Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə64/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   60   61   62   63   64   65   66   67   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     144 
 
 
Qızdırmalar canında, 
Yetimlərin yanında (17, s.143). 
Şair  bayatıları  öz  fikir  və  mülahizələrini  oxuculara  daha  əyani  çatdırmaq 
üçün bir vasitəyə çevirir. Məlumdur ki, bayatıların bir qismi müəyyən mərasim-
lərlə  əlaqədar  yaranmışdır.  Şair  belə  bayatılarından  birini  əsərlərində  bir  neçə 
dəfə işlətmişdir. Məlumdur ki, toy mərasiminin elçilik, nişanlanma, gəlin gəlmə, 
duvaqqapma və s. kimi mərhələləri var. Hər bir mərhələnin də özünə görə mah-
nıları  olur.  Məsələn,  gəlin  oğlan  evinə  gələndə  onun  qabağına  çıxır,  xeyir-dua 
edir, bayatı və mahnılar oxuyurlar: 
Anam, bacım, qız gəlin, 
Əl-ayağı düz gəlin, 
Yeddi oğul istərəm 
Bircə dənə qız gəlin.(17, s.141) 
Bu  bayatını  Səməd  Vurğun  «Bəsti»  poemasında  və  «Vaqif»  pyesində  iş-
lətmişdir. Yaxud «Komsomol poeması»nda şair Qızyetər adlı bir ana surəti təs-
vir edir. Ananın «bütün həyatı boyu əkib-biçdiyi, yerişilə fəxr edib, boyuna and 
içdiyi yeganə oğlu vardı. Lakin tezliklə o, övladsız qalır: 
Qızılgül olmayaydı, 
Saralıb solmayaydı. 
Bir ayrılıq, bir ölüm 
Heç biri olmayaydı (17, s.26).  
«Vaqif» pyesində də bayatılardan istifadə olunmuşdur. Əsərin altıncı şək-
lində Kürd Musanın dilindən iki bayatı verilir:  
Qərənfiləm qələmsiz, 
Qərarım yoxdur sənsiz, 
Yorğanına od düşsün, 
Necə yatırsan mənsiz? 
 
Ceyranam düzə gəlləm 
Otlaram düzə gəlləm, 
Yüz il qəzəmət çəksəm 
Qurtarsam sizə gəlləm (18, s.77). 
Bu  bayatıların  məzmununa  və  onların  ifa  edildiyi  şəraitə  diqqət  yetirək: 
dağ başında qaçaqların məskəni. Qaçaqlar kəndə, ailəyə, sevgililərinə həsrətdir-
lər. Belə bir zamanda Kürd Musa yuxarıdakı bayatıları deyir. Bu bayatıların hər 
ikisi  qaçaqların  düşdüyü  vəziyyətə  və  onların  əhvali-ruhiyyəsinə  uyğun  seçil-
mişdir. 
S.Vurğunun  “Xanlar”  mənzum pyesində  mənzum dramın əsas qəhrəman-
larından olan Qızyetər əsər boyu müxtəlif bayatılar söyləyir. Hadisələr, fikirlər, 
əhvali-ruhiyyələr  dəyişdikcə  onlar  da  dəyişilir.  Maraqlıdır  ki,  bu  bayatıları  şair 
özü yaratmışdır. Hamısı da  xalq bayatıları səpgisində, ahəngində, vəzn və qafi-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     145 
 
 
yəsində.  Əsərin  sonuna  yaxın  Qızyetər  yenə  bayatı  «yaradıcılığını»  davam  et-
dirir. İndi o, məna, məzmunca əvvəlki bayatılardan tamamilə seçilən ağılar söy-
ləyir; bunlar xalq yaradıcılığının gözəl nümunələri sayıla bilər: 
Mən aşıq üzün üstə, 
Yıxılma üzün üstə 
Qoy can verim, ay oğul 
Baş qoyub dizin üstə. 
Qızyetər həssas, incə qəlbli, kövrək anadır. O, balasının hansı yolu tutdu-
ğunu,  nə  üstə  qurban  getdiyini  biləndə  sanki  ayılır, özünü  daha  iradəli,  səbirli, 
səbatlı, möhkəm əqidəli bir vətəndaş kimi aparır. Biz onun vüqarı, qüruru qarşı-
sında baş əyirik. Bundan sonra da Qızyetər bayatı çağırır. Şair bu bayatı ilə onun 
bütün pyes boyu çəkdiyi cizgilərini tamamlayır, keçirdiyi iztirabları axıra qədər 
təsvir edir. Hiss və həyəcanlarını  bayatı  ilə  ifadə etməyə  başlayan Qızyetər ba-
yatı ilədə onu tamamlayır: 
Aşıq deyər bu dərdim, 
Ağır oldu bu dərdim, 
Yeddi oğlum olsaydı 
Sənə qurban verərdim!(19) 
Məlumdur  ki,  hər  bir  xalq  tarixinin  bir  sıra  məqamlarını  öz  folklorunda 
əks etdirir. S.Vurğun da xalq yaradıcılığından istifadə edərək tariximizin müəy-
yən  səhifələrini  canlandırmışdır.  Şairin  «Qız  qayası»,  «Bulaq  əfsanəsi»  və 
qismən «Aslan qayası» poemaları folklor motivləri əsasında qələmə alınmışdır. 
S.Vurğunun 1935-ci ildə qələmə aldığı «Aslan qayası» poemasında təsvir 
olunan hadisələrin konkret tarixi məlumdur. Bu, ötən əsrdə Azərbaycanın Rusi-
yaya  birləşdirilməsi,  o  cümlədən  Bakı  şəhərinin  rus  qoşunları  tərəfindən  işğal 
olunması  tarixidir.  «Aslan  qayası»  ədəbi  tənqidin  diqqətini  o  qədər  də  çəkmə-
mişdir.  Şairin  tədqiqatçılarından  bəziləri  bu  əsərin  adını  xatırlatmaqla  kifayət-
lənmiş, bəziləri onu çox qısa şəkildə təhlil etmişlər. Əsasən isə şairin «mübahi-
səli əsəri» kimi təqdim olunmuşdur. Tədqiqatçılardan C.Abdullayev və P.Əfən-
diyev öz araşdırmalarının mövzusuna uyqun olaraq «Aslan qayası»nda folklorla 
bağlı məsələlərə toxunmuşdur (20, s.14; 21, s. 88).  
 Səməd Vurğun  folklorun başqa  janrları kimi,  xalq  mahnılarına da  yaxın-
dan  bələd  olmuşdur.  Onun  hafizəsində  müxtəlif  məzmunlu  və  müxtəlif  biçimli 
mahnılar  özünə  yer  tapmışdır.  Şair  bu  mahnılardan  əsərlərində  yeri  gəldikcə 
istifadə etmişdir. İstifadənin  yol  və üsulları  müxtəlif,  həm də orijinaldır. Bu  və 
ya digər əsərində  xalq ruhunu,  mənəviyyatını,  məişətini daha aydın, təsirli  ver-
mək üçün şair mütləq oraya xalq mahnısı, əfsanə, aforizm, bayatı və sairə daxil 
edərdi.  Şairin  dramlarında  qəhrəmanlıq  dastanlarına  məxsus  şirinlik,  axıcılıq, 
nikbinlik,  romantika  vardır.  Xalqımızın  qəlbindən  qopub  gələn  mahnılar,  hik-
mətli sözlər bu əsərlərin bədii təsir qüvvəsini daha da artırmışdır. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     146 
 
 
Səməd Vurğun əsərləri üçün xüsusi  bayatılar və  mahnılar  yaradırdı. «Va-
qif»  dramında  Gülnarın,  gürcü  qızı  Tamaranın  dili  ilə  verilən  mahnılar  dediyi-
mizə misaldır; onları el mahnılarından seçmək qeyri-mümkündür.  
S.Vurğun  bayatılarımızdan  böyük  qürur  və  fərəh  hissilə  danışmış,  onları 
dinlə-məkdən  zövq  almışdır.  Bayatıların  böyük  bir  qismində  xalqımızın  dərdi, 
kədəri, iztirabları ifadə olunmuşdur. Onlar keçmişin acınacaqlı həyatından qalan 
yadi-garlardır.  Səməd  Vurğun  hətta  xalqın  zülmdən,  ədalətsizlikdən  şikayətini 
ifadə edən bayatıları dəyişdirmək, müasirləşdirmək istəyirdi. O belə bir bayatını 
misal çəkirdi: 
Ağlaram, ağlar kimi 
Dərdim var dağlar kimi 
Xəzəl olub tökülləm 
Viranə bağlar kimi. 
Şair həmin bayatını dəyişdirərək müasir dövrümüzə uyğun şəklə salmışdır: 
Ağlamam ağlar kimi, 
Gücüm var dağlar kimi, 
Gündə min bar yetirrəm 
Bülbüllü bağlar kimi (18). 
S.Vurğun  1935-ci  ildə  qələmə  aldığı  «Dar  ağacı»  poemasında  ərəblərin 
istilası  ilə əlaqədar Azərbaycan tarixinin  bəzi  səhifələri canlandırılmış, anaların 
əsrarəngiz laylalarından bəhs etmişdır: 
Qarabağın nişanəsi, 
Anaların doğma səsi, 
Yuxu verən xoş laylalar, 
Bu aranlar, bu yaylaqlar... (17, s.195) 
Milli  və  bəşəri  dəyərlərə  əsaslanan  problemlərin  qoyuluşu  baxımından 
Səməd Vurğun yaradıcılığında iki əsas motiv (milli və bəşəri) vəhdət təşkil edir. 
Məlumdur  ki,  aşıq  yaradıcılığı  Azərbaycan  türklərinin  kökündən  gələn  bir  ya-
şam  tərzidir.  Həqiqətən  də,  xalq  şairi,  xalq  sənətkarı  olan  kəs  o  xalqın  milli 
ruhunu ruhunda daşımayırsa, ən yaxşı halda həmin sənətkar məhəlli bir formada 
qısa zamanda yaddaşlarda yaşayacaq. Milli kaloritləri öz əsərlərində ortaya qoya 
bilməyən  şair  bəşəri  müstəviyə  çıxa  bilməz.  Səməd  Vurğun  ədəbi  yaradıcılı-
ğında milli dəyərlər xəzinəsi, şifahi xalq yaradıcılığı-folklor üzərində dayanaraq, 
bəşəriyyət üçün ortaya qlobal problemlər qoymuşdur. Belə ki, əsərlərində  milli 
və  bəşəri koloritlərə toxunan  şair  sonluqda  hadisələrin  mərkəzində  insan  fakto-
runun dayandığını üzə çıxarmış  və aforizm kimi səslənən "Qalib gələcəkmi  ca-
handa kamal?" deyərək ümumbəşəri bir problem ortaya qoymuşdur. Və bununla 
da  S.Vurğun  özündən  sonra  gələn  nəsillərə  yaradıcılıq  meydanı  müəyyən  et-
mişdir. 
Xalq  ədəbiyyatına,  folklora  bağlılıq  aşıq  şeirində-xüsusən  Aşıq  Hüseyn 
Cavanın repertuarında özünü xüsusilə qabarıq göstərirdi. Onun yaratdığı “Səttar 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə