Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   2   3   4   5   6   7   8   9   ...   17

 

10 


və hazırcavablığa, yeddinci fəsli  şairlərin həyat və 

yaradıcılığına həsr edilmişdir. Sonuncu, səkkizinci fəsli 

heyvanların dilindən danışılan hekayət və rəvayətlərə aiddir. 

«Baharistan» dünyanın bir çox dillərinə  tərcümə edilmiş 

və Caminin şöhrətini daha da artırmışdır. 1846-cı ildə Vyanada 

alman dilində  tərcüməsi farsca orijinalı ilə birlikdə ixtisarla 

nəşr edilmişdir.  İki dəfə ingilis dilinə  tərcümə olunmuşdur: 

birinci dəfə 1887-ci ildə (Beneras), ikinci dəfə 1899-cu ildə 

(Bombey). Bunlardan birincisi, məşhur fransız şərqşünası Anri 

Masenin fikrinə görə, çox səthi tərcümə edilmiş  və orijinalın 

ruhunu özündə saxlaya bilməmişdir. 1925-ci ildə Anri Mase 

«Baharistan»ı fransız dilinə bütünlüklə tərcümə etmiş, mənanın 

dəqiqliyini saxlamaq xatirinə orijinalda şerlə olan yerləri də 

nəsrlə vermişdir.  İlk dəfə olaraq «Baharistan»ın on dörd 

hekayəsi 1935-ci ildə K.Çaykin tərəfindən ruscaya tərcümə 

edilmiş  və ayrıca kitabça şəklində orijinalı ilə birlikdə çap 

edilmişdir. Burada şerin  şer, nəsrin nəsrlə  tərcümə edilməsinə 

baxmayaraq, K.Çaykinin etirafına görə, metrikaya, yəni vəzn 

və bəhrə riayət edilməmişdir. 

«Baharistan» ilk dəfədir ki, Azərbaycan dilində nəşr edi-

lir. Biz fikrin dürüstlüyünə, tərcümənin orijinala yaxın ol-

masına səy göstərmiş, imkan daxilində  səc, qafiyə  və sözlərin 

ahəngdarlığının və beləliklə,  əsərin məna sərrastlığı  və uslub 

dəqiqliyinin saxlanmasına çalışmışıq. Bundan əlavə, bizim 

tərcüməmizdə bir çox ixtisarlar edilmiş  və bunları göstərmək 

üçün üç nöqtə (...) qoyulmuşdur. Yeddinci fəsli isə tamamilə 

buraxılmış və bunun səbəbi kitabda göstərilmişdir. 

Altı və səkkizinci rövzələrdəki şerlərin tərcüməsi M.Sol-

tanındır. 

«Baharistan»da ixtisar olunan yerlər  əsasən  əxlaqi 

cəhətdən namünasib və ya məzmunca təkrar edilən hekayə, 

qitə, rübai və  lətifələrə aiddir. Xatırlatmaq lazımdır ki, Cami 

XV  əsrdə yaşamış, nəqşbəndilər təriqətinin başçılarından biri 

olmuşdur. Bütün mütərəqqi fikirlərinə baxmayaraq, onun 

 

11 


yaradıcılığında dövrünün məhdudiyyəti ilə  əlaqədar olan 

kölgəli cəhətlər, müasir tələblərə cavab verməyən hekayə  və 

rəvayətlər vardır. Lakin bunların heç biri Cami yaradıcılığının 

mahiyyətini təşkil etmir. Cami yaradıcılığında bizim üçün 

faydalı olan cəhət onun əsərlərindəki humanizm, ədaləti və 

düzlüyü tərənnüm etmək motivləridir. Belə parçalar 

«Baharistan»da çoxdur. 

Dünya xalqları Caminin anadan olmasının 550 illik 

yubileyini təntənə ilə qarşılamağa hazırlaşır. Biz də bu 

münasibətlə Azərbaycan dilinə  tərcümə olunan «Baharistan» 

əsərini böyük tacik şairi, alim və musiqişünası Ə. Caminin yu-

bileyinə hədiyyə olaraq oxucularımıza təqdim edirik. 




 

12 


DİBAÇƏ 

 

...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası  oğlum 

Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə,  ədəb elmini 

təzəcə  dərk etməyə başladığı bir çağda onu xatırlatmaq 

istəyirəm ki, yeniyetmələr və  zəhmətə alışmamış  uşaqlar 

ürəklərinə yatmayan, ağıllarına batmayan sözlər eşitdikdə 

qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. 

Onun başını qarışdırmaq, könlünü şənləndirib tədrisə 

alışdırmaq üçün mən, bəzən, məşhur  şeyx, böyük ustad 

Müsləhəddin Sədi  Şirazinin  ən qiymətli və  nəfis 

təbərrüklərindən (hesab edilən) «Gülüstan»dan bir neçə  sətir 

oxuyardım. 

 

Məsnəvi 

 

Elə bir «Gülüstan» ki behişttək ürək açır, 

Torpağı gül qoxuyur, yarpağı ətir saçır. 

Babları da behiştin qapıları qədərdir

1



Şirin hekayələri sanki abi-kövsərdir. 



Mənaları gizlənmiş, bürünərək pərdəyə, 

Hurilər qibtə edir, ona «afərin!» deyə. 

Şerinin sərv ağacı buludlara dayanmış, 

Lütfünün şəbnəmindən böyük çaylar yaranmış. 

 

Bu zaman birdən fikrimə gəldi ki, mən də onun qiymətli 



fikirləri və  lətif  şerlərinə oxşar bu səpgidə bir neçə  sətir, bu 

üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, 

qaiblər üçün bir ərməğan olsun. 

Fikrimə necə gəlmişdisə, elə də yerinə yetirildi. 

                                                           

1

  Баблары  да  бещиштин  гапылары  гядярдир – Китабын 



сяккиз  фясилдян  ибарят  олдуьуна  ишаря  едилир.  Дини 

китабларын дедийиня эюря, бещиштин дя сяккиз гапысы 

вардыр. 

 

13 



 


 

14 


Q i t ə 

 ! 


Əgər Sədi yaratmış məndən əvvəl «Gülüstan»,  

Səd ibni Zəngi

1

 üçün vurmuş ona hər rəngi. 



Mənsə «Baharistan»ı o şah üçün yazmışam, 

Qul olmağa layiqdir ona Səd ibni Zəngi

2



 



Q i t ə 

 

Gəlin tamaşaya «Baharistan»ı, 



Siz orada «Gülüstan»lar görərsiz. 

Gülüstanın hərəsinin lütfündən, 

Çiçək yığar, sünbül, reyhan dərərsiz. 

 

Bu «Baharistan» səkkiz rövzəyə



3

 (fəslə), hər rəvzə isə 

müxtəlif rəngli və müxtəlif  ətirli ayəyə (bölməyə) ayrılmışdır; 

nə xəzanın pozucu yeli onun rəngini soldura bilər, nə zamanın 

dağıdıcı əli onun ətrini öldürə bilər... 

Tikan, alaq, kol-kos, çör-çöpü olmayan bu bağa tama-

şaya gələnlərdən bircə  şey xahiş olunur ki, mübarək 

qədəmlərini buraya qoyub, etibarlı nəzərlərini buraya saldıqda, 

onu  əkib yetişdirməkdə ürəyinin qanını, bəsləyib böyütməkdə 

şirin canını əsirgəməyən bağbana dua oxumaqla onu yad, səna 

qılmaqla onu şad etsinlər... 

                                                           

1

  Сяд  ибн  Зянэи – Атабяйлярдян  олуб, 1195-1226-ъы 



иллярдя 

Ширазда 


Щюкмранлыг 

етмишдир. 

Сяди 

«Эцлцстан»  ясяринин  яввялиндя  ону  тярифляйир  вя 



китабыны онун адына йаздыьыны сюйляйир. 

2

  Гул  олмаьа  лайигдир  она  Сяд  ибни  Зянэи – 



«Бащаристан» теймурилярин ян мяшщур щюкмдарларындан 

бири Султан-Щцсейня итщаф едилмишдир. Эюрцнцр, Ъами 

бурада Султан-Щцсейни (1469–1506) нязярдя тутур. 

3

 Рювзя – Бир нечя мянасы вардыр. Бурада «баь» 



мянасында ишлянмишдир. 

 

 



15 

 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə