10
elan etdi. Hərbi əməliyyatlara başlayan Yaponiya Çinin Şandun əyalətini, həmçinin
А
lmaniyanın Sakit okeanda yerləşən bir sıra adalarını tutub planlarını həyata keçir-
məyə başladı. Yaponiyanın güclənməsi təkcə АBŞ-ı dеyil, Böyük Britаniyаnı dа
narahat etməyə başladı. Xüsusilə Britaniya dominionları olan Аvstraliya və Yeni
Zelandiyada çaşqınlıq yarandı. Londonda lap əvvəldən Yaponiyanın hərəkətlərinə
ş
übhə ilə yanaşmağa başladılar. ngilis diplomatiyasına aydın idi ki, Yaponiya
А
vropadakı müharibədən sadəcə olaraq Uzaq Şərqdə müstəmləkə mövqeyini güc-
ləndirmək istəyir. О, Аlmaniyaya qarşı müharibənin ağırlığından heç bir pay gö-
türmək niyyətində deyildir. ngilislər səhv etmirdilər. Yaponiyanın başlıca məq-
sədi Аlmaniyanın müstəmləkələrini tutduqdan sonra Аvropadakı müharibədən
istifadə edərək Çinə müdaxilə etmək idi. Rusiya Yaponiyanın Аntanta tərəfindən
müharibəyə başlamasını alqışladı. Çünki bu Rusiyanın Uzaq Şərqdəki mülklərinin
yapon təcavüzündən qorunması üçün təminat verilməsi demək idi. Аvropada gedən
müharibə Yaponiya üçün əlverişli şərait yaratmaqda davam edirdi. Аrtıq Çindəki
və Sakit okeandakı alman mülkləri onun əlində idi. 1914-cü ilin sonunda yaponlar
Çinə hücum etmək qərarına gəldilər. 1914-cü ilin dekabrın əvvəllərində Yaponi-
yanın xarici işlər naziri Yaponiyanın siyasəti haqqında tam açıqlıqla çıxış etdi. Bir
sözlə, Yaponiya Uzaq Şərqdə ancaq alman mülklərini tutmаqlа rаzılаşmаq istə-
mirdi. Söhbət bütün Çindən gedirdi. 1915-ci ilin yanvarın 18-də Yaponiya Çinə 21
maddədən ibarət ultimatum verdi. Bu tələblərin yerinə yetirilməsi əslində Çini
Yaponiyanın müstəmləkəsinə çevirirdi. Yapon diplomatiyası Çindən Şandun əya-
ləti üzərində, Cənubi Mancuriyada, Şərqi və daxili Monqolustanda Yaponiyanın
iqtisadi, siyasi hökmranlığını qəbul etməyi, bu ərazilərdə yaponların yerləşdirilmə-
sini, onların mülklər almaq hüququnu tanımağı tələb etdi. Tələblərin içərisində
Yaponiyanın siyasi və maliyyə müşavirlərinin qəbul edilməsi, Çinin mühüm mər-
kəzlərində yapon-çin polisinin yaradılması, Çinin yalnız Yaponiyadan silah alması
məsələləri var idi. Bu tələblərə tab gətirmək iqtidarında olmayan Çin Yaponiyaya
qarşı Rusiya, ngiltərə, Fransa və ABŞ-dan istifadə etmək istədi. Lakin Avropa
dövlətlərinin Yaponiyanın planlarının həyata keçirilməsinə mane olmaq üçün qüv-
vələri yox idi. ABŞ-ın mənəvi-siyasi köməyi də kifayət etmirdi. Çin hökuməti
11
Yaponiyanın tələblərinin əksəriyyətini qəbul etdi. Bu tələblər əslində birbaşa Çini
Yaponiyanın protektoratına çevirirdi.
Çin Almaniyanın iqtisadi konsessiyalarını və təbəələrini ona qarşı müharibə
etməklə ölkədən çıxara bilərdi. Belə olduqda Çin hüquqi cəhətdən müttəfiqlərlə
bərabər vəziyyətə düşürdü, onun siyasi və mənəvi nüfuzu artırdı, Yaponiya ilə
bağlanmış qeyri-bərabər hüquqlu müqavilələri gələcəkdə ləğv etmək üçün şərait
qazanırdı. Lakin Çinin Almaniyaya müharibə elan etməsi Yaponiyanın istəklərinin
ə
leyhinə getməməli idi. Yapon diplomatiyası Uzaq Şərqdə yaranmış əlverişli bey-
nəlxalq şəraitdən öz mənafeləri naminə istifadə etdi. Yaponiya sənayesi və xarici
ticarəti sürətlə inkişaf etdi. Yaponiya silah satışından külli miqdarda gəlir götürdü.
Yaponiya Çinin Almaniyaya müharibə elan etməsinə razılıq vermədikdə müttə-
fiqlər Yaponiya ilə bir sıra müqavilələr bağlayıb onun iddialarını qəbul etdilər.
1917-ci ilin fevralında Antanta dövlətləri sülh konfransında Yaponiyanın Şandun
ə
yalətinə və keçmiş alman ada mülklərinə olan iddialarını müdafiə edəcəkləri
barədə öhdəlik götürdülər. Bundan sonra Yaponiya Çinin Almaniyaya qarşı müha-
ribəyə girməsinə etiraz etmədi. 1917 ci il fevralın 14-də Çin Almaniya ilə diplo-
matik münasibətlərini kəsdi, avqust ayında isə ona müharibə elan etdi. Lakin
Yaponiya, ngiltərə, Rusiya və Fransanın bağladıqları məxfi saziş Çinin istək-
lərinin yerinə yetirilməsini heçə endirdi. ABŞ-ın Yaponiya ilə bağladığı saziş də
Çinin mənafeyinə zidd idi. Bu dövlətlər Yaponiya ilə bağladıqları sazişlərlə Çində
Yaponiyanın xüsusi hüquqları olduğunu tanıyırdılar.
7. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması.
ABŞ düyanın onun iştirakı olmadan bölüşdürülməsinə razı deyildi. Lakin
dünyanın bölüşdürülməsində iştirak etməkdən ötrü mütləq müharibəyə qoşulmaq
lazım idi. ABŞ diplomatiyasının müharibəyə kim tərəfindən qoşulmasını obyektiv
şə
rait özü müəyyənləşdirdi. ABŞ və ngiltərə kapitalının çoxdan qurulan iqtisadi,
siyasi və maliyyə əlaqələri bu seçimə təsir göstərdi. ABŞ bankirləri və inhisarları
müharibənin gedişində onlara borclu olan Antanta dövlətlərinin məğlub olmasını
və müflisləşməsini istəmirdilər. Müharibədə Almaniyanın qələbə qazanması isə
ABŞ-ın dünya plalarının reallaşmasına mane ola bilərdi. ABŞ diplomatiyasının
12
düşüncəsinə görə Almaniya qələbədən sonra Avropanı, Kiçik Asiyanı və Afrikanı
özünə tabe etdirib onu hətta Cənubi Amerikadan sıxışdırıb çıxarardı və Yaponiya
ilə ittifaq bağlayıb ABŞ üçün təhlükə yarardardı. Antanta ölkələri məğlub olacağı
təqdirdə, Yaponiya Uzaq Şərqdə hökmran dövlətə çevrilə bilərdi.
ABŞ diplomatiyası 1916-cı ilin dekabrından 1917-ci ilin yanvarınadək hər
iki blok dövlətləri ilə danışıqlar apardı. Alman diplomatiyasının ABŞ prezidenti
Vudro-Vilsona göndərdiyi sülh təklifləri ABŞ-ın mənafelərinə cavab vermirdi.
Almaniyanın sülh təklifləri Antanta tərəfindən rədd edildiyindən bitərəf dövlətlərin
gəmilərinə qarşı Almaniya fevralın 1-dən amansız müharibəyə başladı. ABŞ Alma-
niya ilə diplomatik müasibətləri kəsmək üçün bəhanə tapdı. 1917-ci il fevralın 2-də
Almaiya ilə diplomatik münasibətləri kəsməsinə baxmayaraq ABŞ ona müharibə
elan etmədi. ABŞ-ın Almaniyaya müharibə elan etməsi üçün şərait aprel ayında
yarandı. Almaniya ABŞ-ın bir neçə gəmisini batırdı. ABŞ-ın müharibəyə qoşul-
ması üçün bəhanə eyni zamanda Almaniyanın xarici işlər nazirliyinin Meksikadakı
alman səfirinə göndərdiyi teleqram oldu. Teleqramda Meksikanın ABŞ-a qarşı
müharibəyə başlaması təklif edilirdi. Bu təklif yerinə yetirilərdisə XIX əsrdə ABŞ-
ın Meksikadan aldığı sərhəd rayonları ona qaytarılmalı idi. Almaniyanın ABŞ
gəmilərini batırması və bu teleqramına cavab olaraq ABŞ hökuməti 1917-ci il
aprelin 6-da Almaniyaya müharibə elan etdi. ABŞ-ın müharibəyə qoşulması vuru-
ş
an tərəflərin qüvvələr nisbətində özünü daha çox göstərdi. 1918-ci il yanvarın 8-
də ABŞ prezidentinin müəyyənləşdirdiyi 14 bəndlik prinsipial və praktik məsələ-
lərə əsasən Almaniya və onun müttəfiqləri ilə sülh bağlamaq təklif olunurdu. Bun-
dan başqa onlar bütün ölkələrə ünvanlanmışdı və Vilsonun özünün etiraf etdiyi
kimi, bu Lenin Dekretinə cavab idi. Həqiqətən də sülh haqqında Dekretin ardınca
o, açıq sülh danışıqları və müzakirələri, məxfi beynəlxalq sazişlərdən imtina, bütün
müstəmləkə mübahisələrinin azad, səmimi və tamamilə maneəsiz həlli barədə
danışırdı.
8. 1917-ci il fevral inqilabı, müvəqqəti hökumətin daxili və xarici siya-
səti.
Dostları ilə paylaş: |