Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə126/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   123   124   125   126   127   128   129   130   131

 
256 
VII FƏS L. BANKLARIN  AKT V ƏMƏL YYATLARI  VƏ  AKT VLƏRIN  
TƏHLÜKƏS ZL Y  
  
Ə
SAS ANLAYIŞLAR 
 
Aktivlə– bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və əmlakıdır (bank işində 
istifadə olunmayan əmlak da daxil olmaqla). Aktivlər  standart və qeyri-standart aktivlər qrupuna 
bölünürlər.  Standart  aktivlər  qrupuna  "qənaətbəxş  aktivlər"  və  "nəzarət  altında  olan  aktivlər", 
qeyri-standart  aktivlər  qrupuna  "qeyri-qənaətbəxş  aktivlər",  "təhlükəli  aktivlər"  və  "ümidsiz 
aktivlər" aiddir. 
Kredit  –  bağlanmış  müqaviləyə  uyğun  olaraq  qaytarılmaq,  müəyyən  müddətə  (müddətin 
uzadılması  hüququ  ilə)  və  faizlər  (komisyon  haqları)  ödənilmək  şərti  ilə,  təminatla  və  ya 
təminatsız  müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin  şərtlərlə  pul  vəsaitlərinin 
verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının 
diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş 
vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.  
  Vaxtı keçmiş kredit - əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər 
və  ya  hər  hansı  birinin  ödənilməyən  hissəsi  üzrə  ödənişləri  müqavilədə  göstərilən  tarixdən  30 
təqvim gündən artıq gecikdirilən kreditdir. 
    Tam  təminatlı  kredit  –  elə  kreditdir  ki,  onun  vaxtında  və  tam  qaytarılmasını  təmin 
etmək üçün həmin bankda yerləşdirilmiş depozitlərlə və ya bazar dəyəri bu kreditin ödənilməmiş 
məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə 
girovun bazar dəyəri kreditin minimum 150%-i həcmində) və ya digər təminatla təmin edilmişdir 
(bu Qaydalarda girov dedikdə ipotekalar da başa düşülür). 
Qismən  təminatlı  kredit  -  bazar  dəyəri  kreditin  ödənilməmiş  məbləğindən  aşağı  olan 
girovla və ya digər təminatla təmin edilmiş kreditdir. 
Təminatsız  kredit - təminatı olmayan kreditdir və  ya təmin edilən təqdirdə, bu təminatın 
bazar  dəyəri  yoxdur,  etibarlı  şəxs  tərəfindən  verilməmişdir,  yaxud  dəyərindən  asılı  olmayaraq 
qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməmişdir.    
Restrukturizasiya  olunmuş  kredit  –  bu  elə  kreditdir  ki,  adi  şəraitdə  bankın  güzəştə 
getmədiyi,  lakin  borclunun  maliyyə  vəziyyətinin  pisləşməsi  səbəbindən  o,  qaytarılmasını  təmin 
etmək  məqsədilə  müqavilədə  nəzərdə  tutulduğundan  daha  əlverişli    şərtlərlə  yenidən  
rəsmiləşdirilmişdir  (məsələn,  faiz  dərəcəsi  azaldılmış,  yaxud  hesablanmış  faizlərin  alınması 
hüququndan tam və ya qismən imtina edilmiş, yaxud borcalan tərəfindən ödəniş aparılmadan əsas 
və faiz borclarının məbləği azaldılmış və qaytarılma müddəti uzadılmış kreditlər). 
Yüksək  risklə  təsnifləşdirilmiş  aktiv  -  qeyri-qənaətbəxş,  təhlükəli  və  ya  ümidsiz  
təsnifləşdirmə kateqoriyasına aid edilmiş aktivdir. 
Bazar dəyəri - "ədalətli satışın" bütün şərtlərinə əməl etməklə açıq bazarda əmlakı almaq 
üçün ehtimal olunan ən münasib qiymətdir. Ədalətli satış dedikdə aşağıdakılar başa düşülür: tam 
məlumatlı  satıcının  və  alıcının  hərəkətləri  müstəqildir;  onların  hər  ikisi  kənardan  təsir  olmadan 
maraqları mövqeyindən çıxış edir. 
Hesablama  metodu  ilə  hesablanmayan  aktiv  -  faizlərinin  hesablanması  dayandırılmış 
aktivdir.  
ğılma prosesində olan kredit - borcalan tərəfindən ödəniş şərtləri pozulmuş elə kreditdir 
ki,  onun məhkəmə iddiası irəli sürmədən  borcalan tərəfindən, yaxud zəruri  tədbirlər  görməklə 
təminat  hesabına  qaytarılması  və ya əlavə təminat hesabına  onun qaytarılması üçün məhkəmə 
qərarının  müvafiq  vaxt ərzində verilməsi ehtimalı  vardır. 
Faizin  kapitallaşdırılması  -  müqaviləyə  əsasən  ödənilmə  vaxtı  çatmış  faizlərin 
ödənilməmiş  hissəsinin  kreditin  qalıq  məbləğinə  əlavə  olunmasıdır.  Kapitallaşdırılmış  faizə 
müddəti uzadılmış, yaxud yeni kredit kimi rəsmiləşdirilmiş faizlər də aiddir. 
Qeyri-işlək  kredit  -  faizinin    hesablanması  dayandırılmış,  yaxud  əsas  məbləğinin  və  ya 
faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən  90 gün və ya daha çox gecikdirilmiş,  
faizi  kapitallaşdırılmış  və  ya  yeni  kredit  kimi  rəsmiləşdirilmiş,  yaxud    faizinin  ödəniş  müddəti  


 
257 
uzadılmış  kreditlər,  habelə  faizinin  ödəniş  müddəti  90  gün  və  ya  daha  çox    gecikdirilmiş 
overdraftlardır.  
Qeyri-işlək  kreditin  məbləği  -  ödənilməmiş  faiz  məbləği  istisna  olmaqla  kreditin  əsas 
məbləğinin ödənilməmiş qalığıdır. 
ş
lək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən  kreditdir. 
Zərərin  ödənilməsi  üçün  ehtiyatlara  ayırmalar  -  təsnifləşdirilən  aktivlər  üzrə  mümkün 
(gözlənilən və ya gözlənilməyən) zərərin ödənilməsi üçün xərclərə aid edilən xüsusi ehtiyatların 
məbləğidir. 
Xüsusi  ehtiyatlar-  aktivlər  üzrə  zərərin  ödənilməsi  üçün  “adi  ehtiyatlar”a  və  “məqsədli 
ehtiyatiar”a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin 
ödənilməsi üçün istifadə olunur. 
Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi ehtiyatlar" - bankın “standart  aktivlər”i üzrə 
mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır. 
Aktivlər  üzrə  zərərin  ödənilməsi  üçün  "məqsədli  ehtiyatlar"  -  bankın  “qeyri-standart 
aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış  ehtiyatdır.  
Banklararası  tələblər  -  müəyyən  müddətə  və  ya  tələb  olunanadək  bir    bank  tərəfindən 
digər bankda yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab qalıqlarıdır.   
Ödəməmələrə görə balansa götürülmüş daşınmaz əmlak - borcalanın borcunun tam və 
ya  qismən  ödənilməsi  məqsədi  ilə  bank  tərəfindən  balansa  götürülən  daşınmaz  əmlakdır. 
Təsnifləşdirmə  məqsədi  ilə  bu  anlayışa  əldə  edılməsı  mənbəyindən  asılı  olmayaraq  keçmişdə 
bankın və ya onun struktur bölmələrinin ofisləri kimi istifadə edilmiş, hazırda istifadə olunmayan 
və istifadəsi nəzərdə tutulmayan binalar və tikililər də daxildir. 
Ödəməmələrə  görə  balansa  götürülmüş  daşınar  əmlak  -  nəqliyyat  vasitələri,  ava-
danlıqlar (daşınmaz əmlaka birbaşa bağlanmamış daşınar əmlak), qiymətli kağızlar, digər daşınar 
ə
mlak  və  maliyyə  aktivləri  daxil  olmaqla,  borcalanın  borcunun  tam  və  ya  qismən  ödənilməsi 
məqsədi ilə bank tərəfindən üzərində mülkiyyət hüququ əldə edilən daşınar əmlakdır. 
Qeyd  olunmuş  dəyər  -  kreditin  əsas  məbləğinin  ödənilməmiş  hissəsidir.  Kredit  olmayan 
aktivin “qeyd olunmuş dəyəri” onun əldə edilməsi qiymətidir. 
Kreditin  ümumi  dəyəri  -  kreditin  “qeyd  olunmuş  dəyər”i  ilə  bu  kredit  üzrə  bütün 
hesablanıb  alınmamış  faizlər,  komissiyon  haqları  və  digər  ödənişlər  daxil  olmaqla  ödənilməmiş 
məbləğlərin cəmidir. 
Likvid aktiv - Ehtiyac yarandığı zaman sərbəst və rahat şəkildə nağd pul vəsaitinə çevrilən, 
reallaşdırıla bilən vəsait, aktiv. Pul özlüyündə likvid aktiv he sab olunur.  
Likvid qiymətli kağızlar -1)  nvestor tərəfindən sahibi olduğu qiymətli kağızları (səhmləri, 
istiqrazları və s.) əldə etdiyindən daha yüksək dəyərə, yəni mənfəət əldə etməklə reallaşdıra bilmə 
qabiliyyəti. Başqa sözlə, qiymətlikağızların likvidliyi onlara bazar tələbinin yüksək olmasını ifadə 
edir; 2) istənilən növ qiymətli kağızın nağd pul vəsaitinə çevrilə bilinməsi imkanları, qabiliyyəti. 
Bu zaman gəlirliyin təmin olunması şərti tələb olunmur. 
 
7.1. BANKLARIN  AKT V ƏMƏL YYATLARIN MAH YYƏT   
 
Aktivlər - əvvəlki dövrlərdə baş vermiş hadisələr nəticəsində bank tərəfindən nəzarət edilən 
və  gələcəkdə  bank  tərəfindən  iqtisadi  səmərə  alınması  gözlənilən  vəsaitlərdir.  Hər  bir  bankın 
məqsədi, maksimum mənfəət əldə etməkdir. Bunun üçün banklar aktiv əməliyyatlardan istifadə edir.  
Aktivdə əks olunan gələcək iqtisadi səmərə banka aşağıdakı yollarla daxil olur: 
1. aktiv,  bank  tərəfindən  göstərilən  xidmətlərdən  ayrılıqda  və  ya  digər  aktivlərlə  əlaqəli 
şə
kildə  istifadə olunduqda; 
2. aktiv, digər aktivlərlə mübadilə olunduqda; 
3. aktiv, öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;  
4.  aktiv, bankın sahibləri arasında bölüşdürüldükdə. 
Bir çox aktivlər, məsələn, əsas vəsaitlər fiziki formaya malikdir. Lakin fiziki forma, aktivin 
mövcudluğunu  müəyyən  etmək  üçün  əsas  deyil,  belə  ki,  patentlər  və  müəlliflik  hüququ  fiziki 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə