Microsoft Word bank ucotu proqram+1



Yüklə 269,78 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix31.08.2018
ölçüsü269,78 Kb.
#65764
1   2   3   4   5   6   7   8   9

 

 



             

  TƏDRİS PROSESİNDƏ İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR 

 

          Kredit   təşkilatlarında   mühasibat   uçotunun təşkili   və   aparılması  

qaydalarında   aşağıdakı anlayışlardan istifadə olunur: 

            Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, kapitalı, 

gəlirləri və xərcləri haqqında məlumatların mühasibat hesablarında ikili yazılış 

üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemidir. 

            Analitik hesab - subhesabın daxilindəki məlumatların təfsilatı ilə 

açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır. 

            Subhesab - analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik 

hesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını 

təmin edən hesabdır. 

            Sintetik hesab - aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin 

debeti və krediti üzrə dövriyyələrinin ümumiləşdirilməsinə xidmət edən hesabdır.  

           Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərinə əsasən müvafiq 

mühasibat jurnallarında, kitablarda bank əməliyyatının sistemləşdirilməsidir. 

           Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını, öhdəliklərini, 

kapitalını, onların hərəkətini və ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda 

özündə əks etdirən faktlardır. 

           İlkin uçot sənədləri – bank tərəfindən əməliyyatların həyata keçirilməsi 

faktını təsdiqləyən və mühasibat yazılışlarına əsas verən sənəddir. 

İ

lkin uçot sənədlərinə – ciddi hesabat blankları və özündə pul dövriyyəsini əks 



etdirməyən, lakin bu dövriyyələrin uçota alınmasına əsas verən digər mühasibat 

sənədləri daxildir. 

          Bank sənədləri - bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və 

kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və 

ə

məliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlərdir. Bank 



sənədləri müştəri sənədlərinə və bankdaxili sənədlərə bölünür. Müştəri 

sənədlərinə - ödəniş sənədləri, bankdaxili sənədlərə - kassa və memorial sənədlər 




 

daxildir. 



        Analitik uçot - bankın aktivlərinin (tələblərinin), öhdəliklərinin və 

kapitalının təyinatını əks etdirməklə onların hər biri üzrə açılan analitik 

hesablarda aparılan əməliyyatların təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. 

       Sintetik uçot - bankın aktivləri (tələbləri), öhdəlikləri və kapitalı, gəlirləri və 

xərcləri üzrə sintetik hesablarda toplanmış məlumatların ümumiləşdirilməsidir.  

       Frant-ofis - müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması 

və bağlanmış əqdlər üzrə bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə 

təqdim olunmasını həyata keçirən bank bölməsidir. 

       Bek-ofis - frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə 

sənədlərin qeydiyyata alınmasını həyata keçirən bank bölməsidir.  

       Mühasibatlıq - əməliyyatların aparılması barədə məlumatların MHBS-yə 

uyğun olaraq mühasibat uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank 

bölməsidir. 

       Hesablar planı – bank sistemi üçün mühasibat uçotunun müəyyən edilmiş 

ə

lamətləri üzrə sintetik və subhesabların məcmusudur. 



       Baş kitab - bank sistemi üçün hesablar planına uyğun olaraq, müvafiq 

mühasibat jurnallarından (kitablarından) alınan sintetik hesablarda toplanmış 

debet və kredit üzrə aylıq dövriyyələrin məcmusu əsasında məlumatları əks 

etdirən mühasibat uçotu registridir. 

       Köməkçi mühasibat jurnalları - analitik hesablar üzrə aparılan bank 

ə

məliyyatları haqqında ətraflı məlumatları əks etdirən mühasibat uçotu registridir. 



       Əməliyyatçı - bank xidmətinin göstərilməsi üzrə müvafiq əməliyyatın 

aparılmasına məsul edilmiş şəxsdir.  

       Baş mühasib - bankın strukturuna uyğun olaraq mühasibat uçotunun 

aparılmasına və maliyyə hesabatlarının təqdim edilməsinə rəhbərlik həvalə 

edilmiş məsul şəxsdir. 

       Avtomatlaşdırılmış bank informasiya sistemləri (ABİS) - obyektin 

səmərəli idarə olunması məqsədilə uçot prosesinin avtomatlaşdırılmasını təmin 

edən ardıcıl surətdə kağız və elektron daşıyıcıları vasitəsilə müvafiq maliyyə, 




 

iqtisadi və təhlil xarakterli digər məlumatların təqdim olunması sistemidir Bank  - 



fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb  

edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin 

tapşırığı ilə köçürmə və hesablaşma- kassa əməliyyatlarını məcmu halda həyata 

keçirən hüquqi şəxsdir. 

       Aktivlər – bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və 

ə

mlakıdır (bank işində istifadə olunmayan əmlak da daxil olmaqla). Aktivlər  



standart və qeyri-standart aktivlər qrupuna bölünürlər. Standart aktivlər 

qrupuna "qənaətbəxş aktivlər" və "nəzarət altında olan aktivlər", qeyri-

standart aktivlər qrupuna "qeyri-qənaətbəxş aktivlər", "təhlükəli aktivlər" və 

"ümidsiz aktivlər" aiddir. 



       Kredit – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən 

müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) 

ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc 

verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitlərinin verilməsi haqqında 

götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının 

diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər 

hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər 

hüquq da kredit anlayışına aiddir. 



       Kredit xətti – Bankın, yaxud digər kredit institunun borc alan subyekt 

qarşısında kredit vəsaitini təqdim etməklə bağlı öhdəliyi, yaxud bu öhdəliyin 

hüquqi rəsmiləşdirilməsidir. Bu zaman kredit vəsaiti bir dəfəlik deyil, hissə-

hissə təqdim olunur və borc  alan subyektin bütün müqavilə şərtlərinə əməl 

etdiyi təqdirdə kreditor kredit məbləğinin növbəti hissəsinin təqdim edilməsi 

ilə bağlı öhdəlik daşıyır. 



      Vaxtı keçmiş kredit - əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara 

hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri 

müqavilədə göstərilən tarixdən 30 təqvim gündən artıq gecikdirilən kreditdir.    

       Tam təminatlı kredit – elə kreditdir ki, onun vaxtında və tam 



Yüklə 269,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə