliyindən “Mirzə” deyə çağırılmışdır.  Şuşa  şəhər 
məktəbini bitirdikdən sonra bir il Zaqafqaziya (Qori) Müəllimlər 
Seminariyasında oxumuş, lakin atasının vəfatı ilə əlaqədar təhsilini 
yarımçıq qoyaraq Şuşaya qayıtmışdır. O, oxuduğu şəhər məktəbini 
dəvət edilmiş və uzun müddət burda müəllim işləmişdir. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təcrübəli 
və  təşkilatçı bir müəllim kimi tanınan Yəhya  Əliyevin təklifi ilə 
Şuşa şəhərində təhsil müddəti bir il olan fəhlə-gənclər məktəbi təş-
kil edilmiş, daha sonra o, Azərbaycan SSR Xalq Maarif Komissarlı-


~ 179 ~
ğının göstərişi ilə Ağdam, Bərdə və Tərtər rayonlarında fəhlə-gənc-
lər məktəbi açılmışdır. 
Böyük Vətən müharibəsi başlanarkən gənc müəllim könüllü 
olaraq cəbhəyə yola düşmüş, Qafqazın, Ukraynanın alman faşistlə-
rindən azad olunmasında fəal iştirak etmişdir. Dnepropetrovsl ya-
xınlığında ağır yaralanaraq ordudan tərxis edilmiş, yenidən pedaqoji 
fəaliyyətə məşğul olmuşdur. 
Yəhya Əliyev həm də şair idi. “Yəhya Mehman” ədəbi təxəl-
lüsü ilə lirik şerlər yazırdı. O, bir müddət Şuşa rayon Partiya Komi-
təsinin orqanı olan “Kolxoz bayrağı” qəzetində ədəbiyyat şöbəsinin 
müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Şuşa Tarix Muze-yi-
nin yaradılmasında və eksponatlarının toplanmasında fəal iştirak et-
miş, əllidən çox şəxsi qiymətli tarixi əşyasını muzeyə vermişdir. Ta-
nınmış pedaqoq uzun illər  Şuşa rayon Ağsaqqallar  Şurasının üzvü 
olmuşdur. 
 
 
Sürəyya xanım Vəlibəyova
 
Sürəyya Səfərəli bəy qızı Vəlibəyova 
3 fevral 1897-ci ildə Bakı şəhərində anadan 
olub. Əslən Şuşalıdır. Beş yaşında 1902-ci 
ildə atası Səfərəli bəy Vəlibəyov vəfat etdi-
yi üçün yaxın qohumu Süleyman Sani 
Axundovun köməyi sayəsində dövlət hesa-
bına pansionatda saxlanılmışdır.1913-cü 
ildə Müqəddəs Anna adına Bakı Qadın 
Gimnaziyasını qızıl medalla bitirdiyi üçün, 
onu 1910-cu ildə Bakıda açılmış üçüncü 
rus-tatar qızlar məktəbinə müəllim təyin 
ediblər. 1919-cu ilə  qədər bu məktəbdə  dərs deyib. Azərbaycanda 
Sovet hakimiyyəti qurulandan sonra 1929-cu ildə o, Ə.Bayramov 
adına Qadınlar Klubuna üzv olmuş burada ictimai əsasla işləmiş, 
eyni zamanda steneqrafçı kursunda oxumuşdur.1931-1933-cü illər-
də Bakı Kino idarəsində işlər müdürü işləmişdir. Bu dövrdə eyni za-


~ 180 ~
manda bədii tərcümə ilə  məşğul olmuşdur. Onun ilk tərcümələri 
A.Bartonun əsərləri olmuşdur. 1938-ci idə Azərbaycan Dövlət Nəş-
riyyatında tərcüməçi vəzifəsində isə başladıqdan sonra, taleyini tər-
cümə işinə bağlamışdır.Müasir Azərbaycan ədəbiyyatının qızıl fon-
duna daxil olan bədii əsərlərin əksəriyyətinin, klassik poeziyadan və 
zəngin  şifahi xalq ədəbiyyatından nümunələri o, yüksək səviyyədə 
hərfi tərcümə etmişdir. 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqı-
nın üzvü seçilmişdir. 
Zülfüqar Abdullayev
Abdullayev Zülfüqar Həsənxan oğlu (1898, Şuşa-22. IX.1992, 
Bakı) müəlim, aktyor, tərcüməçi. Azərbaycan Ali Pedaqoji İnstiti-
tutunu bitirmişdir. 1912-cü ildə Şuşada ibtidai məktəbi başa vurduq-
dan sonra dülgərlik emalatxanasında işləməyə başlamışdır. 1917-
1919-cu illərdə ali orta təhsilə yiyələnmiş, oxuya-oxuya müəllimlik 
etmiş, aktyor kimi Şuşa teatrının səhnələrində çıxış etmişdir. Azər-
baycan Demokratik Respublikası dövründə (1919-1920) Qızıl Ordu 
sıralarında müsavatçılara qarşı mübarizə aparmışdır.  İnqilabi təbli-
ğat və təşviqad apardığına görə ADR hökümətinin polisi tərəfindən 
həbs edilmişdi. Sovet hakimiyyətinin ilk illərində Kommunist Parti-
yası sıralarına daxil olmuş, sonra öz ərizəsi ilə partiyadan çıxmışdır. 
Gənc müəllim Bakıda ali təhsilini bitirdikdən sonra təyinatla 
Şuşaya göndərilmiş, pedaqoji fəaliyyətə isə ikinci dərəcəli məktəbin 
müdiri kimi başlamışdır. 1926-cı ildən antisovet fəaliyyətlə məşğul 
olmuş, 1930-cu il may ayının 2-də Qarabağ vilayət Dövlət Siyasi 
İdarəsi tərəfindən həbs edilmiş, lakin cinayəti sübut olunmadığına 
görə buraxılmışdır. 
Zülfüqar Abdullayev sonra Bakıya köçmüş, “Azərnəşr”-də 
tərcüməçi vəzifəsinə  işə düzəlmiş, sonra isə düzəlmiş, sonra hərbi 
sahəyə keçərək 402-ci Azərbaycan atıcı diviziyasında xidmətə baş-
lamışdır. Hərbi qulluqçular arasında  əksinqilabi  əhval-ruhiyyə ya-
ratdığına, antisovet təbliğat apardığına, fitnəkar şayiələr yaydığına, 
Almaniya hökumətini təriflədiyinə, Sovet mətbuatını  və Sovinfor-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə