Baba ocağı
53
kimsə isə, təbii ki, Rövşəniydi. Deməli, atası ölənə
qədər onun yolunu gözləmişdi, hətta öləndən sonra
da olsa, oğlunun gələcəyinə inamla həyatdan köç-
müşdü. Könlündən dəli bir ağlamaq keçdi, qışq-
ırmaq istədi, dişlərini dişlərinə sıxıb şaqqıldatdı. Son-
ra anasının həmişə çırağı qoyduğu taxçaya yaxın-
laşıb pərdəni çəkdi. Çıraq iyirmi il bundan öncə
anası necə qoyardısa, yenə də öz yerindəydi, neftlə
doluydu, kibrit də yanındaydı. Çırağı yandırıb
pəncərənin önünə qoydu, bir kətil tapıb oturdu.
Alxan kişi qapının açıldığını hiss etdi, Novruz
kişinin qapısını gecənin bu vaxtı kim aça bilərdi? Bir
qədər dayanıb düşündü, ağlına bir şey gəlmədi.
Hasardan boylanıb baxdı, Novruzun evindən zəif bir
işıq süzülürdü. Alxan kişini təəccüb bürümüşdü. Bu
gecə vaxtı burada işıq yandıran kim ola bilərdi? Cin,
şəyatin olmasın?.. Alxan kişi çuxasını çiyninə atıb
Novruzun həyətinə gəldi. Pəncərədən süzülən işığın
ala-toranında bir qaraltı sezilirdi. Alxan kişi gəldiyini
bildirmıək məqsədi ilə bir-iki dəfə “öhe-öhe” edib
özünü öskürən kimi göstərməyə çalışdı.
Öskürək səsini eşidən kimi Rövşən cəld yerin-
dən qalxıb pilləkan başına çıxdı. Alxan kişi pilləkan
başına qapının açılışı ilə düşən kölgəni görüncə
başını qaldırdı, qarşısında orta yaşlı bir kişi dayan-
Nizami Muradoğlu
54
mışdı. Alxan kişi onsuz da qocalıqdan zəifləmiş
gözlərini bir az da qıydı, inana bilmirdi:
-Rövşən, oğlum, sən...
Alxan kişi sözünün ardını gətirənmədi, səsi
titrəyib qırıldı, əlləri əsdi, qəhər onu boğurdu.
Rövşən çoxdan unutduğu adını iyirmi ildə birinci
dəfəydi ki, eşidirdi. Alxan kişi iyirmi ildi onu
görməmişdi, ancaq görünür, unutmamışdı da.
-Alxan əmi...
Ardını gətirə bilmədi. Rövşən nə qədər
dözümlü, iradəli olsa da, bu axşam bu evə qədəm
qoyandan kövrəlmişdi. Hönkür-hönkür ağlamaqdan
özünü zorla saxlayırdı. Alxan kişiyə yaxınlaşdı, onu
qucaqladı, bağrına basdı. Sonra hər ikisi daş
pilləkanda oturdular. Araya uzun və üzücü bir sükut
çökdü, heç biri danışa bilmirdi, danışsaydılar, bəlkə
elə ağlayacaqdılar ki, bütün məhəllə camaatı səsə
yığışıb bura töküləcəkdi, dözürdülər, düşünürdülər.
Nəhayət Alxan kişi özünü toparlayıb dilləndi:
-Bu vaxta qədər haradaydın, ay oğul...
Alxan kişi olub keçənlərdən danışır, Rövşən
dinləyirdi. Dinlədikcə keçmiş günlər gözlərinin
qarşısında canlanırdı;
Novruz kişinin eyni açılmırdı. Oğlu Rövşən
kəndi tərk edib gedəndən elə bil qəlbindən daş
Baba ocağı
55
asılmışdı. Güllübəyim də bir gözünü açıb, o birini
yumur, gildir-gildir yaş axıdır, qarğış edir, balamı
didərgin salanın tifaqı dağılsın, didərgin düşsün,
Allah-təaladan istəmişəm, - deyirdi. Novruz kişi
əvvəl-əvvəl fikirləşirdi ki, cavandı, gedib qayıdıb
gələr, bir erməni axçisindən ötəri evini-eşiyini, ata-
anasını atmayacaq ki. Amma günlər, aylar keçir
Rövşən geriyə dönmürdü. Allah Güllübəyimin
köməyi olsun, bütün günü evdə Rövşən deyib ahu-
zar edirdi. Novruz yenə çölə-bayıra çıxır, bağ-
bahatda vaxtını keçirirdi. Hətta, mır-mır mırıldayan
Xallının də səsi batmışdı. Hər səhər heyvanların
yanında səssiz-səmirsiz çölə gedir, axşam olanda da
səssiz-səmirsiz heyvanlar ilə geri qayıdırdı, yazıq
köpək də xiffət çəkirdi.
Bu minvalla aradan on beş il keçdi. Güllü-
bəyim bu dərdə dözə bilmədi. Bir səhər Alxanın
arvadı Fatmanı çağırıb vəli-vəsiyyət etdi. Qonşu-
lardan halallıq istədi, oğlunun dalınca baxmaqdan
yollarda qalan gözlərini, bəlkə, bir də o dünyada aça
bilmək üçün bu dünyada əbədi olaraq yumdu. Ana,
bəlkə, gözlərində oğlunun şəklini gizlətdi ki, heç
kimsə oğlunu onun gözlərindən qopara bilməsin,
bəlkə, ürəyində oğlunun sevgisini özü ilə apardı ki,
daha kimsə onu anası qədər sevə bilməsin. Boyunu
oxşamaqdan doymadığı, xəyalını əzizləməkdən bezib
usanmadığı Rövşənini xəyalında da özüylə apardı.
Nizami Muradoğlu
56
Novruz kişi tək və yalqız qaldı. Güllü-
bəyimdən sonra kişinin işi xeyli zorlandı. Mal-
heyvana baxmaq, bağ-bağçanı suvarmaq, otunu
biçmək, meyvəsini yığışdırmaq çoxlu çətinliklər
yaradırdı. Odur ki, Qaşqa inəyi satdı, heyvanların
sayını azaltdı, beş-altı keçi saxladı. Məmini də işdən
azad etdi, mal- heyvan olmayandan sonra, onsuz da,
daha elə bir iş qalmırdı. Qalsaydı da daha Novruz
kişini maraqlandırmırdı. Qalan beş-altı keçini səhər-
səhər aparıb Əlbaba qayasının altına ötürüb qayıdıb
gəlirdi. Xallı da keçilərə çobanlıq edir, onlardan
ayrılmırdı.
Novruz kişi gününü Şah Abbas məscidində
keçirirdi. Səhərdən axşama qədər məsciddə oturur,
Molla Nurməmmədin moizələrinə qulaq asırdı.
Axşam düşüncə evə qayıdır, hər dəfə də Qaşqa ilə
qarşılaşırdı. Qaşqa bir ildən artıq idi satılmışdı, ancaq
hər axşam naxırdan qayıdanda, yenə də Novruz
kişinin qapısına gəlirdi. Bu axşam yenə gəlmişdi.
Novruz kişi Qaşqanın başını tumarladı, qaşqasından
öpdü, əlini inəyin ağzına tərəf tutdu, inək dilini
çıxarıb Novruz kişinin əlinin içini yaladı. Novruz
kişinin yadına Güllübəyimin eydirmələri düşdü.
Güllübəyim inəyi səhər-axşam sağanda Novruz kişi
inəyin yan-yörəsini, boynunu qaşovlayar, Güllübəyim
də asta avazla oxuyardı:
İnəyim başqa inək,
Alnında qaşqa inək.
Dostları ilə paylaş: |