8
«Borçalıda yaranan dastanlar» bir toplu olaraq böyük dəyər
qazanır. Onun dəyəri ilk öncə dastan ənənəsini, bu ənənənin
yaşarlığını öyrənmək baxımından əhəmiyyətlidir. Çünki türk
xalqlarının düşüncəsində ən aparıcı xətlərdən birini dastan yara-
dıcılığı tutur. Burada xalqın məişəti, tarixi, qayğıları, mübari-
zəsi, həyat, dünya sevgisi və s. hamısı toplaşır. Və öyrənilmə
ehtiyacında görünür. Bu dastanlar bir istiqamətdə bədii fakt,
dastan hadisəsi kimi əhəmiyyət daşıyırsa, digər istiqamətdə tari-
xə çevrilir. Bizim ulularımızın, keçmişimizin hansı zənginliklər-
dən sevinc və ağrılardan, mübarizədən keçib gəldiyini və haraya
getmək yollarını göstərir. Eyni zamanda keçmişlə, ilkin təsəv-
vürlərlə bu gün arasındakı zamanı, keçilmiş əlaqəni bərpa edir.
«Yaradılış», «Şu», «Ərqənəkon», «Boz qurd», «Köç» və s. kimi
dastanlarımız var ki, onlardan ancaq və ancaq parçalar gəlib
çatıbdı. Halbuki onlar böyük bir dastanın bir epizodu, kiçik bir
hissəsi təsiri bağışlayır. Böyük şairimiz S.Vurğun «Tomris»
əfsanəsini məhz bu anlamda çox doğru olaraq böyük bir dasta-
nın kiçik parçası kimi qeyd edirdi. Bundan əlavə türk xalqlarının
mükəmməlliklə gəlib çatan dastan nümunələri də vardır.
«Kitabi-Dədə Qorqud», «Oğuz Kağan», «Manas», «Alpamış»,
«Corabatır», «Edige», «Canqar», «Maday Kara», «Koroğlu» və
s. kimi dastan nümunələrini göstərə bilərik. Biz burada yalnız
qəhrəmanlığa hesablanan dastan nümunələrinin adlarını çəkdik.
Bizim bir-birindən maraqlı «Qurbani», «Abbas və Gülgəz»,
«Tahir və Zöhrə», «Aşıq Qərib» və s. kimi məhəbbət dastanla-
rımız da var. Həm qəhrəmanlıq, həm də məhəbbət dastanları
uzun illər boyu və bu gün də xalqın ruhunun, düşüncəsinin apa-
rıcı hissəsi kimi qorunmaqda, məclislərdə söylənməkdədir. Ki-
tabda özünə yer alan “Mehdi bəy”, “Səlim bəy”, «Cahangir-
Mələksima», «Mehralı bəy», «İsmayıl və Qızyetər», «Yetim
oğlu Məhəmməd», «Qul Əhməd», «Zərqam şah», «Qaçaq
İsaxan», “Qaçaq Mahmud”, «Piri-Hürü», «Sam Şahzadə»,
«Koroğlu» dastanından “Ağcaquzu qolu» (Aslan Kosalıdan ya-
9
zıya alınmış üçüncü variant) dastanlarını da buraya əlavə etdikdə
bu ənənənin masştabı, mahiyyəti daha da böyüyür. Və bizdə
belə qənaət yaranır ki, bu nümunələr sözün həqiqi mənasında
türkün həyat kitabıdır.
Elxan Məmmədlinin toplayıb ədəbi ictimaiyyətə təqdim
etdiyi dastanlar varislik ənənəsinə hesablanır. Qəhrəmanlıq və
məhəbbət anlamında özündə çox məsələləri ehtiva edir. Məlum
olduğu kimi, türk xalqlarının dastan yaradıcılığında mühüm bir
hissəni qəhrəmanlıq dastanları tutur. Və bu dastanlar sadəcə
olaraq hansısa bir təfəkkürün, düşüncənin hadisəsi kimi maraq
doğurmur. Orada xalqın bütünlükdə mübarizəsi, düşmənə qarşı
apardığı qanlı savaşlar, vətən, yurd sevgisinə hesablanan ideallar
dayanır. Xan Qazandan, Manasdan, Canqardan, Çorabatırdan,
Edigedən, Koroğludan başlayan bu yol bizə yaxın zamanın
hadisələri olan Mehralı bəydə, Səməd bəydə, Qaçaq İsaxanda və
bu silsilədən olan qəhrəmanlarda davam etidrilir. Məlum olduğu
kimi, qaçaq hərəkatı Qafqazda, onun bir hissəsi olan Azərbay-
canda müəyyən bir mərhələdir. Xalqın azadlıq mübarizəsi,
zülmə, istibdada qarşı savaşıdır, qəhrəmanlığının davamıdır. El-
obanın igid, cəsur oğlanları baş verən haqsızlıqlara dözməyərək
silaha sarılıb mübarizə yolunu seçmişlər. Və onların haqqında
yaranan dastanlar həmin qəhrəmanların şücaətinin, göstərdikləri
igidliklərin bir hissəsi kimi dastanlara yol tapmışıdır. Dastana
gəlib çıxma isə nəğmədən, əhvalatdan, hekayətdən, rəvayətdən
keçərək baş vermişdir. Aşıqların sazında dastanlaşmışdır. Son
dövrün dastan ənənəsi göstərir ki, aşıq repertuarından keçməyən
dastan yaşarılıq qazana bilmir. Yarımçıqlıqla, qüsurlarla xarak-
terizə olunur. Daha dəqiq desək, dastanın həyat vəsiqəsi, yaşarı-
lığı sazdan keçir. Məhz Elxan Məmmədli də kitabda qaçaq
hərəkatı ilə bağlı «Mehralı bəy», «Qaçaq İsaxan» dastanlarını
verir. Bu qəhrəmanlar Borçalıda yetişmiş igidlərdi. Tarixi
mənbələr, xalq arasındakı rəvayətlər onların necə qəhrəmanlıq
göstərdiyini, hansı amal uğrunda savaşdığını çox aydınlıqla
10
ifadə etmədədi. Xalq onların şəninə bir-birindən maraqlı nəğmə-
lər düzmüş, həmin qəhrəmanların sağlığında onların igidliyinə
öz sevgilərini ifadə etməyə başlamışlar. Elə dastanın yaranma
başlanğıcı da həmin vaxtdan qoyulmuşdur. «Mehralı bəy», «Sə-
məd bəy», «Qaçaq İsaxan», «Qaçaq Kərəm», “Qaçaq Tanrıver-
di», «Qandal Nağı», «Qaçaq İsmayıl» və bu silsilədən olan
digərləri xalqın qəhrəmanlıq tarixidi, onun yaşarlığına hasabla-
nıbdır. Bu qəhrəmanlar xalqın sevgisindən qoparaq dastanlaş-
mışdır. Bütünlükdə dastançılıq baxımından qəhrəmanlığa hesab-
lanır və dastan komponentlərini (başlanğıc, son, zaman, məkan
təhkiyyə formulları) özündə ehtiva edir. Məsələn, «Mehralı bəy»
dastanında Mehralı bəyin qəhrəmanlığının başlanğıc kimi
maraqlı təqdimi var. «Bəli, sizə hardan, kimdən xəbər verim,
xəbəri sizə göydə qartalı gözündən vuran, yağıların-yadların
anasını ağladan, gavurlara qəbir qazan, Alosmanda, Qafqazda
ad-san alıb, paşalara-sultanlara Anadolu ağzında süfrə açıb məc-
lis quran Borçalının – qarapapaxların şir-aslan balası Darvazlı
Mehralı bəydən deyim». Və yaxud da «Qaçaq İsaxan» dasta-
nında oxuyuruq. «Əzizlərim, sizə xəbər verim Gürcüstandan,
Qarayazı mahalının Dəmirçihasanlı kəndindən. Dəmirçihasanlı
hal-hazırda Kosalı, Nazarlı kəndləridir. Hər iki kənddə varlı-
dövlətli kişilər çox olub. Bu var-dövlət sahibləri çox imanlı,
vicdanldı olublar. Hər il tutulan Oruc bayramında, Qurbanlıqda,
Novruz bayramında dolanacaqdan çətinlik çəkən kasıblara yar-
dım edib, var əllərini uzadarmışlar. Danəndə kişilər əziz bay-
ramlardan bir-iki gün əvvəl erkəklər kəsdirər, arabalarda qapı-
qapı düyü, yağ payladarlarmış. Özləri də deyərlərmiş ki, qoy
kasıbların da qazanları qaynasın». Bunlar («Mehralı bəy», «Qa-
çaq İsaxan» dastanından verilənlər) dastanın başlanğıc epizo-
dudur və qəhrəman və mühit haqqında müfəssəl məlumat verir.
Qalanlar demək olar ki, həmin epizodun, qəhrəmanlığın açımına
xidmət edir. Elə sonluq da ənəvilikdə həmin başlanğıca bağlanır.
Məsələn, «Mehralı bəy» dastanında deyilir: «Sadaxlı Aşıq
Dostları ilə paylaş: |