22
-
tələb qiymət üzrə elastikdir.
Xərclərdə liderlik strategiyası ilə yanaşı məhsulun
differensiallaşdırılması strategiyası tətbiq oluna bilər. Məhsulun
differensiallaşdırılması alıcı üçün məhsulun nadirliyinin və
yüksək qiymətliliyinin təmin edilməsi imkanı kimi baxılır.
Məhsulun differensiallaşdırılması zamanı məsrəflər artır,
lakin yüksək qiymət hesabına kompensasiya oluna bilər. İqtisadi
differensiallaşdırma qiymət artımı əlavə məsrəfləri ödəmədiyi
halda məqsədyönlü deyil.
Bütövlükdə
məhsulun
differensiallaşdırılması
sistemi
müəssisənin praktiki olaraq bitkin marketinq fəaliyyətini əhatə
edən aşağıdakı istiqamətləri özündə birləşdirir:
-
məhsul differensiallaşdırması (rəqib məhsuluna nisbətən üstün
xarakteristikalı məhsul);
-
servis differensiallaşdırılması (satılan məhsullara uyğun olan
müxtəlif və yüksək səviyyəli xidmətlərin təklifi);
-
heyətin differensiallaşdırılması (rəqiblərlə müqayisədə daha
yüksək ixtisaslı, müştəri ilə işləyə bilən heyətin isə götürülməsi
və öyrədilməsi);
-
imicin differensiallaşdırılması (müəssisəni rəqiblərindən
fərqləndirən məhsul və imicinin yaradılması).
23
Mövzu 3.
Müəssisənin resurs potensialının
qiymətləndirilməsi.
Plan:
1. Müəssisənin əsas kapitalının dəyərinin müəyyən
edilməsi.
2.Dövriyyə
aktivlərinin
ayrı-ayrı
növlərinin
qiymətləndirilməsi xüsusiyyətləri.
3.Ehtiyatların qiymətləndirilməsi.
Müəssisənin aktivləri dövriyyədənkənar və dövriyyə
aktivlərinə bölünür. Dövriyyədənkənar aktivlərə - qeyri-maddi
aktivlər, əsas vəsaitlər, bitməmiş tikinti, uzunmüddətli maliyyə
qoyuluşları aid edilir. Dövriyyə aktivlərinə ehtiyatlar (o
cümlədən xammal və materiallar), azqiymətli və tezaşınan
əş
yalar, məsrəflər (o cümlədən bitməmiş istehsal məsrəfləri və
gələcək dövrlərin xərcləri), hazır məhsul, əmtəələr, yüklənmiş
ə
mtəələr (yerinə yetirilmiş işlər, göstərilən xidmətlər), debitor
borclar, qısamüddətli maliyyə qoyuluşları, pul aktivləri (o
cümlədən, hesablaşma hesabında və xəzinədə olan pullar) aid
edilir. Dövriyyə aktivlərinə normal təsərrüfat tsikli müddətində
və ya ildə (əgər tsikl qısadırsa) pula çevrilməli olan bütün
vəsaitlər aiddir.
Dövriyyə
aktivlərinin
müasir
qiymətləndirmə
konsepsiyasının əsasında tarixi dəyər və faktiki maya dəyəri
prinsipləri qoyulmuşdur.Onun çərçivəsində zəruri olaraq bazar
dəyəri ilə qiymətləndirmə elementlərinin tətbiqi imkanları da
istisna olunur.
Ehtiyatların (xammal əsas və köməkçi materiallar, yanacaq
və s.) qiymətləndirilməsi faktiki maya dəyəri prinsiplərinə uyğun
həyata keçirilir.
24
Material ehtiyatlarının faktiki maya dəyərinə onun
hazırlanmasına və ya əldə edilməsinə, o cümlədən kreditə əldə
edilmə zamanı faizlərin ödənilməsi, gömrük rüsumları və s. aid
edilir.
Maddi-istehsal ehtiyatlarının faktiki maya dəyəri təsisçilər
tərəfindən nizamnamə kapitalına qoyuluş kimi daxil edilir,
nizamnamə
sənədlərində
qeyd
olunan
və
təsisçilərlə
razılaşdırılmış pul qiymətləndirilməsi vasitəsilə müəyyən edilir.
Bu halda qalıq balans və digər dəyər növlərindən biri tətbiq
olunur. Əgər maddi-istehsal ehtiyatları təşkilat tərəfindən əvəzsiz
alınmırsa, onun daxil olma tarixinə qiymətləndirilməsi bazar
dəyəri ilə aparılır.
Maddi-istehsal ehtiyatlarının qiymətləndirilməsində onların
buraxılışı zamanı aşağıdakı metodlardan istifadə etmək olar:
-
zamana görə ilk tədarükün maya dəyəri;
-
zamana görə son alışların maya dəyəri;
-
orta maya dəyəri.
Maddi-istehsal ehtiyatlarının qiymətləndirilməsinin seçilmiş
metoduna uyğun olaraq satış maya dəyəri ölçülür. Daim artan
qiymətlər halında 1-ci metoddan istifadə zamanı satılan
məhsulun maya dəyəri azalar, mənfəət və ehtiyatlar qalığı artır.
2-ci metoddan istifadə zamanı maya dəyəri artır, mənfəət və
ehtiyatlar qalığı azalır. 2-ci metoddan istifadə aradan qalxmışdır.
Azqiymətli və tez köhnələn əşyaların qiymətləndirilməsi bu
və ya digər əşyaların bu qrupa düzgün aid edilməsinin
yoxlanılmasını tələb edir. Onlara xidmət müddəti bir ildən çox
olmayan və dəyəri normativ limiti ötməyən əşyalar aid edilir.
Cədvəl 3.1
Azqiymətli və tez
köhnələn
əş
yaların
köhnəlməsinin
hesablanması
Köhnəlmənin hesablanması üsullarının
xarakteristikası
25
üsulları
Faiz üsulu
Köhnəlmə azqiymətli və tez köhnələn
əş
yaların istifadəyə verilməsi zamanı onun
50%-i və azqiymətli və tez köhnələn
əş
yaların sıradan çıxmasının yerdə qalan
50%-i həcmində hesablanır.O həmçinin
istifadəyə
verilməsi
zamanı
100%
həcmində də hesablana bilər.
Köhnəlmənin
hesablanması
prosedurasından
kənarlaşma
Dəyəri müəyyənləşdirilmiş limitin 1/20-ni
ötmürsə, bilavasitə maya dəyərinə silinir.
Xətti üsul
Köhnəlmə daxil olma tarixinə faktiki
maya dəyəri və tam istifadə müddəti
ə
sasında
hesablanmış
amortizasiya
norması əsasında hesablanır.
Məhsulun (işin)
həcminə
mütənasib olaraq
dəyərin
ödənilməsi üsulu
Köhnəlmə verilmiş əşyadan istifadə ilə
istehsal olnumuş məhsulun miqdarından
və onun faktiki maya dəyərinin bütün
faydalı fəaliyyəti müddətində nəzərdə
tutulan
məhsulun
(işin)
həcminə
nisbətindən çıxış edərək hesablanır.
Dövriyyə aktivlərinin müxtəlif növlərinin
qiymətləndirilməsi xüsusiyyətləri
Cədvəl 3.2
Aktivlərin
növləri
Aktivlərin qiymətləndirilməsi xüsusiyyətləri
Azqiymətli və
tez xarab olan
əş
yalar
Qiymətləndirmə faktiki və normativ (plan)
istehsal maya dəyəri üzrə aparılır. Bu maya
dəyərinə istehsal prosesində istifadə olunan
xammal, material, yanacaq, enerji, əmək
ehtiyatları, məhsul istehsalı və ya bilavasitə
Dostları ilə paylaş: |