Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə68/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   64   65   66   67   68   69   70   71   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     154 
 
 
variantlar  və  variantların  şeirləri  haqqında  məlumat  verilib  [3,  səh.  413-423]. 
Həmin variantları da əldə etmək mümkün olmadı.  
“Abbas-Gülgəz” dastanının ikinci versiyası Şirvan versiyasıdır. Bu versiya 
daha çox Şirvan aşıq mühiti üçün səciyyəvidir. Burada süjet xətti özünəməxsus 
motiv və epizodlarla fərqli istiqamətdə inkişaf edir. Fərqli məkanlar, fərqli səfər 
və  hadisələr  ortaya  çıxır.  Şirvan  versiyasında  qəhrəmanların  hər  ikisi  Tufarqan 
elindəndir. Onlar sayılıb seçilən iki qardaşın nəzir-niyazla və yaxud sehirli alma 
ilə  dünyaya  gəlmiş  övladlarıdır.  Burada  Abbasla  Gülgəz  göbəkkəsmədirlər,  bir 
yerdə böyüyüb, birgə məktəbə gedirlər. Günlərin birində hər ikisi aşıq olub şeir 
qoşmaq həvəsinə düşür. Onlar Abbas adlı bir aşığın məsləhətilə niyyət edib na-
maz qılırlar. Bu niyyətdən sonra onları yuxu aparır, hər ikisinə yuxuda badə ve-
rilir. Amma Abbas öz qismətini səhvən Gülgəzə içirtdikdə badə verənin qəzəbi-
nə tuş gəlir. O, ərəbin qarğışı ilə lal və kar olur. Gülgəzin yalvarışlarından sonra 
ərəb bildirir ki, Abbasın dərdinin tək çarəsi Bağdaddadır. Burada hər yeddi ildən 
bir qaynayan bir quyu var, bu quyunun şəfalı suyu hər dərdə dərmandır. Abbas 
Bağdada  yollanır.  Bu  yandan  da  şah  bir  cüt  qızıl  başmaq  düzəltdirir,  bu  baş-
maqların ölçüsündə gözəl qız axtarır. Həmin başmaqlar təkcə Gülgəz Pəriyə uy-
ğun gəlir. Şahın qoşunu Gülgəzi saraya aparmalı olur. Vəziyyəti belə görən Gül-
gəz vaxt qazanmaq üçün vəzirlərin qarşısına müxtəlif şərtlər qoyur, gizlincə Ab-
basa olanları yazıb göndərir. Abbas dərdinə əlac tapandan sonra Gülgəzin saraya 
aparılması xəbərini alır, Bağdad vəziri Sarı Xocadan bir at alıb Tufarqana çapır. 
Burada təsadüfən Gülgəzin şərtinə uyğun olaraq Veysəl Qara övladı axtaran və-
zirlərlə qarşılaşır. Abbası seyid övladı  bilib Gülgəzin  yanına gətirirlər ki, üzən-
gini basıb kəcavəni yola salsın. Abbas sevgilisi ilə birlikdə İsfahana yola düşüb 
saraya gəlir. Bir çox sınaqlardan sonra sevgilisini Şah Abbasdan alıb Tufarqana 
qayıdır. 
Sözü gedən versiyanın iki variantı toplanıb nəşr edilmişdi. Birinci variant 
Şamaxı şəhərindən Aşıq Şərbətdən toplanıb, “Azərbaycan folkloru külliyatı”nın 
29-cu cildində nəşr edilib [5, səh.133-148]. Dastanı toplayıb tərtib edənlər f.ü.f.d. 
Qalib Sayılov, f.ü.f.d. Ağaverdi Xəlildir. Bu variantda on altı şeir söylənib. 
Şirvan  versiyasının  ikinci  variantı  f.ü.f.d.  Tariyel  Qəninin  tərtib  etdiyi 
“Şirvan  dastanları  və  aşıq  rəvayətləri”  kitabının  birinci  hissəsində  nəşr  olunub 
[12, səh.
 
151-183]. Bu variantda iyirmi dörd şeir nümunəsi var. Burada dastanın 
söyləyicisi  dəqiq  göstərilməyib.  Belə  ki,  bu  mətn  Aşıq  Barat,  Aşıq  Baba,  Aşıq 
Əhməd, Aşıq Xanmusa, Aşıq Xanış, Aşıq Fərhadın “Nağıl dəftəri”indən toplanı-
lıb,  biri-birinə  “calaq”  edilərək  ümumi  bir  mətn  halına  gətirilmişdir.  Bu  üsulu 
akademik nəşrə uyğun hesab etməsək də, əlimizdə olan əsas variantlarla müqa-
yisə  aparmaq  üçün  mətni  “variant”  hesab  edirik.  Həmin  kitabın  528-ci  səhifə-
sində qeyd edilib ki, oradakı “Aşıq Təhmaz” dastanı “Abbas-Gülgəz” dastanının 
variantıdır.  Həmin  kitabın  112-135-ci  səhifələrində  dərc  olunmuş  “Aşıq  Təh-
miraz”  adı  ilə  verilən  bu  dastanın  “Abbas-Gülgəz”  dastanını  ilə  heç  bir  əlaqəsi 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     155 
 
 
yoxdur (bu dastan  hər səhifədə  fərqli adla  verilmişdir). Hər iki dastan ayrı-ayrı 
süjetə və şeir tərkibinə malikdir. 
Dastanın üçüncü versiyası digərlərilə ortaq xüsusiyyətlər daşımaqla yana-
şı,  süjet  xəttindəki  fərqliliyi,  özünəməxsus  motiv  və  şeir  tərkibilə  seçilir.  Bəzi 
motiv və epizodlarına görə qəhrəmanlıq dastanlarını xatırladan bu versiyada mə-
həbbət  dastanlarının  bir  sıra  ənənəvi  xüsusiyyətləri  öz  əksini  tapmır.  Belə  ki, 
qəhrəmanın buta alması, buta uğrunda səfərə çıxması və ya mübarizə aparması, 
sınanması kimi epizodlar burada yoxdur. Həcmcə ən yığcam versiya olsa da, bu-
rada  qəhrəman  daha  mürəkkəb  personaj  olaraq  təqdim  olunur.  Məlumdur  ki, 
qəhrəmanlıq  dastanlarında  fiziki  güc  əsasdırsa,  məhəbbət  dastanlarında  mənəvi 
güc  ön  plandadır  [10,  s.130].  Üçüncü  versiyada  qəhrəman  bu  iki  xüsusiyyəti 
özündə birləşdirir: O, həm istedadlı bir aşıqdır, həm də qüvvətli, zəhmli bir pəh-
ləvandır.  Bu  versiya  “Abbas”  adı  ilə  5  cildlik  “Azərbaycan  dastanları”nın  2-ci 
cildində ayrıca  bir dastan kimi  nəşr olunub. Həmin kitabda dastanın toplayıcısı 
və söyləyicisinin kimliyi verilməyib. M.Təhmasib “Azərbaycan xalq dastanları” 
monoqrafiyasında bu  versiyadan söz açmışdır. Müəllif  burada qeyd edir ki, hə-
min dastan Aşıq Abbas Tufarqanlı ilə bağlı olan ikinci müstəqil əsərdir. Ona gö-
rə bu dastanı “Abbas-Gülgəz”, digər versiyaları isə “Abbas-Gülgəz Pəri” adlan-
dırmaq daha düzgün olar. Alimin verdiyi məlumatdan bəlli olur ki, bu versiyanı 
Lerikli  müəllim  İdris  Qubadov  Aşıq  Qurbanəlidən  toplayıb  [13,  s.259].  Versi-
yanın başqa nəşrinə rast gəlməmişik. “Abbas” versiyasının variantı yoxdur. Sö-
zü gedən versiyanın
 
cəmi səkkiz şeir parçası var: 6 qoşma, 1 təcnis, 1 gəraylı.  
“Abbas”  versiyasında  Abbas  Şah  Abbasın  Duxarxandakı  “tikməsi”  Vəli 
bəyin oğludur. O, atasının ölümündən sonra onun yerinə keçmişdir. Bu mahalda 
Dahaduruz  adlı  bir  quldurbaşı  olur.  Şah  Abbas,  Osmanlı  xotkarı  insanlara  çox 
əziyyət verən bu pəhləvanla mübarizə aparır, amma heç bir nəticə olmur. Abba-
sın Sarı Xoca və Qul Abdulla adlı düşmənləri olur. Onlar Abbası aradan götür-
mək üçün Şah Abbası  inandırırlar ki, Dahaduruzu ancaq Abbas  məğlub edə bi-
lər. Şah xüsusi fərman verib Abbası Dahaduruzun arxasıyca yollayır. Abbas yo-
la çıxmamışdan anasından məsləhət alır. Anasının planı ilə Abbas Dahaduruzun 
qoşununu aldadır, mühasirəyə salıb qırır. Aradan çıxan Dahaduruzu atla qovma-
ğa başlayır, Osmanlı ərazisində yaxalayıb öldürür. Yolda xotkar paşası İbrahim 
paşanın  dəstəsilə  üzləşir.  Quldurbaşının  başını  kəsdiyi  üçün  İbrahim  paşa  onu 
xüsusi  hörmətlə evinə qonaq aparır. Burada  Abbasla İbrahim paşanın qızı Gül-
gəz  bir  birini  görüb  aşiq  olurlar.  Bundan  xəbər  tutan  molla  paşaya  xəbər  verir. 
Paşa  Abbası  asdırmaq  qərarına  gəlir.  Bundan  gizlin  xəbər  tutan  bir  duxarxanlı 
Gülgəzə xəbər verir. Gülgəz özü Abbasa xəbər gətirir, onlar birlikdə qaçıb Du-
xarxana gəlirlər. Şah Abbas onu mükafatlandırır, bütün arzularını həyata keçirir. 
Gördüyümüz kimi, hər üç versiya biri-birindən fərqlənən bütöv bir əsərdir. 
Hər  üçündə  Aşıq  Abbas  Tufarqan  mahalından  tanınmış  ailənin  oğlu,  istedadlı 
aşıqdır.  Gülgəzlə  bir-birini  sevirlər,  amma  qarşıya  çıxan  maneələr  onların  qo-


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə