Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
 
Öz növbəsində inkişaf etmiş kapitalist ölkələrində də 
ticarət sahəsində əhalinin xeyli hissəsi özlərinə məşğuliyyət və 
dolanışıq  imkanları  tapıb.  Belə  ki,  ngiltərə,  Almaniya, 
Türkiyə,  taliya,  ABŞ,  Fransa,  Yaponiya  və  digər  ölkələr-  də 
ticarətdə  iş  qabiliyyətinə  malik  əhalinin  təxminən  18-20%-i 
məşğuldur.  Müasir  Azərbaycan  Respublikası  şəraitində  isə 
ticarət    yeganə  sahədir  ki,  əhalinin  əksəriyyətinin 
məşğuliyyətini  təmin  etməklə  yanaşı,  dövlət  büdcəsini  yaxın 
keçmişdə  sənaye  və  kənd  təsərrüfatında  baş  vermiş  dağıdıcı 
böhrandan çıxaran xilaskara çesrilmişdir.  
Beləliklə,  bütün  dünyada  ticarət  iqtisadiyyatın 
inkişafına  və  ayrı-ayrı  dövlətlərin  çiçəklənməsinə  səsbəb 
olmuş, eləcədə müxtəlif coğrafi məkanlarda yaşayan xalqlar və 
millətlər  arasında  sivil  işguzar  münasibətlərin  qurulmasının 
meyarına  çevrilmişdir.  Müxtəlif  səpkili  birjaların  meydana 
gəlməsi  isə  əmtəə  –  pul  münasibətlərinin  inkişafı  və 
topdansatış  ticarətin  formalarının  təkamülü  proseslərinin 
nəticəsidir.  Əgər  beynəlxalq  təcrübədə  pərakəndə  formada 
əşyalaşdırılmış  əmək  fəaliyyətinin  nəticələrilə  mübadilə 
təsadüfü  xarakter  daşıyırdısa,  ancaq  təbii  və  ictimai  əmək 
bölgüsü  dərinləşdikcə,  əkinçilik  maldarlıqdan  ayrıldıqca, 
sənətkarlıq  inkişaf  etdikcə,  və  bu  kimi  proseslər  baş  verdikcə 
ticarət  daha  çox  meyillər  doğururdu.  Məhz  topdan  ticarətin 
miqyası  və  hüdudlarının  genişlənməsi  öncə,  sonralar  isə  digər 
növ əmtəə və s. birjaların yaranmasına gətirib çıxarmışdır. Bir 
çox  tarixçi,  etnoqraf,  iqtisadçı  alimlər  və  s.  mütəxəssislər 
topdan ticarətin ilkin formasını karvan ticarətini hesab edirlər. 
Qədim  mədəniyyət  abidələri  və  tarixi  mənbələrdə  müasir 
mənada  başa  düşdüyümüz  kimi  birjaların  hələ  karvan  ticarəti 
sistemində  mövcud  olmasına  birbaşa  və  ya  dolayı  işarələr  və 
qeydlər mövcuddur. Misal üçün, Yaxın Şərq ölkələri və Güney 
Qavqazda  keçmiş  karvan  yollarının  üstündə  indiyənə  kimi 
müasir  mehmanxana  kompleksini  xatırladan  karvansaraylar 
tarixi  abidələr  kimi  qorunub  saxlanılır.  Həmin  mənbələrdə 


 
 
 
tacirlər və adi yolçular görüşür, ölkələr, bazarlar, əmtəə tələbatı 
və  pul  vahidləri  haqda  məlumatlarla  bir-birilərilə  bölüşür, 
pullarını dəyişir və digər ticarət-iqtisadi əməliyyatlarını həyata 
keçirirdilər.  Karvan  ticarəti  tədricən  daxili  bazarla  yanaşı, 
xarici  və  beynəlxalq  ticarəti  də  əhatə  etməyə  başladı.  Lakin 
karvan  ticarəti  növündəki  bir  sıra  çatışmamazlıqlar,  ilk 
növbədə onun qeyri-dəqiqliyi, yəni epizodik xarakter daşıması, 
o  cümlədən    yeri  və  vaxtının  tez-tez  dəyişməsi,  imkanlarının 
məhdud  olması,  epizodikliyi-əyaniliyi,  yollarındakı  qeyri-
müəyyənliklər,  böyük  və  kiçik  müharibələr,  quldurluğun 
mövcud  olması  və  s.  insanları  vadar  edirdi  ki,  ona  (karvan 
ticarətinə)  tam  bel  bağlamasınlar.  Bununla  əlaqədar  karvan 
ticarəti  genişləndirilərək,  tədricən  qismən  və  sonralar  isə 
tamamilə  topdan  və  pərakəndə  ticarətin  yarmarka  xarakterli 
forması  ilə  əvəz  edilmişdir.  «Yarmarka»  sözü  alman  dili 
mənşəlidir ki, tərcümədə «illik bazar» deməkdir. Tarixi və milli 
ənənələrə  görə  bu  cür  topdan  və  pərakəndə  satışlar  – 
yarmarkalar  əvvəlcədən  planlaşdırılaraq,  müəyyən  yerdə 
hamıya bəlli olan müddətdə vaxtaşırı təşkil edilirdi. 
Yarmarka  tipli  ticarət  öz  təşkili  və  idarəedilməsi 
səviyyəsinə  görə  şərq  ölkələrində  geniş  yayılmış  bazar  alış-
veriş  və  mübadiləsi  sistemindən  daha  yüksək  pillədə  durur. 
Belə ki, bazarlarda ticarət prosesi malları nümayiş etmək üçün 
əlavə vasitələrdən istifadə edilməsini istisna etmir. Əgər karvan 
ticarəti  və  şərq  tipli  bazarlarda  qeyri-ardıcıllığın  və  təsadüfi 
elementlərinin daha çox olmasını nəzərə alsaq, onda aydın olur 
ki,  bu  cür  ticarət  sistemlərində  tələb  və  təklifin  biri-birini 
tapması  və  tarazlaşması  ehtimalı  xeyli  azalır.  Bu  isə  nəticədə 
alqı  və  satqı  proseslərinin  zaman  və  məkan  çərçivəsində 
uzadılmasına  gətirib  çıxarmaya  bilməzdi.  Ticarətin  yarmarka 
tipi üzrə təşkili və idarəedilməsi və bazarın nisbətən yeni sivil 
səviyyəyə  qaldırılması  məhsul  və  məmulatlar  üzrə  mütləq 
olaraq 
ixtisaslaşmış 
ticarət 
sıralarının 
(cərgələrinin) 
yaradılmasını tələb edirdi. Belə halda satıcılar, bir qayda olaraq 


 
 
 
ixtisaslaşmış  olduğundan,  onlar  tələb  və  təklifin  qarşılıqlı 
əlaqəyə  girərək  uzlaşmasında  yardımçı  rolu  oynamaya 
bilməzdi.  Öz  növbəsində  ticarət  əməliyyatlarının  həcmi  və 
miqyasının 
artması 
yarmarkaların 
əmtəə 
birjalarına 
çevrilməsinə təkan vermişdir. 
Birjalar  vasitəsilə  alıcılar  və  satıcılar  arasında 
görüşlər nisbətən qısa vaxt ərzində (təcrübədə ani bir zamanda) 
təşkil  edilir,  sövdələşmə  və  əməliyyat  aktlarının  həyata 
keçirilməsi  prosesi  tezləşir,  bu  proses  nəzərət  edilə  bilcək 
səviyyədə  qanuniləşdirilir  və  istədikdə  buradaca  alan  və  satan 
tərəflər arasında rollar dəyişilir. 
Ümumiyyətlə 
birjalar 
mütəşəkkil 
bazarların 
növlərindən – variantlarından biridir. Mütəşəkkil bazar dedikdə 
əvvəlcədən 
müəyyənləşdirilmiş 
qaydalar 
üzrə 
ticarət 
əməliyyatlarının  yerinə  yetirilməsi  üçün  satıcı  və  alıcıların 
toplaşdığı  yer-məkan  başa  düşülür.  Buna  bənzər  mütəşəkkil 
birjalar  tarixi  mənbələrə  görə  hələ  eramızdan  əvvəl  IV-III 
yüzilliklərdə  qədim  Misir,  Çin,  Yaponiya  və  digər  ölkələrdə 
mövcud  idi.  Sonralar  onların  təcrübəsi  qədim  Yunanıstan  və 
Romaya  yayılmışdır.  Həmin  yüksək  inkişaf  etmiş  insan 
sivilizasiyaları  sıradan  çıxdıqca  ticarətin  təşkilinin  mütərəqqi 
formaları  kimi  karvan,  yarmarka  və  birja  tipli  mübadilə 
sistemləri  tarixlərə  qərq  olmuş  və  zaman  keçdikcə  insanlar 
istehsal  və  əmtəə-pul  münasibətləri  inkişaf  etdikcə,  həmin 
tarixi köklərinə qayıdaraq, yeni dövr və şəraitləri nəzərə alaraq 
onları  təzədən  bərpa  etməyə  çalışmışlar.  Bütün  bunlar  bir  də 
ona  görə  baş  verirdi  ki,  bunun  kimi  daha  yaxşı  təşkil  edilmiş 
bazarlar  bütün  marağında  olan  tərəflər  və  cəmiyət  üzvlərinə 
artıq  vaxt,  vəsait  və  əmək  sərf  etmədən  alqı  və  satı  aktlarının 
mütləq  keçiriləcəyi  və  baş  tutacağına  təminat  verirdi. 
Mütəşəkkil əmtəə bazarları elə məkandır  ki, orada satıcılar və 
alıcılar  bir  araya  gəlib  toplaşaraq,  insani  münasibətlərin 
müəyyən  etiketi  çərçivəsində,  qəbul  edilmiş  sivil  kommersiya 
mərasimləri 
və 
qaydalarına 
riayət 
edərək, 
ticarət 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə