Dədə Qorqud ● 2015/I I 113
Poti, Batumi və İstanbulu birləşdirən ən böyük liman şəhəridir. 2014-cü ilin
statistik məlumatına görə, əhalisinin sayı 348002 nəfərdir (27).
Kunoş müəllimi Armin Vamberinin məsləhəti ilə bir neçə dəfə Budapeştə
gələn özbək əsilli, eyni zamanda “Çağatayca-türkcə lüğət”in müəllifi Şeyx Sü-
leyman Əfəndi (1821-1899) ilə görüşmüş və tədqiqatlarına bir an əvvəl baş-
lamaq üçün yardım istəmişdi. Şeyx Kunoşun şifahi xalq ədəbiyyatı ilə bağlı
araşdırmalar aparmaq istədiyini duyduqda ona etirazını bildirmiş, özünün isə
“xalq ədəbiyyatının varlığından delə xəbərdar olmadığını, bu mövzularla bağlı
araşdırmalar aparmasının Osmanlı dövlətinin yüksək rütbəli şəxsləri tərəfindən
xoş qarşılanmayacağı” (7, 36, 40) haqda onu xəbərdar etmişdir.
Kunoş bu sözləri müəllimi Jozsef Budenzə söyləmiş, o da, öz növbəsində,
Kunoşun Şeyx Süleyman Əfəndi kimi şəxsiyyətlərlə belə qısa zamanda əlaqə
yarada bilməsinə çox sevinmiş və onun Ruscuqda topladığı 100 türkünü nəşr et-
mək istədiklərini bildirmişdir. Onun uzun müddət Türkiyədə qalmasının tədqi-
qatın çoxsahəli aparılmasına yardım edəcəyini düşünərək kitabdan əldə olunan
vəsaiti Kunoşa göndərəcəyini söyləmişdir. Burada Budenzin Kunoşa etdiyi yar-
dımlar misilsizdir. O, Kunoşa dialektoloji araşdırmalarda nağıllar, hekayələr ki-
mi xalq nəsrinin xalq şeirinə nisbətən daha gərəkli olduğunu bildirməklə onun
tədqiqatlarını yönləndirməyə çalışmışdır (3, 10-11). Kunoş isə müəlliminin töv-
siyəsinə əməl etmədən folklorun bütün janrlarını toplamış, bir tərəfdən bu mətn-
lər üzərində dialektoloji tədqiqatlarını davam etdirmiş, digər tərəfdən isə Avropa
şərqşünaslarının, hətta türk alimlərinin də diqqətini çəkməyən xalq ədəbiyyatını
toplayıb tanıtmağa çalışmışdır.
Qeyd edək ki, tədqiqatına türk dilinin dialekt və şivələrinin araşdırılması
ilə başlayan İqnats Kunoş bu gün Rumeli adlandırdığımız bölgədə yaşayan türk-
lərin dilini, etnoqrafiyasını, folklorunu araşdırıb tədqiq etməkdə əvəzsiz xidmət-
lər göstərib. Unudulmaqda olan Rumeli mədəniyyətinə nəzər saldıqda görürük
ki, müharibələr nəticəsində xırda-xırda adalara sıxışdırılaraq sonradan ya mü-
haribələr, ya da adaların suyun altında qalması nəticəsində yoxa çıxması böyük
bir mədəniyyət daşıyıcılarının varlığına son qoyulmasına səbəb olmuşdur. Am-
ma əldə olan materiallar göstərir ki, əksəriyyətinin mövzusu qəhrəmanlıq olan
türkülər və başqa folklor mətnləri daha dərindən incələnsə, tarix pərdəsi arxa-
sında gizlənən döyüşlər və onların səbəbləri ilə bağlı çox gizli məqamlar aşkar-
lanacaqdır (26, 116).
İqnats Kunoşun türk xalq ədəbiyyatına göstərdiyi xidmətlərin arxasında
yalnız müəllimləri və dostları durmur. Folklor mətnlərinin toplanmasında İstan-
bulda yaşayan və burada türkdilli əlyazmaları toplayıb-satan Daniel Szilaqinin
(1831-1885) də xidmətləri böyükdür. Daniel Szilaqi ona topladığı mətnlərin sis-
temləşdirilməsində, macar dilinə tərcümə olunmasında və transkripsiyaların ya-
zılmasında yaxından köməklik göstərmişdir. Kunoş ona müəllimi Jozsef Bu-
denzin məsləhəti ilə xalqın yad ünsürlərdən uzaq saf bir türk ləhcəsi ilə söylə-
Dədə Qorqud ● 2015/I I 114
diyi mətnləri toplanmaq istədiyini söyləmiş, Daniel Szilaqi isə bu işin həddən
artıq çətin olacağını bildirmişdi. Çünki o dövrdə xalq arasında ərəb-fars sözləri
ilə zəngin Osmanlı türkcəsi hakim idi.
Sonrakı xatirələrində İqnats Kunoş xalqın dilindən 220 türkü, 30 dastan
topladığını bildirmişdir. Elə bu məqsədlə də o, Jozsef Budenzdən toplama və
araşdırmalarını davam etdirə bilməsi üçün təqaüdünün bir il də uzadılmasını
tələb etmişdir (10). Bunun ardınca o, xalqın dilindən toplayıb tərcümə etdiyi
“Hamam” və ya “Qaragöz” oyununu nəşr etməyi xahiş etmişdir. Eyni zamanda
konyalı Yusuf Samih Əfəndinin ona əlində olan “Nəsrəddin Xoca” məcmuəsi-
ninin də surətini verməsindən söz açmışdır (11).
Kunoş 1885-ci ildə müəllimi Jozsef Budenzdən o günə qədər topladığı fol-
klor nümunələrini Macarıstan Elmlər Akademiyasına verməsini və onların bir
kitab şəklində yayımlanmasını xahiş edir. Kunoşun fikrincə, kitapdan əldə olu-
nan gəlir onun maddi sıxıntılarını az da olsa, ödəyəcəkdi. Kunoş xatirələrində
yazır ki, o dövrdə Osmanlı İmperiyasında araşdırmalar aparan şərqşünasların
uzun illər türk xalq ədəbiyyatı nümunələrini aramalarına baxmayaraq, material-
ları xalqın ağzından toplamaqda çətinlik çəkdiklərini, hətta toplamanı bacarma-
dıqlarını söyləyirdilər. Johann Heinrix Mordtmannın (1839-1912) Kunoşa topla-
ma və araşdırmalarında göstərdiyi uğurlara təəccübləndiyini söyləmişdir. Kunoş
isə əldə etdiyi uğurun sirrini belə izah edir: “Toplayıcının hər şeydən əvvəl
türklər arasında yaşaması vacibdir. O, söyləyicilərin xoşbəxtliklərini, kədərini
paylaşmalı, onların atət-ənənələrinə riayət etməli, onlar kimi geyinməli, hətta
lazım olarsa, özünü müsəlmanlığı qəbul etmiş kimi göstərməlidir” (12).
Kunoşun göstərdiyi bu əvəzsiz xidmətlərinə yalnız müəllimi Jozsef Bu-
denz dəyər verirdi. Dəfələrlə Macarıstan Elmlər Akademiyasına və Budapeşt
Yəhudi Cəmiyyətinin rəhbərliyinə müraciət etməsinə baxmayaraq, ona maddi və
mənəvi dəstək verən yox idi (19, 13). Ona görə də Kunoş topladığı materialları
hazırlayaraq nəşr etməsi üçün Budenzə göndərirdi. O, ümid edirdi ki, bu nəşr-
lərdən gələn vəsait, az da olsa, ona dəstək olacaq.
Sonralar müəlliminə yazdığı məktublardan bəlli olur ki, Kunoş Misirə
səyahət etmiş, orada yaşayan dostu Yusuf Samihin kitabxanasında olan Konya
şivəsi ilə yazıldığı güman edilən “Nəsrəddin Xoca lətifələri” məcmuəsi və daha
bir çox maraqlı materialların surətini çıxara bilmişdir (188). Daha sonrakı mək-
tubunda Türkiyəyə geri döndüyünü, lakin Misirdə yayılmış vəba epidemiyasına
görə Osmanlı dövlətinin Misirdən gələnləri karantinə aldığını, ona görə də İstan-
bula bir həftə gec gəldiyini, pulunun olmamasından şikayətlənirdi (14). O, Mi-
sirdən İstanbula 13 günə qayıdır. Xatirələrində səyahətin çox ağır keçməsindən
şikayətlənən Kunoş yazır ki, onun olduğu gəmi şiddətli fırtınaya düşmüşdür.
Gəmi ciddi xəsarət almış, hətta bir tərəfi də yanmışdır. Beləliklə ölumdən dönən
alimin pulu olmadığı üçün gəmidə ona yataq verilməmişdir. O da yerdə yatmaq
məcburiyyətində qalmışır. Yunanıstanın Pire limanına aç-susuz çatmışdır (15).
Dostları ilə paylaş: |