Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

64 


şə

hər və limanlarını qaytarmalı idi. Böyük dövlətlər Osmanlı imperiyasının müstə-

qilliyinə  və  bütövlüyünə  hörmət  etməyi  öhdələrinə  götürdülər.  Sultan  Osmanlı 

imperiyasındakı  xristian  əhalinin  bərabərhüquqlu  vəziyyəti  haqqında  fərman  ver-

məli  idi.  Qara  dəniz  neytral  və  bütün  ölkələrin  ticarət  gəmiçiliyi  üçün  açıq  elan 

olunurdu. Həm sahilboyu, həm də bütün başqa ölkələrin hərbi gəmilərinin burada 

üzməsi qadağan edilirdi. Bundan sonra Rusiya Paris sülhünün şərtlərini aradan qal-

dırmaq uğrunda mübarizəyə başladı. 

 

Krım müharibəsi Vyana konqresindən sonra dövlətlər arasında yaranmış nis-



bəti dəyişdi, Rusiyanın xarici siyasi nüfuzuna ağır zərbə vurdu və hərbi qüdrətini 

zəiflətdi.  Bu  vaxtdan  etibarən  beynəlxalq  münasibətlərdə,  Avropa  siyasətinə  dair 

məsələlərin həllində Rusiyanın rolu xeyli azalmağa başladı. Müharibədə Rusiyanın 

məğlub  olması  Balkan  yarımadasında  onun  öz  üstün  rolunu  itirməsi  demək  idi. 

Yeni şəraitdə rus diplomatiyası öz iş formalarını genişlətməyə  başladı.  

Krım  müharibəsindən sonra Avropada bərqərar olmuş yeni qüvvələr nisbə-

tini nəzərə alan Rusiya Paris sülhünün məhdudlaşdırıcı şərtlərinin ləğvinə və bey-

nəlxalq  təcriddən  çıxmağa  kömək  edəcək  müttəfiqlər  axtarışı  zərurəti  qarşısında 

qaldı. Belə müttəfiqi o, Fransanın şəxsində tapdı. Fransa Rusiyadan Fransa-Avst-

riya müharibəsi halında konkret öhdəliklər almaq istəyirdi. Qarşılıqlı dəstəkdə son 

dərəcə  maraqlı  olduqlarından  1859-cu  il  fevralın  19-da  Parisdə  Rusiya  və  Fransa 

neytrallıq və əməkdaşlıq haqqında gizli müqavilə imzaladılar. Müqavilənin şərtlə-

rinə görə, əgər Fransa və Sardiniya Avstriya ilə müharibəyə başlayarlarsa, Rusiya 

öz üzərinə neytrallığı saxlamaq öhdəliyini götürürdü. Fransanın isə Rusiyaya mü-

nasibətdə  öhdəlikləri  Paris  müqaviləsinin  şərtlərinin  aradan  qaldırılması  zamanı 

müqavimət  göstərməməli  idi.  Rusiya  diplomatiyası  müvəqqəti  olaraq  Fransa  ilə 

yaxınlaşmağa və təklənmək vəziyyətindən çıxmağa müvəffəq oldu, Balkan yarım-

adasında çarizmin nüfuzunu yüksəltmək üçün Fransanın yardımından istifadə etdi. 

Lakin Rusiyanın Avstriyaya qarşı fəal əməliyyatdan imtina etməsi Rusiya ilə Fran-

sa arasındakı münasibətlərin soyumasına səbəb oldu. Bu arada Avropada baş verən 

hadisələr Fransa ilə sərhəddə yeni, qüdrətli dövlətin əmələ gəlməsi təhlükəsi yara-

dırdı.  1862-ci  il  sentyabrın  24-də  Prussiyanın  Nazirlər  Şurasının  sədri  Otto  fon 




 

65 


Bismark oldu. O, bildirdi ki, “Prussiya öz gücünü dəfələrlə əldən verilmiş əlverişli 

an  üçün  toplamalıdır.  Prussiyanın  Vyana  konqresi  ilə  yaradılmış  sərhədləri  onun 

işləri üçün əlverişli deyildir. 1862-ci ildə Polşada üsyan baş verdi və xeyli irəliyə 

proqnoz  verməyi  bacaran  Bismark  ngiltərə,  Fransa,  Avstriyadan  fərqli  olaraq 

Rusiyanı müdafiə etdi.  ngilis və fransız hökumətləri özlərini çətin vəziyyətdə qoy-

dular. Əvvələn, ona görə ki, bütün hərəkətləri ilə onlar polyakları mübarizəni da-

vam  etdirməyə  ruhlandırırdılar.  kincisi,  sərt  bəyanatlarına,  onlar  hər  dəfə  qəti  

rədd cavabı alırdılar. 

III  Napoleon  Rusiyanı  maraqlandırmaq  üçün  Avropa  dövlətlərinin  konqre-

sini təşkil etməkdən ötrü daha bir cəhd göstərdi. O, bu konqresdə Polşa məsələsi ilə 

yanaşı 1856-cı il Paris sülhünün Rusiyaya Qara dənizdə hərbi donanma saxlamağı 

qadağan  edən  maddənin  ləğvi  barədə  də  qərar  qəbul  etməyi  təklif  etdi.  Amma 

Napoleonun bu təşəbbüsünü Qara dənizdə rus donanmasının görünməsi haqqında 

heç eşitmək belə istəməyən  ngiltərə dərhal rədd etdi. Beləliklə, Rusiya Fransa,  n-

giltərə, Avstriya üzərində diplomatik qələbəyə nail oldu. Eyni zamanda  ngiltərə-

nin Rusiyaya münasibətində siyasətinin düşmənçilik mahiyyəti üzə çıxdı. III Napo-

leona  gəlincə,  o  özünün  düşünülməmiş  hərəkətləri  ilə  Fransanı  zəiflətdi.  Sonrakı 

illərdə Bismark məhz bundan istifadə etdi. 



 

33

 . taliyanın birləşdirilməsi uğrunda mübarizə (XIX əsrin II yarısı). 

Vyana  sisteminin  dağılmasının  nəticələrindən  biri  taliyanın  birləşdirilməsi  oldu. 

Ölkəni  birləşdirməyə  çalışan  Sardiniya  hökumətinin  güclü  mərkəz  dövlətlərinin 

köməyinə ehtiyacı böyük idi. Bu isə  taliyanın birləşdirilməsini beynəlxalq ziddiy-

yətlər  və kompromislər obyektinə çevirmişdi. Sardiniyanın baş naziri Paris konq-

resində  bildirmişdi  ki,  Krım  müharibəsində  onun  ölkəsi  iştirak  edib,  ona  görə 

kompensasiya  kimi  Avstriya  qoşunları  Mərkəzi  taliyadan  çıxarılmalı,  Parma  və 

Modena  hersoqluqları  Sardiniyaya  verilməlidir.  Lakin  ngiltərə  və  Fransa  etiraz 

etdiyinə görə Paris konqresində Sardiniyanın təklifi müzakirə edilmədi. Sardiniya 

krallığı taktikasını dəyişib Fransanın köməyindən istifadə etmək qərarına gəldi. 




 

66 


 

Fransa  taliyanın birləşdirilməsi məsələsindən öz mənafelərini həyata keçir-

mək  üçün  istifadə  etməyə  çalışırdı.  Sardiniya  və  Fransa  Avropada  Avstriyanın 

mövqeyinin  zəifləməsində  maraqlı  idi.  Sardiniya  krallığı  Savoyya  və  Nitsanın 

Fransaya  keçməsinə  razılıq  verdi,  əvəzində  Lombardiya,  Venetsiya  və  Tirol 

Sardiniyaya verilməli idi. Fransa bu şərtlərlə Avstriyaya qarşı Sardiniya ilə birlikdə 

müharibəyə  başlamağa  razı  oldu.  1859-cu  ildə  onlar  bir  neçə  döyüşdə  Avstriya 

qoşunlarını  məğlub  etdilər.  Lakin  Fransa  taliyanın  qısa  müddətdə  birləşməsində 

maraqlı deyildi. Ona görə Fransa hökuməti Sardiniya ilə məsləhətləşmədən 1859-

cu  ilin  iyulunda  Avstriya  ilə  barışıq  imzaladı.  Lombardiya  Sardiniyaya,  Savoyya 

və  Nitsa  Fransaya  çatmalı  idi.  III  Napoleon  təklif  etdi  ki,  Avstriya-Fransa  sazişi 

beynəlxalq  konqresdə  təsdiq  edilsin,  lakin  böyük  dövlətlərin  heç  biri  bu  ideyanı 

müdafiə  etmədi.  1860-cı  ilin  martında  Fransa  ilə  Sardiniya  arasında  imzalanmış 

müqaviləyə  əsasən  Lombardiya    Sardiniyaya  verilməli,  Mərkəzi  taliyada  plebist 

keçirilməli, Savoyya və Nitsa Fransaya verilməli idi. Keçirilən plebist nəticəsində 

Mərkəzi  taliyanın  çox  hissəsi  və  Lombardiya  Sardiniya  krallığına  birləşdirildi, 

Nitsa və Savoyya Fransanın tərkibinə daxil oldu.  

 

taliyanın birləşdirilməsi prosesində “Roma məsələsi”nin həlli daha çətin idi. 



Çünki Papa vilayətinin  taliyaya birləşdirilməsi nəticəsində həm də Roma papası-

nın  çoxəsrlik  dünyəvi  hakimiyyəti  ləğv  olunmalı  idi.  XIX  əsrin  60-cı  illərində 

taliya hökumətinin iştirak etdiyi bütün beynəlxalq danışıqlarda “Roma məsələsi” 

müzakirə olunmuşdu. Fransa-Prussiya müharibəsi və Fransanın məğlubiyyəti “Ro-

ma  məsələsi”nin  həlli  üçün  şərait  yaratdı.  1870-ci  ilin  sentyabrın  20-də  taliya 

ordusu Romaya daxil oldu. Beləliklə,  taliyanın birləşdirilməsi prosesi başa çatdı. 

 

 

 



34. Fransa-Prussiya müharibəsi və beynəlxalq münasibətlər.

 

      Alman dövlətləri içərisində Prussiya iqtisadi və hərbi cəhətdən daha güclü idi. 

Prussiya  öz  hegemonluğu  altında  Almaniyanın  birləşdirilməsi  uğrunda  mübarizə 

aparırdı. XIX əsrin 60-ci illərində beynəlxalq şərait Prussiyanın öz planlarını həya-




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə