Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   22   23   24   25   26   27   28   29   30

 

85 


Avstriyanın  bu  addımına  cavab  olaraq  Rusiya  31  iyulda  ümumi  səfərbərlik  elan 

etdi. Daha əvvəldən Rusiyanın bu səfərbərliyini döyüş elanı qəbul edəcəyini düşü-

nən  Almaniya  1  avqustda  Rusiyaya,  3  avqustda  da  Fransaya  müharibə  elan  etdi. 

Ş

liffen planına uyğun olaraq alman orduları Belçikanın bitərəfliyini pozaraq onun 



ə

razisindən  keçib  Fransaya  girdilər.  Avqustun  4-də  ngiltərənin  xarici  işlər  naziri 

E.  Qrey  Almaniyaya  ultimatum  verərək  Belçikanın  bitərəfliyinə  hörmət  göstəril-

məsini  tələb  etdi.  Cavabı  almayan  ngiltərə  avqustun  4-dən  5-nə  keçən  gecə 

Almaniyaya qarşı müharibəyə girdi. 

 Almaniya : Almaniya ilk növbədə çalışırdı ki,  ngiltərəni zəiflətsin.  ngiltərə müs-

təmləkə  sistemində  Almaniyanın  əsas  rəqibi  idi.  Almaniya  yeni  müstəmləkələr 

ə

ldə  etmək  və  dənizlərə  hakim  olmaq  məsələlərində  ngiltərə  ilə  rəqabətə 



girmişdir.  Həm-çinin  Almaniya  Fransanı  parçalamaq  niyyətində  idi.  Bununla 

Almaniya Fransanın əsas metallurgiya bazalarını ələ keçirmək istəyirdi. Rusiya ilə 

bağlı Almaniyanın planı isə başqa idi. Almaniya Rusiyanı zəiflətmək və Ukrayna 

ilə Pribaltikanı işğal etmək istəyirdi. Rusiyanın Baltik dənizi ilə əlaqəsini kəsmək 

də alman planına daxil idi. 

ngiltərə

  Almaniyanın  siyasi  və  iqtisadi  baxımdan  güclənməsindən  narahat 

olmuşdu.  ngiltərə  Avropada,  dənizlərdə  və  müstəmləkələrdə  rəqibi  olan  Alma-

niyanı  sıradan  çıxarmaq  məqsədi  güdürdü.  Almaniya  ngiltərə  üçün  bütün 

Avropadakı  rəqiblərinin  hamısından  bir  yerdə  ən  güclüsü  idi.  ngiltərə  Meso-

potamiyanı  və  zəngin  neft  yataqları  olan  Ərəbistan  yarımadasını  da  işğal  etmək 

istəyirdi. 

Fransa

 da özlüyündə Almaniyanın güclənməsinə narahat olmuşdu. Qonşuluğunda 

güclü  dövlətin  olmasını  istəməyən  Fransa  hər  vəchlə  Almaniyanı  zəiflətmək 

istəyirdi.  Üstəlik  Fransanın  müharibəyə  qoşulmaqda  məqsədi  Elzas  və  Lotarin-

giyanı  geri  qaytarmaq,  Saar  kömür  hövzəsini  işğal  etmək  idi.  Fransa  Suriyanı, 

Fələstini və digər ərəb ərazilərini işğal etmək istəyirdi.  



Rusiya

 bu müharibəyə başlamamışdan qabaq qarşısına 3 əsas məqsəd qoymuşdu. 

I. Balkanlarda slavyanları birləşdirmək, Slavyan imperiyası yaratmaq və bu imperi-

yanı Osmanlıya qarşı təhrik etmək.   




 

86 


II. Rusiyanın “xəstə adam”  adlandırdığı Osmanlının süqutundan sonra boğazlar da 

daxil olmaqla Anadolunu işğal etmək. 

III. Bu müharibədə qalib gələrək inqilabçıları xalqın gözündən salmaq. 

taliya

  yeni müstəmləkələr ələ keçirərək, köhnə Roma  mperatorluğu kimi Aralıq 

dənizinə hakim olmaq məqsədi güdürdü. 

Avstriya  -Macarıstan

  onun  üçün  ən  böyük  təhlükə  olan  Rusiya  və  onun  dəs-

təklədiyi  Serbiyaya qarşı  Balkanlarda  mübarizə edirdi. Bundan başqa Avstriya-

Macarıstan  Serbiya  və  Çernoqoriyanı  işğal  etmək,  Balkanlarda  öz  mövqelərini 

qoruyub  saxlamaq    və  möhkəmləndirmək,  Rusiyadan  Podolya  və  Volnını  qopar-

maqla öz məqsədinə çatmaq istəyirdi. Bu müharibədə Yaponiyanın və 1917-ci ilin 

aprelindən müharibəyə qoşulan ABŞ-ın özünəməxsus məqsəd və niyyətləri var idi 

ki, onlar da onu həyata keçirməyə çalışırdılar. 



 

46

.  Rumıniya  və  Bolqarıstanın  birinci  dünya  müharibəsinə  cəlb 

olunması uğrunda hərbi qruplaşmaların mübarizəsi. 

      


Müharibənin  əvvəlindən  Avropa  dövlətləri  bitərəf  olan  taliya,  Rumıniya, 

Bolqarıstan  və  Yunanıstanı  öz  tərəflərinə  çəkmək  uğrunda  gərgin  mübarizəyə 

başladılar.  Hər  iki  koalisiya  üçün  bu  dörd  dövlət  böyük  hərbi-strateji  əhə-miyyət 

daşıyırdı.  taliyanın böyük quru, dəniz qüvvələri və insan ehtiyatları var idi. Digər 

üç  dövlət  isə  həm  coğrafi  vəziyyətinə,  həm  də  güclü  ordusuna  görə  hər  iki  blok 

dövlətlərinə  lazım  idi.  Bolqarıstanın  müharibəyə  cəlb  edilməsi  hər  iki  koalisiya 

dövlətlərinin  diplomatik-siyasi  mübarizəsində  xüsusi  yer  tuturdu.  Lakin 

Bolqarıstan  uğrunda  mübarizə  bərabər  şəraitdə  aparılmırdı.  Çar  Ferdinand  başda 

olmaqla  bolqar  hökuməti  müharibənin  əvvəlindən  Rusi-ya  və  Serbiyaya  qarşı 

müharibə aparmaq haqqında Almaniya və Avstriya-Macarıstanla razılaşdı. Bolqar 

hökuməti  ərasindən  həm  Almaniya  blokunun,  həm  də  Antanta  dövlətlərinin  silah 

və  sursatını  buraxırdı.  Almaniya  və  onun  müttəfiqlərinə  kömək  edən  bolqar 

hökuməti eyni zamanda Antanta dövlətləri ilə də danışıqlar aparırdı. Bolqarıstanla 

danışıqlar  Antanta  diplomatiyası  üçün  ağır  şəraitdə  keçirdi.  Antanta  ölkələri 

Bolqarıstanın  ehtiyaclarını  müttəfiqləri  olan  Serbiyanın  və  potensial  müttəfiqləri 



 

87 


olan Rumıniya və Yunanıstanın əra-ziləri hesabına ödəyə bilərdilər. Bu isə Antanta 

ölkələrinə  çox  ağır  başa  gələrdi.  Antantadan  fərqli  olaraq  Almaniya  bloku 

dövlətləri  Bolqarıstanın  tələblərini  düşmənləri  olan  Serbiyanın  hesabına  yerinə 

yetirə  bilərdilər.  Ona  görə  də  Al-maniya  və  Avstriya-Macarıstan  diplomatiyası 

bolqar hökumətinə çoxlu vədlər verdilər. Rus diplomatiyası Bolqarıstanla apardığı 

danışıqlarda müharibə nəti-cəsində Serbiyanın Avstriya-Macarıstan hesabına geniş 

ə

razilər  alacağını,  buna  görə  də  Makedoniyanı  Bolqarıstana  güzəştə  gedəcəyini 



bildirdi. Lakin Serbiya Makedoniyanı Bolqarıstana güzəştə getməkdən qəti şəkildə 

imtina  etdi.  Beləliklə,  Bolqarıstanın  Antanta dövlətləri ilə danışıqları  1915-ci ilin 

yayına  yaxın  kəsildi.  Sentyabrın  6-da  isə  Avstriya-Macarıstan,  Bolqarıstan  və 

Almaniya müttəfiqlik haqqında müqavilə bağladılar. Beləliklə, Osmanlı dövlə-tinin 

də  iştirak  etdiyi  Dördlər  ittifaqı  yarandı,  oktyabrın  14-də  bolqar  ordusu  hərbi 

ə

məliyatlara başladı.  



Rumıniyanın  müharibəyə  qoşulması  uğrunda  səylər  hər  iki  koalisiya 

dövlətlərinin  diplomatik-siyasi  mübarizəsində  mühüm  yer  tuturdu.  1914-cü  il 

oktyabrın  1-də  Rumıniya  ilə  Rusiya  gizli  saziş  imzaladılar.  Sazişə  görə  Rusiya 

Rumıniyanın  ərazi  toxunulmazlığına  təminat  verdi  və  Avstriya-Macarıstanın 

rumınlar  yaşayan  ərazisini  özünə  birləşdirmək  hüqüuqunu  qəbul  etdi.  ngils  və 

fransız  diplomatiyaı  Rumıniyanın  müharibəyə  cəlb  edilməsini  qətiyyətlə  tələb 

edirdi.  1916-cı  il  avqustun  17-də  Rumıniya  Antanta  dövlətləri  ilə  müqavilə 

imzaladı.  Müqaviləyə  görə  Rumıniyanın  Transilvaniyanı,  Bukovinanı  və  Ba-natı  

özünə  birləşdirmək  hüququ  qəbul  edildi.  Nəticədə  Rumıniya  avqustun  27-də 

Avstriya-Macarıstana qarşı müharibəyə girdi. 

           

 

47.  Birinci  dünya  müharibəsində  Şərq  və  Qərb  cəbhəsində  hərbi 

ə

məliy-yatlar. 

 Alman  hərbi  hissələri  Belçikanı    işğal  edib  Fransa  ərazisinə  daxil  oldular.  Bir 

aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların cavab hücumları uğursuzluğa 

düçar oldu. 1914-cü il avqustun 17-də rus qoşunlarının Şərqi Prussiyaya hücumları 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə