Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə111/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   107   108   109   110   111   112   113   114   ...   131

 
225 
5.  bu  Qanuna  müvafiq  olaraq,  darə  Heyəti  üzvlərini  vəzifədən  kənarlaşdırmaq, 
səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu 
maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək; 
6. bank ilə  darə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu 
hallarda bankı idarə və təmsil etmək; 
7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və 
daxili əsasnamələri qəbul etməkhabelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini 
hazırlamaq və tətbiq etmək; 
8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək; 
9.  bankın  nizamnamə  kapitalının  50  faizindən  artıq  məbləğdə  və  bankın  nizamnaməsində 
nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək; 
10.  banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə  əqdlər 
bağlanmasını təsdiq etmək; 
11. bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul 
etmək; 
12.  kənar  və  daxili  auditorların,  habelə  Mərkəzi  Bankın  yoxlamalarının  nəticələrini 
nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək; 
13.  bu  Qanunla,  bankın  nizamnaməsi  və  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  ilə 
nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. 
Müşahidə  Şurası  bu  Qanunun  25.1.6-cı  maddəsində  nəzərdə  tutulan  səlahiyyəti  icra 
etməzdən  əvvəl  Mərkəzi  Banka  əsasları  göstərməklə  yazılı  bildiriş  göndərir  və  səhmdarların 
ümumi  yığıncağının  növbədənkənar  iclasını  çağırır.  Mərkəzi  Bank  Müşahidə  Şurasının  qərarına 
dair öz münasibətini bildirə bilər. 
Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən qəbul etdiyi 
qərarlar  səhmdarların  ümumi  yığıncağının  növbəti  iclasının  gündəliyinə  daxil  edilməli  və 
müzakirə olunmalıdır. 
Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın 
üzvləri  bankın  səhmdarlarının  ümumi  yığıncağı  tərəfindən  səhmdarlardan  və/və  ya  kənar 
şə
xslərdən  4  ildən  çox  olmayan  müddətə  təyin  edilən  fiziki  şəxslərdir.  Şuranın  üzvləri  növbəti 
müddətlərə  yenidən  seçilə  bilərlər.  Səhmdarların  ümumi  yığıncağı  Müşahidə  Şurasının  üzvləri 
sırasından  Müşahidə  Şurasının  sədrini  təyin  edir.  Müşahidə  Şurası  üzvlərinin  muzdu  bankın 
bölüşdürülməmiş  mənfəətinin  faizi  şəklində  və  ya  əmək  haqqı  formasında  səhmdarların  ümumi 
yığıncağında təyin edilə bilər. 
bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər  bankın 
Müşahidə  Şurasının  üzvü  ola  bilməz  və  bank  səhmdarlarının  ümumi  yığıncağının  qərarı  ilə 
Müşahidə Şurasının üzvləri vəzifəsindən azad edilməlidirlər. 
Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə  səlahiyyətlidir. 
claslarının  keçirilməsi  qaydası  bankın  nizamnaməsində  və  ya  Müşahidə  Şurası  haqqında 
ə
sasnamədə müəyyən edilir. 
Müşahidə  Şurasının  iclasları  ən  azı  üç  ayda  bir  dəfə  keçirilir.  clasların  nəticələrinə  dair 
protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.  
 Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul 
edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə 
verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır. 
1. mümkün zərərlərin hesablanması daxil edilməklə qeyri-işlək aktivlər, o сümlədən yüksək 
risklə təsnifləşdirilmiş aktivlər; 
2. kreditlər üzrə öz öhdəliklərini pozmuş borcalanları müvafiq kateqoriyalara daxil etməklə 
bütün vaxtı keçmiş və faizləri hesablanmayan kreditlər, onların geсikmə müddətləri və səbəbləri; 
3. əvvəlki rüb ərzində yüksək risklə təsnifləşdirilmiş bütün aktivlər, belə təsnifləşdirmələrin 
səbəbləri,  hər  bir  yüksək  risklə  təsnifləşdirilmiş  aktiv  üzrə  mümkün  zərərlər  üçün  ehtiyatın 
yaradılmasına ayırmaların məbləği; 


 
226 
4. iri kreditlərin məbləği və sahələr üzrə cəmləşməsi; 
5. problemli aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflər; 
6. restrukturizasiya olunmuş kreditlərin təsviri; 
7. inzibatçilara və onlarla əlaqədar maraqları olan şəxslərə verilmiş bütün kreditlərin təsviri. 
Aktiv  və  passivləri  idarəetmə  komitəsi  tərəfindən  Müşahidə  Şurasının  növbəti  iclasına 
vəsaitlərin  və  likvidliyin  idarə  edilməsi  haqqında  hesabat  təqdim  edilir    Bu  hesabata  aşağıdakı 
məlumatlar daxil edilir: 
1. faiz  dərəcələrinin  dəyişilməsinə  həssas  olan  aktiv  və  passivlərin  сari  faiz  dərəcəsinin 
yenidən müəyyənləşdirilməsi zamanı onların arasında mövcud olan fərqlər; 
2. faiz  dərəcəsi  riskinin  idarə  edilməsi  üçün  istifadə  edilən  və  ya  təklif  olunan  bütün 
balansdankənar əməliyyatlar və öhdəliklər, habelə ehtimal olunan xərclər; 
3. bankin maliyyə vəsaitlərinə əlavə tələbatı və onların əldə edilməsi üçün planlar, mənbələr 
və qiymətlər; 
4. bankın cari və proqnozlaşdırılan likvidlik əmsalları. 
nformasiya  texnologiyaları  komitəsi  tərəfəindən  Müşahidə  Şurasının  növbəti  iclasına 
idarəetmə  informasiya  sistemləri  və  əməliyyatlara  dəstək  barədə  hesabat  təqdim  edilir.  Bu 
hesabata  bütün  idarəetmə  informasiya  sistemləri,  avadanlıqlar  üçün  ehtiyat  prosedurları  və 
qiyməti 10 min manatdan artıq olan kompüter avadanlıqlarının, proqram təminatının alınmasına 
və ya icarəsinə müraсiət barədə məlumat daxil edilir.  
Audit Komitəsi tərəfindən Müşahidə Şurasının növbəti iclasına qanunveriсiliyin tələblərinə 
riayət edilməsi barədə hesabat təqdim edilir. Bu hesabata aşağıdakı sənədlər və məlumatlar daxil 
edilir: 
1. qanunveriсiliyin  tələblərinə  əməl  edilməsi,  aşkar  olunmuş  qanun  pozuntuları  haqqında 
məlumat və onların aradan qaldırılması üçün fəaliyyət planı; 
2. daxili  nəzarətin  vəziyyətinin  yoxlanması  barədə  hesabat  və  onun  səmərəliliyinin 
artırılması  barədə  tövsiyələr,  habelə  kənar  audit  hesabatı  və  rəhbərliyə  verilən  təkliflər  daxil 
olmaqla, kənar auditlə əlaqədar bütün yazışmalar; 
3. banka,  onunla  əlaqədar  şəxslərə  təsir  edə  biləcək  gözlənilən  məhkəmə  icraatı  haqqında 
məlumat; 
4. banka aid ola bilən hər hansı bir qanunveriсilik aktı haqqında məlumat.  
 Müşahidə Şurasının digər inzibatçılarla  münasibətdə fidusiar vəzifələri 
 Müşahidə Şurasının hər bir üzvü aşağıdakılara əməl etməlidir: 
1. bankın  maliyyə  vəziyyətindən,  habelə  onun  bütün  mühüm  əməliyyatlarından,  işin 
xüsusiyyətlərindən  və  miqyasından  daimi  xəbərdar  olmalı,  darə  Heyəti  və  digər  inzibatçılar 
tərəfindən təqdim olunmuş hesabatları mütəmadi olaraq müstəqil şəkildə təhlil etməlidir;  
2. öz vəzifələrini lazımi qaydada icra etməsi üçün zəruri olan vaxt və səylərini həsr etməli, 
bank  və  maliyyə  sektorunda  baş  verən  hadisələr  və  mövcud  olan  meyllər  haqqında  hər  zaman 
mümkün  qədər  məlumata  malik  olmalı,  bank  sektorunda  mövcud  olan  inkişafdan  geridə 
qalmamaq məqsədi ilə lazım olan tədbirlərin həyata keçirilməsinə səy göstərməlidir; 
3. bankın  daxili  və  kənar  audit  hesabatları,  bankla  kənar  auditorlar  arasında  bütün  rəsmi 
yazışmalarla tanış olmalıdır. 
   Müşahidə  Şurasının  hər  bir  üzvü  öz  təhlilində  və  səsvermədə  məntiqli,  ehtiyatlı  və 
konservativ  olmalıdır.  O,  bankın  mənafeyinə  uyğun  olmayan  və  ya  uzun  müddətli  risklər 
hesabına, qısa müddətli gəlir əldə etmək perspektivinə yol verməməlidir. 
 Müşahidə  Şurasının  hər  bir  üzvünün  işlərin  müstəqil  şəkildə  idarə  olunmasına  dair 
aşağıdakı fidusiar vəzifələri yerinə yetirməlidir:  
1.  bankın  mənafelərini  qorumaq  məqsədi  ilə  yalnız  öz  şəxsi  mühakiməsinə  və  daxili 
inamına əsaslanaraq qərar qəbul etməli və səs verməlidir;  
2.  səsvermə  və  ya  qərar  qəbul  etmə  zamanı  hər  hansı  bir  səhmdarın  və  ya  səhmdarlar 
qrupunun maraqlarına üstünlük verməməli və ya onların göstərişləri ilə hərəkət etməməlidir. 
Müşahidə  Şurasının  hər  bir  üzvü  işləri  vicdanla,  qərəzsiz  və  məxfiliyin  qorunmasını 
gözləməklə aşağıdakı fidusiar vəzifələri yerinə yetirməlidir: 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə