Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə57/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     129 
 
 
lemlərindən biridir. Çünki, XX əsrin 20-30-cu illər bütün mürəkkəbliyi, ziddiy-
yətləri ilə birlikdə milli folklorun inkişafında mühüm bir mərhələdir. Bu mərhə-
lənin bütöv elmi mənzərəsi isə məhz H.Zeynallı kimi böyük folklorşü-naslarının 
Azərbaycan  folklorşünaslığının  inkişafı  sayəsində  gördüyü  böyük  işlərlə  bütöv 
və dolğun təsir bağışlayır. 
İşin elmi nəticəsi: Zəngin yaradıcılıq irsinə malik olan Hənəfi Zeynallının 
folklorşünaslıq  fəaliyyətinin  tarixi-nəzəri  problemləri  və  onun  başlıca  müd-
dəaları məqalədə öz əksini tapmışdır.  
İşin  elmi  yeniliyi:  Məqalənin  əsas  elmi  yeniliyi  onun  mövzu  orijinallığı 
ilə müəyyənləşir. Hənəfi Zeynallının folklorşünaslıq irsinin Azərbaycan folklor-
şünaslıq  fikri  kontekstində  öyrənilmiş,  eləcə  də  müxtəlif  yönlərdən  tədqiqata 
cəlb edilmişdir.  
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalə  Azərbaycan  folklorşünaslığında  müstəs-
na mövqeyi olan görkəmli folklorşünas Hənəfi Zeynallının elmi irsinin folklorda 
təcəssüm spesifikasını müəyyənləşdirmək istiqamətində böyük elmi əhəmiyyətə 
malikdir.  
 
ƏDƏBİYYAT 
1. Zeynallı H. Seçilmiş əsərləri./Toplayanı və tərtib edəni Rasim Tağızadə. Bakı, 
Yazıçı, 1983 
2. Qurbanova N. Hənəfi Zeynallı. Bakı, Yazıçı, 1989, səh. 15-16 
3. Zeynallı H. Həqiqi bəxtiyar kimdir? Bakı, “Tuti” jurnalı. 1917, N 21, səh. 6  
4.  Zeynallı  H.  Azərbaycan  atalar  sözü.  Bakı,  Azərbaycanı  Tədqiq  və  Tətəbbö 
Cəmiyyəti Xəlqiyyat bölməsi, 1926 
5.  Zeynallı.  H.Azərbaycan  atalar  sözü./Transliterasiya  edəni:  R.  Xəlilov,  tərtib 
edənlər: Rza Xəlilov, Afaq Xürrəmqızı. Bakı, Elm və təhsil, 2012. -174 s. 
6. Vəliyev  V. Azərbaycan folkloru. Bakı, Maarif, 198576. Azərbaycan nağılları. 
Beş cilddə. I cild. /İ. Abbaslının yazdığı ön söz, səh. 4. Bakı, Şərq-Qərb, 2005 
7. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1981 
8.  Əfəndiyev  P.  Azərbaycan  folklorşünaslığı/1920-1930-cu  illər.  Bakı,  Azərbay-
can Dövlət Pedaqoji Universitetinin Nəşriyyatı, 1997 
9.  Zeynallı  H.  Ağız  ədəbiyyatı.  “Maarif  və  mədəniyyət”  jurnalı,  1926,  N8,  səh. 
35-37 
10. Xəlilov A. “Mahmud Kaşqarlının “Divani-lüğət-it-türk” əsərində paremioloji 
vahidlərin struktur-semantik təhlili”. Namizədlik dissertasiyası, Bakı, 2006 
11. Kitabi-Dədə Qorqud. Bakı, “Öndər nəşriyyat”, 2004 
 
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Hüseyn İsmayılov
 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     130 
 
 
Günеl VƏKİLOVA 
AMЕA Fоlklоr İnstitutunun dоktоrantı  
e-mail: gunel_novruzova@mail.ru 
 
AZƏRBAYCAN FOLKLORUNDA ƏKİZ QARDAŞ VƏ ƏKİZ BACI-
QARDAŞ MİFLƏRİ  
 
Хülasə 
Məqalədə əkiz qardaş və əkiz bacı-qardaş mifləri, onların Azərbaycan folklorunda tutdu-
ğu  yer  və  özünəməxsus  xüsusiyyətləri  əksini  tapmışdır.  Müəllif  öz  fikir  və  mülahizələrini həm 
özündən əvvəlki nəzəri-metodoloji təcrübəyə, həm də zəngin folklor nümunəsi olan Azərbaycan 
xalq nağıllarına istinadən əsaslandırmağa çalışmışdır. Həmçinin məqalədə əkizlər mifinin müx-
təlif formaları öz əksini tapmış, iki qardaş, üç qardaş, bacı və qardaş, üç bacı və s. kimi əkizlər 
mifi formalarının xüsusiyyətləri milli nağıllarımız əsasında təhlil edilmişdi. 
 
Açar sözlər: mif, fоlklоr, əkiz qardaşlar mifi, bacı-qardaş mifi, nağıl. 
 
TWIN BROTHERS AND SISTERS MYTH IN AZERBAIJANI FOLKLORE 
 
Summary 
The  article  features  twin  sisters  and  twin  brothers’  myths  and  its  unique  characteristics 
which takes place in Azerbaijani Folklore. The author references his ideas and thoughts as well 
as  the  previous  theoretical  and  methodological  expertise,  rich  folklore  and  folk  tales  of 
Azerbaijan  Folklore.  Also  in  the  article,  as  reflected  in  various  forms  of  myth  twins,  two 
brothers, three brothers, sisters and brothers, three sisters and so on. Forms like myth twins were 
analyzed based on the characteristics of the national tales. 
Key words: myth, folklore, the myth of twin brothers, sisters and brothers, myth, fairy 
tale. 
 
МИФ СЕСТРЫ-БЛИЗНЕЦЫ И БРАТЬЕВ-БЛИЗНЕЦОВ В  
AЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ 
 
Резюме 
Статья  описывает  сестры-близнецы  и  мифы  братьев-близнецов,  и  уникальные 
характеристики в азербайджанском фольклоре. Автор ссылается на свои идеи и мысли, а 
также  предыдущая  теоретической  и  методологической  экспертизы,  богатый  фольклор  и 
народные  сказки  азербайджанского  фольклора. Кроме  того,  в  статья,  как  это  отражено  в 
различных формах мифа близнецов, двух братьев, трех братьев, сестер и братьев 
 Ключевые  слова:  миф,  фольклор,  мифы  братьев-близнецов,  мифы  братьев-близ-
нецов, сказка 
 
Məsələnin qоyuluşu: Məqalə Azərbaycan folklorunda əkiz qardaşlar, əkiz 
bacı-qardaş mifinin yeri və özünəməxsus xüsusiyyətlərinə həsr olunub. 
İşin  məqsədi:  Tədqiqatın  aparılmasında  əsas  məqsəd  əkiz  qardaşlar  və 
əkiz  bacı-qardaş  miflərinin  özünəməxsus  xüsusiyyətlərinin  həm  mövcud  elmi-
nəzəri təcrübəyə, həm də zəngin  folklor nümunəsi olan  Azərbaycan xalq nağıl-
larına istinadən araşdırmaqdır. 
 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə