Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə114/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   110   111   112   113   114   115   116   117   ...   131

 
231 
inzibatçısı bu məlumat bazasında saxlanan məlumatlarla istənilən zaman tanış olmaq hüququna və 
imkanına malik olmalıdırlar.  
  Filial  və  şöbələrin  əməliyyatları  bankın  mühasibat  kitablarında  real  vaxt  rejimində  və 
mərkəzləşdirilmiş qaydada əks etdirildikdə həmin filial və şöbəyə baş mühasibin təyin olunması 
məcburi deyildir. 
Büdcənin hazırlanması 
Büdсə növbəti təqvim ili üçün il başlanmazdan əvvəl tərtib olunur. Büdсənin hazırlanması 
ilin əvvəlinə bir ay qalmış başa çatdırılır.  
Büdсə Baş Maliyyə  nzibatçısının rəhbərliyi altında hazırlanır,  darə Heyəti ilə razılaşdırılır 
və bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilir.  
  Büdсənin icrasına məsul olan şəxslər və müddətlər müəyyən edilir. 
 
 
5.6. BANK FƏAL YYƏT NDƏ (AYRI-AYRI FƏRD  ƏMƏL YYAT 
SƏV YYƏS NDƏ) R SKLƏR N NÖVLƏR  VƏ R SKLƏR N  DARƏ ED LMƏS  
S STEM  
 
Risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati struktur ümumi bank səviyyə-
sində (Bazar riski: faiz dərəcəsi riski,  valyuta riski, kapital riski əmtəə riski)gözlənilməz hadisə-
lərin bankın kapitalına mənfi təsir göstərə bilməsi və bankın biznes məqsədlərini həyata keçirmək 
imkanlarının  məhdudlaşdırmasının  qarşını  almaqla  bərabər,    həmçinin  bankın  daxilindən 
qaynaqlanan,  yəni  ayrı-ayrı  fərdi  əməliyyat  səviyyəsində(Kredit  riski,  Əməliyyat  riski,    Nüfuz 
riski, Strateji risk,  Likvidlik riski)  ortaya  çıxan riskləri minimizə etmək məcburiyyətindədir.  
Kredit  riski,  aktivin  dəyərini  itirməsinə  və  yaxud  dəyərsiz  hala  düşməsinə  səbəb  olan, 
borcalanın  maliyyə  vəziyyətinin  pisləşməsi  kimi  hadisəsindən  (balansdankənar  hadisələr  daxil 
olmaqla)  yaranan  zərər  ehtimalıdır.  Kredit  risklərinin  idarə  edilməsində  məqsəd,  belə  kredit 
hadisələrini  aradan  qaldırmaq,  kredit  riski  təhlükəsini  məqbul  olan  parametrlər  daxilində 
saxlamaq, bank aktivlərinin sağlamlığını qorumaq və onlardan əldə olunacaq gəlirlərin  itkilərin  
örtəcəyini  təmin  etməkdən  ibarətdir.  Banklar,  bütün  kredit  portfelinin  riskini,  eləcə  də  ayrı-ayrı 
kreditlərdə və ya əməliyyatlarda mövcud olan riskləri idarə etməlidir. 
Risklərin  darə  Edilməsi  Departamenti  kredit  risklərinin  idarə  edilməsində  aşağıdakı 
funksiyaları yerinə yetirməlidir: 
1.  Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək; 
2.  Mütəmadi olaraq müştərinin fəaliyyətindəki dəyişiklikləri qiymətləndirmək üçün onunla 
görüşlər təşkil etmək; 
3.  Davamlı  olaraq  kreditin  yalnız  kredit  sazişində  göstərilən  məqsədlər  üçün  istifadə 
olunmasını yoxlamaq; 
4.  Mövcud  olan  bütün  məlumatlar  (kütləvi  informasiya  vasitələrinin  nəşrləri  daxil  olmaqla) 
vasitəsilə müştərinin, eləcə də onun zəmanətçilərinin maliyyə vəziyyətinə nəzarət etmək; 
5.  Lazım gəldikdə vaxtı ötmüş kreditlərlə əlaqədar müvafiq prosedurlardan istifadə etmək. 
Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana bilər: 
• Qabaqcadan  ödənilmə  riski:  bu  risk  müştərinin  və  ya  əks  tərəfin  krediti  ödəyə  bilməməsi 
nəticəsində yaranan zərər riskidir. Bu zaman zərərin ölçüsü qüvvədə olan bazar dərəcələrindən asılı 
olur.  Qabaqcadan  ödənilmə  riski,  kredit  ekvivalentliyi  prinsipinə  görə  ölçülməlidir  və  riskin 
vəziyyətinin cari bərpa dəyərinin bazardakı dəyişikliklərin nəticəsi kimi müəssisənin gələcək potensial 
risk təhlükəsinin bəzi çoxsaylı təxminlərinin cəmini əks etdirməlidir. 
• Cari  təhlükə:  bu  əks  tərəfin  bu  gün  krediti  ödəyə  bilmədiyi  və  vəziyyətin  cari  bazar 
şə
raitində yenidənqiymətləndirilməsinə ekvivalent olduqda yaranan zərər növüdür. 
• Potensial risk təhlükəsi: əks tərəf gələcəkdə müəyyən olunmuş müddət ərzində krediti ödəyə 
bilmədikdə  nəyin  itiriləcəyini  əks  etdirən  əməliyyatın,  gələcək  cari  bərpa  dəyərinin 
qiymətləndirilməsidir. Mükəmməl təcrübəyə əsasən, bu dəyər simulyasiya vasitəsilə əldə olunmalıdır 
və bazarın dəyişkənliyi, portfelin təsiri, əvəzləşdirmə müqavilələri,  girov  və digər kredit vasitələrini 


 
232 
(zəmanətlər, akkreditivlər və s.) nəzərə almaqla, Riskə məruz Dəyərə görə bazar riski simulyasiyasına 
analoji  olmalıdır.  Nisbətən  mürəkkəbləşdirilmiş  alternativ  təcrübəyə  görə,  potensial  risk  təhlükəsini 
hesablamaq üçün qiymətləndirmələrdən etibarlı istifadə oluna bilər. 
• Gözlənilən  zərər,  mövcud  məlumata  əsasən  bankın  üzləşəcəyi  ehtimal  edilən  zərərlərin 
səviyyəsini  əks  etdirir.Bu,  gələcək  potensial  təhlükənin  əks  tərəfin  krediti  ödəyə  bilməməsi 
ehtimalı  və  nəzərə  alınmış  yığılma  dərəcələri  ilə  riyazi  ehtimaldır.  Gəlirlərə  tətbiq edilən  kredit 
riski  dəyəri  kimi  istifadə  edilən  gözlənilən  kredit  itkisi  ölçüləri,  bankı  uzun  müddətli  istifadə 
olunan kredit zərərlərindən qorumaq üçün bir vasitədir. 
• Gözlənilməyən  zərər,  faktiki  zərərin  gözlənilən  zərərdən  yuxarı  və  ya  aşağı  olacağı 
ehtimalını  əks  etdirir.  Gözlənilməyən  zərərin  səviyyəsi,  müəyyən  edilmiş  etibarlılıq  səviyyəsi 
çərçivəsində  ən  pis  kredit  zərərini  ölçməklə  qiymətləndirilir.  Müəyyən  edilmiş  etibarlılıq 
səviyyəsi  çərçivəsində  gözlənilməyən  zərərləri  hasil  etmək  üçün  kifayət  risk  kapitalının 
bölüşdürülməsi ilə gözlənilməyən zərər ölçüləri, bankı gözlənilən kredit zərərindən xeyli yüksək 
olan qısamüddətli zərərlərdən qoruyan vasitədir. 
• Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada dəyər artıq 
bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesablaşma riski xarici valyuta əməliyyatları 
ilə  və  ya  qiymətli  kağızların  sərbəst  təchiz  edilməsı  zamanı  (ödəniş  qəbul  edilməzdən  əvvəlki 
təchizat)  yarana  bilər.  Spot  xarici  valyuta  əməliyyatları  baş  verdiyi  halda,  bu  riskin  saat 
qurşağındakı fərqlər, valyutanın ödənilməsi və onun benefisiarının hesabına göndərilməsi zamanı 
yaranan vaxt fərqlərinə görə meydana çıxması ehtimal edilir. 
Likvidlik riski, bankın aktivlərində olan artımı maliyyələşdirə bilməməsi və öz öhdəliklərini 
vaxtlı-vaxtında  yerinə  yetirə  bilməməsi  riskidir.Banklara  təsir  göstərə  biləcək  üç  növ  likvidlik 
riski vardır: 
1. Qısamüddətli  nağd  vəsaitlərə  olan  tələbləri  yerinə  yetirmək  üçün  kifayət  qədər  pul  və 
qiymətli kağızları saxlaya bilməməsi; 
2. Əlavə maliyyələşdirmənin əldə edə bilməməsi; 
3. Bazar mövqeyini bağlaya və ya ləğv edə bilməməsi. 
Gələcək  maliyyələşdirmə  tələblərini  müəyyənləşdirmək  məqsədi  ilə  Risklərin  darə 
Edilməsi Departamenti hər bir valyuta üzrə proqnozlaşdırılan nağd vəsaitlərin axınını qiymətlən-
dirməli  və  nəzarət  altında  saxlamalıdır.  Bazar  və  ya  bazar  likvidliyinin  itirilməsindən  yaranan 
likvidlik ehtiyaclarını ödəmək üçün yaradılan alternativ strategiyalar bankın gözlənilməyən hallar 
üzrə likvidliyin planlaşdırılması prosesinə daxil edilməlidir. 
Bankın  fəaliyyət  göstərdiyi  bazarlardakı  likvidlik  riskləri  müntəzəm  olaraq  qiymətləndirl-
məlidir.  Müvafiq  hallarda,  bazar  likvidliyi  riski,  bazar  mövqeyinin  bağlanması  üçün  təxmin 
olunan vaxtı əks etdirməklə Riskə məruz Dəyər modelinə daxil edilməlidir. 
Likvidlik  Boşluğu  riski  (müxtəlif  zaman  “dilimləri”  və  valyuta  növləri  üzrə  proqnozlaş-
dırılan  nağd  vəsaitlərin  mədaxili  ilə  məxarici  arasındakı  fərq),  gələcəkdə  likvidlik  boşluğunun 
yarandığı  vaxtlardakı nağd vəsait axınının diskont edilmiş dəyərinə nəzarət etməklə və müvafiq 
faiz dərəcələrindəki dəyişiklikləri nəzərə almaqla ayrıca nəzərə alınmalıdır. 
Bank tərəfindən onun fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsi və nəzarəti üzrə ən 
azı aşağıdakıları əhatə edən likvidliyin idarə olunması prosesi formalaşdırılmalıdır: 
Aktivlərin idarə olunması üzrə: 
1.  müxbir hesablardakı qalıqların monitorinqi; 
2.  kreditləşmə həcminin monitorinqi; 
3.  kredit portfelinin keyfiyyətinin monitorinqi; 
4.  kreditlər üzrə faiz dərəcəsinin monitorinqi; 
5.  bankın qiymətli kağızlar portfelinin monitorinqi; 
6.  repo əməliyyatları üzrə alınmış qiymətli kağızların monitorinqi; 
7.  təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi; 
8.  likvidliyin  adekvat  səviyyədə  saxlanması  məqsədilə  satıla  bilən  əsas  və  digər  qeyri-
likvid vəsaitlərin monitorinqi.  
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə