Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə123/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   119   120   121   122   123   124   125   126   ...   131

 
250 
səhmlərin  (müddətsiz,  məhdud  müddətli,  adi  səhmlərə  mübadilə  edilən)  emissiyasını  həyata 
keçirirlər. 
Yüksək  imicə  malik  olan  iri banklar  fond  bazarında  öz  səhmlərini  yerləşdirmək imkanına 
malik olurlar. Bu üsul ilə banklar səhmlərin məzənnəsi vasitəsi ilə manevr edərək dividendlərin 
səviyyəsini  müəyyənləşdirir,  səmərəli  əməliy-yatlar  həyata  keçirərək əlavə  mənfəət  əldə edirlər. 
Kiçik  banklar  üçün  isə  bu  yol  ilə  əlavə  resurs  cəlb  etmək  çətindir.  Onlar  üçün  bu  yolla  xüsusi 
kapitah artırmaqdansa əmanətçilərin resurslarını cəlb etmək daha asarı və ucuzdur. 
Xarici  ölkələrin  bank  praktikasında  xüsusi  kapitahn  artımı  üsulu  kimi  istiqrazların 
buraxılmasından  da  istifadə  edilir.  Böyüyən  və  inkişaf  etməkdə  olan  banklar  öz  inkişafını 
maliyyələşdirmək  üçün  uzunmüddətli  kapitala  ehtiyac  duyur  və  öz  kapitalmın  strukturunda  ona 
üstünlük verirlər. Bu ehtiyac istiqraz emissiyası vasitəsi ilə ödənilir. 
1988-ci  ilin  iyul  ayında  Bazeldə  (Isveçrədə)  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin 
mərkəzi  bankları  şəxsi  kapitalın  kifayətliliyinin  ümumi  hesablama
 
qaydasını  (“Kuka  əmsalı”) 
müəyyən etmişlər. Bu əmsal bankın şəxsi kapitalı ilə riskin səviyyəsi üzrə ölçülən balans və qeyri-
balans aktivlər arasındakı minimum nisbəti müəyyən edir. 1994-cü ildə müxtəlif ölkələrin mərkəzi 
banklarında  Kuka  əmsalından  kommersiya  banklarının  şəxsi  kapitalının  kifayətliliyinə
 
dair 
tələblərin müəyyən olunması zamanı baza oriyentiri kimi istifadə olunmuşdur. Verilən normativin 
kəmiyyəti birinci dərəcəli kapitala münasib olaraq 4%-dən az olmamalıdır; kommersiya bankının 
ümumi şəxsi kapitalının aktivlərə nisbəti riskin dərəcəsi ölçülməklə 8%-dən aşağı olmamalıdır.  
Milli  bankların  şəxsi  kapitalının  kifayətlilik  dərəcəsi  ilə  bağlı  tələblərin  hazırlanması 
zamanı verilən standartlardan Azərbaycanda da istifadə olunur. Hazırda, Azərbaycanda yeni bank 
açmaq üçün 10 milyon manat  tələb edilir.  
 
 
6.4. ÖHDƏL KLƏR N L KV DL K GÖSTƏR C LƏR  
 
Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra – öhdəliklər) yerinə 
yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv 
tənzimləmək,  habelə  əlavə  xərclərə  yol  vermədən  aktivlərin  planlaşdırılmış  artımını 
maliyyələşdirmək qabiliyyətidir. Yəni, bankın likvidliyi – bankın ona təqdim oluna bilən maliyyə 
tələbləri  üzrə  öz  aktivlərinin  pul  vəsaitlərinə  çevrilməsi  hesabına  hesablaşma  aparmaq 
qabiliyyətidir.  Bankın  likvidliyi  onun  bank  öhdəliklərinin  ödənişi  üçün  onda  nəzəri  cəhətdən 
kifayət qədər məbləğdə olan likvid aktivlərin olmasını nəzərdə tutur. 
Bank  Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv 
yerinə  yetirilə  bilməməsi,  əlavə  likvid  vəsaitin  əldə  edilməsi,  həmçinin  bankın  aktivlərinin 
minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.  
Likvidliyin təhlil edilməsi üçün ödəniş müddətlərinin bölgüsü - ödəniş müddəti eyni dövrə 
düşən aktiv və öhdəliklərin bölgüsüdür.  
Bankın  likvidliyi  kredit  resurslarının  cəlb  olunması  və  yerləşdirilməsi    miqdarına  və 
müddətinə uyğun olaraq müəyyən olunur. Belə ki, bank tərəfindən aktiv əməliyyatların aparılması 
nəticəsində  nağd  pulun  daxil  olması  bankın  borcunun  ödənilməsi  üçün  vacib  olan  nağd  pulun 
miqdarı və müddəti ilə nadir hallarda üst-üstə düşür.   
  Öhdəliklərin  likvidlik  göstəricisi  öhdəliklərin  yerinə  yetirilmə  ehtimalına,  həmçinin 
öhdəliklərin  sahibinin  banka  verilmiş  vəsaitləri  tələb  etmək  hüququna  əsasən  müəyyən  edilir. 
Bank  tərəfindən  cəlb  edilmiş  vəsaitlərin  geri  tələb  edilməsi  ehtimalı  və  hüququ  nə  qədər  çox 
olarsa, öhdəliklərin likvidlik göstəricisi də bir o qədər yüksək olur. Öhdəliklər aşağıdakı likvidlik 
kateqoriyaları üzrə təsnifləşdirilir:  
  1.  Yüksək  likvidli  (cari)  öhdəliklər  -  bu  öhdəliklərə  bankların  müxbir  hesabları  və 
“overnayt” depozitləri də daxil olmaqla bütün cari hesablar; tələbli depozitlər, ödəniş müddəti 30 
gün və ya bundan az olan müddətli öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar), 
icra  müddəti  başa  çatmış  öhdəliklər,  müqaviləyə  əsasən  vəsaitlərdən  istifadəyə  başlanması 
tarixinə məhdudiyyət qoyulmayan və geri çağırıla bilinməyən açılmış kredit xətləri aid edilir.  


 
251 
Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri yüksək likvidli (cari) öhdəliklərə aid edilmir. 
Müddəti  başa  çatmış  öhdəliyin  icrası  bankdan  tələb  edilmədikdə  və  tərəflər  arasında 
bağlanmış  müqavilə  şərtləri  əsasında  eyni  müddətə  uzadılmış  hesab  edildikdə,  həmin  öhdəlik 
yüksək likvid (cari) öhdəliklərə aid edilmir. 
   2. Orta likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 30 gündən 365 günədək olan müddətli 
öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar), ödəniş müddəti bir ildən çox olan, 
lakin müqaviləyə əsasən kreditora həmin öhdəliyi vaxtından əvvəl tələb etmək hüququ verən borc 
öhdəlikləri aid edilir.  
  3. Aşağı likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 365 gündən çox olan öhdəliklər aiddir. 
Bank  tərəfindən  onun  fəaliyyətinin  müxtəlif  sahələrinin  idarə  edilməsi  və  nəzarəti  üzrə 
Öhdəliklərin  idarə  olunması  ən  azı  aşağıdakıları  əhatə  etməlidir:  son  illərin  tendensiyaları, 
mövsümi  amillər,  faiz  dərəcəsinin  dəyişdirilməsinə  həssaslıq  və  digər  makroiqtisadi  amillər 
nəzərə  alınmaqla,  bank  tərəfindən  cəlb  edilmiş  vəsaitlərin  həcminin  monitorinqi;  depozitlərin 
həcminin  monitorinqi  (o  cümlədən,  bankların  və  digər  hüquqi  şəxslərin  depozitləri,  “overnayt” 
ə
məliyyatları);  depozit  və  digər  öhdəliklər  üzrə  ödəmə  müddətlərinin  monitorinqi;  bankın  əsas 
öhdəliklərinin kreditorları üzrə daimi monitorinqin aparılması və onlarla əlaqələrin dəstəklənməsi; 
öhdəliyin növü, öhdəlik üzrə kreditor və onun yerləşdiyi ərazi nəzərə alınaraq öhdəliyin mənbələri 
üzrə cəmləşmənin monitorinqi; balansarxası öhdəliklərin monitorinqi.  
Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 gündən 30 günədək 
olan  öhdəliklər  (o cümlədən,  bankın  buraxdığı  qiymətli  kağızlar)  bankın ani  likvidlik  əmsalının 
hesablanmasında nəzərə alınmır.  
likvidlik əmsalları.  
1. Yüksək likvidli aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti.  
2. Cari  aktivlərin  yüksək  likvidli  (cari)  öhdəliklərə  olan  nisbəti  (cari  likvidlik  əmsalı).  Cari 
aktivlərə  yüksək likvidli aktivlərdən əlavə ödəniş müddəti 30 gün,  yaxud bundan az olan aktivlər 
daxildir.  1-ci  və  2-ci  əmsalların  azalma  meylləri  yüksək  keyfiyyətli  aktivlərin  azalmasını,  yaxud 
bankın  adətən  qısa  müddətlərə  cəlb  edilmiş  dəyişkən  vəsait  mənbələrinə  daha  çox  arxalanmasını 
göstərir. Bu azalma təkcə likvidlik vəziyyətinin pisləşməsi meylini deyil, həmçinin maliyyələşdirmə 
strategiyasında baş vermiş məqbul hesab edilən dəyişiklikləri də göstərə bilər. 
3.  Yüksək  likvidli  (cari)  öhdəliklərin  aktivlərin  ümumi  məbləğinə  olan  nisbəti.  Bu  əmsal 
aktivlərin  qısamüddətli  öhdəliklərlə  maliyyələşdirilməsi  səviyyəsini  ölçür.  Bu  rəqəmin  yüksək 
olması bankın qeyri-sabit maliyyələşmə mənbələrindən yüksək asılı olmasını göstərir.  
4. Yüksək likvidli (cari) öhdəliklərin ümumi öhdəliklərin məbləğinə olan nisbəti. Bu əmsal 
ilk  problemlər  yarandıqda  bankı  tərk  edə  biləcək  vəsaitləri  qiymətləndirir.  Əgər  bankda  iri 
məbləğdə  yüksək  likvid  öhdəliklər  mövcuddursa,  bank  daha  ciddi  fövqalədə  likvidlik  planı 
hazırlamalıdır. 
5. Kreditlərin  depozitlərə  olan  nisbəti.  Bu  əmsalda  kreditlərə  banklararası  kreditlər  istisna 
olmaqla  digər  müştərilərə  verilmiş  xalis  kreditlər  (zərərin  ödənilməsi  üçün  yaradılmış  məqsədli 
ehtiyatlar  çıxılmaqla),  depozitlərə  isə  bankların  depozitləri  istisna  olmaqla  bankda  olan 
müştərilərin  depozitləri  aiddir.  Bu  əmsal  bankın  hesabına  kredit  portfelinin  maliyyələşdirilməsi 
səviyyəsini qiymətləndirir. Əmsalın artımı bankın daha çox qeyri-sabit maliyyələşmə mənbələrinə 
(məsələn, qısamüddətli borclar) üstünlük verdiyini göstərir.  
6. Girov  qoyulmuş  qiymətli  kağızların  bütün  qiymətli  kağızlara  olan  nisbəti.  Bu  əmsal 
likvidliyə olan tələbatı ödəmək üçün istifadə edilə bilməyən, girov qoyulmuş qiymətli kağızların 
faizlə ifadəsini göstərir. 
7. Yerli  maliyyə  bazarlarından  cəlb  olunmuş  vəsaitlərin  cəminin  xarici  bazarlardan  cəlb 
olunmuş vəsaitlərin cəminə olan nisbəti. Bu əmsal bankın yerli və xarici bazarlardan cəlb edilmiş 
vəsaitlərinin cəmləşməsinin tənzimlənməsi üçün nəzərdə tutulur. 
8. Tələbli  depozitlərin  və  bankların  müxbir  hesablarının  sabit  qalıqlarının  cəminin 
öhdəliklərin  ümumi  məbləğinə  nisbəti.  Bu  əmsal  tələbli  depozitlərin  və  müxbir  hesabların  sabit 
qalıqlarının  öhdəliklərin  hansı  hissəsini  təşkil  etdiyini  müəyyən  edir.  Sabit  qalıq  dedikdə  bir  il 
ə
rzində hesabda sabit olaraq qalan və hesabdan çıxarılmayan məbləğ başa düşülür.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə