Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
 
əməliyyatlarını həyata keçirə bilirlər. 
Müasir 
dövrdə 
birja 
və 
hərraclar 
bazar 
iqtisadiyyatının  zəruri  tərkib  hissəsi  və  ayrılmaz  hissəsidir. 
Birja  və  hərrac  ticarəti  isə  bazarın  təşkili  və  idarə 
olunmasından  irəli  gələrək,  kapitalist  istehsal-iqtisadi 
münasibətləri  şəraitində  normal  bazar  azadlıqları  və 
münasibətlərinin  reallaşdırılmasında  aparıcı  vəzifə  və 
funksiyalar  daşıyan  xüsusi  infrasturuktur  elementlərindəndir. 
Topdansatış  ticarət  formalarının  təkamülünə  nəzər  saldıqda 
görərik  ki,  birjalar  və  hərracların  beynəlxalq  təcrübədə 
formalaşması  prosesi  kapitalist  münasibətləri  və  bazar 
iqtisadiyyatı  mexanizminin  bərqərar  olmasında  ardıcıl  və 
fasiləsiz  gedən  təbii  tarixi  prosesin  nəticəsidir.  Eyni  zamanda 
onların  bazar  iqtisadiyyatı  və  ondan  əvvəlki  ictimai-iqtisadi 
sistemlərin 
özünüidarəetmə 
və 
özünütənzimləməsinin 
nəticəsidir.  Bu  cür  özü-özünə  sistem  yaratma  imkanları  və 
şəraiti  inkişaf  etmiş  Avropa  ölkələri  və  ABŞ-da  keçmişdən 
fasiləsiz ictimai-iqtisadi proses kimi gələrək müasir kapitalizm 
dövründə tam formalaşmışdır. 
Hal-hazırda dövrün birjaları kommersiya fəaliyyəti və 
cəmi  biznesin  müəyyən  bir  ayrılmaz  sivil  hissəsidir.  Birjalar 
kommersiya  fəaliyyətinin  formasıdır,  hərraclar  isə  birja 
ticarətinin  sanki  çevrilmiş  növüdür,  onun  məntiqi  və  praktiki 
davamıdır. 
Nəhayət,  əgər  hərraclar  birjaların  ayrılmaz  tərkib 
hissəsidirsə,  onlar  birlikdə,  yuxarıda  qeyd  edildiyi  kimi,  bazar 
iqtisadiyyatının  infrastrukturası  kompleksinə  daxildirlər. 
Həmin infrastruktur sistemində birja və hərracların xüsusi yeri 
və müstəsna rolu təkzibedilməzdir. 
«Birja»  sözünün  mənşəyi  XV-XVI  əsrlərə  gedir. 
Həmin  dövrlərdə  Niderlandın  Bryüqqe  şəhərində  yerli  və 
gəlmə  gəmi  kapitanları,  eləcədə  varlı  və  imkanlı  tacirlər 
bazarlar,  müxtəlif  əmtəələr  və  ölkələrin  xüsusiyyətlərini, 
satılan  məhsulların  daşınılmasının  fərqləndirici  cəhətlərini 


 
 
 
öyrənmək,  həmçinin  xarici  dövlətlərdən  gətirilmiş  pulların 
dəyişilməsi  və  veksellərin  əldə  edilməsi  məqsədilə  bir  yerli 
zəngin alverçinin evinin yanı, sonralar isə içində toplaşardılar. 
Həmin tanınmış imkanlı tacirin evinin üzəri və şəxsi möhründə 
üç  pul  kisəsinin  əksi  həkk  olduğundan  onun  Vander  adından 
sonra «Bupse» ləqəbi də işlənilirdi, çünki, latın dilində «bupse» 
sözü  pul  kisəsi  deməkdir.  llər  keçdikcə  bizim  diyarlardan 
uzaqlarda  formalaşmış  «bupse»  sözü  rus  dilinə  köçərək, 
tədricən  geniş  kütlələr  arasında  «birja»  sözü  kimi  tələffüz 
edilməyə başlamışdır.  
Xarici  ölkələrdə  nəşr  edilmiş  terminoloci  lüğətlərdə 
birja  sözünün  mənası  müxtəlif  səviyyədə  işıqlandırılmışdır. 
Onlardan  rus  dilində  çıxmış  iqtisadi  lüğətdə  birjalar  sözünün 
mənası  daha  dolğun  olaraq,  aşağıdakı  kimi  verilmişdir:  «Birja 
–  qiymətli  kağızlar  və  yaxud  əmtəələr  üzrə  əməliyyatlar 
aparmaq  üçün  otaq,  müəyyən  təminatlar,  hesablaşma  və 
məlumat  xidmətləri  təqdim  edən  dövlət  və  ya  səhmdar  qurum 
olaraq  buna  görə  əməliyyatlardan  komissionlar  əldə  edən  və 
ticarətə  müəyyən  məhdudiyyətlər  qoyan  sabit  və  dəqiq 
keyfiyyət parametrlərinə malik olan kütləvi əmtəələrin topdan, 
o  cümlədən  beynəlxalq  ticarəti  (əmtəə  birjası),  və  ya  qiymətli 
kağızlar,  qızıl,  valyutanın  mütəmadi  olaraq  alış-veriş 
əməliyyatlarını təşkil edir»
1

«Birja mənfəəti. Kütləvi məhsullarla əmtəə birjasında 
və  fond  birjasında  qiymətli  kağızlar  ticarətindən  əldə  edilən 
gəlir»
2

«Birja  ticarəti.  Birjalar  vasitəsilə  əmtəə  və  qiymətli 
kağızlarla ticarət»
3

Elə  həmin  terminoloci  lüğətdə  hərraclar  haqqında 
belə  qeyd  edilib:  «Kütləvi  satışlar  zamanı  satışa  qoyulmuş 
                                                 
1,2,3
  Маркетинг: Толковый термилогический словарь – справочник. - : 
«Инфокент»  СПб,  Медсервис  Интернейшнл,  1991,  с.  17-18 
(Терминляря даир рус дилиндян тярcцмяляр мцяллифиндир). 


 
 
 
əmtəə və  ya əmlakın onlara  ən  yüksək qiymət verən şəxslərlə 
alışı
4

Bütün  yuxarıda  qeyd  edilənlər  birja  və  hərracların 
məzmununu  tam  açıqlamır  və  onların  bazar  iqtisadiyyatına, 
yəni  kapitalist  təsərrüfatçılığı  sisteminə  yönəldilmiş  dövlətin 
həyatında əhəmiyyətini özündə əks etdirmir. Bunun üçün əlavə 
edək  ki,  birja  və  hərraclar  material  resursları  və  maliyyə 
vəsaitlərinin  maddi  istehsal  və  qeyri  maddi  sahələr  üzrə  bir-
birini  əlavə  edən  və  eyni  zamanda  vəhdədlik  təşkil  edən 
bölgüsü  və  təkrarən  bölgülü  sistemi  formalarıdır.  Bununla 
yanaşı  onlar  topdan  və  hərdən  pərakəndə  məhsul  satışı 
bazarlarının  sanki  başqa  səviyyə  və  mühitə  köçürülmüş 
formalarıdır.  Birja  ticarətində  əmtəə  kimi  daşınılmaz  əmlak, 
xammal,  materiallar,  avadanlıqlar,  fərdi  istehlak,  gündəlik 
tələbat və istehsal-texniki təyinatlı məhsullar, qiymətli kağızlar, 
xarici  ölkələrin  pulları  və  s.  əmtəə  kimi  dövriyyəyə  cəlb 
edilərək,  alqı-satqı  obyektinə  çevrilirlər.  Satışa  qoyulan 
məhsulların  xüsusiyyətlərini  nəzərə  alaraq  birjaları  əmtəə 
(əmək  vasitələri  və  əşyaları,  fond  (qiymətli  kağızlar),  valyuta 
(xarici  ölkələrin  valyutaları  (pulları)-  xəzinadarlıq  öhdəlikləri) 
kimi qruplaşdırırlar. 
Məlumdur  ki,  kapitalizmdə  əmtəə  ümumi  xarakter 
daşımağa  başlayır  və  digər  məhsullarla  yanaşı  işçi  qüvvəsi  də 
əmtəə  xarakteri  daşıyır.  Buna  görə  bütün  bazar  iqtisadiyyatı 
yönümlü  ölkələrdə  dövlət  və  onlara  alternativ  olan  dövlətdən 
kənar (qeyri dövlət) əmək birjaları,  yəni işçi qüvvəsi bazarları 
yaradılıb fəaliyyət göstərir.  
Əksər  hallarda  hər  birjanın  nəzdində  (əmək 
birjalarından  savayı)  hərraclar  da  fəaliyyət  göstərə  bilir  ki, 
onların  vasitəsilə  satışın  xarakteri,  satılan  obyektlərin 
xüsusiyyətlərindən  asılı  olaraq  məhsullar  topdan  (əsasən 
                                                 
4
 Щямин йердя, с.14 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə