Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 

40 


1.  Müqəddəs  Roma  imperiyasının  buraxılması  haqqında  dekret.  Bu  sənədə  görə, 

962-ci ildə yaranmış və tarixi ədəbiyyatlarda I Reyx adı ilə daxil olan imperiyaya 

son  qoyuldu.  Napoleon  eyni  zamanda  özünü  həmin  imperiyanın  varisi  kimi  apa-

raraq, bir  sıra  öhdəliklər  götürdü.  O,  xüsusilə,  parcalanmış  alman  knyazlıqları ilə 

bağlı idi. 

2.  Taleyranın  məsləhəti  ilə  hazırlanmış  Kontinental  blokada  haqqında  dekret. 

Dekretə  görə,  Avropa  kontinentindəki  müstəqil  və  yarımmüstəqil  dövlətlərin 

hamısı  ngiltərə  ilə  siyasi,  iqtisadi  və  ticarət  əlaqələrini  kəsirdilər.  ngiltərə  mal-

larının  əsas  alıcısı  Avropa  dövlətləri  idi.  ngilis  mahudu  və  kanatı  Avropa  döv-

lətlərinin hamısının hərbi bazasına daxil idi. Buna görə də Avropada qaçaqmalçılıq 

heç zaman 1806-09-cu illər səviyyəsində olmamışdır. Kontinental blokada nəinki 

ngiltərəni  zəiflətdi,  hətta  ingilis  mallarına  görünməmiş  qiymət  gətirdi.  Eyni 

zamanda bu siyasət rus tacirlərinə olduqca ağır zərbə vurdu.  

2. Fransa-Rusiya müharibəsi və böyük dövlətlərin mövqeyi. 

1812-ci  ilin  iyunun  24-də  Fransa  Rusiyaya  hücum  etdi.  Napoleon  rus 

qoşunlarını  sərhəddə  mühasirəyə  alıb  məhv  edə  bilmədi.  Smolensk  döyüşündən 

sonra  Fransa  ilk  dəfə  danışıqlara  cəhd  etdi.  Lakin  Rusiya  bu  təklifə  Borodino 

döyüşü  və  partizan  hərəkatı  ilə  cavab  verdi.  Napoleonun  planının  əksinə  olaraq 

Rusiya qoşunu böyük döyüşə girməyib ölkənin içərilərinə geri çəkildi. 7 sentyabr 

1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə hər iki tərəf xeyli itki verdi. Bu 

döyüş  “  Böyük  Fransa  ordusunun  “  məğlubedilməzliyi  haqqında  əfsanəyə  son 

qoydu. Sentyabrın 14-də Fransa ordusu Moskvaya daxil oldu, lakin o burada özünü 

mühasirəyə alınmış vəziyyətdə hiss edirdi. Napoleon Moskvada olarkən 3 dəfə  I 

Aleksandra  Rusiya  üçün  əlverişli  şərtlərlə  danışıqlara  başlamağı  təklif  etsə  də  I 

Aleksandr  bu  təkliflərə  cavab  vermədi.  Fransız  ordusu  geri  çəkilərkən  də  kazak-

ların  hücumuna  məruz  qalaraq  xeyli  itki  verdi.  1813-cü  ilin  iyun  ayından  Avs-

triyanın  vasitəçiliyi  ilə  sülh  danışıqları  başladı.  Prussiya  və  Rusiya  Napoleona 

aşağıdakı şərtləri təklif etdilər:  

  

Napoleon Varşava hersoqluğundan imtina etməli,  Dansinqi Prussiyaya qay-



tarmalı,1809-cu  ildə  Avstriyadan  aldığı  lliriyanı  qaytarmalı,  Hamburq  və  Lyu-


 

41 


bekdən qoşunlarını çıxarmalıdır.  yunun 26-da Metternix elçi qismində Napoleonla 

görüşüb şərtləri ona bildirdi. Hiddətlənən Napoleon bütün şərtləri rədd etdi. Napo-

leonun  şərtləri  qəbul  etməyəcəyi  təqdirdə  Avstriya  onu  müharibə  ilə  hədələdi. 

Lakin bunlar əbəs yerə söylənilən sözlər idi. Napoleon öz niyyətlərindən əl çəkmək 

fikrində  deyildi.  Praqada  başlanan  danışıqlardan  heç  bir  nəticə  hasil  olmadı  və 

Avstriya 10 avqust 1813-cü ildə Fransaya müharibə elan etdi. 1813-cu ilin oktyab-

rında  Leypsiq  altında  “  xalqlar  döyüsü  “  adını  almış  döyüşdə  Napoleon  məğlub 

olaraq  Reynin arxasına və  Parisə qaçdı. Müharibənin  son  məqsədlərinə dair  müt-

təfiqlər  arasında  birlik  yox  idi.  Rusiya  və  Prussiya  Fransada  Bonapartları  haki-

miyyətdən  salmaq  istəyirdilər.  ngiltərə  Fransada  Burbonların  hakimiyyətə  qayıt-

masını  təklif  edirdi.  ngiltərə  və  Avstriya  Parisi  tutmağa  tələsmirdilər.  Rusiyanın 

nüfuzunun  artması  onları  narahat  edirdi.  Napoleon  yenə  inqlabdan  əvvəlki  sər-

hədlərə qayıtmaq şərti ilə müttəfiqlərin danışıqlara başlamaq təklifini qəbul etmədi. 

1 mart 1814-cü ildə  ngiltərə, Avs-triya,  Rusiya və Prussiya Şomon  müqaviləsini 

imzaladılar.  Bu  dövlətlər  tam  qələbəyə  qədər  Fransa  ilə  gizli  müqavilə 

bağlamamalı  idilər.  1814-cü  ilin  martında  müttəfiq  qoşunları  Parisə  daxil  oldu. 

1814-cü  ilin  aprelində  Napoleon  oğlunun  xeyrinə  taxtdan  əl  çəkdi,  onu  Elba 

adasına  göndərdilər.  XVI  Lüdovikin  qardaşı  qraf  Dartua  Parisə  gəldi  və  barışıq 

haqqında konvensiya imzaladı. O, XVIII Lüdovik adı ilə Fransanın kralı oldu. 30 

may 1814-cü ildə Parisdə sülh müqaviləsi imzalandı. Fransa 1792-ci il sərhədlərinə 

qaytarılmalı idi. Vyanada beynəlxalq konqres çağırılması qərara alındı. Fransa nü-

mayəndəsi  də  orada  iştirak  etməli  idi.  nqilab  nəticəsində  devrilmiş  Burbonların 

hakimiyyətinin bərpa edilməsi əhalinin narazılığını artırdı. Napoleon bu şəraitdən 

istifadə  etdi.  Napoleon  onu  da  bilirdi  ki,Vyana  konqresində  danışıqlar  çox  çətin 

gedir. 1815-ci ilin martın 1-də Napoleon min qvardiyaçı ilə ölkənin cənubuna çıxdı 

və  Parisə  doğru irəliləməyə  başladı.  Yol boyu  hərbi hissələr  Napoleonun tərəfinə 

keçirdi, əhali də onu yaxşı qarşılayırdı. Martın 20-də Napoleon Parisə daxil oldu və 

imperiya bərpa olundu. Lakin  ngiltərənin, Rusiyanın, Prussiyanın və Avstriyanın 

birgə qüvvələri qarşısında Napoleon davam gətirə bilmədi. Fransaya qarşı sonuncu, 

yəni  VII  koalisiya  formalaşdı.  18  iyun  1815-ci  ildə  Vaterloo  döyüşündə  Napo-




 

42 


leonun  ordusu  məglub  edildi.  Napoleon  ngiltərənin  əsiri  kimi  Müqəddəs  Yelena 

adasına göndərildi.   



 

22

. Vyana konqresi və beynəlxalq nəticələri.

 

Napoleon  imperiyası  darmadağın  edildikdən  sonra  Avropa  dövlətləri 

arasında qüvvələr nisbəti əsaslı şəkildə dəyişildi. Fransız imperiyasının xarabaları 

üzərində  gedən  bölüşdürmə  prosesi  Avropada  beynəlxalq  münasibətlərin  yenidən 

qurulması  ilə  başa  çatdı.  Qalib  dövətlərin  yaratdığı  yeni  sistem  tarixə  “  Vyana 

sistemi  “  adı  ilə  daxil  olmuşdur.  Bu  sistemi  yaratmaqla  qalib  dövlətlər  Avropa 

ölkələrinin yeni sərhədlərini müəyyənləşdirmək, qüvvələr nisbətinin yeni balansını 

yaratmaq,  təqribən  25  ilə  yaxın  dövr  ərzində  baş  vermiş  dəyişiklikləri  qanu-

niləşdirmək  kimi  məqsədləri  reallaşdırmaq  istəyirdilər.  Qalib  dövlətlər    “Vyana 

sistemi “ni yaratmaqla qarşılarına 3 başlıca vəzifə qoymuşdular: 

 1.  Fransanı  inqilabaqədərki  sərhədlərə  qaytarmaq,  Fransa  taxt-tacında  legitim 

Burbonlar sülaləsinin hakimiyyətini bərqərar etmək, Fransada yeni inqilabların və 

bonopartçı  rejim-lərin  hakimiyyətə  gəlməsinin  qarşısını  alan  təminat  sistemi 

yaratmaq; 

  2. Avropada böyük dövlətlərin  mənafelərinə cavab verən , bununla da qüvvələr 

nisbəti-nin  yeni  düzümünü  tarazlayan  ərazi  bölgüsünü  həyata  keçirmək,  Avropa 

siyasətinin yeni qaydalarını müəyyənləşdirmək. 

  3. Avropanı yeni sosial sarsıntılardan, münaqişə və inqilablardan qorunmaq üçün 

lazım olan bütün siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirmək. 

Vyana  sisteminin  əsas  başlıca  vəzifəsi  monarxiyaların  Yeni  Avropa  düzə-

nində yerini müəyyənləşdirməkdən ibarət idi. Burada post Napoleon Avropasının 

taleyi həll olunurdu. Vyana sistemi onlarla müqavilə, saziş və s. diplomatik sənəd-

lərdən  ibarət  olub,  müəyyən  məsələlərdə  1814-cü  ilin  mayından  və  1818-ci  ilin 

noyabrınadək  yaradılmışdır. Həmin müqavilə və sazişlər 4 beynəlxalq görüş nəti-

cəsində təsdiq olunmuşdu: 

   1.Paris  sülhü  (1814,  may);  2.  Vyana  konqresi  (sentyabr  1814  –  iyun  1815); 

3.Paris sülhü (iyul–noyabr, 1815); 4.Axen konqresi (sentyabr –noyabr,1818). 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə