Dədə Qorqud ● 2015/I I 108
11. Потанин Г.Н. Громовник по поверьям и сказания племен Южной Сиби-
ри и Северной Монголии. Журнал Министерство народного просвещения. Спб,
1882, часть 219, с.116-331.
12. Həsənqızı A. Azərbaycan mərasimləri mühacirət folklorşünaslığında. Bakı,
Azərnəşr, 2011.
13. Cоlan Türkmanları (folklor və etnoqrafiya örnəkləri). Əli Şamil (Əli Hüseyn
oğlu Şamilov). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 154 səh.
14. Tanyu H. Türklerde taşla ilgili inanclar. Ankara Universitesi Basımevi. 1968.
15. İnan A. Tarihte ve Bugün Şamanizm. Ankara, 1954, Türk Tarih Kurumu
Basımevi.
16. Qarabağ: Folklor da bir tarixdir. VI kitab (Laçın, Qubadlı və Zəngilan rayon-
larından toplanmış folklor örnəkləri), Bakı, 2013.
Çapa tövsiyə edən: fil.ü.f.d. Əfzələddin Əsgər
Dədə Qorqud ● 2015/I I 109
Qumru ŞƏHRİYAR
AMEA Folklor İnstitutunun kiçik elmi işçisi
e-mail: nevayi-qumru@rambler.ru
İQNATS KUNOŞUN ŞƏXSİYYƏTİ VƏ FOLKLORŞÜNASLIQ
FƏALİYYƏTİ
Xülasə
İqnats Kunoş bütün ömrünü türk xalq ədəbiyyatının toplanmasına, unudulmuş şivə və
dialektlərinin öyrənilməsinə həsr etmiş yəhudi əsilli macar türkoloqudur. Məhz onun sayəsində
Anadolunun bir çox bölgələrinin folkloru, etnoqrafiyası qorunub-saxlanılmışdır. İstər mühari-
bələr ucbatından, istərsə də təbii fəlakətlərdən dolayı xəritədən silinmiş bəzi bölgələrin adət-
ənənələri, toponimləri, folklor nümunələri Kunoşun əvəzsiz xidmətləri sayəsində bu günə qədər
gəlib-çatmışdır. Bir sıra türk dövlətlərində yaradıcılığı geniş araşdırılmasına baxmayaraq, Azər-
baycanda İqnats Kunoşun elmi fəaliyyəti o qədər də diqqəti cəlb etməmişdir.
Bu yazıda İqnats Kunoşun şəxsiyyəti, səyahət etdiyi türk torpaqları, oradan topladığı
folklor nümunələri haqda məlumat veriləcək, keçdiyi ağır və şərəfli ömür yolundan bəhs edilə-
cəkdir.
Açar sözlər: dialektologiya, ləhcə, toplama materialı, folklor mətnləri, türk xalq ədəbiy-
yatı, Anadolu türkləri
IGNATS KUNOSH’S IDENTITY AND FOLKLORE ACTIVITY
Summary
Ignats Kunosh is a Hungarian turkologist with the origin Jew devoted his life to the
collecting of Turkic folk literature and studying the forgetton accents and dialects. Due to his
effort the folklore and the ethnograpy of many regions of Anatolian have been saved. Either
according to the wars or the natural disasters the traditions, names of places, folklore examples
of some regions disappeared from the map have come to nowadays with the matchless help of
Kunosh. Though his activity was investigated in details in some Turkic states in Azerbaijan
Ignats Kunosh’s scientific activity was not in the centre of the attention.
In this article the information about Ignats Kunosh’s personality, his travel in Turkic
states and the folklore examples collected by him will be given, his hard and honourable life will
be shown.
Key words: dialectology, accent, collecting materials, folklore texts, Turkish folk
literature, Anatolian Turks
ЛИЧНОСТЬ ИГНАЦА КУНОША И ЕГО ФОЛЬКЛОРНАЯ ДЕЯТЕЛЬНОСТЬ
Резюме
Игнац Кунош венгерский тюрколог еврейского происхождения, который посвятил
всю свою жизнь собиранию тюркской народной литературы, изучению забытых наречий
и диалектов. Именно за счёт его деятельности во могих областях Анадолу был сохранён
фольклор и этнография. Благодаря неоценимым заслугам Куноша образцы фольклора,
топонимы, традиции-обычаи, которые были стёрты с карт либо из-за войн, либо из-за
стихийных бедствий дошли до сегодняшних дней. Несмотря на то, что в некоторых
тюркских государствах творчество Игнаца Куноша было широко изучено, в Азербай-
джане его научная деятельность не превлекла широкого внимания.
Dədə Qorqud ● 2015/I I 110
В данной статье рассмотрена личность Игнаца Куноша, его трудный и почётный
жизненый путь, тюркские земли по которым он путешествовал, а также даётся инфор-
мация о фольклорных образцах, которых он там собрал.
Ключевые слова: диалектология, диалект, сбор материала, фольклорные тексты,
Турецкая народная литература, Анатолийский турки
Məsələnin qoyuluşu: İqnats Kunoşun elmi fəaliyyəti Azərbaycan folklor-
şünaslığında yeni bir mövzudur. İqnats Kunoş yəhudi əsilli macar türkoloqudur.
O, yüksək fanatizmlə Anadolu türklərinin folklorunu – folklorun bütün janrlarını
toplayıb nəşr etdirmişdir. Ona qədər dəfələrlə cəhd etmələrinə baxmayaraq, top-
lama texnologiyasını bilmədiklərindən Avropa alimlərinin – türkoloqların, dil-
çilərin heç biri folklor mətnlərinin xam materialı üzərində işləyə bilməmişlər.
Elə bu səbəbdən də məqalədə Kunoşun folklor mətnlərinin toplama texnologiya-
sına, sistemli şəkildə nəşr olunmasına, şivələrin folklor mətnləri üzərində öyrə-
nilməsinə diqqət çəkilmişdir.
İşin məqsədi: Bu yazıda Azərbaycan folklorşünaslarını İqnats Kunoşun
Anadolu türkləri arasında apardığı iri çaplı tədqiqat işləri ilə tanış etmək məq-
sədi güdülür.
İqnats Kunoş 1860-cı ildə Macarıstanın Hajdu bölgəsinin Samson əya-
lətində bir yəhudi ailəsində dünyaya gəlmişdir. Uşaqlıq illərini Debreçendə keçi-
rən İqnats Kunoş ilk və orta təhsilini Debreçen Kalvinist kollecində almış və
1879-cu ildə oranı bitirmişdir. 1980-ci ildə universitetə daxil olan Kunoşun əsər-
ləri macar şivə və ləhcələrinin öyrənilməsində əvəzsiz mənbədir. Universitetdə
təhsil aldığı illərdə (1880-1884) o, Macar dilinin fonetikası, qrammatikası və
sözlərin etimologiyası haqqında bir sıra dəyərli əsərlər yazmışdır. 1880-ci ildən
etibarən alim bir-birinin ardınca “Feil nümunələrindən istifadə qaydaları” (“A
“feil” igeköthasználatáról”, 1880), “Debreçen ləhcəsi” (“Debreceni nyelvjárás”,
1880), “Debreçen ləhcəsində feillərin “ik” şəkilçisi” (“Az igék ik-es ragozása a
debreceni nyelvjárásban”, 1882), “İzahlı lüğət” (“Lésen, czékáz” [szómagyará-
zatok]), “Lokatif” və “datif” şəkilçilərinin Macar dilində istifadə şəkli” (“A bel-
viszonyragok használata a magyarban”), “ki” prefiksinin istifadə şəkli. Macar
semantikasına töhvə” (A “ki” igeköthasználata. Adalék a magyar jelentéstanhoz)
adlı əsərlərini yazır və apardığı bu tədqiqatları ilə o dövrün məşhur dilçilərinin
diqqətini özünə cəlb edir. Universitet illərində yazdığı belə dəyərli əsərlərə görə
o, universitetin rəhbərliyi və Macar Elmlər Akademiyası tərəfindən təqaüd alır
və mükafatlandırılır. Kunoş universiteti bitirdiyi il filologiya elmləri doktoru
elmi dərəcəsini alır.
İqnats Kunoş universitetdə təhsil aldığı illərdə əsasən macarca, fin-uqor
dilləri və türk dilləri üzərində ixtisaslaşmışdır. Bu sahədə dərin biliklərə yiyələn-
məsinə məşhur macar şərqşünası və türkoloqu Armin Vamberinin təsiri böyük
Dostları ilə paylaş: |