Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

34 
 
a)aktivin  dəyərinin  müəyyən  edilməsində  bəzi  xırda 
təsərrüfatları  nəzərə  almır,  hansı  ki,  bunlar    istehsal 
müəssisələri tərəfindən  qeyri- maddi  aktivlərin əldə edilməsi  
təcrübəsində rast gəlinir; 
b)aktivin real iqtisadi köhnəlməsini nəzərə alır. 
İ
qtisadi balansın tərtibi zamanı qeyri – maddi aktivlərin müəyyən 
hissəsi itirilmiş dəyər kimi qəbul edilə bilər. Digər hissəsi üzrə 
qalan həyat müddəti müəyyən edilir: a) kontrakt həyatı – 
müqavilənin qurtarmasına qədər qalan vaxt; b)iqtisadi həyat 
bazar konyukturunun dəyişməsi nəticəsində aktivin dəyərinin 
itirilməsi. 
Aşınmanın səviyyəsi ən qısa həyat müddəti ilə müəyyən edilir. 
5)Maddi  aktivlərin  bazar  dəyərinin  qiymətləndirilməsi. 
Daşınmaz  əmlakın,  avadanlıqların  və  digər  əsas  aktivlərin 
qiymətləndirilməsi metodlarının  
köməyi  ilə  aparılır.  Hər 
ş
eydən əvvəl, bazar və xərc yanaşmaları istifadə olunur. Daha 
geniş  yayılmış  standart  fiziki,  funksional,  texniki  və  iqtisadi 
köhnəlməni nəzərə alan əvəzetmə dəyəri sayılır. 
6)Əmtəə-material  ehtiyatlarının  təhlili.  İnventarizasiyanın 
nəticələri  üzrə  həyata  keçirilir.Köhnəlmiş  qeyri  –  likvid 
ehtiyatlar  reallaşma  xərcləri  (vasitəçilərin  gəlirləri  də  daxil 
olmaqla) çıxılmaqla mümkün reallaşma qiymətləri üzrə silinir. 
7)Gələcək  dövrün  məsrəflərinin  qiymətləndirilməsi.  Gələcək 
dövrün məsrəfləri əgər bununla əlaqədar səmərə mövcuddursa 
nominal dəyər  üzrə qiymətləndirilir. 
8)Ehtimallar  və  alınması  müddəti  baxımından  debitor 
borcların  təhlili.  Ümidsiz  borc  silinir.  Əgər  debitor  borc 
hissəsi  üzrə  alınma  müddəti  bir  neçə  ay  təşkil  edirsə,  onda 
iqtisadi  balansda  onun  məbləğini  biznesin  qiymətləndirilməsi 
anına  gətirmək  (diskontlaşdırmaq  )  lazımdır  (debitor  borcun 
cari dəyərini müəyyən etmək). 
9)Kreditor  borcun  təhlili.  Debitor  borcun  təhlilinə  anoloji 
qaydada aparılır. 


35 
 
10)Biznesin  qiymətləndirilməsi  anına  mövcud  valyuta 
məzənnələri 
üzrə 
maliyyə 
aktivlərinin 
yenidən 
qiymətləndirilməsi.  Əgər  qiymətləndirilən  şirkətin  maliyyə 
aktivlərinin tərkibinə birjada və ya birjadankənar bazarda digər 
müəssisələrin  qiymətləndirilməyən  səhmləri  (payı)  daxildirsə, 
onda qiymətləndirici onların dəyərini məlum metodlardan biri 
ilə qiymətləndirməlidir. 
11)Qudvilin  ayrılması  və  qiymətləndirilməsi.  İzafi  mənfəəət 
metodu ilə həyata keçirilir. 
12)İqtisadi  balansın  formalaşdırılması.  Xüsusi  kapitalın 
dəyərinin dəyişdirilməsi yolu ilə aparılır. 
Ləğvetmə  dəyərinin  (fəaliyyətsiz  müəssisənin  dəyəri) 
hesablanması  metodikası  aktivlərin  və  öhdəliklərin  bazar 
dəyərinin qiymətləndirilməsinə əsaslanır. Xalis aktivlərin dəyəri 
metodundan  onun  fərqləri  müəssisənin  vəziyyətindəki  fərqlərlə 
müəyyən edilir. 
Ləğvetmə  dəyərinin  hesablamaları  zamanı  qudvillin  dəyəri 
çıxılır.  Digər  qeyri  –  maddi  aktivlərin  dəyəri  sıfıra  bərabər  olur 
(belə ki,alıcılar olmaya bilər). 
Ə
sas fərq ondan ibarətdir ki, aktivlərin ləğv olunması (satışı) 
üçün    müəssisə  sökülməyə  görə  xərc  çəkməli,  vasitəçilərə 
komissiyon haqlar ödəməli, likvidliyi təmin etmək üçün qiyməti 
bazar 
qiymətindən 
aşağı 
salmalıdır.Satılmış 
aktivlərin 
dəyərindən (müsabiqə çəkisindən) xərclər (o cümlədən idarəetmə 
heyətinin  saxlanmasına  çəkilən  xərcləri),  öhdəlikərin  dəyəri, 
ə
mlakın  satışına  vergilər,  vasitəçilərə  komissiyon  haqlar  çıxılır. 
Bütün  gəlirlər  və  xərclər  qiymətləndirmə  anına  gətirilir 
(diskontlaşdırılır). 
 
 
 
 
 
 


36 
 
Mövzu 6. 
Müəssisənin dəyərinin qiymətləndirilməsinə 
müqayisə yanaşması. 
 
Plan: 
1.
 Analoq müəssisələrin seçilməsi meyarları. 
2.
 Müəssisənin bazar cəlbediciliyi metodu. 
3.
 Dividendin kapitallaşdırılması metodu. 
4.
 Sahəvi əmsallar metodu. 
 
Müqayisə  yanaşması  əvəzetmə  prinsipinə  əsaslanır:  əgər 
daşınmaz əmlak obyektinin dəyəri onunla eyni faydalılığa malik 
oxşar obyekt bazarında həmin obyektin əldə olunması xərclərini 
ötüb keçirsə, onda alıcı bu daşınmaz əmlak obyektini almır. Bir 
qayda  olaraq  bu  yanaşma  alqı  –satqı  sövdələşmələri  haqqında 
kifayət qədər bazara malik olduqda istifadə edilir. 
Müqayisə yanaşmasının üstünlükləri : 
1)
  Qiymətləndirici  faktiki  qiymətlərə  əsaslanır.  Qiyməti  bazar 
diktə  edir,  qiymətləndirici  analoqun  qiymətləndirilən  obyektlə 
müqayisəliliyini təmin edən düzəlişlərlə kifayətlənir. 
2)
  Qiymətləndirmə 
retroinformasiyalara 
ə
saslanır 
və 
müəssisənin istehsal – maliyyə fəaliyyətinin faktiki nəticələrini 
ə
ks etdirir. 
3)
  Faktiki  başa  çatmış  sövdələşmənin  qiyməti  bazardakı 
vəziyyəti nəzərə alır, tələb və təklifin real əksi sayılır. 
Müqayisə  yanaşmasının  tətbiqi  mümkünlüyü  aktiv  maliyyə 
bazarının mövcudluğundan, maliyyə və qiymət informasiyalarını 
toplayan  xidmətlərdən,  eləcə  də  belə  informasiyaların  əldə 
edilməsi mümkünlüyündən asılıdır. 
Müqayisə  üçün  şirkətlərin  seçimi  aşağıdakı  meyarlar  üzrə 
həyata keçirilir: 
• bu və ya digər sahəyə,regiona məxsusluğu; 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə