395
edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və
ya dolayı yolla sahiblikdir.
Mərkəzi Bankın uçot dərəcəsi "faiz dərəcələri dəhlizi"nin bir
parametri kimi çıxış edir. Faiz dərəcələri dəhlizinin parametrləri
iki aydan bir ölkədəki makroiqtisadi durum və Mərkəzi Bankın
inflyasiya hədəfi əsas götürülərək müəyyən olunur.
Monetar şə rait indeksi - Monetar şərait indeksi pul siyasətinin
ə
məliyyat hədəflərində orta çəkili dəyişməni ifadə edir. Əməliyyat
hədəfləri kimi bir qayda olaraq qısamüddətli faiz dərəcəsi və
məzənnə
götürülür.
MŞ
aşağıdakı
düstur
vasitəsilə
qiymətləndirilir: Burada, və – müvafiq olaraq, hesabat və baza
dövründə real faiz dərəcəsi; və – müvafiq olaraq, hesabat və baza
dövründə mübadilə məzənnəsi; və – müvafiq olaraq, real faiz
dərəcəsi və valyuta məzənnəsi üzrə normallaşdırılmış xüsusi
çəkidir.
Monetizasiya -
qtisadiyyatın pulla təminatı səviyyəsini
xarakterizə edən göstəriciləri özündə ehtiva edir. Məsələn, pul
kütləsinin ÜDM-də xüsusi çəkisi iqtisadiyyatın monetizasiya
səviyyəsinin göstəricisidir.
Məzənnə rejimləri - Ölkədə milli valyutanın xarici valyutaya
nəzərən məzənnəsinin müəyyən edilməsi üsulu. Təcrübədə 3
məzənnə rejimi mövcuddur: 1. Üzən 2. Üzən-tənzimlənən 3.
Təsbit edilmiş. Üzən məzənnə rejimində məzənnə valyuta
bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan
formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta
bazarına müdaxilə edir. Üzən-tənzimlənən rejimdə isə məzənnə
ə
sasən tələb-təklif əsasında müəyyən edilsə də, Mərkəzi Bank
kəskin tərəddütlərinin qarşısını almaq üçün aktiv fəaliyyət göstərir.
Nominal faiz də rə cə si -
nflyasiya nəzərə alınmadan
hesablanmamış cari faiz dərəcəsi. nflyasiya nəzərə alındıqda
nominal faiz dərəcəsindən real faiz dərəcəsini əldə etmək olar: (1 +
r
)(1 + i) = (1 + R), R – nominal faiz dərəcəsi, r – real faiz dərəcəsi,
i
– inflyasiya səviyyəsi.
396
Nyu York Fond Birjası - ABŞ-ın Nyu York şəhərində yerləşən
və bazar kapitallaşmasına go rə dunyanın ən boyuk səhm birjası.
Paris klubu – xarici borclarını ödəməkdə çətinlik çəkən ölkələrin
başqa ölkələrin dövlətlərindən aldıqları borcların (dövlətdən
dövlətə borclar) restrukturizasiyasına (strukturun yenidəntəşkili)
aid görüşmələrin təşkil edildiyi rəsmi toplantı platformu.
Portfel - nvestorun maliyyə alətləri dəsti. Portfel birbaşa olaraq
investorlar tərəfindən və ya maliyyə vasitəciləri tərəfindən qurula
bilər. Portfelin qurulması zamanı investor gəlirlikdən əlavə riskə
də fikir verməlidir. Portfelin umumi riskini azaltmaq məqsədilə
diversifikasiyadan istifadə olunur. Az risk tələb edən investorların
portfelləri
adətən
sabit
gəlirli
qiymətli
kağızlar
və
pulekvivalentlərindən, yuksək risklə yuksək gəlir etmək istəyən
investorların portfelləri isə səhmlər, deri vativlər və alternativ
investisiyalardan ibarət olur.
Pulun alıcılıq gücü – müəyyən pul vahidi ilə konkret dövrdə
inflyasiya və ya deflyasiya nəzərə alınmaqla əldə etmək mümkün
olan mal və xidmətlərin məcmusudur.
Pulun dövriyyə sürəti – müəyyən iqtisadiyyatda hər bir pul
vahidinin müəyyən bir vaxtda neçə dəfə əl dəyişdirdiyini göstərən
ölçü.
Pul vəsaitlərinin hərəkəti – şirkətin maliyyə vəziyyətinin
göstəricisi. Müəyyən aralıq vaxt müddətində pul vəsaitlərinin
daxilolmaları ilə ödənişlər arasındakı münasibəti bildirir.
Pul bazası- Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət
ə
rzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının
tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları
(kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının
qalıqları) daxildir.
Pul kütləsi- Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş
vasitələrinin məcmusudur. Maliyyə bazarları inkişaf etdikcə pul
kütləsinə daxil edilən aktivlərin sayı artır. Müasir dövrdə
likvidliyin müəyyən minimal həddini özündə təcəssüm etdirən
maliyyə aktivləri pul kütləsinə daxil edilir. Likvidlik prinsipindən
397
ə
lavə adətən pul kütləsinə maliyyə aktivlərinin elə bir qrupu aid
edilir ki, o pul siyasətinin hədəfi olmağa yararlı olsun. Azərbaycan
praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada
pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c)
geniş mənada pul kütləsi (M3).
Pul icmalı - Ölkənin maliyyə sektoru ilə digər sektorlar arasında
olan pul münasibətlərini əks etdirən göstəricilər sistemidir. Pul
icmalı ölkənin Mərkəzi Bankının və kommersiya banklarının
analitik balanslarının birləşdirilməsi əsasında formalaşır. Analitik
balanslar ölkənin Mərkəzi Bankının aylıq mühasibat balansının və
kredit təşkilatlarının icmal mühasibat balansının göstəricilərinin
analitik qruplaşdırılması vasitəsilə hesablanır.
Pul kütləsinin hədəflənməsi - Mərkəzi Bank tərəfindən pul
kütləsinin həcminin tənzimlənməsini nəzərdə tutan pul siyasəti
rejimidir. Bu zaman Mərkəzi Bankın fəaliyyəti pul kütləsinin
dəyişimi üzrə hədəfə nail olunmasına yönəldilir.
Pul multiplikatoru - qtisadiyyatın, xüsusilə də bank sisteminin
pul yaratmaq qabiliyyətini xarakterizə edir və geniş mənada pul
kütləsinin (M2) manatla pul bazasına nisbəti kimi hesablanır.
Pul siyasəti - Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin
edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mərkəzi
Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini
tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir.
Azərbaycanda pul siyasəti Mərkəzi Bank tərəfindən həyata
keçirilir və onun son məqsədi öz səlahiyyətləri çərçivəsində
qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir.
Pul siyasəti alətləri - Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərə
nail olmaq üçün istifadə etdiyi iqtisadi dəyişənlərdir. Pul siyasəti
alətləri birbaşa və dolayı alətlərə bölünür. Birbaşa alətlərə missal
olaraq faiz dərəcələri üzərində nəzarət, kreditləşmə dəhlizi, birbaşa
və ya məqsədli kreditlərin verilməsini göstərmək olar. Dolayı
alətlərə misal olaraq açıq bazar əməliyyatlarını göstərmək olar.
Pul siyasə ti alə tlə rinin avtonomiyası Mərkəzi Bankın qarşıya
qoyulmuş məqsədlərə nail olması üçün pul siyasəti alətlərini
Dostları ilə paylaş: |