Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə60/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     135 
 
 
Yaxşı-Yaman 
Yaxşı-Pis 
Kiçik-Böyük(lər) 
Mərd-Namərd 
Xeyir-Şər 
Xeyirxah-Bədxah və s. 
Burada  əsas  olan  qardaş  bacıların  sayı  deyildir.  Əkizlər  mifinin  üç  əsas 
struktur əlaməti (göstəricisi) var: 
Birincisi,  əkizləri  bir-biri  ilə  birləşdirən  (yəni  əkizləşdirən)  ortaq  cə-
hət: 
Bu,  əkizlərin  sayından  asılı  olmayaraq,  onların  eyni  qanla  (doğmalıqla) 
bir-birinə bağlılığıdır. 
İkincisi,  əkizlərin  hər  hansı  formada  olursa-olsun  qarşıdurma  qoşası 
təşkil etməsi: 
Əkizlər bütün hallarda qarşılıq qoşası yaradır. Məsələn, üç qardaşdan iba-
rət əkizlər mifində iki böyük qardaş kiçik qardaşa paxıllıq edir, ona düşmən kə-
silirlər.  Bu,  açıq  ifadə  olunmuş  qarşıdurma-oppozisiyadır.  Lakin  “Göyçək  Fat-
ma”nın  nağılında  bacı  ilə  qardaş  arasında  qarşıdurma  yox,  bağlılıq-məhəbbət 
var. Ancaq bu, bizi çaşdırmamalıdır. Burada da oppozisiyalar var və onlar iç-içə 
birləşərək  mürəkkəb  struktur  yaradırlar.  Fatma  və  onun  qardaşı  cinsi  dualizm 
qoşalığı  yaradır.  Bunlardan  biri  kişi,  o  biri  qadın  olmaqla  iki  kosmoqonik  baş-
lanğıcı (Kişi və Qadın başlanğıclarını) təmsil edirlər. Bu Kişi-Qadın qarşıdurma 
blokudur. Lakin Fatma və qardaşı  ikisi  birlikdə Yaxşı-Pis qarşıdurma blokunda 
Yaxşı  qütbünü  təmsil  etməklə  çirkin  Fatma  və  onun  anasının  təmsil  etdiyi  Pis 
qütbünə  qarşı  dururlar.  Demək,  Fatma  və  qardaşı  həm  öz  aralarında  cinsi  dua-
lizmlə  qarşı  durur,  həm  də  ikisi  birlikdə  Pis  qütbünü  təmsil  edən  elementlərə 
qarşı dururlar. Bu, o deməkdir ki, əkizlər mifində qarşıdurma bütün hallarda var. 
Üçüncüsü, əkizlər  mifində  qarşı  duran  elementlərin  sayından  asılı  ol-
mayaraq onlar iki tərəfə bölünürlər. 
“Üç  qardaş”  nağılında  bir  padşahın  üç  oğlundan  bəhs  edilir.  Bu  oğlanlar 
ağıllarına,  fərasət  və  bahadarlıqlarına  görə  fərqlənirlər.  Üç  qardaş  mövzusunda 
olan digər bir çox nağıllardan fərqli olaraq (“Üç şahzadə”, “Məlikmməməd” və 
s.), “Üç qardaş” nağılında qardaşlar əlbirdirlər. Qeyri-adi  xüsusiyyətləri  ilə bir-
birlərini tamamlayan  bu qardaşlar ağıl  və şücaətləri  ilə bir çox çətinliklərin öh-
dəsindən gəlirlər. 
Üç qardaşın əlbir olması  birada əkizlər  mifinin strukturundan kənara çıx-
mır.  Nağılı  diqqətlə  təhlil  etdikdə  görürük  ki,  burada  qardaşlar  Xeyir  (Yax-
şı/Mərd/İgid) qütbünü təmsil etməklə qarşı qütbə oppozisiyada dayanırlar. Onu 
da qeyd etmək yerinə düşər ki, nağılda baş qəhrəmanların əsas köməkçisi ölkə-
nin  şahı  olan  atalarıdır.  O,  baş  qəhrəmanlarla  eyni  funksiyanı  daşıyır.  Atanın 
oğlanlarına  verdiyi  nəsihət  onların  həyatlarında  uğur  qazandırır.  Beləki,  atanın 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     136 
 
 
böyük  oğluna  ağıllı  nəsihəti:  “Get,  oğul  ancaq  yadında  qalsın,  qabağına  çıxan 
qisməti təpikləmə…” (2, 236) onun bir başqa ölkənin şahının gözəl qızı ilə ailə 
quraraq xoşbəxt olmasına birbaşa vasitəçi olur.  
Ata  ortancıl  oğluna  isə  “Gördün  ki,  bir  maqsuda  çatacaqsan,  ona  çatmaq 
üçün tələsmə!” (2, 236) – deyir.  
Şəhərlərin birində divara vurulmuş qıza bir könüldən, min könülə vurulan 
oğlan onun şəhərin şahının qızı olduğunu öyrənir. Lakin bu qıza elçi düşməkdən 
hamı çəkinir, çünki saraya girən kimsə qayıtmır. Bütün bunlar oğlanı qorxutmur. 
O, öz ağlı, fərasəti eləcə də atasının nəsihətinə əməl etməsi ilə şahın gözəl qızını 
alır. Sonda o saraya gedənlərin oradan sağ çıxmamasının səbəbi şahın sözlərin-
dən  aydın  olur:  “Mən  qızımı  bir  halal  süd  əmmiş  namuslu  adama  erə  vermək 
istəyirdim. Ona görə də belə bir qənir götürdüm. Kim  mənim qızımı gəlib  istə-
yirdisə,  mən onu salırdım qızımın  yanına. Özüm də əlimdə qılınc qapının deşi-
yindən  baxırdım.  Qıza  da  tapşırmışdım  ki,  oğlanla  mazat  eləyib  onu  dingildət-
sin, necə ki, sən özün də bunu gördün. Elə ki, qız belə eləyirdi, oğlanın əlbəhəl 
halı dəyişib, ayrı  fikirlərə düşürdü. Əlbəhəl  namussuz adam olduğunu bilirdim. 
Mən  də  əlimdəki  qılıncla  başını  bədənindən  ayırıb,  yer  üzünü  belənçik  nakəs-
lərdən təmizləyirdim. Amma sən, doğurdan da, halal süd əmmiş adamsan. Çünki 
qız nə qədər sənə soxuldusa, sən qaçdın” (2, 242). 
Atanın üçüncü oğula məsləhəti: “Həmişə dara düşəndə qocaların məsləhə-
tinə qulaq as!” – oldu. Kiçik oğul da digər qardaşları kimi öz ağlı, hünəri və ata-
sının  məsləhətinə  əməl  etməklə  padşahın  ağıllı  və  gözəl  qızını  almaqla  yanaşı, 
taxt-tacına da sahib oldu: “Padşah bunların ağıl-dərrakəsini görüb, yavaşca dur-
du ayağa, tacı götürüb qoydu oğlanın başına” (2, 245). 
Yuxarıda qeyd etdiyimiz kimi “Məlikməmməd”, “Üç şahzadə” və s. kimi 
nağıllardan  fərqli  olaraq,  “Üç  qardaş”  nağılının  məzmunundan  aydın  olur  ki, 
buradakı  qardaşlar  rəqib  deyil,  müttəfiqdirlər.  “Məlikməmməd”  nağılında  Mə-
likməmmədin, “Üç şahzadə” nağılında isə Məhəmmədin digər iki qardaşı onları 
özlərinə rəqib kimi görürdülər. Bu qardaşlar öz kiçik qardaşlarını aradan götür-
məklə, hətta onların yerinə keçərək, onların taleyini yaşamaq istəyirlər. 
M.Kazımoğlu göstərir ki, “Məlikməmməd”, “Üç şahzadə” və s. nağılların-
da  böyük  və  ortancıl  qardaşlar  eyniyyət  yaradırsa,  deməli,  onlar  da  məhz  şəri 
təmsil edirlər (4, 57). 
Əkiz bacı-qardaşların miflərinin bu forması bir çox qədim mədəniyyətlər-
də  məlumdur.  Bu  mif  formaları  Osiris  və  İside  haqqındakı  Misir  mifi,  Yam  və 
əkiz bacısı Yama haqqında qədim hind mifində öz əksini tapmışdır (8, 174). 
Bacı  və  qardaş  əkizlərin  nigahı  ilə  bağlı  miflərin  bəzilərində  hətta  elə  tə-
səvvürlərə  rast  gəlinir  ki,  guya  bacı  və  qardaşın  bir-biri  ilə  nigahı  hələ  onun 
anasının bətnində baş verir. 
B.N.Putilov  türk-slavyan  eposunun  təcrübəsi  əsasında  bacı-qardaş  arasın-
dakı bu  münasibəti insest  motivi kimi səciyyələndirərək  yazır ki,  insest motiv-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə