Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

 
 
 
üzə  çıxarıb  tərəfmüqavillərinə  verməlidirlər.  Öz  növbəsində 
alıcılar  məhsulu  qəbul  etməli  və  müqavillə  (əqd)  bağlanan 
zaman mövcud olan qiymətlərlə haqqını ödəməlidirlər. 
Ümumiyyətlə, 
cəmiyyət 
üzvləri 
və 
bazar 
iqtisadiyyatının  işləmə  mexanizminin  təmin  edilməsində  birja 
ticarəti  vasitəsilə  qiymətlərin  müəyyənləşdirilməsi  və  tələblə 
təklifin əlaqələndirilməsi həddindən artıq əhəmiyyətlidir. Lakin 
kommersiya  sirri  mövcud  olsa  da,  birja  ticarətinin  bilavasitə 
agentləri olan tacirlər, istehsalçı və istehlakçıların bu prosesdə 
iştirakı  müxtəlif  səviyyəli  və  miqyaslı  maraqlar  və  digər 
motivlərlə  müəyyənləşir.  Belə  ki,  birjalarda  çalışan  diler  kimi 
tacirlərin  başlıca  məqsədi  müəyən  birja  əmtəəsini  ucuz  alıb 
baha  sataraq  qazanc  əldə  etməkdən  ibarətdir.  stehsalçılar  və 
istehlakçılar,  eləcədə  müxtəlif  səviyyəli  vasitəçilər  birjaya 
müraciət  etməkdə  eyni  məqsəd-qiymət  fərqində  qazanc  əldə 
etmək  imkanları  ilə  yanaşı,  biri  öz  məhsulunu  satır,  digəri  isə 
konkret  öz  tələbatlarını  ödəyərək,  təkrar  istehsal  prosesinin 
təminatçısına çevrilirlər. 
Direktiv 
iqtisadiyyatda 
təsərrüfat 
və 
ticarət 
iştirakçılarının  məqsədləri  dövlət  tərəfindən  verilərək,  heç 
zaman  dəyişilmir,  baxmayaraq  ki,  ölkə  və  müəssisə 
səviyyəsində  real  iqtisadi  durum  kəmiyyət  və  keyfiyyətcə 
yaxşılaşır  və  ya  pisləşir.  Bütün  bunların  nəticəsində  tələb  və 
təklifn  bir-birindən  ciddi  kənarlaşması,  qeyri  proporsionallıq, 
məhsul və xidmətlər qıtlığı baş verir, təyin edilmiş sabit dövlət 
qiymətləri faktiki olaraq əhəmiyyətini itirir. Ancaq etiraf etmək 
gərəkdir  ki,  bu  cür  qiymətlərin  öz  üstün  cəhətləri  mövcuddur. 
stehsal başlamazdan əvvəl məhsul satışı qiymətlərinin məlum 
olması,  onun  təşkilatçılarına  nəzərdə  tutulmuş  fəaliyyətin 
əvvəlcədən 
səmərəli 
və 
yaxud 
səmərəsiz 
olmasını 
hesablamağa,  məsrəflərin  həddini  müəyyənləşdirməyə  və 
gözlənilən gəlirləri dəqiqləşdirməyə imkan verir.  
Onu  da  qeyd  edək  ki,  qiymətlərin  aşağı  düşdüyü 
zaman  və  dövlət  tərəfindən  müəyyənləşdirilmiş  təminatlı 


 
 
 
qiymətlərin  olmadığı  şəraitində,  istehsalçılar,  istehlakçılar  və 
tacirlər  birjalardan  kommersiya  əməliyyatlarını  qiymət 
tərəddülərindən  sığorta  etmək  üçün  istifadə  edirlər.  Müasir 
birjalarda  əməliyyatların  sığorta  edilməsinin  iki  cür  imkanı 
mövcuddur: 
1).  Qiyməti  göstərməklə  gələcəkdə  aylar  üzrə 
göndəriləcək-alınacaq məhsulların (əmtəələrin) müqavilələrinin 
alınıb-satılması; 
2).  Gələcəkdə  müəyyən  ay  müddətində  əmtəə  üzrə 
sövdələşmə  əqdlərinin  (müqavilələrinin)  alınması  və  ya 
satılması öhdəliklərinin əldə edilməsi.  
Beləliklə, bazar iqtisadiyyatı şəraitində birjalar mikro 
və  makro  səviyyələrdə,  firmadaxili  və  firmalararası 
planlaşdırma  sisteminin  başlıca  alətinə  çevrilir  və  direktiv 
planlaşdırma sisteminə nisbətən dah mürəkkəb və gizli iqtisadi 
mexanizm  yaradır.  Buna  görə  də  dəyişkən  vəziyyətlərdə  bu 
sistem  tələb  və  təklifi  əlaqələndirməyə  imkan  verir  ki,  buna 
təcrübədə  direktiv  sistemində  heç  vaxt  və  heç  cür  nail  olmaq 
mümkün olmur.  
Yuxarıda 
göstərilən 
planlaşdırma 
sistemləri 
planauyğunluqların  təmin  edilməsi  metodlarına  görə  prinsipcə 
fərqlənirlər.  
Birincisi,  direktiv  sistemdə  təklifdəki  dəyişikliklər 
tələb  və  qiymətlərə  təsir  göstərmir,  əlavə  olaraqda  tələbdəki 
tərəddüdlər  məhsul  təklifi  və  qiymətlərini  dəyişdirə  bilmir. 
Beləliklə,  belə  inzibati-amirlik  sistemində  istehsalçılar  və 
istehlakçılar  planların  dəyişdirilməsinə  dair  kənardan  heç  bir 
əlavə  məlumatlar  və  tabeçiliklərində  olduqları  yuxarı 
orqanlardan  nəyisə  kəsgin  dəyişdirəsi  yeni  göstəriş  almırlar, 
hətta planların yenidən baxılmasına marağında olmuelar. Əgər 
təcrübədə  əvvəl  qəbul  edilmiş  planı  təsərrüfat  rəhbərləri  və 
mütəxəssislər  təzədən  nəzərdən  keçirməyə  nail  olurdularsada 
belə, onlar buna əsasən  özləri işlədiyi müəssisədə əmək haqqı 
fondunun artırmaq və digər maraqlarını güdərək edirdilər, tələb 


 
 
 
təklifin  tarazlaşdırılması  probleminin  isə  buna  heç  bir  dəxli 
olmurdu. 
kincisi,  bazar  iqtisadiyyatı  şəraitində  müəyyən  bir 
həlqənin  son  məhsulunda  qiymətlərin  dəyişməsi  ondan  asılı 
olan sahələrdə tələb, təklif və qiymətlərə təsir göstərir. Həmin 
proseslər  sanki  eyniliklə  zaman  və  məkan  çərçivəsində  təkrar 
olunur. Belə ki, müəyyən bir ay ərzində qiymətlərin dəyişməsi 
digər aylarda da qiymətlərə təsir göstərir, hər hansı bir ərazidə 
isə  qiymətlərin  qalxıb  və  ya  enməsi  başqa  regionlarda  da 
onların bu və  ya digər tərəfə tərəddüdlərinə səbəb olur. Bütün 
bununla  yanaşı,  bazar  iqtisadiyyatında  tələb,  təklif  və 
qiymətlərin dəyişməsi bir sıra başqa amillərə təsir göstərir. 
Direktiv  iqtisadiyyat  tələb  və  təklifə  təsir  göstərən 
siyasi,  iqtisadi,  sosial,  təbii-iqlim  və  digər  amillərin 
dəyişməsinə  elə  də  ciddi  əməl  edə  bilmir  və  ya  heç  reaksiya 
vermir. 
Üçüncüsü,  direktiv  iqtisadiyyatda  tərtib  edilən 
planların  əhatə  müddəti  dəqiq  müəyyənləşdirilir.  Ona  görə 
həmin  planların  reallaşdırılmasına  cəlb  edilən  bütün  tərəflər 
necə  olursa  olsun  mütləq  bütün  məhsullar  üzrə  göstərilmiş 
istehsal və satış müddətlərindən kənara çıxmamalıdırlar. 
Bazar  iqtisadiyyatı  şəraitində  bu  cür  dönməz  və  sərt 
sistem  bazarın  işləmə  mexanizminə  tam  ziddir.  Kapitalist 
üslubu-idarəsində 
tərəfmüqavillər 
məhsulgöndərmə 
kontraktlarının  reallaşdırılması  müddətini  təyin  edirlər.  Bütün 
bunlarla yanaşı, dövlət aparatı bazar subyektlərinə bağladıqları 
müqavilələr  üzrə  heç  bir  həcm  göstəriciləri  və  əhatə  müddəti 
təyin  etmirlər.  Bu  məsələləri  istehlakçı  və  istehlakçılar  öz 
aralarında  sərbəst  olaraq  hər  bir  konkret  məhsul  üzrə  həll  edə 
bilirlər.  Müasir  birja  vasitəsilə  bağlanan  müqavilələr  beş  il 
müddətə  bağlana  bilər,  lakin  təcrübədə  bu  çox  nadir  hallarda 
baş verir. 
Dördüncüsü,  direktiv  iqtisadiyyatla  müqayisədə 
kapitalizmdə hər bir sövdələşmə tərəfi planların tərtib edilməsi 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə