Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə116/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   112   113   114   115   116   117   118   119   ...   131

 
235 
dəfədən az olmayaraq keçirilməli və nəticələri barədə bankın Müşahidə Şurasına hesabat verilməlidir. 
R K-in sədri bankın Müşahidə Şurası tərəfindən təyin edilir. R K-in sədri digər bankdaxili komitələrin 
üzvü olmalı və veto hüququna malik olmaqla bu komitələrdə məbləği məcmu kapitalının 1%-dən çox 
olan bütün əməliyyatlara dair qərarların qəbul edilməsində iştirak etməlidir.  
R K-in  vəzifə  və  səlahiyyətləri  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  müvafiq 
ə
sasnamədə müəyyən edilir. R K-in vəzifə və səlahiyətləri aşağıdakılardan ibarətdir: 
1.  risklərin idarə edilməsi prosesinin hər bir mərhələsinə dair minimal tələbləri müəyyən 
etmək; 
2.  risklərin  idarə  edilməsi  bölməsinə  tapşırıqlar  vermək  və  ondan  mütəmadi  hesabatları 
tələb etmək; 
3.  müxtəlif  risklər  üzrə  limitləri  müəyyən  etmək  və  təsdiq  edilməsi  üçün  Müşahidə 
Ş
urasına təqdim etmək; 
4.  mütəmadi  olaraq  bankdakı  risklərin  vəziyyəti,  risklərin  idarə  edilməsi  sisteminin 
adekvatlığı  və  risklərin  idarə  edilməsi  prosesinin  effektivliyi  haqda  Müşahidə  Şurasına  hesabat 
vermək; 
5.  risklərin  idarə  edilməsi  siyasəti,  bankdaxili  risklərin  idarə  edilməsi  funksiyası  üzrə 
vəzifə və səlahiyyətləri, müxtəlif əməliyyat və fəaliyyət istiqamətləri üzrə qayda və prosedurları, 
risklərin  idarə  edilməsi  işində  istifadə  edilən  müxtəlif  metodologiyaları  müəyyənləşdirmək  və 
yenidən baxmaq, təklifləri Müşahidə Şurasına təqdim etmək. 
Risklərin  idarə  edilməsi  bölməsi.  Risklərin  idarə  edilməsi  bölməsinin  məqsədi  gündəlik 
olaraq  R K-in  fəaliyyətinə  əməliyyat  dəstəyinin  təmin  edilməsidir.  Risklərin  idarə  edilməsi 
bölməsinə  R K  tərəfindən  mütəmadi  tapşırıqlar  verilir.  Risklərin  idarə  edilməsi  bölməsinin 
rəhbəri  ən  azı  3  il  bank  işi  təcrübəsinə  malik  olmalıdır.  Risklərin  idarə  edilməsi  bölməsinin 
rəhbəri  bankın  darə  Heyəti  tərəfindən  təyin  edilir  və  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilir. 
Risklərin idarə edilməsi bölməsinin istənilən məlumat bazasına çıxışı təmin edilməlidir.  
Risklərin idarə edilməsi bölməsinin vəzifə və səlahiyətlərinə aşağıdakılar aid edilir: 
1. bankın  hər  bir  əməliyyat  növü  və  fəaliyyət  istiqaməti  ilə  bağlı  bütün  prosedur  və 
qaydalarında risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması; 
2. bankın fəaliyyətinin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş risk limitləri çərçivəsində 
və daxili qaydalara uyğun həyata keçirilməsinə nəzarət edilməsi; 
3. hər bir əməliyyat bölməsinin üzləşdiyi bütün spesifik risklərin müəyyən edilməsi, qayda 
və prosedurlarının yoxlanılması və onlarda risklərin müəyyənləşdirilməsi; 
4. ayrı-ayrı risk kateqoriyalarının müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi, nəzarətini 
həyata  keçirilməsi  və  bu  risklər  barədə  R K-ə  və  bankın  darə  Heyətinə  mütəmadi  olaraq 
hesabatların təqdim edilməsi; 
5. Bankın  kapitalının  kəmiyyət  və  keyfiyyət  göstəricilərinə,  kapitalın  adekvatlığına  dair 
tələblərə riayət edilməsinə nəzarətin edilməsi. 
 
 
5.7. BANKIN FƏAL YYƏT N N YOXLANILMASI  
 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankın  “  BANK  YOXLAMALARININ  HƏYATA 
KEÇ R LMƏS N N  PROSEDUR  QAYDALARI”  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  
tərəfindən  banklarda  və  xarici  bankların  yerli  filiallarında  yoxlamaların  təşkili  və  həyata 
keçirilməsinin prosedur qaydalarını müəyyən edir
7

                                                 
7
 Daha geniş: AR MB. Bank yoxlamalarinin həyatakeçirilməsinin prosedur qaydaları
 
 


 
236 
Mərkəzi  Bank hər bir bankda ildə bir dəfə yoxlama aparır. Mərkəzi  Bank təqdim edilən 
prudensial  və  bank  statistikası  hesabatlarının  təhlili  və  mənbəyi  məlum  olan  digər  məlumatlar 
ə
sasında  bank  aktivlərinin  itirilməsi  təhlükəsinin  yarandığı,  o  cümlədən  bankın  aktivlərinin 
keyfiyyətini  və  maliyyə  vəziyyətini  xarakterizə  edən  göstəricilərin  kəskin  və  ya  davamlı  olaraq 
pisləşdiyi, bank öhdəliklərinin və ya ödənişlərin icra edilməsi üçün zəruri olan likvid vəsaitlərin 
ə
həmiyyətli  səviyyədə  yaxud  davamlı  olaraq  azaldığı,  bankın  idarəetmə  sistemində  onun  pru-
densial  idarə  edilməsinə  təhlükə  yarada  bilən  halların  meydanna  çıxdığı  müəyyən  edildikdə, 
habelə qanunvericiliyin pozulması faktlarının araşdırılması məqsədilə Milli Bank banklarda əlavə 
(planlaşdırılmamış)  yoxlamalar  keçirə  bilər.  Milli  Bank,  həmçinin,  qarşılıqlı  fəaliyyət 
prinsiplərinə  müvafiq  olaraq  xarici  bank  tənzimlənməsi  və  nəzarəti  orqanlarının  sorğularına, 
habelə  məhkəmənin  qüvvəyə  minmiş  qərarlarına  əsasən  banklarda  əlavə  (planlaşdırılmamış) 
yoxlamalar keçirir.   
Bankın fəaliyyətinin yoxlanılması hərtərəfli (kompleks) və ya məqsədli (tematik) ola bilər. 
Bankda  aktivlərin  kənarlaşdırılması,  bank  aktivlərinin  keyfiyyətini  və  maliyyə  vəziyyətini 
xarakterizə  edən  göstəricilərin  kəskin  pisləşməsi,  öhdəliklərin  və  ödənişlərin  icra  edilməməsi, 
habelə dövlət təhlükəsizliyi baxımından çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi 
hallarının araşdırılması, seçki hesablarının rejiminə əməl edilməsi  məsələləri ilə bağlı yoxlamalar 
Mərkəzi Bank tərəfindən banka əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilə bilər.      
Yoxlama  qrupunun  üzvləri  aşağıdakı  hüquqlara  malikdir:    banka,  onun  filial,  şöbə  və 
nümayəndəliklərinə,  habelə  onun  törəmə  cəmiyyətlərinə  daxil  olmaq  və  onların  hesabatlarını, 
mühasibat kitablarını, sənədlərini, o cümlədən reqlamentini (əsasnamə, qaydalar və prosedurlar) 
və  digər  uçot  yazılarını  əldə  etmək,  yoxlamaq  və  onlara  dair  bankın  və  törəmə  cəmiyyətinin 
inzibatçısı  və  əməkdaşlarından  izahat  tələb  etmək;  bankın,  onun  filial,  şöbə  və 
nümayəndəliklərinin  bankda  mühüm  iştirak  payına  malik  olan  şəxslərin,  banka  aidiyyatı  olan 
şə
xslərin və aidiyyatı şəxs adından hərəkət edən şəxslərin inzibatçılarından, əməkdaşlarından və 
agentlərindən  həmin  qurumların  idarə  edilməsinə  və  cari  fəaliyyətinə,  o  cümlədən  müştərilərin 
ə
məliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanın verilməsini və onlara 
dair  izahatı  tələb  etmək;  bankdan  avtomatlaşdırılmış  əməliyyat  və  idarəedici  informasiya  
sistemlərinə çıxış əldə etmək;  bankın inzibatçıları və əməkdaşları ilə yoxlanılan məsələlər barədə  
müzakirələr aparmaq. 
  Yoxlama  qrupunun  üzvləri  yoxlamanı  apararkən  aşağıdakı  vəzifələri  həyata  keçirir:  qrupun 
fəaliyyət  planında  əks  olunan  vəzifələrə  uyğun  olaraq  yoxlamalar  aparır;  yoxlamanın  həyata 
keçirilməsi ilə bağlı bankın rəhbərinə lazımi sənədləri təqdim edir;  yoxlama zamanı səlahiyyətlərinin 
aşmasına yol vermir;   yoxlama zamanı öz fəaliyyəti ilə bankın cari fəaliyyətinə maneə yaratmır;  bank 
sənəd-lərinin  və  bank  sirrinin  qorunmasını  təmin  edir;    öz  sahəsi  üzrə  nəticələri  yazılı  formada 
rəsmiləşdirir;    vəzifələrinin  keyfiyyətli  və  vaxtında  yerinə  yetirilməsinə  fərdi  məsuliyyət  daşıyır;  
bankın  əməkdaşlarına  öz  hərəkətlərinin  səbəblərini  izah  etmək  üçün  imkan  yaradır;  bank 
ə
məkdaşlarının  fikirlərinə hörmətlə  yanaşır  və  fikir ayrılığı  yarandığı halda öz  mövqeyini izah edir;  
yaranan hər hansı münaqişəni nəzakətlə və peşəkarcasına həll edir. 
  Fəaliyyətinin yoxlanılması zamanı bank aşağıdakı hüquqlara malikdir: 
• yoxlama  qrupunun  üzvlərindən  yoxlamanın  həyata  keçirilməsi  üçün  əsas  sayılan  sənədi 
tələb etmək, onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış olmaq; 
• yoxlamaya aid olmayan şəxsləri yoxlamaya buraxmamaq; 
• fəaliyyətinin yoxlanılması barədə məlumatlara malik olmaq; 
• yoxlamanın nəticələrini müzakirə etmək və onlara dair münasibət bildirmək; 
• qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaların nəticələrindən şikayət etmək. 
• Bankın inzibatçıları yoxlamanı həyata keçirmək üçün yoxlama qrupunun üzvlərinə lazım olan 
material və sənədləri təqdim edir və yoxlama prosesinə aşağıdakı köməkliyi göstərir: 
• yoxlama  qrupunun  işinin  təmin  edilməsi  üçün  bankda  ayrıca  yer  ayırır  və  yoxlama 
sənədlərini  qorumaq  üçün  təhlükəsizliyi,  habelə  yoxlamanın  aparılması  üçün  tələb  olunan 
surətçıxarma və digər texnikadan istifadə imkanının yaradılmasını təmin edir; 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə