Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   22   23   24   25   26   27   28   29   30

 

76 


belə bir müddəanı müdafiyə edirdi ki, Mancuriya məsələsi yalnız Rusiya və Çinə 

aid  olan  məsələdir.  Müharibənin  qaçılmaz  olduğunu  görən  Rusiya  Mancuriya 

məsələsində  də  güzəştə  hazır  olduğunu  bildirdi.  Lakin  Yaponiya  tərəfi  müharibə 

istəyirdi, 1904-cü ilin yanvarın 27-də tərəflər arasında hərbi əməliyyatlar başladı. 

Bu  müharibə  xammal  mənbələri  və  satış  bazarları  uğrunda  Çinin  bölüşdürülmə-

sinə çalışan kapitalist dövlətləri arasındakı ziddiyətlər nəticəsində baş verdi. Yapo-

niya ilk zərbəni Rusiyanın Port-Arturda duran Sakit okean donanmasına vurdu. Çar 

Rusiyası vaxtında Uzaq Şərqdə lazımi qüvvə toplaya bilmədi.  lk böyük vuruşma 

Tyurençen yaxınlığında baş vedi və rusların məğlubiyyəti yaponların Mancuriyaya 

yolunu aşdı. 1904-cü il iyulun 17-də bilavasitə Port-Artur qalası uğrunda mübarizə 

başlandı.  Qalanın  qurudan  müdafiyəsinə  Kondratenko  rəhbərlik  edirdi,  o  müdafi-

yəni təkmilləşdirmək üçün mümkün olanı edir və müdafiyəçiləri möhkəm dayan-

mağa  həvəsləndirirdi.  Avqustun  3-də  Yapon  komandanlığı  ruslara  qalanı  təslim 

etməyi təklif etdi. Yaponların bu təklifi rədd edildi. Avqustun 6-da qalaya ümumi 

hücum  başlandı.  Yaponların  avqust  hücumu  müvəffəqiyyətsizliyə  uğradı.  Lakin 

yaponlar Mancuriyada yeni uğurlar əldə etdilər. Yaponlar bütün qüvvələrini Port-

Artura cəmləşdirdilər. Bu isə Port-Arturun süqutuna səbəb oldu. Rus-yapon müha-

ribəsi zamanı Rusiyanın xarici siyasi  vəziyyəti olduqca pisləşdi. 1905-ci il mayın 

24-də  II  Nikolayın  sədrliyi  altında  keçirillən  xüsusi  hərbi  müşavirə  Yaponiya  ilə 

sülh  danışıqlarına  başlamağa  qərar  verdi.  Sülh  danışıqları  Portsmutda  aparılırdı. 

Müqavilə 1905-ci il sentyabrın 5-də Portsmutda imzalandı. Müqavilənin şərtlərinə 

görə  Çar  Rusiyası  Koreyada  öz  mövqeyini  itirir  və  Yaponiyanın  iqtisadi,  siyasi, 

hərbi  mənafe  dairəsi  olduğunu qəbul  edirdi.  Port-Arturun icarəsinə dair  öz hüqu-

qunu  Yaponiyaya  verirdi.  Rusiya  və  Yaponiya  Mancuriyadan  öz  qoşunlarını 

çıxarmağı  və  Çinə  Mancuriyada  ticarət  və  sənaye  fəaliyyəti  ilə  məşğul    olmaqda 

mane olmamağı öhdələrinə götürdülər. Yaponiya Saxalinin cənub hissəsini “əbədi 

və tam hakimiyyəti altına” alırdı. Portsmut sülhü Koreya və Çinə qarşı yapon təca-

vüzkarlığının  inkişafına  səbəb  oldu.  Rus-yapon  müharibəsi  Rusiyanın  ümumiy-

yətlə dünyada və xüsusilə Uzaq Şərqdə beynəlxalq nüfuzunu əsaslı surətdə sarsıtdı. 

 



 

77 


40. 1891-1893-cü illər Fransa-Rusiya hərbi ittifaq müqaviləsi. 

             80-ci illərin axırlarında Fransanın beynəlxalq vəziyyəti son dərəcə mürək-

kəbləşmişdi. Bismarkın açıqdan-açığa Fransanı müharibə ilə hədələdiyi 1877-ci il-

dəki hərbi həyəcandan sonra Fransanın Almaniya ilə münasibətləri çox gərginləş-

mişdi. Bundan başqa, müstəmləkə məsələləri ətrafında Fransa ilə  ngiltərə arasın-

dakı ziddiyyətlər də olduqca kəskinləşmişdi. Fransa 80-ci illərin axırı və 90-cı illə-

rin  əvvəllərində  çar  Rusiyası  ilə  qarşılıqlı  münasibətləri  yaxşılaşdırmağa  nail  ol-

maq üçün hər cür tədbir görür və Fransanın düşdüyü tam təklənmə vəziyyətindən 

çıxmasının yeganə çıxış yolunu bunda görürdü. Bununla belə, Rusiya ilə Almaniya 

arasındakı münasibətlər pisləşməkdə davam edirdi. Fransa 1891-ci ilin yazında Ru-

siya qarşısında siyasi saziş bağlanılması məsələsini qoydu. Lakin Rusiyanın xarici 

işlər naziri Girs müəyyən cavab verməkdən boyun qaçırdı. Bu dərhal öz əks təsirini 

göstərdi. Fransa çar hökumətinə növbəti borc verməkdən imtina etdi. Bütün bunlar 

tərəflərin sıx yaxınlaşmasına səbəb oldu. 1891-ci il avqustun 27-də Fransa ilə Rusi-

ya arasında saziş bağlandı. Sazişə görə, hər iki tərəf onların birinə qarşı hücum təh-

lükəsi baş verdikdə birlikdə görülməsi zəruri olan tədbirlər haqqında razılığa gəl-

məyi öhdələrinə götürdülər. Məsləhət müqaviləsi xarakteri daşıyan bu diplomatik 

hərəkət Fransanın hakim dairələrini az kifayətləndirdi. Almaniya tərəfdən Fransaya 

qarşı hücum baş verəcəyi təqdirdə Rusiyanın danışıqsız  hərbi yardım göstərməsini 

təmin etməyə çalışan Fransa təkidlə bu sazişə müəyyən hərbi öhdəçilik əlavə edil-

məsinə nail olmaq istəyirdi. 1892-ci ilin yazında Fransa və Rusiya baş qərargahları 

nümayəndələrinin  Peterburqda  müşavirəsi  oldu.  Müşavirə  nəticəsində  Rusiya  ilə 

Fransa arasında gizli hərbi razılaşma layihəsi işlənib hazırlandı. Layihənin birinci 

maddəsində  deyilirdi:  “Almaniya  və  ya  Almaniyanın  yardımı  ilə  taliya  Fransa 

üzərinə hücum edərsə, Rusiya Almaniyaya hücum etmək üçün sərəncamında olan 

bütün  qoşunlardan  istifadə  edəcəkdir.  Almaniya  və  ya  Almaniyanın  yardımı  ilə 

Avstriya  Rusiya  üzərinə  hücum  edərsə,  Fransa  Almaniyaya  hücum  etmək  üçün 

sərəncamında  olan  bütün  qoşunlardan  istifadə  edəcəkdir.”  Razılaşmanın  ikinci 

maddəsi, Üçlər ittifaqının və ya bu ittifaqda olan dövlətlərdən birinin qüvvələri sə-

fərbərliyə alındığı təqdirdə, Rusiya və Fransanın silahlı qüvvələrinin dərhal səfər-




 

78 


bərliyə alınmasını müəyyən edirdi. Üçüncü maddə Almaniyaya qarşı müharibə baş 

verəcəyi halda çıxarılacaq ordunun miqdarını müəyyən edirdi. 1893-cü ilin dekab-

rında III Aleksandr hərbi razılaşma layihəsini bəyəndi. Fransa-Rusiya ittifaqı qəti 

olaraq başa çatdı.  



41.  Birinci  dünya  müharibəsi  ərəfəsində  Avropa  dövlətlərinin 

Balkan siyasəti və Balkan böhranı.  

XX  əsrin  əvvəllərində  beynəlxalq  münasibətlər  böhranlarla  səciy-

yələnirdi. 1908-ci ildə  yeni  beynəlxalq böhran  yarandı.  Yaxın Şərqdə və  Balkan-

larda  çar  Rusiyası  siyasətinin  fəallaşması,  Almaniya  və  Avstriya-Macarıstanla 

münasibətlərin  pisləşməsinə  səbəb  olurdu.  Almaniya  və  Avstriya-Macarıstan  rus-

yapon  müharibəsi  nəticəsində  çarizmin  zəifləməsindən  istifadə  edərək  Balkan-

larda status kvo-ya riayət etməkdən boyun qaçırıb, özləri işğalçılıq siyasətinə keç-

dilər. XX əsrin əvvəllərindən başlayaraq Avstriya-Macarıstan kapitalı Balkan-larda 

işğalçılıq  siyasətinin  yeridilməsini,  Salonikiyə  gedən  yolu  –  Egey  dənizinə  çıxışı 

tutmağı tələb etməyə başladı. Avstriya-Macarıstan xarici işlər naziri Eren-tal 1908-

ci ilin yanvarında açıq surətdə bildirdi ki, Avstriya-Macarıstan Türkiyə sultanının 

razılığı  ilə  Yeni  Bazar  bölgəsindən  Salonikə  dəmir  yolu  çəkəcəkdir.  Bu  yol 

çəkilsəydi,  Makedoniya  da  daxil  olmaqla  Balkan  yarımadasının  bütün  Qərb 

yarısında  Avstriyanın  təsiri  möhkəmlənərdi.  Belə bir  vəziyyətdə  Rusiyanın  xarici 

işlər naziri  zvolski Avstriyanın dəmir yolu inşaatı planına qarşı öz layihəsini irəli 

sürdü. Onun layihəsi Dunaydan Adriatik dənizinə slavyan dəmir yolu çəkmək idi. 

Bu layihə, Serbiya üçün dənizə yol açaraq, onun iqtisadi və siyasi cəhətdən Avst-

riya-Macarıstandan asılı olmamasını təmin etməli idi. Serb hökuməti etnik yaxın-

lığı  əsas  götürərək  rusiyapərəst  xətt  yeritməyə  başladı.  Ölkədə  Avstriya-Maca-

rıstanın  iqtisadi  ağalığından  qurtarmaq  uğrunda  hərəkat  gücləndi.  Avstriya  və 

Serbiya  arasında  kömrük  müharibəsi  baş  verdi.  Rusiya  eyni  zamanda  cənubi 

salvyan  əhalisini  Osmanlı  dövlətinin  əleyhinə  qiyama  və  terrora  qaldırdı.  Belə 

şə

raitdə  Avstriya-Macarıstan  hökuməti  Balkanlarda  hərəkatı  yatırmaq  üçün  qəti 



addımlar  atdı.  lk  addım  kimi  Avstriya-Macarıstan  Osmanlı  imperiyasının  ərazisi 

olan Bosniya və Hersoqovinanı 1908-ci ilin oktyabrında özünə birləş-dirdiyini elan 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə