Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   22   23   24   25   26   27   28   29   30

 

79 


etdi.  Bu  ərazilərin  birləşdirilməsi  serb  hökumətinin  narazılığına  səbəb  oldu.  Rus 

hökuməti  Serbiyanı  müdafiə  etdi.  Bosniya  və  Hersoqovinanın  ilhaqı  1878-ci  il 

Berlin  konqresinin  qərarını  pozduğundan  zvolski  bildirdi  ki,  bu  məsələnin  qəti 

şə

kildə həll edilməsi Avropa konfransında olmalıdır.  zvolski bey-nəlxalq konfrans 



üçün  zəmin  hazırlamaq  və  boğazlardakı  məcburi  qaydaların  də-yişdirilməsinə 

başqa  böyük  dövlətlərdən  razılıq  almaq  üçün  Avropa  ölkələrinə  dip-lomatik 

səfərlər  etdi.  Paris  boğazlar  məsələsində  zvolskiyə  Londona  müraciət  et-məyi 

məsləhət gördü.  ngiltərə hökuməti  bildirdi  ki,  boğazların  tam  hüquq bəra-bərliyi 

şə

rti  ilə  bütün  dövlətlər  üçün  açılmasına  mane  olmaz,  lakin  Rusiya  və  sahil 



dövlətləri hərbi gəmilərinin boğazlardan keçməsində onlara müstəsna hüquq veril-

məsi  ilə  ngiltərə  razılaşa  bilməz.  Beləliklə,  ngiltərə  boğazların  bitərəfliyi  layi-

həsini irəli sürdü ki, bu da Rusiya üçün qətiyyən əlverişli deyildi. Boğazların rus 

hərbi donanması üçün açılmasına etiraz etməklə kifayətlənməyərək  ngiltərə höku-

məti  Dardanelin  girişinə  öz  gəmilərini  göndərdi  və  Türkiyə  hökumətinə  Bosforu 

möhkəmlətməyi məsləhət gördü. 

Avstriya-Macarıstanın  təcavüzkar  hərəkəti  öz  ordusunu  səfərbərliyə  al-

mış  olan  Serbiyanı  hiddətləndirdi.  Almaniyanın  təzyiqi  altında  Türkiyə  1909-cu 

ilin fevralında 2,5 milyon funt sterlinqə Bosniya və Hersoqovinaya suveren hüquq-

larından imtina etdi. Avstriya hökuməti Serbiyadan ilhaqı təsdiq etməyi və öz or-

dusunu tərxis etməyi tələb etdi. Serbiyanın necə hərəkət edəcəyi Rusiyanın mövqe-

yindən asılı olduğundan, Erental Almaniya kanslerindən xahiş etdi ki, Rusiya hö-

kumətinə  təsir  etsin.  1909-cu  ilin  martında  Avstriya-Macarıstan  səfərbərlik  elan 

edərək  qoşunlarını  Serbiya  ilə  sərhədə  topladı.  Müttəfiqini  müdafiə  edən  Alm-

aniya  münaqişəyə  qoşuldu.  Kansler  Bülöv  1909-cu  il  martın  21-də  Sankt-

Peterburqa  ultimatum  göndərdi.  O,  ultimatumda  Bosniya  və  Hersoqovinanın 

Avstriya-Macarıstana  birləşdirilməsinin  tanınmasını  Rusiyadan  kəskin  şəkildə 

tələb  etdi.  Tələb  yerinə  yetirilmədikdə  Almaniya  müharibəyə  başlayacağı  ilə 

hədələdi. 1904-1905-ci illər rus-yapon müharibəsindən sonra özünə gələ bilmə-yən 

Rusiya  Serbiyaya  kömək  etməyə  hazır  deyildi.  ngiltərə  və  Fransa  da  Rusi-yanı 

müdafiə etmədi. Belə olduqda Rusiya və Serbiya diplomatik-siyasi məğlu-biyyətə 



 

80 


uğradılar.  Lakin  Serbiya  Balkanlarda  türklərin  və  başqa  millətlərin  ya-şadıqları 

ə

raziləri  işğal  etmək,  Rusiya  isə  ona  kömək  göstərmək,  Bosfor  və  Dardanel 



boğazlarını işğal etmək istəklərindən əl çəkmədi. 

 

42

. Fransa-Almaniya münaqişəsi. II Mərəkeş böhranı 

 Mühüm  beynəlxalq  hadisələr  təkcə  Balkanlarda  yox,  digər  regionlarda 

da baş verirdi. Potsdam görüşündən sonra Rusiya ilə Almaniya arasındakı münasi-

bətlərin  bir  qədər  yaxşılaşması,  Almaniya  diplomatiyasında  Antantanın  parçalan-

masının mümkün olmasına yeni ümidlər doğurdu. Mərakeş hadisələri ilə əlaqədar 

olaraq  Almaniya  1911-ci  ildə  Rusiyanı  Fransadan  ayırmaqla  Fransanı  təkləməyə 

cəhd  etdi.  1911-ci  ilin  yazında  Mərakeşdə  milli-azadlıq  hərəkatı  başladı.  1911-ci 

ilin  mayında  Fransa  orduları  fransız  vətəndaşlarını  müdafiə  etmək  və  hökumət 

ə

leyhinə  olan  çıxışları  yatırmaq  adı  altında  Mərakeşin  paytaxtı  Fes  şəhərini  işğal 



etdilər.  Almaniya  imperialistləri  fransız  qoşunları  tərəfindən  ərəblərin  üsya-nının 

yatırılmasına  etiraz  etmədilər,  lakin  onlar  müəyyən  əvəz  almadan  Fransanın 

Mərakeşi  tutmasını  istəmirdilər.  Əslində  fransızlar  bütün  Mərakeşi  tutdular. 

Fransanın hərəkətinə mane olmaq iqtidarında olmayan Almaniya bunun əvə-zində 

özü  üçün  nə  isə  almaq  qərarına  gəldi.    Almanlar  ingilis  və  fransız  dəniz  rabitə 

yollarına  təhlükə  yaratmaq  üçün  Mərakeşin  Atlantik  sahilindəki  limanını  tu-tub 

burada Almaniya donanması üçün dəniz bazası yaratmaq qərarına gəldilər. Alman 

təbəələrini  müdafiə  etmək  bəhanəsi  ilə  1911-ci  il  iyulun  1-də  gözlənilmə-dən 

Mərakeşin  Atlantik  okeanı  sahillərindəki  Aqadir  şəhərinin  limanına  alman  hərb 

gəmisi «Bəbir» gəldi. Avropanın başının üstünü müharibə təhlükəsi aldı. Aqadirin 

coğrafi mövqeyi onu strateji cəhətdən əhəmiyyətli edirdi. Aqadiri tutan Almaniya 

Fransanı  güzəştə  getməyə  məcbur  etmək  istəyirdi.  Almaniya  Mərakeşdə  torpaq 

almaq  istəklərini  həyata  keçirə  bilməsə  də  Ekvatorial  Afrikada  fransız 

mülklərindən almağa ümid edirdi. Ona görə də alman dip-lomatiyası əvvəlcə bütün 

fransız  Konqosunu  tələb  etdi.  Almaniyanın  belə  tələbi  Fransa  tərəfindən  rədd 

olundu.  Mərakeş  üstündə  Fransa-Almaniya  mü-naqişəsinə  ngiltərə  də  qoşuldu. 

Burada  ciddi  mənafeləri  olan  ngiltərə  güzəştə  getməyi  düşünmürdü.  1911-ci  il 



 

81 


iyulun  21-də  ngiltərə  hökumətinin  tapşırığı  ilə  Lloyd  Corc  birmənalı  şəkildə 

bildirdi  ki,  Mərakeş  məsələsində  ngiltərə  Alma-niyaya  qarşı  hətta  müharibədən 

belə imtina etməyəcəkdir.  ngiltərə nazirinin bu sözləri Almaniyanı geri çəkilməyə 

məcbur etdi. 1911-ci ilin payızında Alma-niya Fransa ilə saziş bağladı. Almaniya 

Mərakeşin fransız protektoratlığında olduğunu qəbul etdi. Fransa da öz növbəsində 

Almaniyaya  güzəştə  getdi.  Fransız  hökuməti  Konqodakı  mülklərinin  kiçik  bir 

hissəsini  Almaniyaya  ver-di.  Bütün  bunlara  baxmayaraq,  alman  diplomatiyası 

sazişin  nəticələrindən  razı  qalmadı.  O,  belə  «kiçik  hədiyyə»  ilə  kifayətlənmək 

istəmirdi. Hətta bir sıra alman rəsmi dairələri II Vilhelmi hədsiz güzəştə getməkdə 

təqsirləndirdilər.  Aqadir  münaqişəsindən  sonra  alman  diplomatiyası  dünyanın 

yenidən bölüş-dürülməsi uğrunda daha qətiyyətli mübarizəyə başladı.

 

 



43. Revel, Rakkoniki və Potsdam sazişləri. Bu sazişlərin beynəl-xalq 

münasibətlərə təsiri. 

         1908-ci ilin  iyununda  rus  çarı  ilə ingilis kralı  VII  Eduardın  Reveldə görüşü 

oldu.  Bu  görüş  zamanı  xarici  işlər  naziri  zvolski  ilə  ngiltərə  xarici  işlər  nazir-

liyinin  nümayəndəsi  Qardinq  arasındakı  söhbətlərdə  Yaxın  Şərq  məsələlərində 

ngiltərə  və  Rusiyanın  mənafe  birliyi  ayrıca  qeyd  edildi  və  Türkiyə  Makedoni-

yasında  islahat  keçirilməsi  irəli  sürüldü.  Bu  islahat  ngiltərə  və  Rusiyanın  birgə 

nəzarəti  altında  keçirilməli  idi.  Dərc  edilmiş  rəsmi  məlumatda  qeyd  olunurdu  ki, 

iki ölkə arasında bütün beynəlxalq problemlər üzrə tam razılıq əldə edilmişdir. 

Rusiyanın  Qara  dəniz  boğazlarının  statusuna  yenidən  baxılması  cəhd-

lərindən bir nəticə hasil olmadı. Bundan sonra Rusiya  taliya ilə Balkanlarda status 

kvonu  saxlamaq  və  mövcud  vəziyyətin  hər  hansı  şəkildə  pozulmasına  qarşı 

hərəkətlər haqqında saziş bağlamaqla bu məğlubiyyətin əvəzini çıxmağa cəhd etdi. 

Rusiya  ilə  taliya  arasında  1909-cu  il  oktyabrın  24-də  imzalanan  gizli  Rakkoniki 

razılaşması ilə  taliya Rusiyanın Qara dəniz boğazlarındakı mənafeyini, Rusiya öz 

növbəsində  taliyanın  Trablisdəki  mənafeyini  tanıyırdı.  Avropanın  Şərqinə  dair 

üçüncü  tərəflə  yalnız  bir-birlərinin  razılığı  ilə  yeni  sazişlərin  bağlanması  kimi 

məsələlər daxil idi.  taliyanın Avstriya ilə bağladığı razılaşma ilə  bu dövlətin də 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə