14
Emitent İştirakçı – vəsaiti göndərən İştirakçıdır.
Benefisiar İştirakçı – vəsaiti alan İştirakçıdır.
Valyutalaşma tarixi – ödəniş sənədinin icra olunma tarixidir.
Kod – banka (müstəsna hallarda digər hüquqi şəxsə) Mərkəzi Banktərəfindən
verilmiş altı rəqəmli identifikasiya nömrəsidir.
SWIFT BİK-i – banka (müstəsna hallarda digər hüquqi şəxsə) SWIFT
tərəfindən verilmiş identifikasiya nömrəsidir.
Paket ödənişləri – XÖHKS-də İştirakçılar tərəfindən qruplaşdırılan ödəniş
tapşırıqlarıdır.
Klirinq hesabı – İştirakçıya XÖHKS-də açılmış hesabdır.
Klirinq sessiyası – XÖHKS-də gün ərzində İştirakçıların Paket
ödənişlərinin qəbul edilməsi, icra olunması və nəticədə hesablaşmalar üzrə xalis
mövqelərin (Klirinq hesabına daxil olan ödənişlərin cəmi ilə Klirinq hesabından
silinən ödənişlərin cəmi arasındakı fərq) müəyyənləşdirilməsi dövrüdür.
Klirinq – XÖHKS-də Klirinq sessiyası ərzində İştirakçıların xalis
mövqelərinin müəyyənləşdirilməsi prosesidir.
Müxbir subhesab – İştirakçının XÖHKS-də əməliyyatlar aparmaq məqsədi
ilə BMS-də açılmış subhesabıdır.
Ümumi fayl (MT150) – Paket ödənişləri əsasında İştirakçı tərəfindən
yaradılan və XÖHKS-ə göndərilən fayldır. Banklar arasında milli valyutada
hesablaşmalar Mərkəzi Bankda açılmış Müxbir hesab vasitəsi ilə həyata keçirilir.
Plastik kartlar - kart sahibinə mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin
həyata keçirilməsi, habelə banklardan və bankomatlardan nağd pul vəsaiti almaq
imkanı verən şəxsi ödəniş vasitəsidir. Plastik kartlardan istifadə qaydası kart
sahibi və emitent bank arasında qarşılıqlı öhdəliklərlə tənzimlənir.
Plastik kartlar fiziki və hüquqi şəxslərə verilir.Bank tərəfindən hər bir kart
sahibi üçün ayrıca bank hesabı açılır.
15
Korporativ kartlar - hüquqi şəxs olan kart sahibinə öz hesabı üzrə
ə
məliyyatlar həyata keçirməyə imkan verən plastik kartlardır.
Plastik kartlarla əməliyyatlar iki yolla həyata keçirilir:
- bankomatlar vasitəsilə:
- Pos-terminallar vasitəsilə.
Bankomatlar - plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi,
mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya
üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə
onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində
çıxarış) almağa imkan verir.
Pos-terminallar - plastik kartların maqnit lentində və ya «çip»-də
yerləşdirilmiş məlumatı oxumaq imkanına malik olan və plastik kartlar üzrə
ə
məliyyatların həyata keçirilməsi məqsədilə bankla əlaqə yarada bilən elektron
qurğulardır.Pos-terminallar ticarət və xidmət məntəqələrində yerləşdirilir.
Prosessinq mərkəzi - bankomatlar şəbəkəsinə və plastik kartları ödəməyə
qəbul edən ticarət və xidmət məntəqələri şəbəkəsinə xidmət göstərən müstəqil bir
təşkilat və ya bank bölməsidir. Prosessinq mərkəzi kredit təşkilatlarının məlumat
mübadiləsi şəbəkəsinə çıxışa malikdir. Prosessinq mərkəzinin köməyiilə
ə
məliyyatların avtorizasiyaları həyata keçirilir. Plastik kartlara xidmət prosesində
meydana çıxan ödəniş öhdəliklərinin yerinə yetirilməsinin təminatçısı onu buraxan
emitent bankdır. Buna görə də plastik kartlar qüvvədə olduğu bütün müddət
ə
rzində bankın mülkiyyəti olaraq qalır, kart sahibləri (müştərilər) isə plastik
kartların istifadəçisi kimi çıxış edir.
Plastik kartlar xarakterinə görə iki növə ayrılır:
- debet kartları;
- kredit kartları.
Debet kartları - kart sahibinə bank hesabında olan məbləğ həddində vəsaitin
birbaşa silinməsi yolu ilə mal, iş və xidmətlərə görə hesablaşmaların həyata
16
keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən plastik
kartlardır. Debet kartlarının sahibləri qabaqcadan emitent bankdakı hesabına
müəyyən məbləğdə vəsait daxil etməlidir. Kartdan istifadə etməklə
hesablaşmaların həyata keçirilməsi zamanı hesabda olan vəsait aparılan
ə
məliyyata müvafiq olaraq azalır.
Kredit kartları - kart sahibinə bank krediti hesabına mal, iş və xidmətlərə
görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin
alınmasını təmin edən plastik kartlardır. Kredit kartları üçün müəyyən limitlər
müəyyənləşdirilir. Açılmış hesab üzrə vəsaitin limiti kart sahibinin vəsait
xərcləməsi üçün ona açılmış kredit xəttinin həcmi ilə əlaqədar olur. Kredit
birdəfəlik, həmçinin bərpa olunan ola bilər. Bank və kart sahibi arasındakı
müqavilədən asılı olaraq kredit xəttinin bütün məbləği və ya bir hissəsi
ödənildikdən sonra bərpa edilir.
Çek - orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə
ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı
sərəncamından ibarətdir.
Nağdsız hesablaşma – pul nişanlarından istifadə etmədən ödəniş sənədləri
vasitəsilə həyata keçirilən ödənişdir
Ödəniş sənədi – nağdsız qaydada pul vəsaitinin kredit təşkilatı (bundan sonra
“bank” adlanacaq) vasitəsi ilə ödənilməsi barədə yazılı şəkildə kağız üzərində
(kağız daşıyıcı) və ya elektron formada (elektron daşıyıcılarda) rəsmiləşdirilən
sərəncamdır.
Pul köçürməsi – bank hesabı açılmadan nağd pulun fiziki şəxs tərəfindən
banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödənişdir