Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

47 
 
• borcun 
proqnozlaşdırılan  səviyyəsi  əsasında  faizlərin 
ödənilməsinə xərclər; 
• proqnoz xərclərinin rəqib müəssisənin müvafiq göstəriciləri ilə 
və ya analoji orta sahəvi göstəricilərlə müqayisəsini. 
Qərb  firmalarının  qiymətləndiriciləri  mənfəət  və  zərərlər 
haqqında hesabatların düzəlişlərini həyata keçirirlər.  
Ə
gər  kapital  aktivləri  cari  xərclərə  aid  edilmişsə,  onda 
mənfəət  yüksəlir.  Belə  ki,  ona  görə  amortizasiya  hesablanmır. 
Ə
gər  qiymətləndirilən  firmanın  mülkiyyətçisi  onun  direktoru 
sayılırsa,  onda  onun  əmək  haqqının  əsaslandırılmasını 
qiymətləndirməklə xərc və gəliri müəyyən etmək lazımdır. 
Qiymətləndirmə  üçün  məlumatların  hazırlanması  zamanı 
smetadan  çıxarılmasına  məruz  qalan  qeyri–tipik  məsrəflərin 
sırasına rəhbərlərə, işlənib hazırlanmağa gedən, komisyon və ya 
nou-hau alışına görə ödənilən birdəfəlik mükafatlar aiddir. 
Xərclərin  tərkibindən  amortizasiya  ayırmaları  ayrılır.  Əgər 
proqnoz  dövründə  yeni  amortizasiya  əmlakının  işə  salınması 
ehtimal  olunarsa,  onların  artımı  nəzərə  alınır(əgər  oxşar  əmlak 
ləğv olunarsa, onda onların aşağı alınması nəzərə alınır). 
İ
nvestisiya  olunmuş  bütün  kapital  üçün  pul  axınlarının 
istifadəsi zamanı kreditə görə faiz xərclərin tərkibindən çıxarılır. 
Xüsusi  kapital  üçün  pul  axının  istifadəsi  zamanı  kreditlər  üzrə 
faizlər  uzunmüddətli  borcun  kəmiyyətinin  dəyişməsindən    asılı 
olaraq təshih olunur. 
İ
stehsal  xərclərinə  münasibətdə  ağlabatan  qənaət  lazımdır. 
Ə
gər  o,  keyfiyyətə  xələl  gətirilmədən    əldə  edilirsə,  onda 
müəssisənin məhsulu rəqabət qabiliyyətli qalacaqdır. 
Biznesin  qiymətləndirilməsi  üçün  xərclərin  2  təsnifatı 
vacibdir: 
• sabit  və  dəyişkən  xərclər  (bu  təsnifat  hər  şeydən  əvvəl 
zərərsizliyin təhlilinin aparılması, eləcə də buraxılan məhsulun 
strukturunun optimallaşdırılması üçün istifadə olunur); 


48 
 
• birbaşa və dolayı xərclər (bu təsnifat xərclərin konkret məhsul 
növünə aid edilməsi üçün istifadə olunur ). 
Diskontlaşdırılmış  pul  axınları  metodunun  investisiyanın 
təhlili və proqnozu mərhələsi özündə aşağıdakıları birləşdirir: 
• şirkətin  xalis  dövriyyə  kapitalının  artıqlığının  və  ya 
çatışmazlığının  müəyyən  edilməsi  (artıqlıq  şirkətin  bazar 
dəyərini  yüksəldir,çatışmazlıq  isə  azaldır  və  ona  görə  də 
tamamlanmalıdır); 
• əsas  kapitalın  aşınma  dərəcəsi  üzrə  dəyişdirilməsi    və  istehsal 
güclərinin  genişləndirilməsi  məqsədilə  kapital  qoyuluşunun 
təhlili; 
• uzunmüddətli  borcun  dəyişməsinin  hesablanması  (xüsusi 
kapital tərəfindən gətirilən pul axını modeli üçün ). 
Proqnoz  dövrünün  illəri  üzrə  pul  axınının  hesablanması 
keçmiş  dövrlərin  nəticələri  üzrə  həyata  keçirilir.  Xüsusi  kapital 
üçün pul axını proqnozu daha realdır, hansı ki, bu zaman adətən 
ekstrapolyasiya  metodları  tətbiq  edilmir,  belə  ki,  pul  axınının 
kəmiyyəti  hər  hansı  təcrübəyə  əsaslanmayan  modelə  tabe 
edilməyən  investisiyadan  asılıdır.  Gəlir,  xərc  və  investisiyalar 
haqqında  məlumatlar  üzrə  proqnoz  dövrünün  illərinə  görə  pul 
axınının elementlərinin hesablamalarını aparmaq lazımdır. 
Pul  vəsaitləri  axını  kəmiyyətinin  hesablanmasının  iki  əsas 
metodu  mövcuddur.  Dolayı  metod 
 
fəaliyyət  istiqamətləri  üzrə 
pul vəsaitlərinin hərəkətini təhlil edir. O, aydın sürətdə mənfəətin 
istifadəsinin  pul  vəsaitlərinin    investisiya  olunmasını  nümayiş 
etdirir.  Birbaşa  metod    gəlir  və  xərc  (mühasibat  hesabları) 
maddələri üzrə pul vəsaitlərinin təhlilinə əsaslanır. 
Riyazi  nöqteyi  nəzərdən  diskont  dərəcəsi  –  gələcək  pul 
axınlarının  biznesin  bazar  dəyərinin  müəyyən  edilməsi  üçün 
baza  sayılan  cari  dəyərin  vahid  kəmiyyətinə  yenidən 
hesablanması məqsədilə istifadə olunan faiz dərəcəsidir. 
İ
qtisadi  baxımdan  diskont  dərəcəsi  rolunda  risk  səviyyəsinə 
görə  müqayisə  edilən  sərmaye  qoyulmuş  obyektlərə  sərf 


49 
 
olunmuş kapitala görə investorların tələb etdiyi gəlir dərəcəsi və 
yaxud  da  qiymətləndirmə  tarixinə  müqayisə  olunan  riskin 
səviyyəsi ilə mövcud alternativ investisiya variantları üzrə tələb 
edilən gəlir dərəcəsi çıxış edir. 
Diskont dərəcəsi (və ya cəlb olunma dəyəri) üç amil nəzərə 
alınmaqla hesablanır: 
-
  müəssisələrin  çoxunda  cəlb  olunan  müxtəlif  kapital 
mənbələrinin  mövcudluğu,  bu  isə  müxtəlif  səviyyəli 
kompensasiyalar tələb edir; 
-
  investorlar  üçün  vaxta  görə  pul  dəyərinin  nəzərə  alınması 
zəruriliyi; 
-
  risk  amili  və  ya  gələcəkdə  gözlənilən  gəlirlərin  alınmasının 
ehtimallılıq dərəcəsi.  
Diskont  dərəcəsininn  müəyyən  edilməsinin  müxtəlif 
metodları  mövcuddur.  Bunlardan  daha  geniş  yayılanı 
aşağıdakılardır: 
• xüsusi  kapital  üçün  pul  axını  üzrə  -  kapital  aktivlərinin 
qiymətləndirilməsi  modeli  (CAPM)  və  kumulyativ  düzülüş 
metodu; 
• investisiya  olunmuş  bütün  kapital  üçün  pul  axını  üzrə  - 
kapitalın orta çəki dəyəri modeli (WACC).  
Diskont  dərəcəsinin  hesablanması  qiymətləndirmə  üçün 
məlumat  bazası  kimi  pul  axınının  hansı  tipindən  istifadə 
olunmasından asılıdır. 
Bütün  investisiya  olunmuş  kapitala  görə  pul  axını  üçün 
dikont  dərəcəsi  istifadə  olunur  ki,bu  da  xüsusi  kapitala  və  borc 
vəsaitlərinə  ,çəkili  verim  dərəcələrinin  məbləğinə    bərabərdir 
(borc  vəsaitlərinə  verim  dərəcəsi  kreditlər  üzrə  bankın  faiz 
dərəcəsi sayılır). Burada çəkilər kimi kapitalın strukturunda borc 
və  xüsusi  vəsaitlərin  payları  çıxış  edir.  Diskontun  bu  dərəcəsi 
kapitalın  orta  çəkili  dəyəri  sayılır  və  aşağıdakı  kimi  müəyyən 
edilir: 
             
WACC= K

(1- t
c
)V
d
+K
p
V
p
+K
s
V
s        
,
 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə