Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

37 
 
• buraxılan məhsul və ya xidmətlərin növləri; 
• məhsul və ya xidmətlərin diversifikasiyası; 
• şirkətin həyat tsikli fazası; 
• şirkətlərin ölçüləri, onların strategiyası, maliyyə göstəriciləri. 
Müqayisə (bazar) yanaşması üç əsas metoda əsaslanır: 
• kapital bazarı metodu; 
• sövdələşmə metodu; 
• sahəvi əmsallar metodu. 
Sahəvi  əmsallar  metodu  ondan  ibarətdir  ki,  biznesin  satışı 
təcrübəsinin təhlili əsasında bu və  ya digər sahədə satış qiyməti 
ilə hər hansı digər göstərici arasında asılılıq aşkar olunur. Metod 
ə
sasən kiçik şirkətlərin qiymətləndirilməsi üçün istifadə edilir və 
köməkçi  xarakter    daşıyır.  Ümumiləşdirmələr  nəticəsində 
qiymətləndirilən  müəssisənin  dəyərinin  müəyyən  edilməsinin 
nisbətən sadə düsturları işlənib hazırlana bilər. 
Qərb firmalarının təcrübəsi göstərir ki: 
-
  reklam agentlikləri və mühasibat firmaları müvafiq olaraq illik 
gəlirlərinin 0,5 və 0,7 mislinə; 
-
  restoranlar  və  turist  agentlikləri  müvafiq  olaraq  ümumi 
gəlirlərinin 0,25-0,5 və 0,04- 0,1mislinə; 
-
  yanacaqdoldurma stansiyaları aylıq gəlirin 1,2- 2,0 mislinə; 
-
   pərakəndə  satış  müəssisələri  -  xalis  gəlir  məbləğinin, 
avadanlıq və ehtiyatların dəyərinin 0,75- 1,5 mislinə; 
-
  maşınqayırma  müəssisələri  xalis  gəlir  məbləğinin  və 
ehtiyatların  dəyərinin  1,5-2,5  mislinə  bərabər  qiymətlərlə 
satılırlar. 
Bu  metod  oxşar  şirkətlərin  səhmlərinin  bazar  qiymətlərinə 
ə
saslanır.  Fərz  edilir  ki,  investor  əvəzetmə  prinsipi  üzrə  (və  ya 
alternativ  investisiyalar)  fəaliyyət  göstərməklə  ya  bu  şirkəti,  ya 
da 
qiymətləndirilən 
firmanı 
investisiyalaşdırır. 
Metod 
qiymətləndirilən  və  müqayisə  olunan  şirkətlərin  maliyyə 
təhlilindən ibarətdir. 


38 
 
Analoq  müəssisələrin  seçimi  zamanı  aşağıdakı  əlamətlər 
nəzərə alınır: 
-
  istehsal olunan məhsulun eyniliyi; 
-
  istehsal olunan məhsul həcminin və keyfiyyətinin eyniliyi; 
-
  öyrənilən dövrlərin eyniləşdirilməsi; 
-
  müəssisənin  inkişaf  fazalarının  və  istehsal  güclərinin 
ölçülərinin eyniliyi; 
-
  müəssisənin inkişaf strategiyasının eyniliyi; 
-
  iqlim və ərazi müxtəlifliklərinin uçotunun bərabər səviyyəsi; 
-
  müəssisənin maliyyə xarakteristikalarının müqayisə edilənliyi. 
Kapital  bazarı  metodu  üzrə  qiymətləndirmənin  vacib  tərkibi 
müəssisənin  maliyyə  vəziyyətinin  təhlili  sayılır.  Təhlil  üçün 
informasiya  yazılı  tələbnamə  və  ya  müəssisədə  sorğu-sual 
gedişində dərc olunmuş məlumatlar ola bilər. 
Müəssisənin  maliyyə  vəziyyətinin  təhlili  zamanı  istifadə 
olunan  müqayisənin  analitik  göstəricilər  və  meyarlar  sistemi 
qiymətləndirmə  metodologiyası  əsasında  da  müəyyən  edilir. 
Belə  ki,vergitutma  məqsədilə  qiymətləndirilməsi  zamanı  daha 
vacib göstəricilər aşağıdakılardan ibarətdir: 
• müəssisənin əmlakının strukturu; 
• aktivlərin və məhsulların rentabelliliyi. 
Müəssisənin  alqı-satqısı  zamanı  aşağıdakılar  mühüm 
ə
həmiyyət kəsb edirlər : 
• müəssisənin ödəniş qabiliyyətliliyi; 
• aktivlərin likvidliyi; 
Müəssisənin  yenidən  təşkili  zamanı  hər  şeydən  əvvəl 
aşağıdakılar nəzərə alınır: 
-
  kapitalın strukturu; 
-
  işgüzar fəallıq. 
Müəssisənin  maliyyə  hesabatının  tərtibi  zamanı  mühasibat 
uçotunun  aparılması  prinsiplərinə  əsaslanır.  Eyni  zamanda 
ümumi  prinsiplər  və  qaydalar  hər  bir  müəssisədəki  şəraitdən  və 
fəaliyyət  xüsusiyyətlərindən  asılı  olaraq  konkretləşdirilir  ki,  bu 


39 
 
da uçot siyasətində əks olunur. Mühasibat uçotunun qəbul edilən 
metodlarından  asılı  olaraq  həm  mənfəətin  kəmiyyəti,  həm  də 
ayrı-ayrı aktivlərin dəyəri fərqlənəcəkdir. Bu, balans hesabatının 
ayrı-ayrı  maddələrinin  kəmiyyətində  əks  olunur.  Ona  görə  də 
analoq  müəssisələrin  və  qiymətləndirilən  müəssisənin  balans 
hesabatlarının  təhlili  zamanı  mühasibat  uçotunun  tətbiq  olunan 
metodlarındakı  fərqləri  diqqət  mərkəzində  saxlamaq  və  balans 
hesabatının  müvafiq  maddələrinə  təshihlər  aparmaq  lazımdır. 
Müqayisə  yanaşması  maliyyə  təhlilinin  bütün  metodlarını 
istifadə edir. 
Müəssisənin  xüsusi  kapitalının  bazar  dəyərinin  müqayisə 
yanaşması  ilə  müəyyən  edilməsi  qiymət  multiplikatorlarının 
istifadəsinə əsaslanır. 
Qiymət  multiplikatoru- müəssisənin və ya səhmlərin bazar 
qiyməti  ilə  maliyyə  bazası  arasında  nisbəti  ifadə  edir.  Qiymət 
multiplikatorunun  maliyyə  bazası  müəssisənin  maliyyə 
fəaliyyətinin  nəticələrini  əks  etdirən  göstəricilər  sayılır.  Onlara 
mənfəət, pul axını, dividend ödəmələri, reallaşmadan gəlirlər və 
s.daxildir. 
Multiplikatorun  hesablanması  üçün  ardıcıl  olaraq 
aşağıdakıları həyata keçirmək lazımdır: 
• analoq  kimi  seçilən  bütün  şirkətlər  üzrə  səhmin  qiymətini 
müəyyən etmək (bu düsturda surətin kəmiyyətini verir); 
• müəyyən  dövr  ərzində  və  ya  qiymətləndirmə  tarixindəki 
vəziyyətə  görə  maliyyə  bazasını  (mənfəət,  reallaşmadan 
gəlirlər,  xalis  ativlərin  dəyəri  və  s.)  hesablamaq  (məxrəcin 
kəmiyyətini verir). 
İ
nterval multiplikatorları.Buraya aşağıdakılar daxildir: 
• qiymət/mənfəət; 
• qiymət/pul axını ; 
• qiymət/dividend ödəmələri; 
• qiymət/reallaşdırmadan gəlir. 
An multiplikatorları. Buraya aşağıdakılar daxildir: 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə