229
Daxili komitələr
Müşahidə Şurasının vəzifəsinə bankın fəaliyyətindəki risk sahələrinin müəyyənləşdirilməsi
və onların düzgün idarə edilməsinə nəzarət, darə Heyətinin vəzifəsinə isə risklərin idarə edilməsi
prosedurlarının hazırlanması və tətbiqi daxildir.
Müşahidə Şurası darə Heyəti ilə məsləhətləşmələrdən sonra bankda risklərin idarə edilməsi
prosesini səmərəli həyata keçirmək məqsədi ilə müvafiq daxili komitələr yaradır və onun üzvlərini
təyin edir. Komitələrin tərkibi, funksiya və səlahiyyətləri, habelə fəaliyyət qaydaları onların
ə
sasnamələri ilə müəyyən edilir.
Bank fəaliyyətində mövcud olan risklərin idarə edilməsi məqsədilə bankda kredit
risklərinin səmərəli idarə edilməsi ilə bağlı Kredit komitəsi, likvidlik və bazar risklərin idarə
edilməsi ilə bağlı Aktiv və passivləri idarəetmə komitəsi yaradılmalıdır. Bankın informasiya
texnologiyaları sistemlərinin səmərəli və təhlükəsiz işini təmin etmək, habelə bankın qarşılaşdığı
diğər risklərin tənzimlənməsi məqsədilə müvafiq olaraq nformasiya texnologiyaları komitəsi və
digər komitələr yaradıla bilər. Komitə sədrlərrinin və üzvlərinin təyin edilməsi Müşahidə Şura-
sının səlahiyyətindədir.
Riskləri idarəetmə komitəsi
Risklərin idarə edilməsi üzrə müstəqil qərarlar qəbul edə bilən Riskləri idarəetmə komitəsi
bankın darə Heyətinin ən azı bir üzvünün, eləcə də bankın struktur bölmələrinin rəhbər işçilərinin
işçtirakı ilə tək sayda üzvlərdən ibarət olmaqla yaradılmalıdır. Riskləri idarəetmə komitəsinin
səlahiyyətləri Mərkəzi Bankın müvafiq normativ xarakterli aktları ilə tənzimlənir.
Kredit komitəsi
Kredit komitəsi bankın darə Heyəti üzvlərindən və struktur bölməsinin rəhbərlərindən
təşkil olunur. Komitəyə darə Heyətinin üzvü rəhbərlik edir. Bankın Baş Maliyyə nzibatçısı və
mühasibat xidmətinin vəzifəli şəxslərindən biri komitənin üzvü olmalıdır.
Kredit komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
1. Müşahidə Şurasının müəyyən etdiyi limitlərdən artıq kreditlərin verilməsi və kredit
öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq
etmək;
2. kreditlərin cəmləşmələrinə nəzarət etmək;
3. müxtəlif fəaliyyət növlərinin və sahələrin kreditləşməsi üçün qaydaların hazırlanması və
tətbiq edilməsini təmin etmək;
4. kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək;
5. vaxtaşırı kredit portfelinin qəflətən monitorinqini həyata keçirmək;
6. girovların müntəzəm olaraq yenidən qiymətləndirilməsini təmin etmək;
7. kreditlərin verilməsi üzrə səlahiyyətlərə və prosedurlara riayət edilməsini təmin etmək;
8. kreditlərin qaytarılması üçün görülən bütün tədbirlərin icrasına rəhbərlik etmək;
9. kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliyini (adekvatlığın)
yoxlamaq və təhlil etmək;
10. ayda bir dəfədən az olmamaq şərti ilə kreditlərin alınması üçün ərizələri nəzərdən
keçirmək;
11. ən azı ayda bir dəfə kredit portfelinə aid riskləri təhlil etmək;
12. Mərkəzi Bankın qaydalarına uyğun şəkildə bütün kreditlərin təsdiqi, təsnifatı,
ehtiyatların yaradılması, vaxtında və tam həcmdə ödənilməsi üçün struktur bölmələri tərəfindən
hazırlanmış qayda və prosedurlara baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim
etmək.
Aktiv və passivləri idarəetmə komitəsi
Aktiv və passivləri idarəetmə komitəsi likvidliyinin və bütövlüklə aktiv və passivlərin idarə
edilməsi üçün məsuliyyət daşıyan bankın darə Heyəti üzvlərindən və struktur bölmələrin
rəhbərlərindən təşkil olunur. Komitəyə bu sahədə təcrübəsi olan darə Heyətinin üzvü rəhbərlik edir.
Aktiv və passivləri idarəetmə komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
1. Müşahidə Şurası tərəfindən təsdiq edilmiş qaydalara əsasən likvidlik və bazar risklərinin,
habelə maliyyə vəsaitlərinin idarə edilməsi istiqamətlərini və hədəflərini müəyyən etmək;
230
2. onun səlahiyyətlətinə aid edilmiş risklərin idarə edilməsi ilə əlaqədar istiqamət və
hədəflərlə bağlı qanunveriçiliyə riayət edilməsini təmin etmək.
nformasiya texnologiyaları komitəsi
nformasiya texnologiyaları komitəsi darə Heyəti üzvlərindən və müvafiq struktur
bölmələrin rəhbərlərindən təşkil olunur. Komitəyə informasiya texnologiya sistemlərinin
idarəedilməsi təсrübəsinə malik olan darə Heyətinin üzvü rəhbərlik edir.
nformasiya texnologoyaları komitəsinin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
1. bankın idarəetmə informasiya və digər avtomatlaşdırılmış sistemlərinin mükəmməl və
fasiləsiz işini təmin etmək və monitorinqini aparmaq;
2. mühasibat uçotu və menecment informasiya sisteminin məlumatları üzrə adekvat ehtiyat
nüsxələrinin (ehtiyat nümunələrinin) yaradılması üçün “Gözlənilməz hallar üzrə tədbirlər
planının” işlənib hazırlanmasını təmin etmək;
3. informasiya texnologiyaları üzrə prosedurların hazırlanmasını təmin etmək.
nformasiya texnologiyaları üzrə prosedurlar aşagıdakı sahələri əhatə edir:
1. informasiya texnologiyalarının tətbiqi;
2. informasiya təhlükəsizliyinin idarə edilməsi;
3. məlumatlara daxil olma hüququ;
4. informasiya texnologiyaları vasitələrinin fiziki təhlükəsizliyi;
5. tətbiq etmə üzrə nəzarət mexanizmləri;
6. fövqəladə hallar və ehtiyat mərkəzi.
nformasiya texnologiyaları komitəsinin sədri informasiya texnologiyalarının səmərəli
fəaliyyəti üçün məsulliyyət daşıyır. nformasiya texnologiyaları üzrə struktur bölmənin rəhbəri
nformasiya texnologiyaları komitəsinin rəhbərinə hesabat verir.
nformasiya texnologiyaları üzrə bütün mühüm məsələlərə nformasiya texnologiyaları
komitəsi tərəfindən müsbət rəy verildikdə və həmin məsələlərə darə Heyətinin razılığı olduqda
Müşahidə Şurası bu məsələlər üzrə müvafiq qərar qəbul edir.
nformasiya texnologiyaları komitəsinin sədri Müşahidə Şurasına əvvəlcədən müvafiq
məlumat vermədən heç bir kənar şəxsi bankın informasiya texnologiyaları sistemlərinə xidmət
göstərməyə cəlb edə bilməz.
Maliyyə idarəetməsi və hesabatlıq
Bankın maliyyə idarəetməsi və hesabatlığı aşağıdakı tərkib hissələrdən ibarətdir:
1. uçotun idarə edilməsi prosedurları;
2. rəhbərliyə məlumat;
3. maliyyə nəzarəti.
Maliyyə idarə etməsi və hesabatlığı üzrə vəzifələr aşağıdakı kimi bölüşdürülür:
1. Müşahidə Şurası bankın maliyyə idarəetməsinin və hesabatlığının üsullarını və qay-
dalarını müəyyən edir, onların lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarət edir;
2. illik maliyyə hesabatları Səhmdarların Ümumi Yığıncağı tərəfindən təsdiq edilir.
Müşahidə Şurası illik maliyyə hesabatlarının əsas istifadəçilərə vaxtında çatdırılmasını, Audit
Komitəsi isə onların mötəbərliyini və aydınlığını təmin edir;
3. darə Heyəti Müşahidə Şurası tərəfindən təsdiq edilmiş büdсə və maliyyə
planlaşdırılması sistemini yaradır və proqnozlaşdırılan mənfəətliyin vaxtaşırı təhlilini aparır;
4. Baş Maliyyə Inzibatçısı bankın mühasibat, hesabatlıq və maliyyə nəzarəti funksiyalarının
lazımi qaydada təşkil edilməsini və onlara əməl edilməsini təmin edir;
5. Baş Maliyyə nzibatçısı mühasibat prosedurlarının idarə edilməsini və bütün maliyyə və
vergi hesabatlarının vaxtında hazırlanmasını və təqdim edilməsini təmin edir;
6. struktur bölmələrin rəhbərləri Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili qaydalara
uyğun olaraq maliyyə nəzarətini həyata keçirmək üçün məlumatın hazırlanmasını və təqdim
edilməsini təmin edir.
Bankın bütün struktur bölmələri və mühasibat xidmətinin əməkdaşları məhsul və xidmətlər
haqqında cari məlumat bazasını yaradır. Müşahidə Şurası, darə Heyəti və ya bankın hər bir
Dostları ilə paylaş: |