Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 

61 


onunla  xüsusi  müqavilə  bağlasın və bu  müqavilədə  sultan  çarın bütün pravoslav-

lara  himayədarlıq  etməsinə  icazə  versin.  Rusiya  səfirini  stanbulda  yaxşı  qarşıla-

dılar və türk sultanı “ Müqəddəs yerlər “ məsələsində güzəştə hazır olduğunu bil-

dirdi. Çar knyaz Menşikova verdiyi məxfi göstərişdə notanın qəbul olunmayacağı 

təqdirdə Türkiyə ilə diplomatik münasibətləri kəsməsi səlahiyyəti vermişdi. 

            1853-cü ilin aprelində  ngiltərə höküməti Rusiyaya nifrət bəsləyən Kannin-

qi  stanbula səfir göndərdi. O, Rusiya ilə müharibə tərəfdarı idi və bütün fəaliyyəti-

ni buna yönəltdi. Kanninq türk sultanına məsləhət gördü ki,  “ Müqəddəs yerlər “ 

məsələsində  Rusiyaya  güzəşt  etsin.  O,  bilirdi  ki,  Rusiya  bu  güzəştlə  kifayətlən-

məyəcək  və  yeni  tələblər  irəli  sürəcək,  ngiltərə  və  Fransada  Türkiyəni  müdafiə 

edəcək.  ngiltərə  səfiri  Menşikova  başa  saldı  ki,  Türkiyənin  Xarici  şlər  Naziri 

Rusiyanın düşmənidir. O eyni zamanda Meşnikovu inandırmağa çalışırdı ki, müha-

ribə olarsa  ngiltərə Türkiyəni müdafiə etməyəcək. Hadisələr  ngiltərənin istəyinə 

uyğun şəkildə inkişaf etdi. 1853-cü ilin mayın 5-də Türkiyə “ Müqəddəs yerlər “ lə 

bağlı  güzəştə  getdiyini  bildirdi.  Menşikov  gördü  ki,  Dunay  knyazlıqlarını  tutmaq 

üçün bəhanə əldən çıxır, Türkiyə ilə Rusiya arasında yeni müqavilə bağlamaq tələ-

bini irəli sürdü. Sultan fikirləşmək üçün vaxt istədi.  ngiltərə səfiri ilə məsləhətlə-

şə

ndən sonra həmin gün türk sultanı Rusiyanın tələbini rədd etdi. Menşikov bildir-



di ki, Türkiyə ilə əlaqələri kəsir və mayın 21-də öz adamları ilə birlikdə Odessaya 

yola  düşdü.  yunun  4-də  Türkiyə  sultanı  xristian,  xüsusilə,  pravoslav  kilsəsinin 

hüquq  və  imtiyazlarına  təminat  verən  fərman  imzaladı.  Həmin  gün  I  Nikolayın 

imzaladığı manifestdə deyilirdi ki, Rusiya Türkiyədəki pravoslav kilsəsini müdafiə 

etməlidir,  sultan  Rusiya  ilə  əvvəl  bağlanmış  müqavilələri  pozmuşdur,  türklərin 

ə

vvəlki müqavilələrə əməl etməsi üçün Rusiya Dunay knyazlıqlarını tutmalıdır. 



Bundan  sonra  I  Nikolay  bildirdi  ki,  qanuni  tələbləri  yerinə  yetirilməyənədək  Du-

nayboyu  knyazlıqları  işğal  edib  girov  götürür  və  iyunun  21-də  rus  ordusu  Prut 

çayını keçərək Moldova  və  Valaxiyanı  işğal  etdi.  Lakin I  Nikolayın arzuları ürə-

yində  qaldı.  Belə  ki,  hələ  mart  ayında  III  Napoleon  knyaz  Menşikovun  stanbul 

səfərindən xəbər tutduqdan sonra Tulon limanında dayanmış fransız donanmasına 

stanbul  boğazına  hərəkət  etmək  əmri  verdi.  Fransa  Rusiya  ilə  müharibə  etmək 




 

62 


qərarına gəlmişdi, çünki Türkiyənin ruslar tərəfindən işğalının əleyhinə idi. Fransa 

qorxurdu  ki,  ngiltərə  onu  alddadıb  Rusiya  ilə  birlikdə  Türkiyənin  mülklərini  öz 

aralarında bölərlər. Analoji  addım  ngiltərə tərəfindən  də  atıldı.  ngiltərə 1853-cü 

ilin  yanvarında  Aralıq  dənizinin  şərq  hissəsinə  hərbi  donanma  göndərdi.  Yalnız 

Avstriya  və  Prussiya  vahid  mövqeyə  gələ  bilmirdilər.  Amma  Rusiyanın  məğlub 

olması nəticəsində heç nə qazanmayacaqlarından ehtiyatlanırdılar. 

 

31

. Krım müharibəsi və Avropa dövlətləri. 

ngilis və  fransızlar  sultanı Rusiyaya  müharibə  elan  etməyə  inandıra  bildilər.  Bu, 

1853-cü  il  oktyabrın  4-də,  Rusiya  qoşunlarını    Dunay  knyazlıqlarından  çıxar-

maqdan imtina etdikdən sonra baş verdi. 1853-cü il  noyabrın 30-da vitse-admiral 

P.S. Naximovun komandanlığı ilə rus eskadrası Sinop buxtasında türk donanması-

nı məhv etdi və sahil istehkamlarını dağıtdı. 

 

Rusların  Sinop  döyüşündə  qələbəsi  Fransanı,  sonra  isə  ngiltərəni  də  hərbi 



ə

məliyyatların gedişinə müdaxilə eləməyə sövq etdi. 1854-cü il yanvarın 4-də ingi-

lis və fransız gəmiləri Qara dənizə girdilər. Peterburqa xəbər verilmişdi ki, iki döv-

lətin  birləşmiş  donanması  türk  gəmi  və  limanlarını  rus  eskadrasının  hücumundan 

müdafiə edəcəkdir. 1853-cü il martın 12-də  ngiltərə, Fransa və Türkiyə  stanbulda 

ittifaq müqaviləsi imzaladılar.  ngiltərə və Fransa Türkiyəyə rus qoşunlarının hücu-

munun qarşısını almaqda kömək etməyi və sülh bağlanan kimi  özlərinin  dəniz və 

hərbi  qüvvələrini  dərhal  Türkiyədən  çıxarmağı  öhdələrinə  götürdülər.  Sultan  öz 

növbəsində separat sülh bağlamamağı vəd etdi. Fransa 1854-cü ilin martın 27-də, 

ngiltərə martın 28-də Rusiyaya müharibə elan etdilər.  ngiltərə və Fransa mühari-

bəyə  Osmanlı  imperiyasının  müttəfiqi  qismində  daxil  olmaqla  yanaşı,  Avropa 

ictimaiyyətinin razı qalacağı mənfəət əldə etməyi də unutmamışdılar. 

 

Krım  müharibəsi  1853-cü  ilin  oktyabrından  1856-cı  ilin  fevralına  kimi  da-



vam  etdi.  Müharibədə  Rusiyaya  qarşı  Türkiyə,  ngiltərə,  Fransa  və  Sardiniya 

krallığı iştirak edirdi. 1854-cü ilin yayında  ngiltərə və Fransa qüvvə və silahlarının 

üstünlüyünə  baxmayaraq,  Dunay  knyazlıqlarında  əhəmiyyətli  üstünlüyə    nail  ola 

bilmədilər. Avstriya isə müttəfiqlərin hərbi əməliyyatlarında iştirakdan özünü sax-




 

63 


layırdı. Müttəfiqlərin Varnadakı mənzil-qərargahında qərara aldılar ki, Avstriyasız 

Rusiyanın dərinliklərinə irəliləmək təhlükəli və ağırdır. Sevastopolu tez bir zaman-

da ələ keçirib dağıtmaq məqsədilə Krım yarımadasına dərhal qoşun çıxarılmasına 

başlamaq qərarı qəbul olundu.   

1855-ci  ilin  fevralında  I  Nikolayın  ölümü  ilə  bağlı  Fransa  Rusiya  rəhbərli-

yinə başsağlığı verdi. Rusiya da dərhal yeni çar II Aleksandrın adından təşəkkür et-

di.  Ancaq  Krım  müharibəsi  əvvəlcədən  planlaşdırıldığı  kimi  qısa  müddət  ərzində 

başa çatmır.  Qafqaz cəbhəsində ruslar müvəffəqiyyət əldə edir və Qarsı ələ keçir-

məyə müvəffəq olurlar. 1855-ci ilin avqustunda Sevastopol təslim oldu.  Bu əsnada 

hakimiyyətə  yeni  gələn  II  Aleksandr  şərtlərlə  razılaşmağa  məcbur  olur.  Avstriya 

sülh şərtlərini vuruşan dövlətlərin adından Rusiyaya təqdim etdi. II Aleksandr isə 

tələb olunan şərtlər çərçivəsində sülh təklifini qəbul edir. 

1. Moldaviya, Valaxiya və Serbiya üzərində bütün böyük dövlətlərin protektoratı; 

2. Dunayda azad gəmiçilik Avropa komisiyası tərəfindən təmin olunacaqdır; 

3. Qara dəniz boğazlarından hərbi gəmilərin keçməməsi, Rusiya və Türkiyənin Qa-

ra dənizdə donanma saxlamaması; 

4. Rusiyanın Türkiyənin xristian təbəələrinə himayədarlıqdan imtina etməsi; 

5. Rusiyanın Bessarabiyanın bir hissəsini Moldaviyaya verməsi. 

         1856-ci  ilin  yanvarın  11-də  Rusiya  bildirdi  ki,  Bessarabiyadan  başqa  qalan 

tələbləri qəbul edir, lakin Avstriyanın təkidi ilə 15 yanvarda bütün tələblərə razı ol-

duğunu bildirdi. 

 

32.  Paris  sülh  konqresi.  Avropa  dövlətləri  arasında  diplomatik 

mübarizə

Paris  sülh  konqresi  1856-cı  ilin  fevralın  25-də  öz  işinə  başladı  və  martın  30-da  

Paris sülh müqaviləsi imzalandı. Bağlanan müqaviləyə əsasən Rusiya 1855-ci ildə 

tutduğu  Qarsı  Türkiyəyə  qaytarırdı,  Bessarabiyanın  bir  hissəsini  Moldaviyaya 

verirdi  və  Qara  dənizdə  donanma  saxlaya,  sahildə  istehkamlar  tikə  bilməzdi. 

Rusiya  Valaxiya,  Moldaviya  və  Serbiya  üzərində  protektoratlıq  hüququnu  itirdi. 

Müttəfiqlər Rusiyaya Sevastopol, Kamış, Yevpatoriya, Kerç, Yeni Qala, Kinburn 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə