Dədə Qorqud ● 2015/I I 89
ustadlığını və Ağbaba aşıq mühitində yerini araşdırmaq baxımından tədqiqata
cəlb edilən bu yeddi rəvayət böyük əhəmiyyətə malikdir. Bu örnəklərin tədqiqi
digər el sənətkarları ilə bağlı rəvayətlərin həm toplanıb yazıya alınmasına, həm
də tədqiqinə imkan yaradacaqdır.
Aşıq İsgəndər Ağbabalı Ağbaba aşıq mühitinin cağdaş aşıqları arasında
xüsusi fərqlənən el sənətkarlarındandır. Bu böyük aşıq istər Ağbaba saz havala-
rının, istərsə də regional dastan və aşıq rəvayətlərinin qorunub saxlanmasında
rol oynamış, sənət ənənələrini öz şəyirdlərinə ötürmüş, ağır məclisləri keçirmiş,
yaddaşlarda dastançı aşıq kimi qalmışdır.
Ağbaba aşıq mühitinə mənsub el sənətkarlarından Aşıq İsgəndər Ağbabalı
yeganə aşıqdır ki, haqqinda çox sayda məqalə, ədəbi irsindən örnəklər müxtəlif
kitablarda öz əksini tapmış, hətta haqqında bir kitab da yazılmışdır (1; 2; 3; 4; 5,
16-20; 6, 46-47, 54-55; 7, 385-407; 8, 130-145; 9, 283-288, 295-298; 10).
Aşıq İsgəndər Ağbabalı el-oba arasında böyük hörmət sahibi olduğundan
haqqında xeyli rəvayətlər yaranmışdır. Təbii ki, bu örnəklərin ancaq bir hissəsi
toplanıb yazıya alınıb. Buna baxmayaraq bu ustad aşığın yaradıcılığı tam öyrə-
nilməmiş, onunla bağlı yaranan rəvayətlərin çoxu vaxtında toplanıb yazıya alın-
madığından itib-batmışdır. Professor Məhərrəm Qasımlı da bu dediklərimizi
göstərərək onun ustad aşıq olduğunu, amma vaxtında öz qiymətini almadığını
qeyd edir: “Çıldır aşıq mühitinin bütün silqətini sinəsinə toplamış bu ustad sə-
nətkar (Aşıq İsgəndər – T.S.) ən zəngin saz və musiqi repertuarına malik aşıq-
lardan biri olsa da lazımınca qiymətləndirilməmişdir” (10, 189).
Aşıq İsgəndər Ağbabalı ilə bağlı toplanıb yazıya alınan yeddi rəvatəti şərti
olaraq iki yerə bölmək olar: aşıq şeiri olan rəvayətlər, adi rəvayətlər. Toplanan
rəvayətlərin üçü (“Aşıq İsgəndər Gümrüdə”, “Aşıq gördüyünü çağırar”, “Ermə-
ni”) ermənilərlə bağlıdır. Bu rəvayətlərdən biri (“Onun sazı dilindədi”) adlı rə-
vayətdir. Aşıq şeiri işlənən rəvayətlərdə ya qoşma, ya da gəraylıya rast gəlinir.
Maraqlıdır ki, toplanan rəvayətlərdən namərd qonşularımızla bağlı olan
örnəklər xüsusilə diqqəti cəlb edir. Gümrüdə Aşıq İsgəndər Ağbabalıya rast gə-
lən erməni ona valeh olsa da namərdliyini, pis xislətini gizlədə bilməyib deyir :
“Absos-absos (hayıf-hayıf) ... Absos türksün, erməni olsaydin!” (11). Bu az imiş
kimi erməni yenə aşığı çənəsinin altına salır: “Ara, ay aşux, bana bir tana erma-
nicax makam oxu” (11).
Aşıq namərd qonşularımıza özünəməxsus cavab verir:
Ötdükcə ürək açılır,
Keçilməz yollar keçilir.
And yeridi, and içili,
Türkün babasının sazı (11) .
Dədə Qorqud ● 2015/I I 90
Əlbəttə, aşıq burada türkün babasının sazının and yeri olması ifadəsini
təsadüfən işlətmir. O bununla fəxr edir, türk olduğuna görə qürur duyur. Təbii
ki, bunu başqa el sənətkarlarının yaradıcılığında da görmək mümkündür. Məsə-
lən, Aralıqlı Aşıq İsmayılla bağlı bir rəvayətdə (“Qantarrı qıznan Aşıx İsmayıl”)
aşağıdakı misralar xüsusi maraq doğurur:
İsmayılım türk əridi,
Bu dağların sərvəridi (12) .
Bu motivi Aşıq Nəsib, Çorlu Məhəmməd, Aşıq Heydər və digər el sənət-
karlarının yaradıcılığında da görmək mümkündür .
Adı gedən rəvayətdə (“Aşıq İsgəndər Gümrüdə”) aşıq sazlı dediyi kimi
sözlə də erməniyə layiqli cavab verir: “Əmbə sazım türk sazıdı. Dilənəndə
türkcə danışır, ermənicəh bilmir” (11).
Aşıq İsgəndərlə bağlı ikinci örnəkdə Bığlı Akopla olan bir əhvalat verilib.
Orada deyilir: “Bığlı Akop üç arax gətirdir. Arağın ikisini bir qaba töhdürüf
içinə lavaş doğrayannan sonra qaşığı alır əlinə. Başdıyır yeməyə. Mürsəl də qa-
lan arağı boşaldır. Birini də gətirdir. Əmə onu da içif kutarır” (13). Aşıq bu əh-
valatı seyr eləyən kimi sazını sinəsinə basıb bədahətən Bığlı Akopa belə deyir:
İki arax bir tavada
Şorba idi görəsən?
Quru lavaş doğradın ki
Dorğamacmı törəsin?
Bu yeməyin, ya içməyin
Bilməm nədi yörəsi;
Mən alışdım betər nara ,
Özünə üryan demə (13) .
Aşıq İsgəndər erməniyə yoldaşlıq eləyən adamı da “tərif ” etməyi nutmur:
Yanındakı bığlı xınzır,
Sən onnan da ötəsən;
El içində yox olasan,
İlim-ilim itəsən.
Yolun düşə qarayola,
Cəhənnəmə gedəsən;
Üfnətlisən, iy götürür,
İy verər hər yan demə.
Göründüyü kimi, ikinci rəvayətdə ermənini daha bir pis cəhəti – içki alu-
dəçiliyi öz əksini tapıb.
“Erməni” adlanan üçüncü rəvayətdə erməninin mənfi sifətləri ustalıqla ve-
rilmişdir. Bunu daha əyani olaraq başa düşmək üçün həmin folkor materialına
nəzər salaq: “Bir gün Ağbabanın kəndlərinin birində toy imiş. Aşıq İsgəndər də
ortada dövran eliyirmiş. Bu vaxt içəri üzü tühlü, yekəpər, uzunburun bir kişi içə-
ri girir. Aşıx bunun yönünnən-yöndəminnən erməni olduğunu başa tüşür” (14).
Dədə Qorqud ● 2015/I I 91
Bu bir neçə cümlədə erməninin əsas əlamətlərindən biri (uzunburun) diqqəti
çəkir, buna görə də aşıq onun erməni olduğunu o saat başa düşür.
Erməni toya qarışıqlıq, dava-dalaş salmaq üçün belə deyir: “Ara, mana ba-
tan olarmı, man manam. Pul manda, güj manda, qol manda”. (14). Aşıq namərd
qonşumuzun məqsədini yaxşı başa düşdüyündən ona olduqca tutarlı cavab verir:
Çıxmırsan ortadan, bir yanda otur,
Gədəlik eləmə, öz yerində dur.
Adam ol nə olar sən də bir hovur,
Şeytan tək ortada bitər erməni?!
Aşıx İsgəndərəm, a gavır, eşit,
Eləmə özünü biabır, eşit.
Sizlərdə olmayıf heç abır, eşit,
Gəl döymə döşünə hədər, erməni (14) .
Şeirdən də göründüyü kimi, aşıq erməninin özünəməxsus sifətlərini (gədə-
lik eləyən, şeytan tək ortalıqda bitən, abırsız, hədər yerə döşünə döyən və s.) us-
talıqla göstərmişdir.
Ermənilərlə bağlı rəvayətlərdən hiss olunur ki, namər qonşularımız ürəyi
xıltlı olub bizə düşmən münasibət bəsləsələr də, maraqlıdır ki, onların bizim sa-
za-sözə maraqları azalmayıb. Bunu onların aşığa diqqətlə qulaq asmaları, işlət-
dikləri ifadələrdə də sübut edir. Rəvayətlərin birində erməni yana-yana aşığa be-
lə deyir: “...erməni olsaydın!”. Burada erməni aşığın ustadlığını qəbul etsə də,
onun türk olmasını qəbul edə bilmir. M.Allahmanlı haqlı olaraq yazır: “Azər-
baycan xalqı öz mədəniyyyəti, dil zənginliyi, ədəbiyyatı, aşıq yaradıcılığı ilə za-
man-zaman erməniləri əsarətdə saxlayıb” (15, 160).
Aşıq İsgəndər Ağbabalı ilə bağlı rəvayətlərdən biri (“Onun sazı dilindədi”)
onun dedikcə hazırcavab olduğunu təsdiq etməkdədir. Məclislərin birində bir
nəfər aşığın hazırcavablığını yoxlamaq üçün deyir: “Mən ona mat qalmışam ki,
bu Mahmud dayının bilmədiyi şey yoxdu. Duranda ərşdən-kürşdən danışır. Elə
dastan yoxdu ki, bilməsin. Əmə... mən ona mat qalmışam ki, niyə səni kimi aşıx
olmuyuf ” (16). Aşıq İsgəndər həmin adama yığcam, amma mənalı cavab verir:
“Sən düz deyirsən, Mahmud da aşıxdı. Əmbə onun bircə fərqi var mənnən.
Mənim sazım əlimdədi, onun sazı dilindədi” (16).
Toplanan folklor materiallarından biri (“Aşıx İsgəndər Ağbabalıynan kir-
naz kişinin əhvalatı”) adi məişət əhvalatı üstündə qurulmuşdur. Burada Ağbaba
bölgəsinin sərt qışı təsvir olunur. Qeyd olunur ki, boranda Aşıq İsgəndər Ağba-
balı özünü bir təhər bir evin qapısından içəri salır. Bu olay rəvayətdə belə veri-
lir: “Aşıx içəri keçif salam verənnən sonra keçif bir tərəfdə oturdu. Belə baxdı
ki, əvin kişisi qapının dalında, əmə arvat yuxarı başda oturuf. Olur olanda...
Aşıx yol gəlmiş, üşümüş, özü də ac...” (17). Bu cəmi bir neçə cümlə Aşıq İsgən-
dər Ağbabalının durumunu, eləcə də o evdəki mənzərəni olduğu kimi göstərir.
Dostları ilə paylaş: |