Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə113/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   109   110   111   112   113   114   115   116   ...   131

 
229 
Daxili komitələ
Müşahidə Şurasının vəzifəsinə bankın fəaliyyətindəki risk sahələrinin müəyyənləşdirilməsi 
və onların düzgün idarə edilməsinə nəzarət,  darə Heyətinin vəzifəsinə isə risklərin idarə edilməsi 
prosedurlarının hazırlanması və tətbiqi daxildir. 
Müşahidə Şurası  darə Heyəti ilə məsləhətləşmələrdən sonra bankda risklərin idarə edilməsi 
prosesini səmərəli həyata keçirmək məqsədi ilə müvafiq daxili komitələr yaradır və onun üzvlərini 
təyin  edir.  Komitələrin  tərkibi,  funksiya  və  səlahiyyətləri,  habelə  fəaliyyət  qaydaları  onların 
ə
sasnamələri ilə müəyyən edilir. 
  Bank  fəaliyyətində  mövcud  olan  risklərin  idarə  edilməsi  məqsədilə  bankda  kredit 
risklərinin  səmərəli  idarə  edilməsi  ilə  bağlı  Kredit  komitəsi,  likvidlik  və  bazar  risklərin  idarə 
edilməsi  ilə  bağlı  Aktiv  və  passivləri  idarəetmə  komitəsi  yaradılmalıdır.  Bankın  informasiya 
texnologiyaları sistemlərinin səmərəli və təhlükəsiz işini təmin etmək, habelə bankın qarşılaşdığı 
diğər risklərin tənzimlənməsi məqsədilə müvafiq olaraq  nformasiya texnologiyaları komitəsi və 
digər  komitələr  yaradıla  bilər.  Komitə  sədrlərrinin  və  üzvlərinin  təyin  edilməsi  Müşahidə  Şura-
sının səlahiyyətindədir. 
Riskləri idarəetmə komitəsi    
Risklərin idarə edilməsi üzrə müstəqil qərarlar qəbul edə bilən Riskləri idarəetmə komitəsi 
bankın  darə Heyətinin ən azı bir üzvünün, eləcə də bankın struktur bölmələrinin rəhbər işçilərinin 
işçtirakı  ilə  tək  sayda  üzvlərdən  ibarət  olmaqla  yaradılmalıdır.  Riskləri  idarəetmə  komitəsinin 
səlahiyyətləri Mərkəzi Bankın müvafiq normativ xarakterli aktları ilə tənzimlənir.  
Kredit komitəsi 
Kredit  komitəsi  bankın  darə  Heyəti  üzvlərindən  və  struktur  bölməsinin  rəhbərlərindən 
təşkil olunur. Komitəyə  darə Heyətinin üzvü rəhbərlik edir. Bankın Baş Maliyyə  nzibatçısı və 
mühasibat xidmətinin vəzifəli şəxslərindən biri komitənin üzvü olmalıdır. 
  Kredit komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir: 
1. Müşahidə  Şurasının  müəyyən  etdiyi  limitlərdən  artıq  kreditlərin  verilməsi  və  kredit 
öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq 
etmək; 
2. kreditlərin cəmləşmələrinə nəzarət etmək; 
3. müxtəlif fəaliyyət növlərinin və sahələrin kreditləşməsi üçün qaydaların hazırlanması və 
tətbiq edilməsini təmin etmək; 
4. kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək; 
5. vaxtaşırı kredit portfelinin qəflətən monitorinqini həyata keçirmək; 
6. girovların müntəzəm olaraq yenidən qiymətləndirilməsini təmin etmək; 
7. kreditlərin verilməsi üzrə səlahiyyətlərə və prosedurlara riayət edilməsini təmin etmək; 
8. kreditlərin qaytarılması üçün görülən bütün tədbirlərin icrasına rəhbərlik etmək; 
9. kreditlər  üzrə  mümkün  zərərlər  üçün  yaradılmış  ehtiyatların  yetərliyini  (adekvatlığın) 
yoxlamaq və təhlil etmək; 
10. ayda  bir  dəfədən  az  olmamaq  şərti  ilə  kreditlərin  alınması  üçün  ərizələri  nəzərdən 
keçirmək; 
11. ən azı ayda bir dəfə kredit portfelinə aid riskləri təhlil etmək; 
12. Mərkəzi  Bankın  qaydalarına  uyğun  şəkildə  bütün  kreditlərin  təsdiqi,  təsnifatı, 
ehtiyatların yaradılması, vaxtında və tam həcmdə ödənilməsi üçün struktur bölmələri  tərəfindən 
hazırlanmış  qayda  və  prosedurlara  baxmaq  və  təsdiq  olunması  üçün  Müşahidə  Şurasına  təqdim 
etmək.  
Aktiv və passivləri idarəetmə komitəsi 
  Aktiv  və passivləri idarəetmə komitəsi likvidliyinin  və bütövlüklə aktiv  və passivlərin idarə 
edilməsi  üçün  məsuliyyət  daşıyan  bankın  darə  Heyəti  üzvlərindən  və  struktur  bölmələrin 
rəhbərlərindən təşkil olunur. Komitəyə bu sahədə təcrübəsi olan  darə Heyətinin üzvü rəhbərlik edir. 
  Aktiv və passivləri idarəetmə komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir: 
1. Müşahidə Şurası tərəfindən təsdiq edilmiş qaydalara əsasən likvidlik və bazar risklərinin, 
habelə maliyyə vəsaitlərinin idarə edilməsi istiqamətlərini və hədəflərini müəyyən etmək; 


 
230 
2. onun  səlahiyyətlətinə  aid  edilmiş  risklərin  idarə  edilməsi  ilə  əlaqədar  istiqamət  və 
hədəflərlə bağlı qanunveriçiliyə riayət edilməsini təmin etmək.  
nformasiya texnologiyaları  komitəsi 
nformasiya  texnologiyaları  komitəsi  darə  Heyəti  üzvlərindən  və  müvafiq  struktur 
bölmələrin  rəhbərlərindən  təşkil  olunur.  Komitəyə  informasiya  texnologiya  sistemlərinin 
idarəedilməsi təсrübəsinə malik olan  darə Heyətinin üzvü rəhbərlik edir. 
  nformasiya texnologoyaları komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir: 
1.  bankın  idarəetmə  informasiya  və  digər  avtomatlaşdırılmış  sistemlərinin  mükəmməl  və 
fasiləsiz işini təmin etmək və monitorinqini aparmaq; 
2.  mühasibat uçotu və menecment informasiya sisteminin məlumatları üzrə adekvat ehtiyat 
nüsxələrinin  (ehtiyat  nümunələrinin)  yaradılması  üçün  “Gözlənilməz  hallar  üzrə  tədbirlər 
planının” işlənib hazırlanmasını təmin etmək; 
3.  informasiya texnologiyaları üzrə prosedurların hazırlanmasını təmin etmək.  
  nformasiya texnologiyaları üzrə prosedurlar aşagıdakı sahələri əhatə edir: 
1. informasiya texnologiyalarının tətbiqi; 
2. informasiya təhlükəsizliyinin idarə edilməsi; 
3. məlumatlara daxil olma hüququ; 
4. informasiya texnologiyaları vasitələrinin fiziki təhlükəsizliyi; 
5. tətbiq etmə üzrə nəzarət mexanizmləri; 
6. fövqəladə hallar və ehtiyat mərkəzi. 
nformasiya  texnologiyaları  komitəsinin  sədri  informasiya  texnologiyalarının  səmərəli 
fəaliyyəti  üçün  məsulliyyət  daşıyır.  nformasiya  texnologiyaları  üzrə  struktur  bölmənin  rəhbəri 
nformasiya texnologiyaları komitəsinin rəhbərinə hesabat verir. 
nformasiya  texnologiyaları  üzrə  bütün  mühüm  məsələlərə  nformasiya  texnologiyaları 
komitəsi tərəfindən müsbət rəy  verildikdə və həmin məsələlərə  darə Heyətinin razılığı olduqda 
Müşahidə Şurası bu məsələlər üzrə müvafiq qərar qəbul edir.  
nformasiya  texnologiyaları  komitəsinin  sədri  Müşahidə  Şurasına  əvvəlcədən  müvafiq 
məlumat  vermədən  heç  bir  kənar  şəxsi  bankın  informasiya  texnologiyaları  sistemlərinə  xidmət 
göstərməyə cəlb edə bilməz. 
Maliyyə idarəetməsi və hesabatlıq 
  Bankın maliyyə idarəetməsi və hesabatlığı aşağıdakı tərkib hissələrdən ibarətdir: 
1. uçotun idarə edilməsi prosedurları; 
2. rəhbərliyə məlumat; 
3. maliyyə nəzarəti. 
  Maliyyə idarə etməsi və hesabatlığı üzrə vəzifələr aşağıdakı kimi bölüşdürülür: 
1. Müşahidə  Şurası  bankın  maliyyə  idarəetməsinin  və  hesabatlığının  üsullarını  və  qay-
dalarını müəyyən edir, onların lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarət edir; 
2. illik  maliyyə  hesabatları  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən  təsdiq  edilir. 
Müşahidə  Şurası  illik  maliyyə  hesabatlarının  əsas  istifadəçilərə  vaxtında  çatdırılmasını,  Audit 
Komitəsi isə onların mötəbərliyini və aydınlığını təmin edir; 
3.  darə  Heyəti  Müşahidə  Şurası  tərəfindən  təsdiq  edilmiş  büdсə  və  maliyyə 
planlaşdırılması sistemini yaradır və proqnozlaşdırılan mənfəətliyin vaxtaşırı təhlilini aparır; 
4. Baş Maliyyə Inzibatçısı bankın mühasibat, hesabatlıq və maliyyə nəzarəti funksiyalarının 
lazımi qaydada təşkil edilməsini və onlara əməl edilməsini təmin edir; 
5. Baş Maliyyə  nzibatçısı mühasibat prosedurlarının idarə edilməsini və bütün maliyyə və 
vergi hesabatlarının vaxtında hazırlanmasını və təqdim edilməsini təmin edir; 
6. struktur bölmələrin rəhbərləri Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili qaydalara 
uyğun  olaraq  maliyyə  nəzarətini  həyata  keçirmək  üçün  məlumatın  hazırlanmasını  və  təqdim 
edilməsini təmin edir.  
Bankın bütün struktur bölmələri və mühasibat xidmətinin əməkdaşları məhsul və xidmətlər 
haqqında  cari  məlumat  bazasını  yaradır.  Müşahidə  Şurası,  darə  Heyəti  və  ya  bankın  hər    bir 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə