252
Bankın likvidlik mövqeyinin effektiv proqnozlaşdırılması üçün bank ayda bir dəfədən az
olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir.
Stress-testin ssenarisinin hazırlanmasında banka və onun fəaliyyətinin xüsusiyyətlərinə
(bank əməliyyatlarının və məhsullarının növünə, cəlb edilmiş vəsaitlərin mənbələrinə) aid olan,
bazarda cari və proqnozlaşdırılan vəziyyətlə bağlı fərziyyələr, habelə reytinq agentlikləri
tərəfindən verilmiş reytinqlərin təsiri kimi meyarlar əsas götürülməlidir.
Stress-testin keçirilməsi zamanı müqavilə ilə müəyyən edilən müddətli aktiv və öhdəliklərin
məbləğlərinin hər zaman onların likvid dəyərini real əks etdirmədiyi nəzərə alınır.
Öhdəliklər üzrə stress-test fərziyyələri aşağıdakılardan ibarət ola bilər:
1. müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsi;
2. cari və müxbir hesablarda vəsaitlərin azalması;
3. müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi;
4. iri depozitlərin geri çağırılması;
5. banklar və digər maliyyə qurumlarından alınmış vəsaitlərin vaxtından əvvəl geri
çağırılması;
6. kredit xətləri üzrə müqavilə şərtlərinin pozulması (vaxtından əvvəl bağlanması, nəzərdə
tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılmaması.
Bank tərəfindən likvidlik vəziyyətinin dəyişməsinin inkişafının “ən pis”, “ən yaxşı” və
“ehtimal olunan” ssenariləri tərtib olunmalı və yuxarıda qeyd olunan fərziyyələr daxil olmaqla hər
bir ssenari üçün ayrıca meyarlar müəyyən edilməlidir.
Bundan əlavə bank rəhbərliyinin, habelə müvafiq səlahiyyətli əməkdaşlarının məlumat-
landırılması məqsədilə hesabatlıq sistemi aşağıdakı məlumatları özündə cəmləşdirməlidir:
1. öhdəliklərin cəmləşməsi barədə məlumat: ən iri vəsait təminatçıları öhdəliklərin sahibləri,
onların fəaliyyət sahələri və coğrafi ərazi üzrə toplanması, resursların növü (cari hesab, müddətli
depozit, banklararası kredit), vəsaitin məbləği, faiz dərəcəsi və digər məlumatlar;
2. ən qısa müddət ərzində satıla bilən aktivlərin siyahısı;
3. hazırda təminat qismində yerləşdirilmiş və əlavə vəsaitlər tələb olunarsa təminat
qismində yerləşdirilə və ya gələcəkdə yenidən maliyyələşdirilə bilən aktivlərin siyahısı;
4. kreditlərin və digər öhdəliklərin geri qaytarılması, gələcəkdə əldə ediləcək əsas
vəsaitlərin və uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üzrə plan (bankdaxili) və
proqnozlar (bankdankənar təsir nəzərə alınmaqla);
5. aktivlərin gəlirliyi və bank əməliyyatlarının aparılması üçün müxtəlif resursların dəyəri
(maliyyələşmə mənbələri üçün mövcud olan və proqnozlaşdırılan qiymətlər);
6. bazarda mövcud vəziyyətin, habelə öhdəliklərinin diversifikasiyası məqsədilə bankın
bazara çıxış imkanlarının və qısa müddət ərzində aktivlərin satılmasını təmin edə bilmək
bacarığının qiymətləndilməsi üzrə mütəmadi məlumat.
6.5. BANK MƏCMU KAP TALI
BANK
KAP TALININ
VƏ
ONUN
ADEKVATLIĞININ
HESABLANMASI
QAYDALARI - Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları və xarici
bankların yerli filialları (irəlidə - banklar) üçün kapitalın tərkib hissələrini (komponentlərini),
habelə bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi prinsiplərə müvafiq surətdə kapitalın
adekvatlıq əmsallarını və onların hesablanması qaydalarını müəyyən edir. QAYDALARDA
“Məcmu kapitalın əsas məqsədi bank ləğv edildiyi zaman vəsaitini bölüşdürməklə depozitlər
(əmanətlər) və ya digər kreditor borclar üzrə itkilərin ödənilməsi ilə onun öhdəliklərinin icrasını
təmin etməkdir” deyə qeyd edilir. Bu vəsait bankın ödəmə qabiliyyətliyinin itirilməsinə gətirib
çıxara bilən mümkün zərərləri azaldır və bank sisteminəəmanətçilərin və potensial investorların
inamını artırır. Məcmu kapitalın formalaşması və artırılmasına yönəldilən vəsaitlər (investisiyalar)
pul şəklində Azərbaycan Respublikasının milli valyutasında ödənilir. Bankın fəaliyyəti dövründə
onun məcmu kapitalının minimum miqdarı Mərkəzi Bankın tələbindən, adekvatlıq əmsalları isə
253
bu Qaydalarda müəyyən edilmiş səviyyədən aşağı olarsa, zərərin baş verdiyi hallar istisna olmaqla
bank kapitalının komponentləri azaldıla bilməz (o cümlədən dividendlərin nağd şəkildə verilməsi
hesabına).
AMB kredit riskləri ilə yanaşı bank fəaliyyətinə aid olan digər riskləri (əməliyyat və
valyuta riskini, daxili nəzarətin, yaxud ekspertizanın kifayət qədər olmaması riskini, ölkə riskini,
aktivlərin eyni bir iqtisadi sahədə, yaxud coğrafi zonada cəmləşməsi riskini və s.), habelə bankın
maliyyə vəziyyətini nəzərə alaraq onun minimum məcmu kapitalına və adekvatlıq əmsallarının
səviyyəsinə qarşı tələbləri öhdəliklərininin təmin edilməsi məqsədi ilə fərdi qaydada artıra bilər.
Heç bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə
kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak
payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33
faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankı həmin şəxsin törəmə
strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını AMB-nin qabaqcadan icazəsini almadan
ə
ldə edə bilməz.
Hər bir bank məruz qaldığı kredit, bazar (o cümlədən, bazar riskinin tərkibinə daxil olan
faiz və məzənnə riskləri), əməliyyat və likvidlik risklərinin xüsusiy-yətinə uyğun məcmu kapitalın
adekvatlığının qiymətləndirilməsi prosedurlarına və kapitalın adekvat səviyyədə saxlanılması
strategiyasına malik olmalıdır.
Məcmu kapitalın idarə edilməsi ilə bağlı strategiya və bankdaxili prosedurlar bankın darə
Heyəti tərəfindən hazırlanmalı, MüşahidəŞurası tərəfindən təsdiq edilməli və bankın müvafiq
ə
məkdaşlarına çatdırılmalıdır.
I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan
“tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən az olmamalıdır. I
dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
1. Dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi səhmlər
çıxılmaqla);
2. Dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;
3. Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait (kapital artıqlığı);
4. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti;
5. Bankın konsolidasiya olunmuş törəmə cəmiyyətlərində azlıq təşkil edən səhmdarların
(payçıların) kapitalı;
6. Xüsusi subordinasiya borc öhdəlikləri.
Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağıdakılar daxil edilir:
1. cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş mənfəəti;
2. kapital ehtiyatları, yəni əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış
fondlar.
II dərəcəli Kapital. II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanmış məcmu
kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğindən (aparılan
“tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın hesablanması
zamanı nəzərə alınmır.
II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
1. cari ilin bu tarixə olan mənfəəti;
2. ümumi ehtiyatlar (balans aktivlərinin və balansdankənar öhdəliklərin risk dərəcəsi üzrə
ölçülmüş məbləğinin (aparılan «tutulmalar»dan sonra) 1,25 faizinədək, lakin “adi” ehtiyatların
məbləğindən çox olmayan hissəsi);
3. kapitalın digər komponentləri:
3.1. kumulyativ müddətsiz imtiyazlı səhmlər;
3.2. ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri (ödənişinə qalan son 5
ildə II dərəcəli kapitala daxil edilmək üçün onların məbləği hər il 20 faiz azaldılır). II dərəcəli
kapitalın hesablanmasında nəzərə alınan subordinasiya borc öhdəliklərinin məbləği I dərəcəli
kapitalın (aparılan “tutulmalar”dan sonra) 50%-dən çox olmamalıdır.
Dostları ilə paylaş: |