34
a)aktivin dəyərinin müəyyən edilməsində bəzi xırda
təsərrüfatları nəzərə almır, hansı ki, bunlar istehsal
müəssisələri tərəfindən qeyri- maddi aktivlərin əldə edilməsi
təcrübəsində rast gəlinir;
b)aktivin real iqtisadi köhnəlməsini nəzərə alır.
İ
qtisadi balansın tərtibi zamanı qeyri – maddi aktivlərin müəyyən
hissəsi itirilmiş dəyər kimi qəbul edilə bilər. Digər hissəsi üzrə
qalan həyat müddəti müəyyən edilir: a) kontrakt həyatı –
müqavilənin qurtarmasına qədər qalan vaxt; b)iqtisadi həyat –
bazar konyukturunun dəyişməsi nəticəsində aktivin dəyərinin
itirilməsi.
Aşınmanın səviyyəsi ən qısa həyat müddəti ilə müəyyən edilir.
5)Maddi aktivlərin bazar dəyərinin qiymətləndirilməsi.
Daşınmaz əmlakın, avadanlıqların və digər əsas aktivlərin
qiymətləndirilməsi metodlarının
köməyi ilə aparılır. Hər
ş
eydən əvvəl, bazar və xərc yanaşmaları istifadə olunur. Daha
geniş yayılmış standart fiziki, funksional, texniki və iqtisadi
köhnəlməni nəzərə alan əvəzetmə dəyəri sayılır.
6)Əmtəə-material ehtiyatlarının təhlili. İnventarizasiyanın
nəticələri üzrə həyata keçirilir.Köhnəlmiş qeyri – likvid
ehtiyatlar reallaşma xərcləri (vasitəçilərin gəlirləri də daxil
olmaqla) çıxılmaqla mümkün reallaşma qiymətləri üzrə silinir.
7)Gələcək dövrün məsrəflərinin qiymətləndirilməsi. Gələcək
dövrün məsrəfləri əgər bununla əlaqədar səmərə mövcuddursa
nominal dəyər üzrə qiymətləndirilir.
8)Ehtimallar və alınması müddəti baxımından debitor
borcların təhlili. Ümidsiz borc silinir. Əgər debitor borc
hissəsi üzrə alınma müddəti bir neçə ay təşkil edirsə, onda
iqtisadi balansda onun məbləğini biznesin qiymətləndirilməsi
anına gətirmək (diskontlaşdırmaq ) lazımdır (debitor borcun
cari dəyərini müəyyən etmək).
9)Kreditor borcun təhlili. Debitor borcun təhlilinə anoloji
qaydada aparılır.
35
10)Biznesin qiymətləndirilməsi anına mövcud valyuta
məzənnələri
üzrə
maliyyə
aktivlərinin
yenidən
qiymətləndirilməsi. Əgər qiymətləndirilən şirkətin maliyyə
aktivlərinin tərkibinə birjada və ya birjadankənar bazarda digər
müəssisələrin qiymətləndirilməyən səhmləri (payı) daxildirsə,
onda qiymətləndirici onların dəyərini məlum metodlardan biri
ilə qiymətləndirməlidir.
11)Qudvilin ayrılması və qiymətləndirilməsi. İzafi mənfəəət
metodu ilə həyata keçirilir.
12)İqtisadi balansın formalaşdırılması. Xüsusi kapitalın
dəyərinin dəyişdirilməsi yolu ilə aparılır.
Ləğvetmə dəyərinin (fəaliyyətsiz müəssisənin dəyəri)
hesablanması metodikası aktivlərin və öhdəliklərin bazar
dəyərinin qiymətləndirilməsinə əsaslanır. Xalis aktivlərin dəyəri
metodundan onun fərqləri müəssisənin vəziyyətindəki fərqlərlə
müəyyən edilir.
Ləğvetmə dəyərinin hesablamaları zamanı qudvillin dəyəri
çıxılır. Digər qeyri – maddi aktivlərin dəyəri sıfıra bərabər olur
(belə ki,alıcılar olmaya bilər).
Ə
sas fərq ondan ibarətdir ki, aktivlərin ləğv olunması (satışı)
üçün müəssisə sökülməyə görə xərc çəkməli, vasitəçilərə
komissiyon haqlar ödəməli, likvidliyi təmin etmək üçün qiyməti
bazar
qiymətindən
aşağı
salmalıdır.Satılmış
aktivlərin
dəyərindən (müsabiqə çəkisindən) xərclər (o cümlədən idarəetmə
heyətinin saxlanmasına çəkilən xərcləri), öhdəlikərin dəyəri,
ə
mlakın satışına vergilər, vasitəçilərə komissiyon haqlar çıxılır.
Bütün gəlirlər və xərclər qiymətləndirmə anına gətirilir
(diskontlaşdırılır).
36
Mövzu 6.
Müəssisənin dəyərinin qiymətləndirilməsinə
müqayisə yanaşması.
Plan:
1.
Analoq müəssisələrin seçilməsi meyarları.
2.
Müəssisənin bazar cəlbediciliyi metodu.
3.
Dividendin kapitallaşdırılması metodu.
4.
Sahəvi əmsallar metodu.
Müqayisə yanaşması əvəzetmə prinsipinə əsaslanır: əgər
daşınmaz əmlak obyektinin dəyəri onunla eyni faydalılığa malik
oxşar obyekt bazarında həmin obyektin əldə olunması xərclərini
ötüb keçirsə, onda alıcı bu daşınmaz əmlak obyektini almır. Bir
qayda olaraq bu yanaşma alqı –satqı sövdələşmələri haqqında
kifayət qədər bazara malik olduqda istifadə edilir.
Müqayisə yanaşmasının üstünlükləri :
1)
Qiymətləndirici faktiki qiymətlərə əsaslanır. Qiyməti bazar
diktə edir, qiymətləndirici analoqun qiymətləndirilən obyektlə
müqayisəliliyini təmin edən düzəlişlərlə kifayətlənir.
2)
Qiymətləndirmə
retroinformasiyalara
ə
saslanır
və
müəssisənin istehsal – maliyyə fəaliyyətinin faktiki nəticələrini
ə
ks etdirir.
3)
Faktiki başa çatmış sövdələşmənin qiyməti bazardakı
vəziyyəti nəzərə alır, tələb və təklifin real əksi sayılır.
Müqayisə yanaşmasının tətbiqi mümkünlüyü aktiv maliyyə
bazarının mövcudluğundan, maliyyə və qiymət informasiyalarını
toplayan xidmətlərdən, eləcə də belə informasiyaların əldə
edilməsi mümkünlüyündən asılıdır.
Müqayisə üçün şirkətlərin seçimi aşağıdakı meyarlar üzrə
həyata keçirilir:
• bu və ya digər sahəyə,regiona məxsusluğu;
Dostları ilə paylaş: |