Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə120/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   116   117   118   119   120   121   122   123   ...   131

 
244 
ə
mək haqqı və amortizasiya kimi digər xərclər də daxildir.  tkilərə, xərc anlayışına uyğun gələn və 
bankın  adi  fəaliyyət  prosesində  yarana  bilən  və  gözlənilməyən  xərclər  aiddir.  tkilər  iqtisadi 
səmərələrin  azalmasını  əks  etdirir  və  buna  görə  də  öz  xarakterinə  görə  digər  xərclərdən 
fərqlənmir. Mənfəət və zərər haqqında hesabatda itkilər, müvafiq gəlirlər çıxılmaqla ayrı-ayrılıqda 
ə
ks etdirilir. Çünki onlar haqqında məlumatlar iqtisadi qərarların qəbul olunması üçün faydalıdır.  
Bank gəlir və xərcləri xarakterinə görə qruplaşdıraraq, əsas gəlir və xərc növlərini açıqlayan 
mənfəət və zərər haqqında hesabat təqdim etməlidir.  
Mənfəət və zərər haqqında hesabata aşağıdakı gəlir və xərc maddələri daxil edilməlidir: 
−  faiz gəlirləri;  
−  faiz xərcləri; 
−  aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar; 
−  qızıl və digər qiymətli metalların yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 
−  qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 
−  valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlirlər; 
−  xarici valyuta ilə dilinq əməliyyatları üzrə xalis gəlirlər; 
−  haqq və komissiya gəlirləri; 
−  haqq və komissiya xərcləri; 
−  digər əməliyyat gəlirləri; 
−  işçilərə sərf olunan xərclər; 
−  qeyri-maddi aktivlər və əsas vəsaitlər üzrə köhnəlmə xərcləri; 
−  əsas vəsaitlər üzrə təmir və saxlanma xərcləri; 
−  inzibati xərclər; 
−  digər xərclər; 
−  mənfəət vergisi üzrə xərc. 
  Aksiyanın  emissiyası.  Aksiya  emisssiyasından  əldə  edilən  vəsait  investisiya 
maliyyələşməsində  istifadə  olunan  ən  geniş  maliyyə  mənbəyidir  və  bu  da  aksioner  cəmiyyət 
tərəfindən  aksioner  kapitalın  cəlb  olunmasında  tətbiq  olunur:  şəxsi  kapitalın  artırılmasında, 
firmanın  dəyişdirilməsində  yeni  aksiyaların  buraxılması  həyata  keçirilir.  Aksioner  cəmiyyətin 
yeni  aksiyalarının  buraxılması  yolu  ilə  bu  həm  köhnə,  həm  də  yeni  aksionerlər  arasında 
yerləşdirilə  bilir.  Yeni  aksiyaların  əldə  edilməsi  zamanı  hüquqi  üstünlük  köhnə  aksionerlərə 
verilir. Bu cür təcrübə aksionerlərə kapitalda öz paylarını müəyyən səviyyədə qoruyub saxlamaq 
imkanı  verir.  Əgər  köhnə  aksionerlərin  yeni  aksiyalar  almağa  vəsaitləri  olmazsa,  aksiaylar  yeni 
aksionerlər arasında yerləşdirilir.  
Qeyd  etmək  lazımdır  ki,  şəxsi  kapitalın  genişləndirilməsi  başqa  yolla  -  bölünməmiş 
kapitalın  kapitallaşdırılması  yolu  ilə  da  həyata  keçirilə  bilər.  Bu  zaman  aksioner  cəmiyyətin 
rəhbərliyi aksionerlərin razılığı ilə aksionerlərə dividend ödəməmək qərarını qəbul edir və vəsaiti 
müxtəlif fəaliyyətlərə yatırırlar. 
  Kapitalın artırılmasında gəlirin saxlanılması ən sadə və ucuz vasitə hesab edilir. Belə ki, 
aksiyaların emissiyasından fərqli olaraq onların yerləşdirilməsi və əldə edilməsi  heç bir xərc tələb 
etmir. Bir şeyi də qeyd etmək lazımdır ki, gəlirin yenidən investisiyaya qoyulması aksiya kursuna 
mənfi təsir göstərə bilər. Belə ki, dividend ödənişlərinin aramsızlığı aksiya kursunun ən vacib gös-
təricilərindən  biridir.  Gəlirin  ödənilməməsi  zamanı  vəsaitlər  elə  yerləşdirilməlidir  ki,  o  yüksək 
gəlir gətirsin və dividend ödənişlərinin xərcləri üzrə kompensasiya ödənilsin. Analoji olaraq yeni 
aksiyaların  satışından  əldə  edilən  gəliri  investisiya  zamanı  gəlir  əldə  edilməsini,  aksiya  üzrə 
həminki  dividendi  və  aksiya  kursunu  təmin  etməlidir.  Aksiyanın  emissiyası  və  yerləşdirilməsi 
həmişə müəyyən xərclərlə bağlı olur. 
  stiqrazların  emissiyası.  nvestisiyanın  maliyyə  mənbələrin-dən  biri  əhalinin  və 
kommersiya strukturlarının sərbəst pul vəsait-lərinin cəlb olunmasına istiqamətlənmiş istiqrazların 
emissiyası ola bilər.  stiqraz vərəqəsinin müddəti investisiya layihəsinin həyata keçirilməsinin orta 
müddətindən uzun olmamalıdır. 


 
245 
Potensial  investorlar  üçün  istiqrazın  cəlbediciliyi  onların  yerləşdirilməsi  şərtləri  ilə 
müəyyənləşdirilir.  stiqraz  vərəqələrinin  şərtlərinə  aşağıdakılar  aid  edilir:  borcun  məbləği  və 
müddəti, buraxılmış istiqrazların sayı, faiz dərəcəsinin səviyyəsi, faiz dərəcələrinin ödəniş şərtləri, 
ödənişin  vaxtı,  forması  və  qaydaları,  kredit  maraqlarının  qorunması  və  s.  Təklif  olunan  şərtlər 
investorlar  üçün  əlverişli  olmalı  və  istiqrazın  likvidliyini  təmin  etməlidir.  nvestisiya  resursları 
mənbələrinin  formalaşdırılması  zamanı  kapital  cəlb  olunmasında  istifadə  olunan  müxtəlif 
vasitələrin üstünlük və çatışmamazlıqları nəzərə alınmalıdır.  
Beləliklə,  maliyyə  resurslarının  səfərbər  edilməsində  borc  vəsaitləri  ilə  müqayisədə 
aksiyanın emissiyasının öz üstünlükləri vardır ki, bunlar da əsasən aşağıdakılardır: 
•  aksiya  maliyyələşdirilməsi  uzun  müddət  ərzində  səhmdar  kapitalın  genişləndirilməsinə 
imkan verir; 
•  kredit  münasibətlərindən  fərqli  olaraq  aksiyaların  yerləşdirilməsi  üçün  heç  bir  girov  və 
zəmanət tələb edilmir; 
•  istiqrazlardan fərqli olaraq səhmdar cəmiyyət kifayət qədər gəlir olmadıqda adi aksiyalar 
üzrə dividend ödəməyə bilər; 
•  investisiya  layihələrinin  maliyyələşdirilməsi  zamanı  aksiyanın  buraxılması  ilə  kapitalın 
cəlb olunması həmin müddətdə vəsaitlərin ödənilməsi üçün imkan yaradacaqdır; 
•  dividend  şəklində  kifayət  qədər  gəlir  əldə  edilməsi  və  aksiyanın  daha  yüksək  kursla 
satılması;  
•  aksioner cəmiyyətin idarə olunmasında iştirak etmək; 
•  cəmiyyətin fəaliyyətinə təsir göstərmək. 
  Çatışmayan xüsusiyyətləri  isə aşağıdakılardır: 
•  dividend ödənilməməsi riski;  
•  aksiya kursunun aşağı düşməsi nəticəsində kapitalın itirilməsi riski;  
•  kiçik aksionerlərin səhmdar cəmiyyətin ümumi siyasətinə təsir edə bilməməsi; 
•  cəmiyyət  ləğv  olunan  zaman  kapitalın  qaytarılmasında  aksiyanın  istiqrazdan  fərqli  olan 
sonunculuq növbəsi. 
  stiqrazlara qoyuluşun da öz üstünlükləri vardır: 
•  istiqraz üzrə gəlirin həcmi təmin edilib və qabaqcadan məlumdur; 
•  cəmiyyət ləğv olunan zaman istiqrazlar aksiyalara nisbətən ilk növbədə olur. 
stiqraz qoyuluşun çatışmayan cəhətləri isə aşağıdakılardır: 
• aksiyaya nisbətən az gəlirli olması; 
• istiqraz sahibi olan şəxsin şirkətin idarə edilməsində iştirak edə bilməməsi. 
Səhmlərin ilkin emissiya prosedurası aşağıdakı mərhələlərdən ibarətdir: 
•  emitent tərəfindən qiymətli kağızların ixrac edilməsi qərarının qəbul edilməsi; 
•  emitent  tərəfindən  qiymətli  kağızların  emissiya  layihəsinin  hazırlanması  və  təsdiq 
edilməsi; 
•  qiymətli kağızların icraçısının dövlət qeydiyyatından keçməsi; 
•  emissiya layihəsi barədə məlumatları açıqlamaq; 
•  qiymətli kağızların şəhadətnamələrinin hazırlanması; 
•  ixracın nəticələri barədə hesabatın qeydiyyatdan keçməsi və onların elan edilməsi; 
•  Qiymətli kağızların qapalı səhmdar cəmiyyətdə yerləşdirilməsi halı üçün: 
•  emitent tərəfindən qiymətli kağızların ixrac edilməsi qərarının qəbul edilməsi; 
•  qiymətli kağızların ixracının və emissiya layihəsinin dövlət qeydiyyatından keçməsi; 
•  qiymətli kağızların yerləşdirilməsi; 
•  ixracın  nəticələri  barədə  hesabatın  dövlət  qeydiyyatından  keçməsi.  Beləliklə,  qiymətli 
kağızların  emissiya  prosesi  bir  neçə  əsas  mərhələlərdə  formalaşır  və  birinci  mərhələni  hazırlıq 
mərhələsi hesab etmək olar. 
SC  təsis  edilməmişdən  qabaq  yaradılacaq  yeni  təsis  strukturunun  əlverişli  olub-olmadığı 
məsələsi həll olunmalıdır. Hesabat və analizlər aparılmalıdır ki, yaratmış olduğumuz SC istehsal 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə