Dədə Qorqud ● 2015/I I 82
Yerdən ayrılmaqda yalnız maddi-fiziki qalığını torpağa qoyur. Ruhların cəzalan-
dırılması, daha doğrusu ölümdən sonra bu dünyadan əməllərinə görə rəğbətlən-
dirilməsi məsələsi isə qədim türk dünyagörüşündə istisna hallarda məkan dəyiş-
mələri ilə fərqləndirilir. “Sonradan qarşılaşdığımız – Cəhənnəm isə, bəlkə də hiç
bir zaman ölülərin bir iqamet yeri olmamıştır. Hər nə qədər dünyəvi xidmətlər
qarşılığında axirətlə bir ödül yoxsa da, cəzalar bu dünyada ölüm şəklində veril-
diyindən, insanın ölüm və rituallarını yerine yetirib yetirməməsi ölümün qədəri-
ni müəyyənləşdirir. Hər nə qədər ölülərin iqamətgahı göy üzüdürsə, mütləq tari-
xi baxımından başqa məkanları da bəlli olmuşdur (bayraq, məzar, geniş bölgələr
və s.). Ölülər bu məkanlarda pis ruhlar şəklində dolaşmaqdadırlar. Qırğız yazıla-
rında ölümdən sonra iki müxtəlif cizəmli məkanlardan söhbət edilir. “Bir dağın
ətəyindəki qara təpələr” (Gəmiçilik çırğok), bir də “altın bozkır” (Altın köl)”
(15, 30).
Mifologiya, eləcə də dindən də məlumdur ki, o dünya anlayışı bu dünya-
dakı ömrün mənalı, məzmunlu, səmərəli, ən başlıcası isə faydalı yaşanmasını
tənzimləmək məqsədini güdür. O dünyanın «cənnət», və ya «cəhənnəm»ində
əbədi sakin olmağın yeganə yolu bu dünyadakı ömrün özüdür.
Türk kosmik xəritəsində yeraltı, yerüstü dünyaların fərqləndirilməsi işıq-
qaranlıq, ağ-qara, gözəllik-çirkinlik kimi kateqoriyalarda aparılır ki, bunun ən
bariz nümunəsini xalq nağıl məkanları, obrazlarının (xtonik varlıqlar) mənşə-
yində görürük. Sözü gedən mifopoetik məkan – “cəhənnəm” və “cənnət” də is-
lamın müqəddəs kitabı olan “Quran”da yuxarıda qeyd edilən əksikliklərin
müqayisəsində verilir. “Cənnət” İslam mifologiyasında insanların rahatlıq tap-
dığı, dünyanın bütün maddi gözəlliklərinin toplandığı və müqəddəs çay və yaşıl-
lıqlarla bürünən məkandır. Qeyd edək ki, xalq lirikasında aşiqin məşuqəyə yetiş-
məsi, vüsalına çatması, və s. kimi hiss-həyəcanları, lirizmi məhz “cənnət”ə qo-
vuşmağa bənzədilərək mifopoetik düşüncədə obrazlaşır:
Aşiq dağdan aşanda,
Qurşanmış göz sədağı
Sular coşub daşanda.
Av gedər görsə dağı,
Cənnəti alar aşiq,
Cənnəti neylər Aşiq,
Yarla qucaqlaşanda (5, 9).
Cəmalin görsə daxı (5, 30).
“Cənnət”in poetik mətnlərdəki müqayisəsi mənfi ekspressiya – qarğış üzə-
rində də ifadə edilir:
Mən Aşiqəm, ayranı,
Tək yeməzlər ayranı.
Cənnət üzü görməsin,
Səni məndən ayranı (4, 125).
Xalq mərasim nəğmələrində də «cənnət» bayatılarda olduğu kimi, məşu-
qənin oylağı, evi, məkanı kimi poetikləşdirilir:
Dədə Qorqud ● 2015/I I 83
Zər barmağım sürüşdü,
Cənnət bağına düşdü,
Əyildim götürməyə
Qardaş yadıma düşdü.
Balaca ceyran gəlin,
Boyuna heyran gəlin! (12,78).
İslam dini motivlərinin xalq şeirinin poetik sistemində bu formada isti-
fadəsi, həm də şifahi sənətin mövzu genişliyinə imkan verir. “Cənnət” və “Cə-
hənnəm” anlayışları mifoloji təfəkkürdə dünyanın təzadlarını simvollaşdıraraq
qiymətvericilik xüsusiyyəti ilə geniş poetik imkanlar yaradır. Hadisə və obraz
səciyyələndirilməsi, ziddiyyət və kontraslar “cənnət” və “cəhənnəm”in mifoloji,
poetik keyfiyyətində aşkarlanmaqla, həm də estetik təsir bağışlayır.
Xalq lirikasının mifopoetik sistemində geniş obrazlaşmayla çıxış edən İs-
lam dini formulları sırasında mələklərin obrazlaşdırılması ayrıca yer almaqdadır.
Mifoloji təsəvvürlərdə mələklər nurdan yaradılmış pak varlıqlar olmaqla dişilik,
erkəklik, yemək, içmək kimi özəlliklərdən uzaq, görünməz, güclü «qeybi» yal-
nız Allahın izni ilə bilən sakral qüvvələrdir. Quran təlimində 4 böyük mələkdən
bəhs edilir ki, bunlardan Cəbrayıl – peyğəmbərə vəhy və kitabları gətirmək,
Mikayıl – təbiət hadisələrini öz nəzarətində saxlayan, İsrafil – Qiyamət günündə
Suru üfürəcək, Əzrayıl isə can almaq kimi dini vəzifələri yerinə yetirəndir.
Qeyd olunan 4 böyük mələkdən başqa, quranda cəhənnəmdəki mələklərin
sayının 19 olması və ayrıca cin və şeytanın da Allaha həmd və səna etmələri
bildirilmişdir. Allahın insandan öncə yaratdığı bu müqəddəs varlıqların işi
mifoloji təsəvvürlərdə haqqa, xeyrə çağırma, onları pisliklərdən uzaqlaşdırmaq-
dır. Bu silsilədə yalnız Şeytanın niyyəti istisna olunur ki, ona da bu haqqı İslam
Allahı özü tanıtmışdır. Mifoloji rəvayətlərə görə, Allah cinlərin babası sayılan
Şeytanı atəşdən yaratmışdır. Həzrəti Adəmdən əvvəl yaranan Şeytan Allaha iba-
dət və itaəti ilə mələklər arasında xüsusi yer tutmuşdur. Lakin Allahtəala Həzrəti
Adəmə səcdə etmələrini əmr etdikdə, Şeytan yaradanın əmrinə qarşı çıxmışdır.
«Məni atəşdən, onu torpaqdan yaratdın. Mən ondan xeyirliyəm», söyləyən
şeytan Allahın dərgahından qovulur. İlahi hüzurdan əbədiyyən qovulan şeytan
Həzrəti Adəm və onun zövcəsi Həvvanı da aldadıb cənnətdən çıxarmış və bütün
insanları aldadacağına söz vermişdir. Müqəddəs Qurani-Kərimdə də Allah İblisi
insanlara düşmən olaraq tanıtmış və onu düşmən olaraq qəbul etmələrini bildirmiş-
dir. Mifoloji təfəkkürdə iman gətirilən mələklər və onların vəzifələri, ayrıca İblisin
fiziki-mənəvi xüsusiyyətləri xalq şeirinin poetikasında başlıca obrazlaşma obyek-
tinə çevrilmişdir. Dini-əsatiri anlayışları bildirən bu kimi sözlər “metafora funk-
siyasında qiymətverici keyfiyyətə yiyələnir. Bu cür metaforalar obrazlı və mənalı
şəkildə tipləri səciyyələndirməyə, onların bu və ya digər xüsusiyyətlərini açıb gös-
tərməyə, tənqid və ifşa etməyə yardım göstərir. Məsələn, ifritə/şeytan/ cadugər/iblis/
Dostları ilə paylaş: |