Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə122/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   118   119   120   121   122   123   124   125   ...   131

 
248 
Səhmdar  tipli  kommersiya  təşkilatının  yaradılması  zamanı,  bir  qayda  olaraq,  yeganə 
maliyyələşmə  mənbəyi  nizamnamə  kapitalıdır.  Təşkilatın  nizamnamə  kapitalı  onun  əmlakının 
minimal  ölçüsünü  müəyyən  edir.  Biznesin  bəzi  təşkilati-hüquqi  formaları  üçün  onun  həcmi 
aşağıda məhdudlaşdırılır; o cümlədən, açıq cəmiyyətin minimal nizamnamə kapitalı (MNK) onun 
qeydiyyat  tarixində  əməyin  ödənilməsi  üçün  minimal  həcmin  minqat  məbləğindən  aşağı,  qapalı 
cəmiyyətin kapitalı isə MNK-nin yüzqat məbləğindən aşağı olmamalıdır.  
Cəmiyyətin  təsis  edilməsi  zamanı  onun  səhmləri  cəmiyyətin  nizamnaməsi  ilə  müəyyən 
edilən müddət ərzində tam ödənilməlidir, bu zaman nizamnamə kapitalının 50%-dən çox olmyan 
hissəsinin cəmiyyətin yaradılması vaxtı, yerdə qalan hissəsinin isə onun qeydiyyata alındığı andan 
il ərzində ödənilməsi lazımdır.  
Ə
lavə  kapitala  müəssisənin  əsas  vəsaitlərinin,  əsaslı  tikinti  obyektlərinin  və  digər  əmlak 
obyektlərinin  12  aydan  yuxarı  sərfəli  şəkildə  istifadə  edilməsi  məbləği,  eləcə  də  yerləşdirilmiş 
səhmlərin (səhmdar cəmiyyətin emissiya gəliri) nominal dəyərindən çox alınmış məbləğ daxildir.  
Rezerv  kapitalının  yaradılması  icbari  olaraq  ayrılan  illik  vəsaitlərin  onlar  üçün  müəyən 
edilmiş  həcmə  çatana  qədər  həyata  keçirilir.  Ayrılmış  bu  vəsaitlərin  həcmi  müəssisənin 
nizamnaməsində  müəyyən  edilir,  lakin  xalis  gəlirin  (vergilər  üzrə  büdcə  ilə  hesablaşmalardan 
sonra cəmiyyətin sərəncamında qalan gəlirlər) 5%-dən aşağı ola bilməz.  
lin  nəticələrinə  görə  müəssisə  tərəfindən  əldə  olunan  gəlir  səhmdar  cəmiyyətdə  səhm-
darların  ümumi  toplantısının  və  ya  məhdud  məsuliyyətli  cəmiyyətdə  iştirakçıların  toplantısının 
qərarı ilə dividentlərin ödənilməsi, ehtiyat və digər fondların yaradılması, eləcə də ötən illərə görə 
itkilərin  kompensasiya  edilməsi  və  s.  üçün  bölüşdürülür.  Bölüşdürülməyən  gəlir,  mahiyyət 
etibarilə müəssisənin aktivlərinə yenidən investisiya edilir; o balansda xüsusi vəsaitlərin mənbəyi 
kimi göstərilir. Gəlirin yerdə qalan hissəsi isə səhmdarların növbəti iclaslna qədər dəyişməz qalır.  
 
 
6.3. BANK KAP TALININ  FUNKS YASI 
 
Xüsusi  kapital  bilavasitə  banka  mexsus  olan  vəsaitlərdir.  Xüsusi  kapital  öz  çəkisinə 
görə  ümumi  kapitalda  az  bir  hissəni  təşkil  etsə  də,  kredit  təşkilatının  normal  fəaliyyətini 
təmin  etmək  üçün  mühüm  funksiyalan  yerinə  yetirir.  Bıı  funksiyalar  aşağıdakılardan 
ibarətdir: müdafıə funksiyası, operativ funksiya, tənzimləmə tunksiyası
8

Müdafıə  funksiyası.  Məlum  olduğıı  kimi,  bank  resurslarının  90%-ə  qədəri  əmanətçilər 
tərəfmdən  maliyyələşdirilir.  Buna  görə  də  kommersiya  banklarımn  səhmdar  kapitalmın  və  ona 
bərabər tutulan vəsaitlərin əsas fiınksiyası əmanətçilərin maraqlarının müdafıəsidir. Bu flınksiya 
banklarm ləğv ola biləcəyi vəya hər hansı bir səbəbdən öz fəaliyyətirii dayandıra biləcəyi halda 
ə
manətçilərə dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Xüsusi kapital, bankların normal 
fəaliyyətini təmin edən resurs ehtiyatının yaradılması yolu ile bankın ödəmə qabiliyyətini qoruyub 
saxlayır.  Nəzərə  almaq  lazımdır  ki,  zərərlər  bütövlükdə  kapital  hesabına  deyil,  cari  resurslar 
hesabına  ödənilir,  örtülür.  Cari  aktivlər  kifayət  etmədikdə,  banklar  bu  məqsəd  üçün  xüsusi 
kapitaldan  istifadə  edə  bilər.  Firma,  müəssisə  və  təşkilatlardan  fərqli  olaraq  bank  ödəmə 
qabiliyyətini qorumaq üçün bu vasitəyə əl ata bilir. Bankın səhmdar kapitah toxunulmaz olduğu 
bütün hallarda o ödəmə qabiliyyətli sayılır. Bu, o halda mümkündür ki, bankın aktivləri bütün öh-
dəliklərdən  təmin  olunmamış  öhdəliklərin  və  səhmdar  kapitahn  cəmini  çıxdıqdan  sonra  qalan 
hissəsinə bərabər və ya ondan çox olsun. 
Kapitalın müdafıə funksiyası postsovet məkanı ölkələrinin bank sistemləri üçün aktual və 
xüsusi  əhəmiyyət  kəsb  edən  məsələdir.  Bu  ölkələrdə  hələ  ki,  tam  sabit  iqtisadi  vəziyyət 
təmin  edilmədiyinə,  bank  sistemlərində  obyektiv  və  subyektiv  səbəbdən  rəqabətin 
gözlənilməz  vüsətlə  inkişaf  etdiyinə,  etibarlı,  güclü  informasiya  bazası  mövcud 
olmadığına,  qeyri-düzgün  bank  siyasəti  apanldığına,  əmanətlərin  sığortası  sisteminin 
                                                 
8
 Bağırov M.M. Bank işi. Bakı, 2003. 
 


 
249 
olmadığma  görə  çox  vaxt  bankların  sıradan  çıxması  və  əmanətçilərin  öz  vəsaitlərini  itirməsi 
halları baş verir. Ona görə də, bu cür halda hər bir bank üçün xüsusi kapitalın olması onun eti-
barlığını, likvidliyini təmin edən ən vacib şərt kimi çıxış edir. 
Operativ  funksiya.  Hər  bir  kommersiya  bankma  normal,  səmərəli  fəaliyyətə  başlamaq 
üçün ilkin start kapitalı lazımdır. Həmin kapital bina, qurğular, torpaq sahələri, texniki vəsaitlər 
almaq və həmçinin nəzərdə tutulmayan itkilərin bağlanmasını operativ həll üçün etmək lazımdır. 
Bu  məqsədi  həyata  keçirmək  üçün  müxtəlif  mənbələrdən  və  xüsusi  kapitaldan  da  istifadə 
oiuna bilər. Bu halda o, operativ funksiyanı yerinə yetirmiş olur. 
Tənzimləmə  funkiyası.  Bankların  xüsusi  vəsaiti  qeyd  olunan  funksiyalarla  yanaşı  həm  də 
tənzimləmə  funksiyasıns  yerinə  yetirir.  Bu  flınksiya  əsasən  cəmiyyətin  bankların  səmərəli 
fəaliyyətində marağı və mövcud qanunların, qaydaların, icra mexanizminin banklar tərəfındən heyata 
keçirilən  əməliyyatlara  dövlət  orqanlarının  nəzarət  etmək  imkanlan  yaratması  və  mövcudluğu  ilə 
bağlıdır.  Bank  resurslarmm  quruluşu  müxtəlif  əlamətlərdən,  məsələn,  onlann  ixtisaslaşma  və  uni-
versallaşma  dərəcəsindən,  fəaliyyət  istiqaməti  və  xüsusiyyətlərindən,  borc  resursları  bazarınm 
vəziyyətindən  və  həmçinin  ölkədəki  iqtisadi  vəziyyətdən  ası-lıdır.  Bir  qayda  olaraq,  universal 
bankların  fəaliyyətində  qısamüddətli  kreditləşmə  əsas  yer  tutur.  Onlar  cəlb  etmə  mənbəyi  kimi 
qısamüddətli  depozitlərə,  investisiya  bankları  isə  qiymətli  kağızların  alınmasına,  müəssisələrin, 
səhmdar cəmiyyətlərin, dövlətin kapital qoyuluşlan kimi istifadə etdikləri xüsusi məqsədli fondlara və 
digər kredit  və maliyye institutlanndan alınan uzunmüddətli istiqrazlara üstünlük verirlər. Banklarm 
ə
sas məqsədi isə daha etibarh, sabit maliyyə vəziyyətinə malik müştərilərə kredit verməklə resurslannı 
artırmaq  və  güclü  resurs  bazası  yaratmaqdan  ibarətdir.  Qeyd  etmək  lazımdır  ki,  bütün  banklar 
aralarındakı fərqlərdən asılılayaraq, resurs bazasını yalnız likvidlik təmin olunduğu hallarda artıra 
bilir.  Bankların  xüsusi  vəsaitinin  quruluşu  öz  keyfıyyət  tərkibinə  görə  yekcins  deyildir  və  il 
ə
rzində müxtəlif amillərin təsiri ilə dəyişə bilir. Bu amillərin biri əldə olunan mənfəətdən istifadə 
xarakteridir. 
Avropa  ölkələrində  səhmdar  kommersiya  banklarının  nizamnamə  kapitalı  satılmış 
səhmlərdən  daxil  olmuş  vəsaitlər  hesabma  formalaş.ır.  Lakin  nizamnamə  kapitalı  təkcə  daxil 
olmuş  pul  vəsaitləri  hesabına  deyil,  həm  də  maddi  və  qeyri-maddi  aktivlərin,  həmçinin  üçüncü 
şə
xsin  qiymətli  kağızları  hesabına  da  formalaşa  bilər.  Təhlillər  göstərir  ki,  bir  çox  bankların 
nizamnamə  kapitahnın  70%-dən  çoxu  maddi  aktivlərin  payına  düşür.  Bu  isə  bankların  bu 
vəsaitlərdən  kredit  resurslan  kimi  istifadə  etmək  imkanlarını  azaldır,  ödəmə  qabiliyyətini  və 
likvidliyini  zəiflədir.  Analoji  vəziyyət  nizamnamə  kapitalında  qeyri-maddi  aktivlərin  payı  çox 
olduğu halda da özünü büruzə verir. 
Bankların xüsusi kapitalı onların aktiv əməliyyatlarının artınlmasının mənbəyi, əsasıdır. Bu 
vəsaitlər  olrhadan  bank  özünün  normal  fəaliyyətini  qura  bilməz,  ödəmə  qabiliyyətliyini, 
Ukyjdliyini təmin edə bilməz. Bir sözlə, kredit təşkücttı kimi onun mövcudluğu mümkün olmaz. 
Ona  görə  də  hər  bir  bank  üçün  xüsusi  kapitalm  mənbələrinin  tapılması  və  artırılması  çox 
ə
həmiyyətlidir. Bela maflbələr rolunda, digpr mənbəiəriə yanaşı bankın ehtiyatları daxil olmaqla 
keçmiş  illərin  bölüşdürülməmiş  mənfəəti,  qiymətli  kağızlarm  əlavə  bura-xıhşlarının  yer-
ləşdirilməsi, həmçinin yeni payçıların tapüması, cəlb edilməsi ola bilər. 
Xüsusi  kapitahn  idarə  edilməsi  bankların  yüksək  mənfəət  əldə  etməsində  və  passivlərin 
dayanıqlığınm  təmin  edilməsində  yüksək  ehəmiyyətə  malik  rol  oynayır.  Xüsusi  kapitalın  idarə 
edilməsinin  mühüm  üsuüarından  biri  dividend  siyasətidir.  Ölkədə  qeyri  -  sabit  maliyyə  vəziyyəti, 
həmçinin mükəmməl, inkişaf etməmiş fond bazarı şəraitində banklar adətən xüsusi kapital artımmı 
mənfəətin toplanması hesabına təmin edirler. Dividendlərin kapitallaşması səhmdar kapitalın artma-
masının  heç  də  həmişə  ən  asan  və  daha  ucuz  başa  gələn  üsulu  deyildir.  Bununla  yanaşı  banklar 
düzgün  olaraq  müəyyən  edirlər  ki,  onlann  səhmlərinin  məzənnəsi  ödənən  dividendlərin 
səviyvəsindən  asılıdır.  Dividendlərin  artımı  səhmlərin  məzənnə-lərinin  artımına  səbəb  olur. 
Səhmlərdən yüksək gəlir əldə olunması əlavə səhm satışı hesabına kapitalın artımmı təmin edir.  
ri   banklar   pul   resurslarımn   cəlb   edilməsınin   səmərəli metodu, üsulu kimi səhm 
emissiyasından  istifadə  edirlər.  Kommersiya  bankları  həm  adi  səhmlərin,  həm  də  imtiyazlı 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə